Press "Enter" to skip to content

Fəridəddin əttar

– Əgər bu sözü harasa yazmaq olarsa, deməli, o faydasızdır.O elə gözlənilməz səslənir, deməli, heç də sehrli deyil.

Fəridəddin Əttarın «Məntiqüt-teyr» əsərindən bir parça

Fəridəddin Əttarın «Məntiqüt-teyr» əsərindən bir parça

Qədim zamanlarda Qumlu Təpələr deyilən quraq təbiəti və qızmar havası olan bir kənd vardı. Bir-iki quru ağacdan və yulğundan başqa bu kənddə yaşıllıq adında bir şey yox idi. Ağır iqlimi olan bu kənddə insanlar həyatını birtəhər keçirmək üçün sığır saxlamaqla məşğul idilər. Torpağın quraqlığı insanlara əkin-biçinlə məşğul olmağa imkan vermirdi. Günlərin birində dərvişlərdən biri uzun və yorucu çölü keçdikdən sonra bu kəndə yetişir. Kəndin aralığında dolaşarkən təsadüfən gördüyü bir nəfərdən qarnını doyuracaq bir şey tapa biləcəyi və gecəni keçirəcəyi bir yerin olub-olmadığını soruşur. Adam kənddə belə bir yerin olmadığını söyləyir. Lakin Dərvişi bir gecə qonaq saxlaya biləcək bir nəfərdən söz açır. “Şükr edən” anlamına gələn Şakir adında bir adamın evini nişan verir. Dərviş adamın nişan verdiyi evə tərəf gedərkən bir dəstə adamla qarşılaşır və Şakirin ünvanını təkrar xəbər alır.

Dəstədəki adamlardan biri Şakirin qonşu kənddəki Həddadın sığırlarından daha artıq – mindən çox sığırının olduğunu deyincə, dərviş Şakirin bölgənin ən zəngin insan olduğunu anlayır. Bir az gedəndən sonra dərviş Şakirin malikanəsinə yetişir. Evin qapısı önündə durub baxanda görür ki, bu var-dövlətdən heyranlıq duymamaq mümkün deyildir. Şakir isə son dərəcə alicənab, qonaqpərvər bir insandır. Şakirin xanımı və qızı da ailənin sahibi kimi qonaqpərvərlik göstərir və qonaqlarının rahatlığı üçün əllərindən gələn hər şeyi edirlər. Gecəni keçirib sabahısı evdən ayrılmaq istəyən Dərvişə bir neçə gün də qalmağa israr edir, lakin Dərviş bu təklifi qəbul etməyincə yoluna azuqə hazırlayırlar. Dərviş çölə dönüb yoluna davam edərkən bütün yolçuluğu boyu Şakirin söylədiyi bir söz qətiyyən ağlından çıxmırdı. Dərviş Şakirlə vidalaşarkən, “belə zəngin olduğun üçün Allaha şükürlər olsun” deyəndə, Şakir, “sən görünüşə aldanma, bu da keçər”, – deyə, cavab vermişdi. Lakin Dərviş Şakirin bu sözlərlə nə demək istədiyini anlaya bilməmişdi. Daha sonralar Dərviş təsəvvüfdəki yolunu kamilləşdirəndə dərk eləmişdi ki, gördüyü hər şeydə bir hikmət, bir dərs vardır. Başına gələn ən kiçik şey belə onun beynini dərindən məşğul edirdi. Beləcə, Şakirin bu sözləri də onun zehnini bu səbəbdən məşğul edir və Dərviş onun sözlərindəki hikməti tam olaraq anlamadığını düşünürdü. Ibadət etmək və bir az düşünə bilmək üçün bir ağacın kölgəsində oturmuşdu ki, ağlına təsəvvüfdə öyrəndiyi bir şey gəldi. Əgər səssiz qalıb nəticəyə yetmək üçün tələsməzsə, gec-tez bir cavab bula biləcəkdi. Bu səbəblə zehninin qapısını bu qayğılara qapadıb ruhunu dərin bir sükuta buraxdı. Beləcə tam beş il boyunca fərqli yerlərə etdiyi səyahətlər nəticəsində müxtəlif insanları tanıdı və xeyli təcrübə qazandı. Eyni zamanda, eynən təsəvvüfün lazım bildiyi sükutunu mühafizə etdi və qəlbinin səsinə qulaq verdi. Günün birində Dərvişin yolu yenidən Qumlu Təpələrdəki həmin o kəndə düşür. Dərviş bu dəfə öyrənir ki, dostu Şakir qonşu kənddəki Həddadın qapısında qulluq edir. Bu xəbərdən çaşqın hala düşən Dərviş Şakiri yenidən görmək sevinci ilə o kəndə getməyə qərar verir. Kəndə yetişəndə Şakir yenə onu eyni sevgiylə qarışlayır. Şakiri olduqca yaşlanmış və əynindəki yırtıq-sökük paltarı ilə görəndə Dərviş təəccüb edir. Heyrət içində nələr olduğunu öyrənmək istəyir. Şakirdən öyrənir ki, üç il öncə hər tərəfi sel basır. Şakirin də sığırları və evi azğın selin qurbanı olur. Bu seldən sağ qurtaran Həddad indi bölgənin ən zənginiydi və başqa əlacı qalmayan Şakir də ailəsi ilə birlikdə onun xidmətində çalışırdı. Başlarına gələn bu qədər olmuşlara rəğmən dəyişməyən tək şey Şakir və ailəsinin qonaqpərvərliyi idi. Dərvişi bir neçə gün evində qonaq saxlamış, ayrılanda heybəsinə bir neçə günün azuqəsini yığmışdılar. Dərviş dostu ilə vidalaşarkən onun və ailəsinin başına gələnlərdən üzgün olduğunu, fəqət bütün bunlarda Allahın hikmətinin gizləndiyini düşündüyünü söylədikdə, Şakir “Unutma, bu da keçər”, – deyə ona təsəlli vermişdi. Dərviş yola düşür, amma yenə Şakirin bu son sözü onun ağlından çıxmırdı: “Görəsən, bu sözlərlə nə demək istəyir Şakir?” Gördükləri bir az öncə buralara səfərində təsdiqini tapmışdı. Bəs indi? Belə bir vəziyyətdə necə nikbin qalmaq olarmış. Beləcə, Dərviş onun qəlbini parçalayan suallara cavab tapa bilmədən yoluna davam edir və hər şeyi zamanın öhdəsinə buraxır. Yenə aylar keçir, Dərviş hələ də yolçuluğuna davam edir. Qəribədir ki, bu yolçuluğunda yenə yolu Şakirin yaşadığı kənddən düşür. Bu səfər aradan yeddi il keçmiş və bu zaman içərisində Şakir əvvəlki zənginliyinə qovuşmuşdu. Artıq kiçik bir daxmada deyil, çox təmtəraqlı evdə yaşayırdı. Bundan bir neçə il əvvəl Həddad ölmüş və heç kimi olmadığı üçün bütün var-dövlətini Şakirə vəsiyyət etmişdi. Bu ziyarətdən sonra Dərvişin niyyəti Məkkəyə – həcc ziyarətinə getmək idi. Bu niyyət ariflər arasındakı ənənədir. Bu dəfə də Şakir ilə Dərviş danışarkən yenə əvvəlki halı dəyişməmişdi. “Bu da keçər”. Həccdən qayıtdıqdan sonra Dərviş Hindistana gedir və ordan da vətəninə dönür. Bu dəfə də yenə daha nələrin olduğunu öyrənmək üçün yenidən Şakirin ziyarətinə getməyi qərara alır. Qumlu Təpələrə çatanda Şakirin kəndçilərindən onun harada olduğunu soruşduqda, Dərvişə üzərində “Bu da keçər” sözləri yazılmış sadə bir məzar göstərirlər. Dərviş bu dəfə əvvəlkilərdən də çaşqındır. “Zənginlik gəlir-keçər, lakin bir məzar, ölüm necə dəyişə bilər ki?” – deyə düşünür qəlbində. Bu andan etibarən Dərviş Şakirin qəbrini hər il ziyarət etməyə və orada bir müddət düşüncələr içərində vaxtını keçirməyə qərar verir. Ilk ziyarətində qəbirstanlığı sel basdığını və təbii ki, Şakirin də məzarının bu sellə axıb getdiyini görür. Artıq Dərviş həyat dərslərini öyrəndiyi dostunun məzarından da məhrum olmuşdu. Xarabaya dönmüş məzarlıqda gözlərini torpağa dikib bir neçə saat düşüncələrə dalır. Sonra başını göyə qaldırıb səsizcə mızıldanır. “Bu da keçər.” Aradan illər keçmiş, artıq Dərviş çox yaşlanmışdı. Ömrünün qalan qismini bir yerə sığınıb, sükut içərisində keçirməyə qərar vermişdi. Bir müddət də keçmiş Dərvişin mürşidlik sorağı ətrafa yayılmış və yanına təcrübə öyrənmək istəyən müridlər toplanmışdı. O günlərdə ölkənin hökmdarı özünə layiq olan bir üzük düzəltdirməyi əmr edir. Üzük elə gözəl olmalı idi ki, ümidsiz olanda onun ümidini artıracaq, sevincli olanda isə onu yersiz qürurlanmaqdan çəkindirəcəkdi. Ölkənin bütün tanınmış adamları yığışmış, hərəsi bir kəlmə demiş, ətrafa adam salıb qiymətli kəlamları toplamışlar, yenə padşahı razı sala bilməmişlər. Padşahın vəziri həmin o mürşidin adına məktub yazır və onu bu müşkülü çözmək üçün saraya dəvət edir. Bu yardım dəvətinə Dərviş evindən ayrılmadan məktubla cavab verir. Bir neçə gün sonra Padşaha zümrüddən hazırlanmış qiymətli bir üzük təqdim edilir. Neçə gündən bəri ümidsizliyə düçar olmuş Padşah üzüyü alır və könülsüzcə barmağına taxır. Ilk dəfə üzüyü görəndə keçirdiyi ümidsizliyin yenə təkrarlanacağını duyub qəlbi sıxılır. Lakin birdən xəfifcəsinə gülümsəməyə başlayır hökmdar. Bu gülüş birdən qəhqəyə çevrilir və sarayı başına götürür. Sultanı ürəkdən gülməyə məcbur edən üzüyün üzərindəki bu yazı idi. “Bu da keçər!”

Fəridəddin əttar

7. Ey oğul, insanların eyiblərini
üzlərinə vurma ki, bir başqası da sənin
sirr pərdəni yırtmasın. Könlünün
arzusuna görə iş görmə ki, çiyinlərinə
peşmançılıq yükü yüklənməsin.

8. Ey oğul, ağıl sahiblərinin adəti
sükut, cahil insanların adəti isə
unutqanlıqdır. Qeybət və yalan
danışmaqdansa, sükut yaxşıdır.
Daim danışmağa düşkün olan
insanlar axmaqlardır.

9. Ey oğul, cinayətə və günaha səbəb
olan yerlərə getmə. Haqq yolunda
korlar kimi yerimə. Bir düşmənin
varsa, əsla qorxusuz yaşama.
Dirəksiz dam altında oturma.

10. Ey oğul, Haqqı mədh etməkdən
başqa söz söyləmə. Doğru sözü də
xalqı qınamaq və incitmək üçün sərf
etmə. İncitdiyin kəslərdən üzr istə ki,
düşmən kəsilməsinlər. Dostlarının
ardınca danışma.

Fəridəddin Əttar

  1. F.Əttarın oğluna verdiyi nəsihətlərin hər birini ayrı-ayrılıqda təhlil edin. Nəsihətləri həyatda rast gəldiyiniz real hadisələrlə müqayisə etməyə və əlaqələndirməyə çalışın. Nəsihətlərin düzgünlüyünü ya təsdiq, ya da təkzib edin.
  2. Altından xətt çəkilmiş cümlədə hansı durğu işarələri çatmır?
  3. “Dost dostun eybini üzə söylər” atalar sözü ilə 7-ci nəsihət ziddiyyət yaradırmı? Fikirlərinizi əsaslandırın.
  4. Fəridəddin Əttar haqqında məlumat toplayıb yığcam təqdimat hazırlayın.

Текст книги “Sufi hekayətləri”

Bir səfeh Abdulla Mənazilin yanına gəlib ona sual verir. Mənazil cavabını deyib qurtaran kimi sual sahibi xahiş edir:

– Dediklərini bir də təkrarlaya bilərdinmi?

Onda Mənazil deyir:

– Sual verdin və mən cavabı anlayacağını düşünməklə səhv elədim. İndi sən məndən səhvimi təkrarlamağımı istəyirsən?

ÖZ YOLUNA HAZIRLIQ

Fəridəddin Əttar çoxsaylı və cürbəcür çeşidli mallarla dolu dükanında oturur. Birdən qapının ağzında dünyanı dolaşan sufi peyda olur və göz yaşlarıyla dolu baxışlarını ona dikir. Şeyx Əttar ona çıxıb getməyi əmr edir.

– Mənim üçün bu o qədər də çətin iş deyil, – səyyah deyir, – əynimdəki köynəkdən savayı heç nəyim yoxdur. Amma sən bahalı mallarla dolu dükanını necə tərk edəcəksən? Yaxşısı budur, yola çıxmağının qay-ğısına qal.

Bu sözlər Əttara elə təsir edir ki, dükanını və sənətini tullayıb sufi icmasına qoşulur.

ALICI VƏ SATICI

Dərviş Saleh Yunis danışır ki, mübahisə ilə arası yaxşı olan və alim olmağa hazırlaşan birisinin müəllimi Bürhanəddinə düşünülməmiş və qeyri-səmimi şeylər dediyinin şahidi olub.

Bürhanəddin ona heç bir cavab verməyib. Həmin adam məclisi tərk edəndə isə Yunis üzünü ona tərəf çevirib soruşub:

– Niyə o adamla mübahisəyə girmədiniz ki? Ən azından ona düşdüyü dəhşətli durumu anlatmış olardınız.

Bürhanəddin cavab verir:

– Onu bir daha görən deyilik, çünki bu adam mənim onun çağırışına cavab vermədiyimi düşündü.

– Bu yolla zəhlənizi tökən adamlardan yaxa qurtarırsınız?

– Bu, yol deyil, – Bürhanəddin cavab verir, – üsuldur, onun sayəsində adama öz istədiyini verirəm. O, mübahisə etməyə adam axtarır. Mən bu cür adam olmaqdan imtina edirəm və məlum addımım onu qızğın şəkildə başqasını axtarmağa vadar edir. Beləcə, o axtaracaq və sonda mübahisə həvəskarını tapacaq. Hər bir halda alıcı və satıcıya görüşməkdə yardımçı oluruq. Bu adama istədiyimi verə bilməsəm belə, ən azından ona gerçəkdən arzuladığı şeyi tapmaqda kömək edirəm.

İŞIQ HARADANDIR?

Bəsrəli Həsən əlində şam aparan uşaqdan soruşur:

– Bu işıq haradandır?

O, dərhal şamı söndürüb deyir:

– Mənə onun hara yoxa çıxdığını söylə, onun haradan peyda olduğunu deyim.

ŞƏKSİZ

Simab hələ lap cavan olarkən yol qırağında oturmuş bir dərvişə sual verir:

– Səncə, elə bir şey edə bilərəmmi ki, adamlar məni müqəddəs saysınlar?

Dərviş başını qaldırıb düşünmədən cavab verir:

– Bundan asan nə var ki?!

Simab dərvişə bu sirri açması üçün yalvarır.

– Minlərlə sufi dindarlar tərəfindən ona görə öldürülüb ki, onların xoşuna gəlməyən sözlər deyib. Sən, sadəcə, bir şey eləməlisən: nəsə dərkedilməz bir şey söyləməlisən. Onda, heç olmasa, düşdüyün vəziyyət səni böyük müqəddəs Həllacla (ilk sufi əzabkeşi) bağlayar. Bundan çoxunu kim istər ki?

Davranışları və insani inancları adamları müqəddəslərə çevirsəydi, yer üzü olmazdı, bircə müqəddəslərlə dolu göylər qalardı.

SİMABIN DİQQƏTİ

Bir dəfə Simaba baş çəkən bir neçə şəxs onu susqun vəziyyətdə oturduğunu görürlər. Bir müddət sufinin yanında dayanandan sonra ondan səs çıxmadığını görən adamlar kor-peşman geri qayıdır və hər yerdə onun tənbəlliyindən, üstəlik, hörmətəlayiq insan olmadığından danışırlar.

Bunu eşidən şagirdlərdən bəzisi Simabın yanına gəlib deyir:

– Bizə göstərdiyiniz diqqəti yanınıza gələn kəslərə nümayiş etdirmədiyinizdən nüfuzunuza xələl gəlib.

– Nə etməyimi istərdiniz?

Onlar bir ağızdan cavab verirlər:

– Bizə söylədiklərinizdən bəzilərini onlara da söyləyin.

– Niyyətiniz yaxşıdır, amma istəyinizə əməl edə bilməyəcəyəm. Bildiklərimi sizə ötürmək əvəzinə onlara ötürməliyəm? Yoxsa onlara lütfkarlıq nümayiş etdirib çevrəmdən uzaqlaşacaq və yeni şagirdlərə diqqət ayırmağıma imkan yaradacaqsınız? Bəlkə, sadəcə, onları susdurmaq istəyirsiniz ki, haqqınızda ləyaqətsiz birisinin şagirdi kimi ifadələr işlətməsinlər?

DƏYİRMAN ÇARXI

Deyilənə görə, bir nəfər Ömər Xəyyamın yanına gəlib deyir:

– Mənim ən ülvi arzum sizin şagirdiniz olmaqdır. İstəyirəm ki, nəzəriyyəniz əvvəlki müəllimlərdən öyrəndiklərimi möhkəmləndirsin. Axı məni bura gətirən də elə onlardır.

Ömər Xəyyam bu adamı su dəyirmanının yanına gətirir. O, əlinə bir ağac parçası götürüb çarxa paz vurur və dəyirman dayanır. Xəyyam deyir:

– Bu ağac parçası sizin əvvəlki müəllimlərinizin rəmzidir. Onu çarxa paz kimi vurub, məsələn, təmir məqsədilə dəyirmanın işini müvəqqəti dayandırmaq olar. Pazın vurulduğu an eşidilən taqqıltı çarxda çox böyük hislər oyada bilər. Beləcə, yanından su axan çarx, özü də hərəkət etməli olduğu halda, hərəkətsizliyin dadını çıxarmaq fürsəti qazanar. İndi o, zərbədən doğan səsin kəsildiyini dərk edib yenidən oxşar hislər yaşamaq istəyə bilər. Amma çarxın ehtiyac duyduğunun daha bir ağac parçası olması ilə razılaşa bilərikmi?

Əzizim, təkcə müşahidəçi mənzərəni bütövlükdə görə bilər. Mənzərənin özü nə desən təsvir edə bilər. Təsəvvür hələ görüntü anlamına gəlmir.

QƏSR ƏL-ARİFİN HAVASI

Deyilənə görə, Buxara əmiri Bəhaəddin Nəqşbəndidən məsləhət almaq üçün onu yanına çağırtdırır. Əmirin məktubunda yazılırdı: “Səfir gəlir, yanımda olmağına, məsləhət verməyinə ehtiyacım var. Lütfən, dərhal gəl”.

Bəhaəddin cavab verir: “Gələ bilmərəm, çünki hazırda həyatım Qəsr əl-Arifin havasından asılıdır, xüsusi səhənglər olmadığından isə onu özümlə götürə bilmirəm”.

Əmir əvvəlcə qulaqlarına inanmır, sonra qəzəblənir. Müdrikə ehtiyacı olsa da, onu camaat qarşısında cəzalandırmağı qərara alır.

Bu arada səfirin gəlişi alınmır və nəticədə əmirin Bəhaəddinə ehtiyacı qalmır.

Aylar sonra əmir öz taxt-tacında oturarkən muzdlu qatilin hücumuna məruz qalır. Həmin an içəri daxil olan Bəhaəddin qatilin üzərinə atılır və onu tərk-silah edir.

– Ədəbsizliyinə baxmayaraq, həyatımı sənə borcluyam, – əmir deyir.

– Bilənlərin ədəbi gəlmək fikrindən vaz keçmiş səfiri boş-boşuna oturub gözləmək deyil, lazım olan anda lazım olan yerdə olmaqdır.

MÜDRİK XIZIRIN SEHRLİ SÖZÜ

Sarsaqlar ölkəsinin üç ən müdrik adamı xoş təsadüf nəticəsində öz müdrikliyini hər kəsə çatdırmaq üçün yer üzünü dolaşan Xızırla rastlaşır.

– Elə bir söz bilmək istərdinizmi ki, sayəsində istənilən arzunuza çatasınız? – onlardan soruşur.

– Əlbəttə ki, – müdriklər cavab verir.

– Həmin sözü eşitməyə hazırsınızmı? – Xızır bir də soruşur.

– Əlbəttə, – müdriklər söyləyir.

Xızır onlara bu sözü deyir.

Birinci müdrikin cavabı bu olur:

– Bu sözü hər kəs söyləyə bilər! Ondan nə fayda ola bilər ki?

Və sözü o andaca unudur.

İkinci müdrik deyir:

– Bu söz qulaqları heç oxşamır.

Və elə həmin an aşkarlayır ki, sözü xatırlaya bilmir.

– Əgər bu sözü harasa yazmaq olarsa, deməli, o faydasızdır.O elə gözlənilməz səslənir, deməli, heç də sehrli deyil.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Comments are closed, but trackbacks and pingbacks are open.