Qədim Türk Yazili Abidələri Orta Türk Dövrü – F R Zeynalov
KİTABIN NƏŞRİ ÜÇÜN ÇOXLU VƏSAİT LAZIMDIR
Ferhad Zeynalov – Wikipedia
Fərhad Ramazan oğlu Zeynalov ( 22 iyun 1929 , Ordubad – 16 oktyabr 1984 , Bakı ) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru (1966), professor (1968), müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri. [1]
Mündəricat
Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956). Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – “Nitq hissələrinin təsnifat prinsiptləri” – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir. [2] 1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1984-cü ildə vəfat etmiş və Ordubadda dəfn olunmuşdur. [3]
Xidmətləri
Azərbaycanda türkolgiya məktəbinin yaradıcılarından olan Fərhad Zeynalov onun aktual problemlərinə, o cümlədən türk dillərində nitq hissələrinin təsnif prinsiplərinə, köməkçi nitq hissələrinə, türk dillərinin müqayisəli qrammatikasına, qədim türk yazılı abidələrinə dair tədqiqatların, 11 monoqrafiya, dərslik və tədris vəsaitinin müəllifidir. “Türkolgiyanın əsasları” (1981) adlı fundamental monoqrafiyasında o, türk dillərinin yeni təsnifini vermişdir. ADU-da türkoloji fənlərin və ixtisas kurslarının (“Türkologiyaya giriş”, “Türk dillərinin müqayisəli qrammatikası”, “Qədim türk yazılı abidələri”) tədrisi, bu ixtisaslar üzrə tədris proqramlarının hazırlanması məhz onun adı ilə bağlıdır. Onun “Türkologiyanın əsasları” dərsliyi SSRİ miqyasında ilk belə təşəbbüs idi. Bu kitabın çapdan çıxması xeyli rezonans doğurdu, belə ki, o zamanlar türkologiya hələ təzə-təzə “antisovet” elmləri siyahısından çıxırdı. [4]
Fərhad Zeynalov mətnşünaslıq sahəsində də çalışmış, S.Əlizadə ilə birlikdə “Kitabi-Dədə Qorqud” eposunun elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. “Kitabi-Dədə Qorqud və dünya şərqşünaslığı”, “Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi”, “Türk dillərində analitik yolla yaradılmış felin formaları” və s. elmi əsərləri türkologiyanın ən aktual problemlərinə toxunub. Ümumilikdə, 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və Macarıstanda çap olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
- Nitq hissələrinin təsnifat prinsipləri. Azərbaycan dilinin materialları əsasında, SSRİ Ali Təhsil Nazirliyi, 1957
- Azərbaycan dilinin qrammatikası, Azərb. SSR EA nəşri, Baki, 1960
- Müasir türk dillərində köməkçi adlar, ADU-in Elmi əsərləri.Dil və Ədəb. seriyası, 1963.
- Müasir türk dillərində qoşmalar, Bakı, 1964
- Müasir türk dillərində modal sözlər, ADU-in Elmi əsərləri. Dil və Ədəb. seriyası, 1965
- Sözsonluqları leksik-qrammatik kateqoriya kimi, S.M.Kirov adına ADU-nun “Elmi təzkirələri”,1966, №3
- Türk dillərində modallıq kateqoriyası və onun ifadə üsulları, Sovet türkologiyası, 1970, №2
- Türk dillərində sifətin kateqoriyaları, ifadə formaları, SSRİ təhsilinin 50 illiyinə həsr olunmuş konfransından tezis və məruzələr, 1972
- Türkologiyaya giriş kursunun proqramı, Bakı, ABU nəşri, 1973
- Türk dillərinin linqvistik terminlərinin müqayisəli lüğətinin hazırlanmasının zəruriliyi haqqında, Sovet türkologiyası, 1973, №4
- Türk dillərinin müqayisəli qramatikası, h. 1-2, Bakı, 1974-75;
- “Dastani-Əhməd Hərami” – Azərbaycan dilinin ən qədim ədəbi abidəsi, Sovet türkologiyası, 1975, №5
- “Kitabi-Dədəd Qorqud” və dünya şərqşünaslığı, Təhsil nazirliyi, “Elmi əsərləri”, 1976
- Qıpçaq dialektlərinin özbək ədəbi dili ilə müqayisəli tədqiqatı, Azərbaycan SRİ-nin Ali və Orta Təhsil Nazirliyinin Elmi Təzkirələri, 1977,№З
- Türk dillərində nitq hissələri problemi, Türkoloqiya kafedrası üzrə ixtisas kursu proqramları, Bakı, 1978
- Oğuz-Selcuq abidələri və Azərbaycan dili, Təhsil Nazirliyi, “Elmi əsərləri”, 1979
- Qədim türk yazılı abidələri, ADU nəşriyyatı, 1980
- Türkologiyanın əsasları, Bakı, “Maarif” nəşriyyatı, 1981
- Şəyyad Həmzənin “Yusif və Züleyxa” poeması, Baki, 1982
- Kitabi-Dədə Qorqud, Bakı, “Yazıçı” nəşriyyatı, 1983 [5]
İstinadlar
- ↑”Arxivlənmiş surət”. 2016-03-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-12-28 .
- ↑”Arxivlənmiş surət”. 2010-12-22 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2010-12-28 .
- ↑”Arxivlənmiş surət”. 2016-03-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-12-28 .
- ↑http://www.kaspiy.az/articles.php?item_id=20091020065434613 [ölü keçid]
- ↑”Arxivlənmiş surət”. 2019-11-27 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2011-01-08 .
Qədim Türk Yazili Abidələri Orta Türk Dövrü – F R Zeynalov
Türk sistemli dillərin nə vaxt meydana çıxması məsələsi çox mübahisəlidir. Məsələnin bu günə qədər həll olunmamasına əsas səbəb Orxon- Yenisey abidələrindən əvvəl heç bir qədim türk yazılı abidəsinə rast gəlinməməsidir. VIII-X əsrləri səciyyələndirən bu abidələrin əksəriyyətinin yazılma tarixi yoxdur. Çox ola bilsin ki, bu abidələrin bir qismi məhz elə eramızın əvvəlinə də aid edilə bi-lər. Bu abidələrin mükəmməl əlifbasına (run), təkmilləşmiş fonetik və qrammatik quruluşuna, leksik tərkibinin əhatəliliyinə əsasla-naraq cəsarətlə demək olar ki, bu abidələrin sahibləri-türk dilli xalqlar yeni eradan çox-çox əvvəl qəbilə ittifaqları, tayfa və tayfa ittifaqları şəklində ortaya çıxmış, uzun bir inkişaf yolu keçərək müxtəlif sistemli dillərlə təmasda ola-ola, dəfələrlə ayrılma və bir-ləşmələr nətisəsində sonralar bir nesə böyük qohum dil ailələri şəklində formalaşmış, orta türk dövründə (X-XVI) isə indi gördü-yümüz iyirmi beşə qədər müstəqil dil (müasir türk sistemli dillər) səviyyəsinə yüksəlmişdir .
Türk dillərinin tarixi inkişaf mərhələlərini dəqiq müəyyənləş-dirmək çox çətindir. Bu, hər şeydən əvvəl, əldə olan qədim yazılı abidələri ətraflı şərh etməklə bağlıdırsa, digər tərəfdən isə türk sis-temli dillərin həm ölüb getmiş və həm də müasir dialekt və şivələ-rini, ayrı-ayrı türk dillərinin fonetik, leksik və qrammatik quruluşu¬nu müqayisəli şəkildə səciyyələndirməklə üzvi şəkildə baglıdır .
Türk dillərinin keçib gəldiyi inkişaf mərhələləri haqqında həm xarici və həm də sovet türkoloqları müəyyən fıkir söyləmiş, bir neçə inkişaf mərhələsi qeyd olunmuşdur. (T.Stralenberq, R.Rask, M.Müller, V. Şott, M. Kastren, V. Kotviç, Y. Nemet, L. Ligeti, K. Menges, J. Bentsinq, O. Pritsak, Q. Ramstedt, M. Rəsənen, B. Vladimirtsev, V.v. Radlov, S. Y. Malov , N. A. Baskakov və b) .
Həmin tədqiqatçılar türk dillərinin qədimlərdən başlayaraq bu günə qədər inkişaf tarixini beş-səkkiz dövrə bölmüşlər. Son vaxtlar daha çox təkrar olunan bölgü belədir : ..
«Qədim türk yazılı abidələri külliyyatı» kitabı gəlir
«Bu səfərdə Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini çəkdim».
Bu sözləri Cənubi Sibir bölgəsinə iki həftəlik elmi ekspedisiyadan qayıdan Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskər AzadlıqRadiosunun «İz» proqramına söyləyib.
3 RESPUBLİKADA 300-Ə YAXIN TÜRK RUNİK ABİDƏSİ VAR
Onun dediyinə görə, Rusiya Federasiyasına daxil olan bu üç türk respublikasında 300-ə yaxın qədim türk runik abidəsi mövcuddur:
«Böyük bir filoloji, elmi və pedaqoji boşluğu doldurmaq üçün ötən il Monqolustana gedib «Orxon abidələri» adlı irihəcmli bir kitab yazmışdım. Bu il isə «Yenisey abidələri» adlı kitabıma material toplamaq məqsədilə iki dəfə Cənubi Sibirə səfər etdim. Bunlardan birini Bakı Dövlət Universiteti maliyyələşdirdi. İkinci səfərimi öz vəsaitim hesabına gerçəkləşdirdim. Cənubi Sibirdə yerləşən üç türk respublikasında, yəni Tuva, Xakasiya və Dağlıq Altayda 300-ə yaxın qədim türk runik abidəsi var. Onların təxminən yarısı Qızıl, Abakan, Minusinsk, Qorno-Altaysk, Barnaul və Krasnoyarsk muzeylərində, bir o qədəri də ilkin qoyulduqları yerlərdə, əsasən də dağlıq bölgələrdədir».
TUVANIN PAYTAXTINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ
Tanınmış türkoloq səfər çərçivəsində bu abidələrə həsr olunmuş beynəlxalq konfransa qatılıb:
«Bu dəfə Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini çəkdim. Səfər çərçivəsində Tuvanın paytaxtı Qızıl şəhərində türk runik abidələrinə həsr olunmuş beynəlxalq konfransa qatıldım və orada «Orxon-Yenisey abidələrinin Azərbaycanda tədqiqi» mövzusunda məruzə ilə çıxış etdim».
QARŞIDA DAĞLIQ ALTAY SƏFƏRİ VAR
Ramiz Əskər bu ilin sentyabrında Dağlıq Altaya gedərək oradakı abidələri də araşdırmaq fikrindədir:
«Gələn ilin əvvəllərində «Qədim türk yazılı abidələri külliyyatı» adlı kitabı oxuculara təqdim edəcəyəm. Buraya Altay, Tuva, Xakasiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Şərqi Türküstan, Monqolustan, Şimali Qafqaz, Avropa, Tibet və Azərbaycanda aşkar edilmiş 600-dən artıq abidə daxil ediləcək. Hər abidəyə orta hesabla 2 səhifə ayırsaq, kitabın həcmi 1200 səhifə və ya 75 çap vərəqi olacaq».
KİTABIN NƏŞRİ ELMDƏ BÖYÜK BİR BOŞLUĞU DOLDURACAQ
Alimin dediyinə görə, əsərin nəşri elmdə böyük bir boşluğu dolduracaq:
«Kitabda minlərə ağ-qara və rəngli şəkildən, fotodan, rəsmdən, xəritədən, qrafikdən, sxemdən və s. istifadə olunacaq. Bu kitab elmi-tədqiqat işlərinə böyük təkan verəcək, hər yöndən dahi dilçi Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri qədər faydalı olacaqdır. Tədqi¬qatçılara diaxron araşdırmalar sahəsində misilsiz xeyir verəcək. Ondan humanitar elmlər sahəsində çalışan hər kəs istifadə edə biləcək, tarixi aspektdə yazılan hər şey üçün ona müra¬ciət olu¬na¬caq, o, ən etibarlı mənbəyə və masaüstü kitaba çevriləcək».
KİTABIN NƏŞRİ ÜÇÜN ÇOXLU VƏSAİT LAZIMDIR
Ramiz Əskər məsələnin bir «əmma»sı olduğunu da vurğuladı:
«Belə bir əsəri yüksək poliqrafik səviyyədə nəşr etmək üçün xeyli vəsait lazımdır. Vəsait məsələsi bizim ən yaralı yerimizdir. Vəsait tapılmasa layihəmiz yarımçıq qala bilər. ».
Comments are closed, but trackbacks and pingbacks are open.