Press "Enter" to skip to content

Azərbaycan türkologiyasının bayraqdarı – Fərhad Zeynalov” mövzusunda seminar keçirilib

AZƏRTAC xəbər verir ki, iyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən seminara “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla moderatorluq edib.

Зеjналов Ф. Түрколоҝиjанын әсаслары / Зейналов Ф. Основы тюркологии

Мундәричат:
Түрк дилләринин тарихи.
Түрк дилләринин гурулушу.
Түрк дилләринин тәснифи.
Түрк дилләринин тәдгиги тарихиндән.
Огуз групу дилләри.
Гыпчаг групу дилләри.
Булгар групу дилләри.
Карлуг-уjгур групу дилләри.
Уjгур-огуз групу дилләри.
Чуваш вә jакут дилләри.
Түрк дилләринин әлифбалары.

Фархад Зейналов (1929-1984) — советский тюрколог азербайджанского происхождения, доктор филологических наук (1966), профессор (1968), один из выдающихся научных деятелей, внесших исключительный вклад в развитие современной тюркологии.

Похожие разделы

  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Азербайджанский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Башкирский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Гагаузский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Горноалтайские языки
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Долганский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Древнетюркский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Древнеуйгурский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Казахский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Караимский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Каракалпакский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Караханидский (хаканский) язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Карачаево-балкарский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Киргизский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Крымскотатарский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Кумыкский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Лингвистика
  4. Алтайское языкознание
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Ногайский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Османский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Саларский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Сибирскотатарский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Татарский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Тофаларский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Тувинский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Турецкий язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Туркменский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Узбекский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Уйгурский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Уйгурский язык
  4. Диалекты уйгурского языка
  5. Лобнорский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Урумский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Хакасский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Халаджский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Чагатайский язык (среднеазиатский тюрки)
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Чувашский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Чулымский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Шорский язык
  1. Академическая и специальная литература
  2. Языки и языкознание
  3. Якутский язык

“Azərbaycan türkologiyasının bayraqdarı – Fərhad Zeynalov” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının nəzdində “Azərbaycan türkologiyasının bayraqdarı – Fərhad Zeynalov” adlı növbəti seminar keçirilib. “Türkologiya” jurnalının elmi seminarlar silsiləsinin davam olan bu seminar görkəmli türkoloq alim Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, iyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən seminara “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla moderatorluq edib.

Tədbiri K.Abdulla açaraq bildirib ki, seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini türkoloq alimlərin birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin görkəmli sələf və xələfləri, onların elmi irsi ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdir. Fərhad Zeynalovun Azərbaycan türkologiya elminin bayraqdarı olduğunu vurğulayan K.Abdulla qeyd edib ki, o, Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin sovet məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyəti ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin hazırlayıb. Akademik, həmçinin qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə həsr etdiyi ilk tədbirdir. Fərhad Zeynalovun anılması ilə əsası qoyulan bu yeni ənənə davam etdiriləcək və növbəti seminarlar görkəmli alimlərimizin elmi irsinin müzakirəsinə həsr ediləcək.

Fərhad Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq onun yetişməsində böyük əməyi olan müəllimini xoş xatirələrlə anıb. O qeyd edib ki, Fərhad Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə türkologiya kafedrasını qurmaqla, türkoloji sahədə tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib. O dövrdə bu addımı atmaq böyük iradə və cəsarət tələb edirdi. M.Qıpçaq Fərhad Zeynalovun tədqiqatlarının və əsərlərinin bu gün də türkologiya elmi üçün aktuallıq kəsb etdiyini deyib.

Seminarda, həmçinin AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Aydın Ələkbərov, Bakı Dövlət Universitetinin professorları Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli və Tofiq Hacıyev, dosent Qızılgül Abdullayeva, Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, professor Roza Eyvazova Fərhad Zeynalovun Azərbaycan türkologiyasının inkişafında xidmətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Fərhad Zeynalovun oğlu Vüqar Zeynallı seminarın yüksək səviyyədə təşkilinə görə jurnalın baş redaktoru Kamal Abdullaya, çıxış edənlərə və seminar iştirakçılarına minnətdarlığını bildirib.

“Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışında Fərhad Zeynalovun türkologiya elminə verdiyi dəyərli əsərlərinin bu gün də dünyanın müxtəlif türkoloji mərkəzlərində maraqla oxunduğunu, türkologiya sahəsindəki tədqiqatlara yol açdığını vurğulayıb. Qeyd edib ki, özü aramızda olmasa da, görkəmli alimin qiymətli fikir və ideyaları daim yaşayacaq.

Seminarda Dilçilik İnstitutunun və “Türkologiya” jurnalının əməkdaşları, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.

Görkəmli türkoloq Fərhad Zeynalov anılıb

İyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan türkologiyasının bayraqdarı – Fərhad Zeynalov” adlı seminar keçirilib. “Türkologiya” jurnalının təşkil etdiyi seminar görkəmli türkoloq alimin anadan olmasının 90 illiyinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan akademik Kamal Abdulla bildirib ki, Fərhad Zeynalov Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin SSRİ məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyətləri ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin yaradıb. Akademik həmçinin qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə həsr edilmiş ilk tədbiridir, növbəti seminarlar digər tanınmış alimlərimizin elmi irsinin müzakirəsinə həsr ediləcək.

Daha sonra çıxış edən F.Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq alim kimi yetişməsində böyük əməyi olan müəllimini xoş xatirələrlə anıb. Qeyd edib ki, F.Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə Türkologiya kafedrasını qurmaqla, tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib.

Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Aydın Ələkbərov, Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli, Roza Eyvazova və başqaları çıxış edərək F.Zeynalovun Azərbaycan türkologiyasının inkişafında xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.

Alimin oğlu Vüqar Zeynallı tədbirin təşkilinə görə jurnalın baş redaktoru akademik Kamal Abdullaya, çıxış edənlərə və seminar iştirakçılarına dərin minnətdarlığını bildirib.

S.QALİBOĞLU

Comments are closed, but trackbacks and pingbacks are open.