Press "Enter" to skip to content

Frrux rüstmov ali mktb pedaqogikası

2020-03-09 16:07:00

“Ailə pedaqogikası” – dəyərli dərslik nəşr edildi

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşə­riy­­yə­tin də davamı üçün çox önəmli bir ünsür, hamı­nın rahat­lıq­la sığınıb isindiyi bir ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil edir. Ailə məsələsi bütün dövr­lərdə insanları, dövlətləri düşün­dürən, onlar üçün hər şeydən zəruri olan bir məsələ­dir. Onun necə olması, hansı təməllər üzərində qurul­ma­sı, inkişafı, övlad­la­rın tər­bi­yəsi millətin və dövlətin gələcə­yi­nin əsas şərtlə­rin­dəndir. Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur.

Bü­tün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə for­ma­laşır. Ailə­nin şəxsiyyətin inkişafında, böyüyən insanın tale­yində əhəmiyyəti çox böyükdür.Ailə cəmiyyətin insan qruplarının ilkin mərhə­lə­­si olub ər-arvadı, uşaqları öz ətra­fın­da birləşdirən insan qru­pu­dur. Hər bir insanın mənəvi keyfiyyətləri, davranı­şının ilkin cəhətləri ailədə formalaşır, xüsusilə – xeyir­xah­lıq, diqqətlilik, qayğı­keşlik, böyük­lə­rə, vali­deyn­lərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazö­kar­lıq, düzlük və doğru­çu­luq, əməksevərlik, vətənpər­vər­lik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olun­masıailədə formalaşır.

Qloballaşan cəmiyyətimizdə gündən-günə artan və diq­qə­­ti cəlb edən həyat hadisələri onu göstərir ki, müxtə­lif amil­­lə­rin təsiri nəticəsində ailə tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişik­liklər baş verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlə­rə bağlılığını qoruyub saxlamış ənə­nə­­vi ailə məfhumunun bəzi hallarda erroziyaya uğra­ması prosesi də nəzə­­­­rə çarpır. Bu xoşagəlməz dəyiş­­mə­nin əsas səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, az­uşaqlı və təkuşaqlı ailə­lə­rin sayının artmasını, yeni qurulmuş ailələrin təcrü­bəli valideyn­lərdən çox tez ayrılaraq müstəqil həyata er­kən başla­malarını, sosial amil­ləri və ən əsası gənc­­lərin ailə qurumu mövzusun­da az biliyə sahib olmalarını göstərmək olar.

Bu günlərdə prof.R.L. Hüseynzadənin və dos.L.Z.Allahverdiyevanın ADPU-nun mətbəəsində çapdan çıxmış “Ailə pedaqogikası” adlı dərsliyini çox əhəmiyyətli və dəyərli hesab edirik. Dərsliyin redaktoru, prof. Oruc Həsənli, rəyçiləri isə prof. İsmayıl Əliyev, prof. Akif Abbasov, prof. Hikmət Əlizadə, prof. İramin İsayev, dos.Vahid Rzayevdir.

“Ailə pedaqogikası” pedaqogika elminin mühüm bir sahəsini təşkil edir. Tərbiyə işində çox mü­hüm mərhələ hesab edilən ailə tərbiyəsi öz aktuallığı ilə daim diqqət mərkəzində olmuşdur. Məhz bu baxımdan pedaqoji təmayüllü ali mək­təb­­lərdə və ya fakültələrdə bakalavr təhsil pilləsində tədris olunan “Ailə peda­qo­gi­kası” fənninin tədrisi xüsusiəhəmiyyət kəsb edir. Belə ki, gələ­cək­də valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrə­nər­kən ailə etikasına, ailə etikasınıntələblərindən irəli gələn məhəb­bətə, nika­ha və ailəyə, ailə münasi­bət­lərinə, nika­hın uğur­­lu və ailə­nin möh­kəm olması­na, ailədə qarşılıqlı mü­na­­sibət­lərin qurul­ma­sına, uşaq­la­rın tərbiyəsi və təhsi­linə, vətə­nin ləya­qət­li vətəndaş­ları kimi yetiş­dirilməsinə ciddi və məsu­liy­yətlə yanaş­maq adəti və qabiliy­yəti formalaş­dırmaq barədə fikir­lərlə tanış olurlar.

Bu dərslik demək ki, əsasən gənclər auditoriyası üçün nəzərdə tutulmuşdur. Hansı ki bu auditoriyanın gənc övladları ailə həyatına hazırlaşır, gözəl ailə quraraq vətən üçün layiqli vətəndaşlar yetişdirəcəklər. Bu cəhətdən “Ailə pedaqogikası” dərsliyi gənclərimiz üçün çox dəyərli, əhəmiyyətli bir kitab olaraq bir istiqamətverici, bir yol göstəricisi və yeri gələndə də bir öyüdləyici kitabdır.

Bu bir dəyərli dərslik olaraq müəllimlərimiz üçün məlumatverici, maarifləndirici bir kitab, bilik mənbəyidir. Bu dili aydın, səlis, ailə həyatından götürülmüş nümunə və təcrübələrlə zəngin olan bir kitabdır. Maraqlı cəhətlərdən biri də budur ki, dərslikdə ailə tərbiyəsi ilə bağlı müsbət nümunələrin verilməsi ilə yanaşı, həm də yanlış tərbiyə nümunələri, səhv tərbiyə üsulları da verilmişdir. Verilən nümunələr isə demək olar ki, hər bir ailədə başa verə biləcək hadisə və təcrübələrdir.

“Ailə pedaqogikası” dərsliyində ailə tərbiyəsinin, ailə həyatının, ailə münasibətlərinin demək olar ki, bütün sahələrinə toxunulmuşdur. Belə ki, dərslikdə bir çox sahələr geniş şərh edilmiş, bəzi sahələr isə az şərh edilmiş, bəzən də bəhsə uyğun nümunə və təcrübələr verilmişdir. Dərsliyin mündəricatına xüsusilə fəsillərə baxsaq, dərslik haqqında müəyyən təsəvvürlərə malik ola bilərik: I fəsil. Ailə və onun xüsusiyyətləri; II fəsil. Ailədə uşaqların tərbiyəsinin təşkili. III fəsil. Hərtərəfli şəxsiyyət yetişdirmək ailəninəsas məqsədidir. IV fəsil.Mədəni vərdişlərin formalarıvə uşaqlardatərbiyə olunma imkanlar; Vfəsil. Şəxsiyyətin inkişafi və ailədə uşağın sosial inkişaf şəraiti; VI fəsil. Məktəbin ailə ilə əlaqə formaları.

Sonda istifadə edilmiş ədəbiyyat verilmişdir.

Hər fəsil bir neçə yarımfəsildən ibarətdir. Tələbələrin müstəqil çalışması üçün hər yarımfəsildən sonra suallar, tapşırıqlar və istifadə üçün ədəbiyyat siyahısı verilmişdir.

Göründüyü kimi dərslik geniş və əhatəli işlənmişdir. Bu dərslikdən nəinki tələbələr, nəinki müəllimlər, həmçinin ailə həyatına hazırlaşan hər bir gənc üçün əhəmiyyətli və dəyərli bir kitabdır. Bu dərslik habelə ailə tərbiyəsində çətinlik çəkən, övladları ilə düzgün ünsiyyət və münasibət qura bilməyən valideynlər üçün də faydalıdır. Bu dərslik hamı üçün gərəkli və əhəmiyyətlidir.

Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti”

More from my site

  • Портретное творчество Нахчыванских художников(1950-1990)
  • İLK INSANLARIN VƏTƏNİ AZƏRBAYCANDIR VƏ İLK PEYĞƏMBƏRLƏR DƏ BİZİM ƏCDADLARIMIZA GÖNDƏRİLİB
  • Yaranış–xilas
  • 1990-cı il 20 yanvar hadisələri haqqında bəzi xatirələrim
  • Şəhid mahnı
  • Qədr gecəsindən Koronavirusa

Frrux rüstmov ali mktb pedaqogikası

2020-03-09 16:07:00

“Korreksiya pedaqogikası”- İnklüziv təhsilə dəyərli töhfə

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də inklüziv təhsilin yeni məzmununun yaradılması hesab olunur. İnklüziv təhsilin yeni məzmununun yaradılması isə bu sahədə çalışan mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyur. Hansı ki, bu vəzifələrin müvəffəqiyyətli həlli üçün inklüziv təhsilin yeni nəzəri mənbələrinin yaradılması zəruri sayılır. İnklüziv təhsilin yeni nəzəri mənbələrini yaradarkən ilk növbədə onun elmi-pedaqoji əsaslarını özündə ehtiva edən “Korreksiya pedaqogikası”nı yaratmaq lazımdır. Ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının tələblərinə uyğun olaraq, qloballaşma şəraitində hazırlanan nəzəri mənbələr, yazılan elmi-pedaqoji əsərlər yeni mahiyyət, məzmun, məqsəd və vəzifələrinə görə şərtlənməlidir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda ayrı-ayrı dövrlərdə mühit və şəraitlə bağlı olaraq çox qiymətli elmi-pedaqoji əsərlər yazılmışdır. Bu ənənəni davam etdirən alimlərin fəaliyyəti təqdirəlayiqdir. Fərrux Rüstəmov, Ləzifə Qasımova, Fərahim Sadıqov, Akif Abbasov, Hikmət Əlizadə, Piralı Əliyev, Hümeyir Əhmədov, Rüfət Hüseynzadə, Müseyib İlyasov kimi görkəmli alimlərimizin adlarını iftixarla qeyd edirik. Hansı ki, onların hər birinin əsərlərində Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olan dəyərli elmi ideyalara, faydalı müddəalara, tövsiyə və məsləhətlərə rast gəlmək olar. Bu ideyaların, müddəaların, tövsiyə və məsləhətlərin hər birini inklüziv təhsilin yeni məzmun kəsb edən mənbələri kimi dəyərləndirmək olar. İnklüziv təhsilin yeni məzmununun yaradılması sahəsində hazırlanan elmi-nəzəri mənbələrdən biri də Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov tərəfindən hazırlanaraq çap etdirilən “Korreksiya pedaqogikası” adlı tədris vəsaitidir. Tədris vəsaitinin elmi redaktorları Akif Abbasov, dosent Dilarə Dostuzadədir. Rəyçiləri professor Hikmət Əlizadə, pedaqogika üzrə fəlsəfə doktoru, defektoloq Nailə Hüseynova və pedaqogika üzrə fəlsəfə doktoru Elmira Kərimova olan “Korreksiya pedaqogikası”nın nəzəri və praktik əsasları öz fundamentallığı ilə diqqəti cəlb edir. Bu tədris vəsaitində ilk dəfə olaraq diqqəti cəlb edən məsələlər mahiyyətinə və məzmununa görə izah edilir. Korreksiya pedaqogikasında sağlamlıq imkanları məhdud olan uşaqlarla aparılan təlim-tərbiyə işləri mühüm aktuallıq təşkil edir.Bunun üçün təlim-tərbiyənin prinsiplərinə korreksiya pedaqogikasının tələbləri əsasında istinad etməyin zərurililiyi başlıca şərt hesab olunur. İlk növbədə bu sahədə çalışan mütəxəssislər həmin mənbənin elmi, pedaqoji, metodik imkanlarından istifadə edərək və bəhrələnərək həmin mühitdə böyüyən, inkişaf edən uşaqların tərbiyəsilə məşğul olmaq imkanı qazanırlar. Yəni, inklüziv təhsilin əsas tələblərindən biri kimi məktəbəqədər yaş dövrlərindən etibarən fiziki qüsurları olan uşaqlarla əsasən tərbiyə işlərinin aparılması vacib hesab olunur. Bu mənada fiziki qüsurları olan məktəbəqədər yaşlı uşaqlarla aparılan korreksiya işlərinin əsasında duran tərbiyə işlərinin məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirilməsi əsas vəzifələrdən sayılır. Bunun üçün nəzəri mənbələrə istinad olunması zərurəti yaranır. Professor Fərahim Sadıqovun “Korreksiya pedaqogikası” adlı tədris vəsaiti belə dəyərli mənbələrdən hesab olunur. Müəllif haqlı olaraq korreksiya işlərinə məktəbəqədər yaş dövrlərindən başlamağı və ilkin olaraq belə uşaqlarla işləyərkən tərbiyənin prinsiplərinə istinad etməyin vacib olduğunu tövsiyə edir. Müəllifə görə, fiziki qüsurlu uşaqlarla həyata keçirilən korreksiya işlərilə məşğul olanlar tərbiyənin həyatla, əməklə və müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi prinsipini və onun tətbiqi üsullarını mükəmməl bilməlidirlər. Müəllifin fikrincə surdopedaqogika, tiflopedaqogika, aliqofrenpedaqogika haqqında geniş məlumat qazanmaq zərurəti yaranır. Eynu zamanda, autizm pedaqogikasının yaranması vacibliyi, autik uşaqları müəyyənləşdirməyin və onlara yanaşmağın ilkin şərtləri pedaqoji prosesdə aydınlaşdırılmalıdır. Tədris vəsaitində yer alan nitqi qüsurlu uşaqlarla aparılan korreksiya işlərinin məzmunu, fiziki qüsurlu uşaqların nitq mədəniyyətinə yiyələnmələrinin əsas şərtləri və həmin uşaqların nitq mədəniyyətinin inkişafında bədən dili kimi məsələlər mühüm aktuallıq təşkil edir. Dizartriyalı belə uşaqlarda nitq qüsurları etiologiyası və onların aradan qaldırılması yolları, həmçinin anatomik quruluşunun, fizioloji, psixoloji və pedaqoji əsaslarının öyrənilməsi, nitq pozğuntuları ilə bağlı aparılan işlərin məzmunu, tərbiyə işləri zamanı müvafiq prinsiplərə istinad edilməsi kimi mülahizələr görkəmli alim F.Sadıqov tərəfindən elmi dəlillər əsasında nəzəri və praktik cəhətdən izah olunur. Bütün məsələlər metodoloji prinsiplərə istinad olunmaqla şərh edilir. F.Sadıqov “Korreksiya pedaqogikası” üçün ən zəruri metodoloji prinsipləri müəyyənləşdirməklə bu sahədə yeniliklərə imza atmışdır. Məhz ona görə də inklüziv təhsil üçün dəyərli töhfə olan bu tədris vəsaiti həm də faydalı elmi-tədqiqat əsəridir. Professor F.Sadıqov “Korreksiya pedaqogikası”nda anoloji olaraq böyük bir uzaqgörənliklə yeni və kreativ ideya irəli sürmüşdür. Məsələyə kreativ şəkildə yanaşan müəllif tədqiqat işinə münasibət bildirərək qeyd edir ki, ölkəmizdə əmək təlimi, əmək təhsili, əmək tərbiyəsi, bütövlükdə əmək pedaqogikası müasir anlamda “Texnologiyalar pedaqogikası” kimi ifadə olunur və təhsil proses olduğu üçün texnoloji məzmun kəsb edir. Bu mənada “Korreksiya pedaqogikası” özü də texnoloji məzmun kəsb etmək baxımından iyerarxik olaraq aşağıdakı mərhələlər üzrə müvafiq ardıcıllıqla həyata keçirilir. Birinci diaqnostika, mərhələsidir. Bu, o deməkdir ki, təhsilalma prosesi texnoloji aydınlaşdırma mərhələsində həyata keçirilir. Daha sonra ikinci mərhələ adlandırdığımız proqnozlaşdırmadır. Proqnozlaşdırma mərhələsində texnoloji proses, yəni, əməliyyatların məcmusu öz əksini tapır. Sonda, nəhayət, korreksiya mərhələsi həyata keçirilir.Əvvəlki mərhələlərin başvermə proseslərindən sonra yarana biləcək bütün qüsurların təlim mərhələsində islah edilməsi işi tamamlanır. Müəllifin belə yanaşmaları təhsil standartları üçün bir növ meyar rolunu oynayır. Ona görə ki, müəllifin qeyd etdiyi pedaqoji standartlar üçün səciyyəvi sayılan bu üç istiqamət bütün dünyada aktuallıq təşkil edir. Bu mənada “Korreksiya pedaqogikası”nda öz əksini tapan yeni elmi ideyaların təhsil standartlarına uyğunluğu öz aktuallığı ilə seçilir. Tədris vəsaitinin səciyyələndirdiyimiz müsbət əlamətləri indi yeni mahiyyət, yeni məzmun kəsb edir. Çünki milli və ümumbəşəri dəyərlər əsasında hazırlanan “Korreksiya pedaqogikası” üçün xarakterik olan bütün cəhətlər fizioloji, psixoloji və pedaqoji əsaslar üzərində qurulmuşdur. Burada qeyd olunan elmi mülahizələr dünyəvi səciyyə daşıyır. Məsələn, autizim sindromu əsas göstəricisi kimi özünə qapanmadır. Bütün dünyada özünə qapanan uşaqlarda süstlük, sakitlik, danışıb dinməməzlik, sözə qulaq asmamaqlıq, öz sözündən dönməzlik, oxumağa, işləməyə, çalışmağa meyilsizlik kimi əlamətlər özünü daha çox göstərir (Bax. s. 7). Kitabın metadoloji baxımından dəyərli olmasını şərtləndirən cəhətlərdən biri də onun universal məna kəsb edən sözlərə aydınlığın gətirilməsidir. İnklüziv təhsilin ölkəmizdə genişləndirilməsində və bu sahədə qayğının artırılmasında möhtərəm Prezident İlham Əliyevin imzaladığı sənədlər həmin istiqamətdə tərəqqiyə nail olmağa şərait yaratmışdır. Müəllifin qeyd etdiyi kimi, “Korreksiya pedaqogikası”nın görməsində, eşitməsində, əqli inkişaf problemləri olan uşaqlarla yanaşı, autik uşaqların da təhsili, təlimi və tərbiyəsi ilə məşğul olan pedaqogika sahəsi kimi inkişaf etməyə başlaması bu sahədə nailiyyətlərimizdir. Əsası V.P.Koşinko (1870-1943) tərəfindən qoyulan korreksiya pedaqogikası əqli inkişafda, nitqdə, davranışda, müəyyən problemləri olan uşaqlarla məqsədyönlü olaraq aparılan təlim-tərbiyə işlərinin bütün bir sistemini özündə ehtiva edir. Təcrübə göstərir ki, müxtəlif sahələrdə qüsuru olan uşaqlarda idrak fəallığında meyillilik heç də aşağı olmur. Onlar praktik fəaliyyətə daha çox meyil göstərir. Xüsusən texnologiya ilə ələqədar emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti, qrafik savad elementləri ilə bağlı quraşdırma, yapma, aplikasiya, mozaika, kağızqatlama kimi fəaliyyətlər onları inkişafa təhrik edir. “Nitqi qüsurlu uşaqlarla aparılan korreksiya işlərinin məzmununa dair” ( Bax. s. 111-169) adı altında verilən yazıda müəllifin qeyd etdiyi elmi fikirlər müasir dövrün tələbinə uyğun olaraq qloballaşma şəraitində baş verən dəyişikliklər öz əksini tapır. Müəllif qeyd edir ki, “Korreksiya pedaqogikası” pedaqogikanın ən vacib sahələrindən biri olub yetişən nəslin sağlam nümayəndələrinin təlimi, təhsili, tərbiyəsi, psixoloji inkişafı ilə yanaşı, fiziki cəhətdən qüsurlu uşaqların həmin istiqamətlərə görə nəzəri və praktik olaraq əsaslandırılmış bütöv bir elmi sistemdə yaradılmasını irəli sürür. Korreksiya anlayışına ilk növbədə aydınlıq gətirərək o, qeyd edir ki, fiziki cəhətdən qüsurlu uşaqların təlimi, təhsili, tərbiyəsi və inkişafının mahiyyəti, məzmunu, məqsəd və vəzifələri, eləcə də onların qüsurlarının aradan qaldırılması işinə xüsusi diqqət yetirilməlidir. Müəllifin fikrincə aşağı siniflərdən (I-IV) başlayaraq nitqin formalaşmasına, səslərin tələffüzünə, oxu və yazı vərdişlərinin yaranmasına, fiziki və texnoloji, eyni zamanda rəsm, nəğmə bacarıqlarının formalaşmasına əngəl olan anomaliyaların korreksiyası üçün geniş iş görülməlidir. Fikrimizcə ibtidai siniflərdən başlayaraq bütün fənlərin öyrədilməsində “Korreksiya pedaqogikası”nın imkanları nəzərə alınması məqsədəuyğun olardı. Haqlı olaraq müəllif qeyd edir ki, texnoloji proseslə həyata keçirilən əmək təlimi uşaqların hərtərəfli inkişafında mühüm rol oynayır, onların mənəvi keyfiyyətlərini formalaşdırır. Məhz buna görə də təlim-tərbiyəvi işlərdə şagirdlərə əmək təlimi hərtərəfli metod kimi tətbiq edilir. Defektoloji terminlərin izahlı lüğətinə aydınlıq gətirən müəllif qüsurlu uşaqların təlim işlərinə, təhsil sisteminə və eləcə də tərbiyə işinə kompleks yanaşma kimi fəaliyyət istiqamətlərinin korreksiya kimi adlanmasını məqbul hesab edir. Bu sahədə görülən işlərin hər birinə məqsədyönlü, planlı və mütəşəkkil olaraq yanaşmanı lazım bilən müəllif tədris olunan hər hansı bir fəndən asılı olmayaraq fiziki cəhətdən qüsurlu olan uşaqların nitqinin inkişafı ilə bağlı görülən işlərin mahiyyətinin, məzmununun, məqsəd və vəzifələrinin düzgün müəyyənləşdirilməsini vacib hesab edir. Professor F.Sadıqov tərəfindən aparılan tədqiqatlar zamanı aydın olur ki, “Korreksiya pedaqogikası” ilə məşğul olan mütəxəssislər sırasında loqopedlərin rolu böyükdür. Dünya təcrübəsinə görə indi hər hansı anlayış barədə bilik qazanmaq üç istiqamətdə həyata keçirilir. Professor Fərahim Sadıqov bu cəhəti nəzərə aldığı üçün dəyərli mənbədən istifadə edən hər bir öyrənən onu nəzərə almalıdır. Məsələn, loqopediya anlayışına aydınlıq gətirmək üçün, ilk növbədə, deklorativ, yəni yaddaşa əsaslanan bilik əldə etmək lazımdır. Bunun üçün loqopediya ( loqos-söz, paideia-tərbiyə) defektologiyanın sahəsi kimi nitq nöqsanlarının izahı ilə məşğul olan bir qurum olmaqla dizartriyalı uşaqların nitq nöqsanlarını, onların yaranma səbəblərini, mexanizimlərini, onların prinsip və metodlarını düzgün müəyyənləşdirməlidir. Ümumiyyətlə, desək, tədris vəsaitində dizartriyalı uşaqlarda nitq pozuntularının aradan qaldırılması ilə bağlı təqdim olunan iş modeli yaxşı təsir bağışlayır. Ona görə ki, bu modeldən valideynlərlə yanaşı, bu sahədə çalışanlar da faydalana bilərlər. Hətta ali məktəblərin müvafiq fakültələrində inklüziv təhsil problemindən mühazirə oxuyan, seminar məşğələləri aparan müəllimlər də istifadə edə bilərlər. Çünki tədris vəsaitində dizartriyalı uşaqlarda nitq qüsurları etiologiyası, onların aradan qaldırılması yolları, belə uşaqların nitqindəki qüsurların anatomik quruluşunun, fizioloji, psixoloji cəhətdən öyrənilməsi metodikası ilə bağlı bilgilər də vardır. Tədris vəsaitində dizartriyalı uşaqlarla aparılan tərbiyə işlərinin elmi-pedaqoji əsaslar üzərində qurulması ilə bağlı irəli sürülən metodik tövsiyələr bu sahədə çalışan mütəxəssislərə istiqamət vermək baxımından mühüm əhəmiyyət kəsb edir. “Korreksiya pedaqogikası”na daxil olan mühüm terminlər, ifadələr, təriflər əsasən loqopedlər, valideynlər, bu sahədə çalışan müəllimlər və tələbələr tərəfindən ardıcıllıqla öyrənilməlidir. Unutmaq olmaz ki, metodoloji mənbə olan “Korreksiya pedaqogikası”nı dərindən mənimsəmək üçün valideynlər və inklüziv təhsil bazasında təhsil alanlar ardıcıl olaraq deklorativ, prosedural, kontekstual bilikləri ardıcıl mənimsəməlidirlər. Kitabda loqopedlərin nitq nöqsanına böyük diqqət göstərmələri onların islahı üçün effektli yollar axtarmaları da vurğulanır. Müəllifin fikrincə nitq qüsurlu uşaqlara nitq vərdişlərinin aşılanması işi səslərin və hərflərin öyrədilməsi prosesilə başlanır. Qazanılan bu bilik prosedual olub, ən ümdə olan vərdiş və fəaliyyəti əhatə edir. Məlum olur ki, deklorativ bilikdən fərqli olaraq burada biliklərin əsasları praktik tapşırıqların yerinə yetirilməsi prosesində daha çox tətbiq edilir. Kontekstual biliklə bağlı “Korreksiya pedaqogikası”nda geniş yanaşmalar da vardır. Müəllif kontekstual bilik qazanmaq üçün nitq mədəniyyəti və ritorika anlayışlarıyla ələqadar geniş imkanların olduğunu göstərir. Bu da nəticədə kontekstual nəzəriyyənin tələblərinin həllinə gətirib çıxardır. Kitabın bələdçiliyi ilə öyrənənin tədqiqatçılığı nəticəsində informasiyaların emal edilməsi “Korreksiya pedaqogikası”nın köməyilə onun məzmununda yeni məna axtarmaqla və həmin məna və ifadənin inandırıcı şəkildə ələqələndirilməsilə həyata keçirilir. Məsələn, tələbələrə şifahi xalq yaradıcılığı nümunələrindən, xalq hikmətlərindən, klassiklərin müdrik kəlamlarından, mədəni nitqin ifadəliliyi, zənginliyi, dəqiqliyi, yığcamlılığı, münasibliliyi üçün seçilmiş sitatlardan yerli-yerində işlətməyi öyrətməklə onlara dünyagörüşü aşılamaq olar. Bu mənada professor Fərahim Sadıqov kontekstual biliyin mahiyyətinə önəm verir. Geniş mənada mövzu ilə bağlı qeyd etmək istəyirik ki, F.Sadıqov respublikamızın və dünyanın inkişaf etmiş ölkələrinin zəngin təcrübəsinə istinad edərək hazırladığı elmi-pedaqoji əsərin materialına uyğun emal texnologiyası seçərək kontekstual bilik nümayiş etdirmişdir. Bununla da o, təqdim etdiyi kitabda yeni-yeni anlayışları, yeni məzmunu, məqsəd və səbəbləri və tələbləri irəli sürmüşdür. Bu da ilk növbədə alimin tədqiqatda deklorativ bilik zamanı strategiyalı oxuya üstünlük verməsidir. Təcrübə göstərir ki, professor Fərahim Sadıqov kimi elmi potensialı güclü və çoxşaxəli olan alimlərin istehsal etdikləri məhsullara həm öz ölkələrində, həm də digər ölkələrdə ehtiyac duyulur. Bu mənada “Korreksiya pedaqogikası” xarici dillərə tərcümə olunarsa ondan digər dünya xalqları da bəhrələnə bilərlər. Nəticə olaraq qeyd etmək istəyirik ki, “Korreksiya pedaqogikası” ənənəvi və milli kurikulumun tələbləri əsasında müəllifin gərgin zəhməti nəticəsində yazılmış, nəzəri-praktik dərin məzmun kəsb edən fundamental elmi-tədqiqat əsəridir. Tədris vəsaiti kimi təqdim olunan bu əsərdə ilk dəfə olaraq pedaqoji elmlər sistemi üçün səciyyəvi olan diaqnostika, proqnozlaşdırma və korreksiya anlayışlar sisteminin vəhdətdə mahiyyəti şərh olunmuş dur. Bu üç anlayışın iyerarxiya daşıdığı diqqətə çatdırılmışdır. Kitabda milli və beynəlxalq təcrübə nəzəri və praktik cəhətdən geniş araşdırılmış, bu sahədə elmi xidmətləri olan tədqiqatçılar tarixilik baxımından təbliğ edilmişdir. XXI əsr üçün kainatda ictimai bəla kimi autizmin elmi, pedaqoji, psixoloji və fizioloji əsaslarının dərindən öyrənilməsi ən aktual məsələ kimi qarşıya qoyulur. Kitabın çap olunması üçün istifadə olunan 83 mənbə strateji baxımdan diqqətlə öyrənilmiş və nümunələr gətirilmişdir. “Korreksiya pedaqogikası” müstəqil Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət edən metodoloji elmi əsər kimi daim öyrəniləcəkdir. Ən əsası ona görə ki, bu kitab Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri olan inklüziv təhsilin yeni məzmununun yaradılması üçün ən dəyərli töhfədir.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Əjdər Ağayev

Açar sözlər: fəaliyyət, pedaqoji fəaliyyət, məktəb, ali məktəb, pedaqoji elmlər sistemi, ali məktəb pedaqogikası, təhsil sistemi, ali təhsil, pedaqoji proses, təlim prosesi, auditoriyadankənar təlim – tərbiyə prosesi, müəllim, tələbə, dərs, məşğələ.
Tələbat, maraq, qabiliyyət, bilik, bacarıq, vərdiş, temperament, xarakter, ünsiyyət – münasibət, iradə, hiss, duyğu, duyum, pedaqoji mühit.

Pedaqoji söhbətləri, pedaqoji əsərləri, pedaqoji işi nəzəri və praktikyönüm baxımından anlamaq və ya o barədə qazmaq, yaxud müəllimlik çalışması fəaliyyəti üçün mütləq pedaqoji, psixoloji anlayışların mənasını və praktikada mahiyyətini bilmək gərəkdir.
Hər bir elmin anlayışlar sistemi, “öz dili” olduğu kimi, təhsil elminin, yəni pedaqogikanın da anlayışlar sistemi, “öz dili” vardır. Bizim bu gün təqdim etdiyimiz açar sözlər bugünkü mövzumuzla bağlı olanlardır.
İnsanın hər hansı iş sahəsində çalışmasının, nə barədə düşünməsinin və s. səylərin fəaliyyət olduğu bəllidir. Çalışma sahəsinə görə fəaliyyət sözünün qarşısına əlamət, sahə, yer və s. bildirən söz yazılır. Tutaq ki, elmi fəaliyyət, ədəbi – bədii fəaliyyət, fiziki fəaliyyət və s.
Təhsil, təlim, tərbiyə işi ilə məşğul olanların çalışma məzmunu pedaqoji fəaliyyət ifadəsində öz əksini tapır. Pedaqoji daşıyıcılarına müəllim, öyrətmən və s. deyirlər. Pedaqoji fəaliyyət tədqiqatçıları, təhsil elmini tədqiq edənlər pedaqoq adlanır. Digər tərəfdən, müəllim və pedaqoqun peşə təhsili alması da bu adı səciyyələndirir.
Pedaqoji peşə təhsili olub, pedaqoji sahədə işləməyənlərə aldığı təhsilə görə müəllim demək olar, lakin pedaqoq demək olmaz. Pedaqoji peşə təhsili olmayıb, təhsil sahəsində çalışanlara da müəllim demək olar. Lakin bu şəxslər mütləq təhsil işinin xüsusiyyətlərini, təlim – tərbiyə prosesini, tədris metodikasını öyrənməli, pedaqogika elminin əlaqədar olduğu və tədqiqat nəticələrinə əsaslandığı sosiologiya, psixologiya, fiziologiya, etika, estetikaya da bələd olmalıdırlar.
Müəllimin işi böyüyən insana təsir üzərində qurulduğu və bu insana bələdlik tələb etdiyi üçün bu elmlərin nəzəri baxışlarını bilmək gərəkdir. Müəllim – tələbə münasibətlərinin praktik yönümündə bu bilgilər, pedaqoji metodikalar nə qədər olsa da, ən optimal təsir qolunu müəllim özü tapmalıdır. Deməli, pedaqoji fəaliyyətdə duyum – intiusiya, şəxsi yanaşma, müəllimin interaktiv fəaliyyəti həlledici əhəmiyyət daşıyır.
1. İnsan dünyaya gələndən onun öyrənmə prosesi başlayır. Lakin o, fizioloji, psixi, sosial, mənəvi – ruhi inkişaf dövründə yaşına, tərbiyəsinə, anlağına uyğun olaraq ətraf aləmi qavrayır və buna görə də insanların ona etdiyi təlim, tərbiyə təsiri böyüyən insanın səviyyəsinə, anlamına, marağına, tələbatına uyğun olmalıdır. Bu cəhət uşağın təhsilində mütləq nəzərə alındığından, onun təhsildə inkişaf səviyyəsinə uyğun olaraq öyrənmə mühiti xüsusi olaraq yaradılır. Məsələn, məktəbəqədər təhsil – uşaq bağçası, ibtidai təhsil – ibtidai məktəb, əsas təhsil – orta təhsil, orta məktəb – tam orta təhsil, peşə – ixtisas təhsili – texniki peşə, orta ixtisas, ali məktəb və diplomdansonrakı təhsil, əlavə təhsil və s. Təbii olaraq, təhsil sisteminə uyğun pedaqoji elmlər sistemi yaranır.
Pedaqoji peşə təhsilinin özünün də böyüyən, inkişaf edən insanın yaşına, əhvalına, marağına, tələbatına uyğun bilgi verən ayrı – ayrı sahəsi vardır. Çünki bu sahənin hər birinin insan inkişafına və xüsusiyyətinə məxsus spesifikliyi (özəllikləri) vardır.
Bizim mövzumuz ali təhsillə – ali məktəb pedaqogikası ilə bağlıdır. Ona görə də ali təhsilə – ali məktəbəqədərki özəlliklərə baş vurmamaq məcburiyyətindəyəm.

Али мяктябдя педагожи фяалиййятин хцсусиййятляри

Ali məktəbdə tədris əsas olduğu üçün burada çalışan professor – müəllim heyətinin işlərinin əsl mahiyyəti pedaqoji fəaliyyətlə səciyyələnir – yəni öyrətim üzərində qurulur. Orta məktəbdə işləyən müəllimdən pedaqoji peşə təhsili tələb olunmur. Lakin ondan elmi yaradıcılıq, ixtisasını mükəmmələ bilmək və ixtisası üzrə tədqiqatçılıq bacarığı tələb olunur. Eyni zamanda müəllimin tədris ustalığına yiyələnəcəyi gözlənilir və bu, onun özünütəhsilinə, özünütəkmilləşdirməsinə etibar edilir. Əgər zəiflik görünərsə, müəllim müəllimlik üzrə ixtisasartırma kursuna göndərilir.
Ali məktəbdə pedaqoji fəaliyyətə başlayan müəllim ilkin olaraq nələri öyrənməlidir:
– İşləyəcəyi, yaxud işlədiyi ali məktəbin strukturunu – fakültə və ixtisasları, ali məktəbdə tədris, tərbiyə və elmi – tədqiqat işinin xüsusiyyətlərini;
– Tədrisin təşkili, təqvim – tematik plan tərtibi, qiymətləndirmə, auditoriyanı idarəetmə qaydalarını;
– İşlədiyi fakültənin (bölümün) tədris planını, öz ixtisası üzrə fənn və ya fənlərin tədris planında yerini, müddətini, semestrlər üzrə ayrılmış tədris vaxtını, mühazirə, seminar, laborator işlərin yerini və həcmini, ixtisası ilə əlaqədar auditoriyadan (sinifdən) kənar müstəqil işlərin forması və həcmini.
Bu bələdlik müəllimə öz fəaliyyətini aydın, düzgün qurmağa kömək edir.
Müəllim tədrisi davam etdirərək öz fəaliyyətini daha da təkmilləşdirməyə çalışmalıdır və bu zaman nələri öyrənməlidir:
– Ali məktəbin daxili nizam – intizam qaydalarının spesifik xüsusiyyətlərini;
– Həmkarları ilə həmkar tanışlığı;
– Tədris, təlim – tərbiyə metodikasına yiyələnmə və onu təkmilləşdirməyi;
– Tələbələrini tanıma və tələbələri ilə iş və ünsiyyət metodikasına qiyələnməyi və s.
Aparılan pedaqoji işin uğuru, yəni təlim – tərbiyənin səviyyəsi ali məktəbdə yaranmış pedaqoji mühitdən, başqa sözlə, pedaqoji rejimdən çox asılıdır. Belə ki, pedaqoji mühit hamını, necə deyərlər, pedaqojiləşdirir. İnzibati işçiləri də, dərs deyənləri də, öyrənənləri də. Bu mühitin yaranması üçün hamı pedaqoji bilikləri öyrənməli və öz davranışında, hərəkətində, münasibətində, müraciətində, auditoriyada dərsin şərhində, praktik işlərində və s. metodik məqsəd daşımalıdır.
Əgər bütün bunlara pedaqoji texnologiya desək, burada konkret pedaqoji şərtlər nəzərə alınmalıdır:
1. Pedaqoji fəaliyyətin sosial yönümlü və psixoloji mahiyyətli olması;
2. Fundamentallıq. Ciddi elmi biliklər verilməsi.
3. Mədəniyyətəmüvafiqlik. Təlim – tədrisin müasir mədəniyyətin inkişaf səviyyəsinə uyğunluğu.
4. Təlimdə humanistləşdirmə.
5. Təlimin fasiləsizliyi.
6. Təlimdə informatlaşdırma.
Bununla yanaşı, tibbi – bioloji şərtlər də vardır ki, bunları da hər bir müəllim nəzərə almalıdır:
1. Şagird sağlamlığının qorunması.
2. Həddindən artıq yorğunluğun qarşısının alınması.
Ümumiyyətlə, təlim – tərbiyə işini əhatə edən pedaqoji prosesi pedaqoji sistem kimi təsəvvür etsək, burada ən azı 6 qarşılıqlı əlaqənin olduğunu qeye etmək olar:
1. Təlim – tərbiyə işinin məqsədi;
2. Təlim – tərbiyənin təşkili formaları.
3. Təlim – tərbiyənin məzmunu.
4. Təlim – tərbiyə işinin texnologiyaları (metodlar, vasitələr, formalar və s.).
5. Öyrədən.
6. Öyrənən.
7. Bir neçə saatlıq söhbətdə bu əlaqələrin hamısını əhatə etmək mümkün deyil. Lakin qeyd etməliyəm ki, pedaqoji fəaliyyətin özəyini öyrədən – öyrənən əməkdaşlığı, əlaqəsi, birliyi təşkil edir. Ona görə də söhbətimi yalnız bu əməkdaşləq üzərində davam etdirmək istərdim.
Dərsdə öyrətmə prosesi müxtəlif komponeni əhatə etdikdə sitemə çevrilir və səmərəli nəticə verir.

Comments are closed, but trackbacks and pingbacks are open.