Press "Enter" to skip to content

Fərhad Məmmədov – Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Fərhad məmmədov kitabı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanda araşdırma və beyin mərkəzləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Fərhad Məmmədov – Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə

Önündən ötüb keçənlərin tezliyinə gözləri alışmışdı. Piştaxtanın önündən keçən piyada yolunda yalnız nahar vaxtlarında və ya axşam üstü ötüb keçənlərin sayı seyrəlirdi. Rüstəm kişi çox insanlılığa öyrəşmişdi artıq. Daima müxtəlif temperament və xasiyyətli insanlarla ünsiyyət, onların gündəlik davranışlarına müşahidə Rüstəm kişidə böyük psixoloji üstünlüklər yaratmışdı. İnsaların himini də, cimini də bilirdi. Düz on il idi ki, bayram və istirahət günlərini çıxmaq şərtilə həyatının əksər saatlarını bu qəzet-jurnal qasidində keçirirdi. Şəhərin mərkəzi yerlərindən olan Azadlıq prospektindən belə köşkü əldən verməmək üçün dəridənqabıqdan çıxmışdı işgüzar Rüstəm kişi. Yanvarın üçü hələ də bayram günü olmasına rəğmən, evdə oturmaqdan təngə gəlib, iş yerinə getdi. Son günlərdə qızını evlilik, oğlunun ali təhsil haqqı məsələsi, digər oğlunun – beyin pozuntuları olan əlil oğlunun gələcəyi barədə çox götür-qoy edirdi. Bununla belə bekar vaxtlarında hər zaman, bir neçə ay bundan qabaq ilk dəfə piştaxtasına yaxınlaşmış 25-30 yaşları arasında olan və həftədə üç kərə müştərisi olmasına rəğmən adını gizli saxlayan daimi müştəri haqqında fikirləşirdi. Onu ilk dəfə görənədək, Rüstəm kişi elə düşünürdü ki, “elə bir insan olmaz ki, onun maska altında gizlətdiyi həqiqi simanı müəyyən etməsin. Ancaq bu müəmmalı müştəridən sonra onun bu məğrurluğunu sanki dənizin dibinə batırdılar. – Ataş dünən xəbərin oldu da, dünən Bakıda yeni peyda olmuş manyakı tutdular. Gecələr qaranlığa düşmüş cavan qızları xüsusi zorakılığla öldürürdü, yaramaz. Bir işə bax ki, hamsını xüsusi kəmərlə boğub öldürürmüş. – Xəzər Xəbərdə baxdın? – Hə. Bütün cinayətlərini boynuna alıb. Amma özü deyəni, heç də peşman olmayıb çirkin əməllərindən. Deyir buraxsalar yenə də həmin işlərlə məşğul olacam. Beləsini bir dəfə yox beş dəfə asmaq da azdı. Sonradan məlum oldu ki, həmin manyak bir neçə il bundan əvvəl boşanıbmış. Heç toyundan bir-iki həftə keçməyib ki, arvadı ondan ayrılıb. Oğlan impatent ola ola valideynləri gücbəlayla onu evləndirmişdilər. Öz oğulları cəhənnəmə, oğullarının çatışmamazlığını toy-düyünlə örtbasdır etmək üçün yazıq qızı bədbəxt etdilər

Yükləməyə Keç [276,61 Kb] [ : 1001] –>

Fərhad məmmədov kitabı

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi ilə əlaqədar hazırlanmış “Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri” adlı üçcildlik kitabın təqdimatı olub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildində Azərbaycan fortepiano ifaçılıq sənətinin görkəmli ustadları, ikinci cilddə Azərbaycan simli və nəfəs alətlərin ifaçılığının görkəmli şəxsləri, üçüncü cilddə isə Azərbaycan vokal və dirijorluq sənətinin görkəmli ustadları haqqında danışılır. Kitab Azərbaycan, rus və ingilis dilində nəşr olunub.

Tədbirdə Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək, kitabların musiqi mədəniyyətimizdə əvəzsiz rol oynamasını xüsusi vurğulayıb. Kitabın ideya müəllifi Əməkdar müəllim, BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova çıxış edərək nəşrlərin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. Eyni zamanda Xalq artistləri Zəhra Quliyeva, Yusif Axundzadə, Əməkdar artist Validə Rəsulova, Əməkdar müəllim, BMA-nın elmi katibi dirijorluq kafedrasının professoru Leyla Məmmədova, Konsertmeyster ustalığı kafedrasının professoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışıb, fikirlərini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, eyni zamanda respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynov, Səidə Tağızadə, Nəzrin Aslanlı, Məhəmmədəli Paşazadə, Leyla Fərəcovanın və “Sabah” qrupunun xor kollektivinin ifaları səsləndirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.