Press "Enter" to skip to content

Fərəh Pəhləvi Xatirələr Yıxılan Rejimin Və Bitməyən Eşqin Hekayəsi

Getməyə məcburuyduq. Bu qərar on gün qabaq verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah vəziyyəti xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid bəsləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq, ona edilən haqsızlıq aradan qaldırılacaqdı.

Xatirələr (Fərəh Pəhləvi)

Xatirələr: Yıxılan rejimin və bitməyən eşqin hekayəti (ing. An Enduring Love: My Life with the Shah ) — İran, Pəhləvilər xanədanlığının ilk və son şahbanusu Fərəh Pəhləvinin yazdığı əsər.

Əsərin 2007-ci il azərbaycanca nəşrinin üz qabığı

Mündəricat

  • 1 Məzmun
  • 2 Nəşr və tərcümə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.

Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.

Xəbərdarlığın sonu.
Nəşr və tərcümə

Memuar Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə, Əsgər Rəsulov tərəfindən də redaktə edilmiş və Bakıda Adiloğlu nəşriyyatı tərəfindən 2007-ci ildə 420 səhifədə, 1000 tirajla [1] , 2016-cı ildə isə Xanda, 420 səhifədə, 500 nüsxə; Qanunda 300 nüsxə, Bakı Kitab Klubu tərəfindən 432 səhifədə və 100 tirajla çap edilib. [2]

İstinadlar

  1. ↑ Bakı Kitab Klubu. “Fərəh Pəhləvi Xatirələr (Memuar)” ( (az.) ) . kitabklubu.org. 2017-08-02 tarixində . İstifadə tarixi: 2018-02-19 .
  2. ↑ Bakı Kitab Klubu. “Fərəh Pəhləvi, Xatirələr (memuar)” ( (az.) ) . kitabklubu.org. 2016. 2017-07-04 tarixində . İstifadə tarixi: 2018-02-17 .

Həmçinin bax

Xarici keçidlər

  • Bakı Kitab Klubu. “Fərəh Pəhləvi Xatirələr (Memuar)” ( (az.) ) . kitabklubu.org. 2017-08-02 tarixində . İstifadə tarixi: 2018-02-19 .
  • Bakı Kitab Klubu. “Fərəh Pəhləvi, Xatirələr (memuar)” ( (az.) ) . kitabklubu.org. 2016. 2017-07-04 tarixində . İstifadə tarixi: 2018-02-17 .
  • Sciolino, Elaine. “The Last Empress”. The New York Times. 2 May 2004.
  • Bayegan, Reza. “The Shah & She”. National Review. 13 May 2004.

Oktyabr 05, 2021
Ən son məqalələr

Natalya Lavrova

Natalya Məmmədova

Natalya Narışkina

Natali Qule

Natali Qolda

Natalia Ginzburq

Natalia Oreiro

Natalia Tena

Nataliya Aleksandrova

Nataliya Arsenyeva

Ən çox oxunan

Səkmən

Səkinə Məhəmmədi Aştiyani

Səkkiz yarım (film, 1963)

Səkkizayaqlar

Səkkizayaqlılar

xatirələr, fərəh, pəhləvi, xatirələr, yıxılan, rejimin, bitməyən, eşqin, hekayəti, enduring, love, life, with, shah, iran, pəhləvilər, xanədanlığının, şahbanusu, fərəh, pəhləvinin, yazdığı, əsər, xatirələring, enduring, love, life, with, shahəsərin, 2016, azər. Xatireler Yixilan rejimin ve bitmeyen esqin hekayeti ing An Enduring Love My Life with the Shah Iran Pehleviler xanedanliginin ilk ve son sahbanusu Fereh Pehlevinin yazdigi eser Xatirelering An Enduring Love My Life with the ShahEserin 2016 ci il azerbaycanca nesrinin uz qabigiMuellif ler Fereh PehleviJanr MemuarOrijinalin dili IngilisceOlke ABSOrijinalin nesr ili 2004Tercumeci Neriman EbdulrehmanliNesriyyat Adiloglu 2007 Baki Kitab Klubu Xan Qanun 2016 Cild nazik 2007 yumsaq 2016 Sehife 420 2007 432 2016 Tiraj 1000 2007 100 2016 isbn ISBN 1 4013 5961 2Eserin 2007 ci il azerbaycanca nesrinin uz qabigi Mundericat 1 Mezmun 2 Nesr ve tercume 3 Istinadlar 4 Hemcinin bax 5 Xarici kecidlerMezmun Redakte Xeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir Sonuncu Iran sahi Mehemmed Rza Pehlevinin xanimi eslen azerbaycanli olan Sahbanu Fereh Pehlevinin Diba xatireleri bu olkenin az qala 60 illik tarixine isiq salir Bu eser memuar ve tarixi janrda olsa da dramatik bir sevgi dastanini xatirladir bu baximindan genis oxucu kutlesi ucun nezerde tutulub Eserin tercume ve redakte terzi tercumecinin teqdim etdiyi qaydada saxlanmisdir Xeberdarligin sonu Nesr ve tercume RedakteMemuar Neriman Ebdulrehmanli terefinden Azerbaycan diline tercume Esger Resulov terefinden de redakte edilmis ve Bakida Adiloglu nesriyyati terefinden 2007 ci ilde 420 sehifede 1000 tirajla 1 2016 ci ilde ise Xanda 420 sehifede 500 nusxe Qanunda 300 nusxe Baki Kitab Klubu terefinden 432 sehifede ve 100 tirajla cap edilib 2 Istinadlar Redakte Baki Kitab Klubu Fereh Pehlevi Xatireler Memuar az kitabklubu org 2017 08 02 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 02 19 Baki Kitab Klubu Fereh Pehlevi Xatireler memuar az kitabklubu org 2016 2017 07 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 02 17 Hemcinin bax RedakteXarici kecidler RedakteBaki Kitab Klubu Fereh Pehlevi Xatireler Memuar az kitabklubu org 2017 08 02 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 02 19 Baki Kitab Klubu Fereh Pehlevi Xatireler memuar az kitabklubu org 2016 2017 07 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 02 17 Sciolino Elaine The Last Empress The New York Times 2 May 2004 Bayegan Reza The Shah amp She National Review 13 May 2004 Menbe https az wikipedia org w index php title Xatireler Fereh Pehlevi amp oldid 5465637, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Fərəh Pəhləvi Xatirələr Yıxılan Rejimin Və Bitməyən Eşqin Hekayəsi

Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindəniydi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azər­bay­canda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.

1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliçə (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməci qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.

Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.

Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi “Xatirələr” adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşamaqdadı.

Текст книги “Fərəh Pəhləvi: Xatirələr”

Fərəh Pəhləvinin «Xatirələr»i məhz o əsərlərdəndir ki, onu təkrar-təkrar oxumaq istəyirsən və hər dəfə oxuyanda da əvvəl fikir vermədiyin yeni detalları üzə çıxarırsan. Azərbaycan oxucusu üçün bu əsər ikiqat məna daşıyır, çünki məşhur kraliçə Fərəh Pəhləvi həm azərbaycanlıdır, – o bunu heç bir zaman gizlətmir, həm də bütün hadisələr (Şimali) Azərbaycanın bilavasitə qonşuluğunda baş verir, bəzən isə birbaşa (Şimali) Azərbaycanla bağlı olur.

Fikrimizcə, «Xatirələr»in politoloji əhəmiyyəti daha önəmlidir. Müəllif özü də hiss eləmədən nəhəng bir sülalənin, ailə hakimiyyətinin – şah rejiminin addım-addım qüruba endiyini çox məharətlə qələmə alıb. Diqqətli oxucu rejim üçün qırmızı xəttin nə zaman keçildiyini hiss edir, çünki tarixi baxımdan əslində qeyri-adi heç nə baş vermədiyi açıq-aşkar görünür… Əvvəlcə hər şey çox yaxşı gedir. Bu barədə müəllif belə yazır:

«Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi (Fərəh Pəhləvinin qaynatası, ərindən əvvəlki şah – red) tac qoyduğu zaman İran sanki başsız bir ölkəydi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – «gücü yetən-yetənə»ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar da yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdı; ordu deyilən bir şey qalmamışdı, qalan qüvvələr quzeydə rus, güneydə ingilislərə bağlıydı; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə edirdi. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi 30 ilə düşmüşdü, uşaq ölümü faizi ən yüksəklərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmırdı, məktəbə belə getmirdilər. Ölkədə nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…»

Sonra Fərəh Pəhləvi şah rejiminin gördüyü işləri sadalayaraq əvvəlki şahı Mustafa Kamal Atatürklə müqayisə edir:

«O, Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi…»

Təbii ki, sonra şah rejiminin problemləri başlayır… və bu problemlər rejimin 1978-ci ilin sonunda çöküşü ilə bitir… Siyasət və politologiya əsərlərində və müxtəlif məqalələrdə İranda şah rejiminin çökməsinin gözlənilmədən baş verdiyi barədə çoxlu mülahizələrə rast gəlmək olar, amma «Xatirələr»də bu prosesin heç də gözlənilməz olmadığı aşkar sezilir…

«Xatirələr»i sona qədər oxuyub, orada müəllifin (Şimali) Azərbaycanda populyar olan inqilabi antifars baxışlarına qəti malik olmadığını görən oxucular şoka düşə bilərlər. Doğrudur, Fərəh Pəhləvi əslən azərbaycanlı olduğunu və bu dili («türk dilini») bildiyini gizlətmir, hətta əsərdə bu barədə maraqlı bir epizod da var:

«Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zərif olduğumu söyləmişdi: «Boy, nə gözəl qızdı» – yəni, türkcə «bu qız gözəldir» demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər də sevindirmişdi…»

Lakin Fərəh Pəhləvi millətçi olmadığını, bütün ruhu ilə İran dövlətinə qulluq elədiyini, əri – şah Məhəmməd Rza Pəhləvini dərindən sevdiyini və ona həmişə sadiq qaldığını əsərinin az qala hər sətrində qeyd edir…

Əsərdə bizim oxucuları daha çox maraqlandıran bir neçə epizod da var. Müəllif 70-ci illərdə Bakıda olduğu barədə də yazır, lakin o zamanın kommunist Bakısı onun yaddaşında elə də xoş təəssürat buraxmayıb…:

«Daha sonra bizim Azərbaycan əyalətimizin sərhəd qonşusu olan Sovet Azərbaycanının paytaxtı Bakıya da getdik. Azərbaycanlı ruslar (yerli əhali nəzərdə tutulur – tərc.) atamın kökünün bu bölgədə olduğunu bilirdilər, belə vəziyyətin aramızda xüsusi yaxınlıq yaratdığını hiss eləyirdim…»

«Xatirələr»in əhəmiyyəti tək bunlarla bitmir, kitabın üz qabığında deyildiyi kimi bu əsər təkcə yıxılan bir rejim haqqında deyil, daha çox bitməyən bir eşqin hekayəsidir. Əsərin böyük bir qismi ailə sürgündə olanda şahın qan xərçəngi xəstəliyinə tutulub onunla çarpışmasına həsr olunub…

Sizi kitabla baş-başa buraxırıq…

Kitab Klubu

İran şahı Məhəmməd Rza Pəhləvi və Şahbanu Fərəh Pəhləvi

Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindəniydi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca «ipək» mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.

1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliçə (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.

Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.

Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi «Xatirələr» adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşayır.

Aydınlığın düşmənləri tərəfindən qətlə yetirilənlərin xatirəsinə.

İranın bütövlüyü üçün həyatlarını itirənlərin xatirəsinə.

İran xalqına.

Uşaqlarıma.

Şahıma olan sevgim adına.

Son uçuşu xatırla,
Quş ölümlüdü…

Foruq Fərruxzad

Bu kitabın yazılmasında məndən köməyini əsirgəməyən Lionel Duroya minnətdarlığımı bildirirəm

PROLOQ

Nə vaxt o 1979-cu il yanvar səhərini xatırlayıram, eyni dərin kədər gəlib ürəyimə saplanır. Aylardan bəri atəş və qan içində yaşayan paytaxtımız sanki qəfildən solub-saralmışdı, insanın hövsələsini daraldan səssizlik çökmüşdü Tehranın üzərinə. 16 yanvar günü ölkəmizdən ayrılırdıq. Şahın müvəqqəti olaraq geri çəkilməsinin çaxnaşmanın yatmasına köməyi olacağını düşünüb yurdumuzu tərk eləyirdik.

Getməyə məcburuyduq. Bu qərar on gün qabaq verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah vəziyyəti xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid bəsləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq, ona edilən haqsızlıq aradan qaldırılacaqdı.

Qar yağmışdı. Gün doğanda, Elburz dağlarından əsən sərt külək buz kimi qar dənələrini ətrafa sovururdu. Gecə qəribə şəkildə sakit keçmişdi, elə sakit keçmişdi ki, Şah bir neçə saat yata bilmişdi, bu da az şey deyildi! Keçən bir il ərzində Şah xeyli arıqlamışdı, hadisələr onun içini yeyib-tükədirdi, bu da bəs deyilmiş kimi, xəstəlik də onu zəiflətmişdi. Üstəlik, son həftələrdə tez-tez asayiş qaydalarının ziddinə, əsgərləri heçə sayan və binaların damlarına dırmanan nümayişçilərin kin dolu səs-küyü saraya, bizə qədər gəlib çatırdı: «Allahü-Əkbər!», «Rədd olsun Şah!» Bu həqarətlərdən Şahı qorumaq üçün hər şeydən keçərdim.

Artıq uşaqlarımız yanımızda deyildi. Kiçik Leylamın qəfildən qapını açıb içəri girmələri, Fərəhnazın atasına bir az ürkək, sevgi dolu baxışları, Əli Rzanın elədiyi və ərimin həmişə şəfqətlə qarşıladığı şaqraq zarafatları… Bütün bunlardan məhrum olduq. Saray zülmətə bürünmüşdü. İyirmi il ərzində bizi xoşbəxt eləyən ailə həyatının qətiyyətlə sonu demək olduğunu qabaqcadan hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı vəziyyət onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.

Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, tədqiqatçılar, dövlət məmurları ölkəni tərk eləyirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son «mühacirlər» kimi yerimizi tutacaqdıq.

Uşaqların yola düşməsindən lap qabaqkı bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil, yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar hara qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib, ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün Şaha yalvarırdılar. Amma o, hər dəfədə: «Hökmdar taxtını yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, diktator bunu düşünə bilər, amma hökmdar bunu əsla eləməz!» deyib hamısını qətiyyətlə rədd eləyirdi.

Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü, beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay qabaq, 1978-ci il dekabrın ortalarında böyük qardaşı Rzanın yanına, Amerikaya getmişdi. Leyla və Əli Rzanı da anamla birlikdə onların yanına göndərdik. Əli Rzanın bütün qəlbiylə bağlı olduğu hökmdarlıq bayrağıyla mühafizə alayı uniformasını özüylə götürdüyünü xatırlayıram. Onları bir də nə zaman görəcəkdik, görəsən? Amerika əvvəl bizi qəbul eləyəcəyini açıqlamış, sonra sözünü dəyişdirmişdi; anlaşılırdı ki, orda artıq çox arzulanmırıq. Prezident Sədatın ölkəsi, dost Misir bu səbəblərə görə, ilk dayanacağımız olacaqdı. Uşaqlarımızdan nə qədər uzaq düşürdük!

O səhər qəhvəmizi ayrı-ayrı içdik. Şah erkəndən qalxmışdı və həmişəki kimi, iş otağına getmişdi. Həddən çox sevdiyi bu ölkədə son saatlarını keçirdiyini düşünürdümü? Bundan sonra ölkəsinə heç dönə bilməyəcəyi, görəsən, beynindən keçmişdimi? Bu gün belə, bunları düşünəndə, ürəyim sancır.

Bəzi lazımlı əşyaları yığışdırmaq üçün günortaya qədər vaxtım varıydı. Gecə uşaqların şəkilləri, ailə albomları ağlıma gəlmişdi, onları burda qoymaq fikri məni həqiqətən narahat eləmişdi. Albomları tez toplamalıydım. Keçmişdə qalan xoşbəxtliyimizin bütün xatirələri bu səhifələrin içində yaşayırdı. Bəs, başqa nələri götürməliydim? Elə alt-üst olmuş ruhi vəziyyətdəydim ki, qəfildən şəhərdən kənarda geyməyi sevdiyim bir cüt idman ayaqqabısını götürüb ayırdığımı xatırlayıram. Gözüm ayaqqabılara dikilmişdi, çünki bundan belə istədiyimiz qədər gəzməyə vaxtımız olacağını düşünmüşdüm. Cəsarətimizi itirməmək və müvazinətimizi saxlamaq üçün gəzmək son dərəcə vacibiydi. Bəli, bu ayaqqabılar mənim ən dəyərli dostlarım olacaqdı. Ayaqqabıları özümlə götürmək fikri nagəhan şəkildə məni sakitləşdirmişdi. Bir neçə gün sonra onları əşyalarımın içində görəndə, özüm-özümə acı-acı güldüm. Bu cür ayaqqabıların dünyanın hər yerində tapıldığını necə olub ki, ağlıma gətirməmişdim, yarəbbim! Necə zülmət və soyuq sürgünə doğru yol başlayırdıq?

Sonra kitabxananı dolaşdım, ən sevdiyim kitabları, İranda və dünyanın hər yerində tanıdığım şairlərin, dövlət rəhbərlərinin və yazıçıların mənə ithaf elədikləri kitabları ayırdım. Saray xidmətçilərindən mənə yardım göstərməyə gəlmiş bir adamla birlikdə mənim iş otağımdaydıq.

«Miniatürlər sizindi, Şahbanu. Onları götürün!» – dedi mənə. Böyük hüznlə bu adama baxdığımı xatırlayıram.

«Xeyr, olmaz, hamısı qalmalıdı. Bu incilərdən heç birini götürmək istəmirəm».

Qərarsızıydım: bir tərəfdən, bir gün geri dönəcəyimizə ümid eləyir, digər tərəfdən də, gözümün önünə gələn görüntüdən sarsılırdım: qəzəbdən çılğınlaşmış nümayişçilərin saraya girdiklərini, dolablarımızı, siyirmələrimizi yağmaladıqlarını görürdüm. Hər nəyin bahasına olursa-olsun, kiminsə dəyərli əşyalarımızı özümüzlə götürdüyümüzü düşünməsini istəmirdim! Təkcə ölkəmizin xeyrinə yorulmadan çalışdığımızı bilirdik və ölkəmizdən başımız dimdik ayrılırdıq. Bəli, bəzi xətalar eləmiş ola bilərdik, amma həmişə yalnız ölkəmizin rifahını düşünmüşdük.

Bəzi hökmdarlar və dövlət başçıları tərəfindən bizə verilmiş bir neçə hədiyyəni, bəzi şəxsi əşyaları götürmələri üçün bir neçə gün öncə muzey rəhbərlərini çağırmışdım. Heç olmasa, bu əşyalar oğurlanmayacaqdı. Onların maddi dəyərinin mənim üçün əhəmiyyəti yoxuydu. İnsanın keçmişindən, ruhundan bir parça qoyurmuş kimi, istəyə-istəyə, bilə-bilə ənənəvi İran geyimlərim də daxil olmaqla, digər hər şeyin, rəsmlərin, şəxsi əşyalarımızın, xalıların və b. eləcə yerlərində qalmalarını istəyirdim. Talanın, pis niyyətli cəhdlərin qarşısını almaq üçün televiziyadan bir neçə nəfəri sarayın içini lentə almaları üçün dəvət eləmişdim. Bizim həyatımız İranın taleyilə birgə keçmişdi və bu gün şəxsi əşyalarımızın ölkəmizdən çıxarılmadığından qürur duymaqdayam.

Duyğulu əzablardan son dərəcə yorğun anlar, Tehran qışının sərt havasında parkın ağaclarını seyr edərkən fikrə dalmalar, bu qədər qayğısız yaşadığımız, bizdən ötrü ilıq xatirələrlə dolu meydanlar arasında son saatlar çox tez keçib getdi. Bu əhval-ruhiyyədə ola-ola, Amerikada Fərəhnazı aradığımı xatırlayıram. Qəfildən onun bir ay qabaq otağına və gənc yaşına uyğun xoşbəxtliklərinə yenidən qovuşacağına əmin halda getdiyinin fərqinə vardım. Zavallı uşaq! Bu xatirələri yazdığım ana qədər İranı bir daha görməyəcəyi heç ağlıma gəlirdimi? Ondan nə istədiyini soruşdum:

«Yaxşı fikirləş, Nanazcığım, xüsusi götürməyimi istədiyin bir şey varmı? Söylə…»

Qızımın o zaman İranda çox bəyənilən müğənni olan Səttarın, otağının baş tərəfindən asılmış rəsmini istədiyini biləndə, heyrətləndim. Başqa heç bir arzusu yoxuydu. Elə bilirəm ki, mənim ayaqqabılarım kimi, bu afişa da onu sakitləşdirəcək, şüuraltında daha sonra yaşayacağını sezdiyim bədbəxtliyi zəiflədəcəkdi.

Rzaya gələndəsə, o, sarayda xüsusi hissədə yerləşirdi; Amerikaya gedəndən bəri bir iliydi ki, tamamilə qapalıydı. Böyük məhəbbətlə saxladığım uşaqlıq qığıltılarını, ilk kəlmələrini, ilk addımlarını yazdığımız kaseti, foto-albomları, bütün xatirələri orda dururdu. Oğlumu axtarmağı ağlıma gətirmədim, hər şeyi atdım. Bu gün mənim üçün xəzinə dəyərində olan həmin əşyalara təkrar qovuşmağı nə qədər istəyərdim.

Günortaya yaxınıydı. Şah iş otağına çəkilmişdi, sarayın içindəki hava hər keçən dəqiqə bir az da ağırlaşırdı. Çaşqın halda ora-bura qaçan qadın-kişi saray xidmətçilərini xatırlayıram. Ən yaşlısı ərimin atası Rza şaha xidmət eləmiş kəsləriydi, bəziləri isə iyirmi il qabaqkı evlənmə mərasimimizdə iştirak göstərmiş adamlarıydı. Və hamısı da bizim ölkədən getməli olmağımızdan özlərini itirmiş vəziyyətdəydilər. Vərdiş eləmədiyimiz səssizlik içində gedib-gəlirdilər, dinməz-söyləməz dolaşmalarından artıq heç bir ümidləri qalmadığını sezirdim. Belə ayrılıb gedə bilməzdik, inamlarını itirməməliydilər.

Bizi yola salmaq üçün toplaşmışdılar. İranın uzun tarixindəki acı dövrlərindən birini də yaşamağa hazırlaşdığımızı onlara başa salmağa çalışdım; ilk bahar gələndə, yenidən görüşəcəyimizi və Şahın qayıtmasını bayram eləyəcəyimizi söylədim. Əslində, qorxunc bir kabusun ölkənin gələcəyini necə zülmətə salacağını o anda kim bilərdi ki? Göz yaşlarımızı içimizə axıdırdıq. Bəziləri özlərində gülümsəməyə güc tapdılar. Hər birinə dəyərli əşya, öz qiymətli şeylərimdən birini, ya da bir az pul verdim. Uzun ayrılıq dövrü ərəfəsində bizi bağlayan tellərin olduğunu göstərmək istəyirdim.

Nəhayət, Şah gəldi. Onu görəndə, hamısı ağlamağa başladı. Hisslərinə həmişə son dərəcə hakim olan Şah elə bil, həyəcanını saxlamaqda çətinlik çəkirdi. Bir neçə qısa kəlməylə ayrı-ayrılıqda hər birinin könlünü almağa çalışdı. Bir çoxu hıçqırıqlar içində onları atıb getməməsi üçün yalvardılar. Bizi Mehrabad təyyarə limanına aparacaq iki vertolyotun hazır olduğu bildiriləndə, saray xidmətçiləri pilləkanlarda sıraya düzüldülər. Artıq gedirdik, əşyalarımız qabaqcadan aparılmışdı. Bəziləri əllərini uzatdılar, pərişan üzləri gözümün önündədi. Şah hamısını son dəfə salamladı, mən də özümə yaxın olanları qucaqladım, sonra pərlərin gurultusu arasında sarayın şəhər evlərinin arxasında gözdən itdiyini gördüm. Mühafizə qrupunu gətirən vertolyotun müşayiətilə şahlıq pavilyonuna endik. Sərt və dondurducu külək altında titrəşən, bir-birinə qısılmış zabitlərdən və bəzi mülki şəxslərdən ibarət qrup orda bizi gözləyirdi. Əslində, Şah hamısından bu çətin günlərdə Mehrabada gəlməmələrini, vəzifələrinin başında qalmalarını tələb eləmişdi. Həmişə mühərrik gurultularından titrəyən təyyarə meydanı qəfildən ölüm səssizliyinə bürünmüşdü. Qarışıqlıq üzündən yerdə hərəkətsiz qalan təyyarələrin görünüşü adamın qanını qaraldırdı. Bomboş göy üzündə təkcə, Elburz təpələrindən əsən küləyin inadcıl qəzəbi duyulurdu.

Ərim gərginliklə, amma dimdik durub bir neçə dost və sadiq yaxınını salamladı. O anda mühafizə alayından bir zabit Şahın ayaqlarına yıxılaraq, getməməsi üçün yalvardı. Həmişə özünü ələ almağı bacaran Şah onu qaldırmaqdan ötrü əyiləndə, gözlərinin yaşardığını gördüm. Ağladıqlarını gizlətməyən bir neçə zabit də ondan ölkədən ayrılmamasını təvəqqe elədilər. Şah Baş Qərargah rəisiylə xüsusi və qısa söhbətdən sonra vidalaşdı. İranlı jurnalistlər də bir az geridə çaşqın vəziyyətdə mərasimi izləyirdilər. Xarici mətbuat dəvət olunmamışdı. Qısa bir müddətdən sonra Şah jurnalistləri görüb onlara doğru yönəldi. Hökumətin başına Şahpur Bəxtiyarı gətirmişdi və elə həmin o vaxt baş nazir məclisdə etimad səsləri almağı gözləyirdi. Şah qərarına məclis qismən səs verməmiş ölkəni tərk eləmək istəmirdi.

Jurnalistlərə: «Hökumət qurulanda söylədiyim kimi, özümü yorğun hiss eləyirəm, dincəlməyə ehtiyacım var, işlər yoluna düşəndə və hökumət vəzifəsinə başlayanda, səyahətə çıxacağımı da söyləmişdim. Elə bu səyahət indi başlayır», – dedi.

Mən də ölkəmizin uzun tarixi ərzində bəzən çətin anlar yaşadığını, amma İran mədəniyyəti və mənəviyyatının hər şeyin öhdəsindən gələcəyinə qətiyyətlə əmin olduğumu ifadə elədim.

Budu, ən axırda «səyahətə» çıxırdıq. İnsanların özünə gəlməsi və kinin yatması üçün zamana ehtiyac varıydı; biz də bir müddət gözlərdən uzaq qalıb, onlara bu vaxtı verirdik. Bir neçə həftə sonra insanlar başa düşəcəkdilər… Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.

İztirab dolu gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərdiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.

Qısa müddətdən sonra Bəxtiyarın əyilə-əyilə vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkanlarına doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.

Ərim yumşaq səslə Şahpur Bəxtiyara: «İndi hər şey sizin əlinizdədi. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət eləyirəm», – dedi.

Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq məcburiyyətində qalacaqdı.

Hər səfərə çıxanda, ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.

Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib, rəsmi səfərlər üçün istifadə elədiyimiz «Şahin» adlı mavi-bəyaz «Boinq-707» təyyarəmizə çatdıq. Pilləkənin altına çatanda, Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan həyəcan keçirdiyimizi xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri sarsıntı içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.

Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, «Tarixə şəhadət», Paris, 1979), «Yurdumdan ayrılanda, mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan sükut hakimiydi ətrafa», – deyə yazacaqdı.

Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı. Uzun zamandan bəri xidmətimizdə olan başqa insanlar da vardı. Sarayda son anda ətrafımda heç bir qadının olmadığını görüb, dörd uşağımızın həkimi olan qohumlarımızdan doktor Luiza Pirniadan sonu naməlum bu səfərə mənimlə getməyi istəyib-istəmədiyini soruşmuşdum. Dərhal qəbul eləmiş, ailəsini orada qoyub, təkcə, paltarlarını yığdığı kiçik bir çamadanla bizə qoşulmuşdu. Aşpazımız da bizimləydi, İranı, vərdiş elədiyi mətbəxi bir daha görməyəcəyini sezdiyindəniydi, deyəsən, son dərəcə vasvası olan bu adam özüylə iri yemək qazanlarını, çuvallar dolusu noxud, düyü və mərcimək götürmüşdü… Qısasl, hər kəs bir şeylə təskinlik tapmağa çalışırdı.

Təyyarəyə minər-minməz Şah komanda hissəsində əyləşdi. Bu əvvəldən ən böyük zövqlərindən biriydi. Beləcə, keçirdiyi iztirablara baxmayaraq, hətta bəlkə də bu sarsıntı üzündən özünü sonsuzluğadək İrandan uzaqlaşdıracaq, yaxınlarının əlindən qoparacaq bu səyahətdə təyyarəni şəxsən sürmək istəyirdi. Yaşadığımız hadisələrin çoxluğundan çaşıb qalmışdım, amma için-için də dözməyi bacardığımdan özümlə qürur duyurdum. Təyyarəmizin havaya qalxmasıyla bağlı daha bir xatirəm yoxdu.

İranın hava məkanında uçduğumuz müddətdə ərim təyyarəni idarə elədi. Sonra komandanı pilotlara verib yanımıza gəldi. Elə o zaman tarixin bizi içinə itələdiyi uçurumu bütün dərinliyilə hiss elədim. O anda dərhal dözmək üçün bəzi şeylər eləməsəydim, bəzi cəhdlər göstərməsəydim, ağlımı itirəcəkdim. Dünyaya zavallı ölkəmə yardım üçün müraciət eləməyi düşündüm. Üsyançılara qarşı olan, amma müdafiə imkanları olmayan xeyli adamı orda qoymuşduq, bu yaxınlarda mütləq ayaqlarına yıxılacaqdılar. Onlara tez kömək çatdırmaq lazım gəlirdi, bizə yaxın olan dövlət başçılarına xəbər verilməliydi. İçəridən bəzilərinə mesaj göndərmək üçün dərhal Şahdan izin istədim. Mənə qəribə tərzdə baxdı, sonra istəməyə-istəməyə razı oldu. Əfşar bəyin köməyilə bu çağırışları qələmə aldım. Sonra ilk dəfə Misirin güneyində, Asuana doğru uçanda, həyəcanla dəftərin ilk səhifələrini qaralamağa başladım. Bu dəftəri on səkkiz ay ərzində, Şahın ölümünə qədər özümdə saxladım. Aşağıda o dəftərdən bir neçə sətir çatdırıram:

«16 yanvar 1979.

Sarayda durum qorxuludu, çox qorxuludu. Görülməsi lazım gələn çox işlər, telefonla tapılmalı olanlar, ətrafdakı insanların hıçqırtıları…

Ümidsizliyə qapılmamalı, ağlamamalıyam, ürək-dirək verməliyəm. Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır. Sarayda ayaqlarımızı qucaqlayan, yalvaran, suallar verən insanlar: «Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Niyə bizi tərk eləyirsiniz? Bizi başlı-başına buraxmayın…»

«Xeyr, ayağa qalxın, Allaha güvənin. Siz zabitsiniz, ağlamamalısınız», – dedim. Mən içimdə ağlayırdım, amma onlar görmürdülər.

Vertolyotdan düşəndə, gülümsəməli, inandırıcı sözlər tapmalı, daim güclü olmalıyam. «Əminəm ki, beynəlxalq birlik bu vəziyyətin öhdəsindən gələcək, mən İran xalqına güvənirəm».

Jurnalistlərələrə dediklərim bunlarıydı. Aralarından bir nəfər mənə «Allah köməyiniz olsun!» deyə pıçıldadı. Sonra hamı təyyarəyə doğru yönəldi. Orda insanlar Şahın qarşısında diz çökdülər. Ərim pərişan olmuşdu, gözləri yaşla doluydu. Pilotlar, zabitlər, jurnalistlər, mühafizəçilər, hamı hıçqıra-hıçqıra ağlayırdı.

Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu qəlbimi qorxunc şəkildə parçalayır. Uşaqlarım, dostlarım, ölkəm… ürəyim param-parça! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanıbsa, yaşamağa, təpərli olmağa necə davam eləyəcəyəm?»

İlk gənclik illərimdə gələcəyimi düşünəndə, özümü mədəni, qürur duyacağım bir kişinin yanında təsəvvür eləyərdim. Get-gedə daha çox qadının İranın inkişafına qoşulmaq üçün səfərbər olduqları bir vaxtda, 50-ci ilin axırlarında təhsilimi bitirmədən ərə getməyi fikirləşmirdim. Günlərin birində ölkəmizin ən böyük şəxsiylə evlənmək ağlıma belə, gəlməzdi. Şahdan bir gün:

«Niyə məni seçdin», – soruşmuşdum.

«İlk görüşlərimizin birində, günortadan sonra yeddi daş (uşaq oyunu – N.Ə.) oynamışdıq, xatırlayırsanmı? Olduqca çoxuyduq. Daşların çoxu hədəfə dəymədən yerə düşürdü, sən də çox incə tərzdə dərhal qaçıb oyunçuların daşını toplayırdın. Səni ondan qabaq da bəyənmişdim, amma o gün nəcibliyini sevdim…»

Comments are closed, but trackbacks and pingbacks are open.