BURADA REKLAMINIZ OLA BİLƏR
Vüqar Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin özünün laboratoriyaları var və fermer müraciət edə, orada həmin gübrənin keyfiyyətini yoxlada bilər.
Maşını öz adına keçirmək üçün nə qədər xərc çəkməlisən?
Son günlər rayon qeydiyyatı olan avtomobillərin Bakıya buraxılışının müəyyən vaxtlarda məhdudlaşdırılması ilə bağlı əlavə məsələlər də ortaya çıxıb. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı sırf rayon qeydiyyatı olan Bakıya buraxılmasının gündüz saatlarda məhdudlaşdırılması ilə bağlı olsa da, Dövlət Yol Polisi başqa tədbirlər də həyata keçirir. Məsələn, gündüz vaxtı Bakı şəhərində idarə olunan rayon nömrəli maşınları da saxlayıb cərimə meydançasına aparırlar. Dövlət Yol Polisi sürücülərə müraciət edərək bəyan edib ki, Bakı şəhərində yaşayan, qeydiyyatda olan insanlar rayon qeydiyyatında olan avtomobilləri öz adlarına keçirməlidir. Amma bəzi sürücülər bu prosesin necə həyata keçiriləcəyini və bunun üçün dövlət rüsumunun nə qədər olduğunu bilmir.
Sonxeber.az-ın məlumatına görə, ortaya çıxan müəyyən suallara avtosfer.az aydınlıq gətirib. Bu işdə saytımıza daimi oxucumuz Rasim Məmmədov da kömək oldu. O, bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi sorğu verib və avtomobilin addan-ada keçirilməsi, yəni, təkrar dövlət qeydiyyatı ilə bağlı proseduru və qiymətləri öyrənib: “Şirvan şəhərində qeydiyyatda olsam da, sonradan qeydiyyat yerimi Bakı şəhərinə dəyişmişdim. Mülkiyyətçisi olduğum avtomobil isə Şirvan qeydiyyatinda qalmışdı. Bu il sentyabrın 15-dən sonra məlum səbəblərə görə maşınla hərəkətimə mane oldular. Mən də avtomobilin qeydiyyat yerini dəyişmək məqsədilə çəkəcəyim xərclərlə bağlı BDYPİ-yə sorğu göndərdim. Düşündüm ki, başqaları üçün də maraqlı olar və bu səbəbdən aldığım cavabı sizlərlə bölüşürəm”.
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovun imzası ilə vətəndaşa göndərilən məktubu oxuculara təqdim edirik. Həmin məktubda avtomobilin təkrar qeydiyyatı ilə bağlı prosedur və dövlət rüsumu, həmçinin, rüsumun ödənilməsi qaydası bir daha izah olunur. Ümumilikdə dövlət rüsumu 69 manat təşkil edir. Avtomobil texniki baxışdan da keçiriləcəksə, o zaman 20 manat da əlavə oluna bilər.
Sosial Baxılıb: 12742 Tarix: 16 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Kral azərbaycanlı biznesmenin otelini bağlatdırdı
Türkiyənin Antalya şəhərində 15-16 noyabrda baş tutacaq G-20 Zirvəsində azərbaycanlı iş adamına məxsus otel tək bir lider üçün bağlanacaq. qafqazinfo-ya istinadla bildirir ki, dəbdəbəli memarlığı və saray tipli otaqları ilə ərəb qonaqlarının sevimli məkanı olan Telman İsmayılova məxsus “Mardan Palace"
16 oktyabr 2015
Ev al və Türkiyə vətəndaşı ol
“Biz bu məsələ üzrə ciddi iş aparırıq”. Türkiyədə əmlaka sahib olan xarici vətəndaşlar Türkiyə vətəndaşlığı ala bilərlər. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Nazirin sözlərinə görə, hal-hazırda müvafiq qərarın layihəsi üzərində iş başlayıb. “Bizim bayrağımı
16 oktyabr 2015
Sabahdan hava mülayimləşəcək
Sabah Azərbaycanın rayonlarında yağışın yağması davam etsə də, Bakıda günortadan sonra hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən bildirir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də arabir yağış yağacağı
16 oktyabr 2015
Yeni avtobus xətləri açılır
Bakıda növbəti dəfə bir neçə “BakuBus” marşrut avtobusu istifadəyə veriləcək. “BakuBus”un məlumat mərkəzindən verilən məlumata əsasən bildirir ki, yaxın günlərdə daha üç marşrut xəttinin istismara verilməsi nəzərdə tutulub. Xəttə buraxılacaq marşrutlatr 2, 3, 7 və 14 saylı avtobuslardır
16 oktyabr 2015
Nazirlik bəzi lisenziyaları ləğv edəcək
Bir sıra lisenziyaların ləğv edilməsi təklif olunacaq. trend-ə istinadla bildirir ki, prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin dünən keçirilmiş geniş kollegiya iclasında Nazirlik tərəfindən verilə
16 oktyabr 2015
“Topaz”dan udanlar vergi ödəyəcək
Gələn ildən etibarən Azərbaycanda idman-mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulacaq. -a istinadla bildirir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, idman mərc oyunlarından udulan məbləğ 10%-lə vergiyə cəlb ediləcək
16 oktyabr 2015
Avtobus sürücülərimiz xaricdən gətirilə bilər
Kartla işləyən yeni nəqliyyat vasitələri “BakuBus”lar gətirildikdən sonra hər kəs artıq istədikləri yerə rahat çatacaqlarını ümid edirdi və bu əbəs deyildi. Çünki marşrut avtobuslarının əvvəlki sürücüləri planı doldurmaq niyyəti ilə hər yerdə saxlayır, nəqliyyat vasitəsini təhlükəli idarə edir
16 oktyabr 2015
“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil”
“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil”. Son günlərin ən aktual məsələlərindən biri Bakı-Sumqayıt yolunun sürüşməsidir. Ən işlək magistrallardan birində təhlükəli çatların yaranması paytaxtın yol infrastukturunda ciddi problemlərin olduğunu deməyə əsas verir. Maraqlıdı
16 oktyabr 2015
Tanınmış kafedə müştəriyə milçəkli mürəbbə verdilər – FOTOLAR
Bakıda tanınmış kafelərdən birində biabırçı olay baş verib. Hadisə Nizami küçəsində yerləşən Madoda baş verib. Belə ki, müştərilərdən birinin mürəbbəsinin içindən milçək çıxıb. Kafe rəhbərliyinə iradını bildirən müştəri sadəcə “üzr istəyirik, hadisədir də, olub” sözləriylə kifayətlənməli olub
Kəndlilərə keyfiyyətsiz gübrə verilir
Lifli çiyid, xarab gübrə və şor su. Bunlar birlikdə bu il Biləsuvarda bir çox fermerin dolanışığını alt-üst edib.
Biləsuvarın Aranlı kəndindən olan 26 yaşlı fermer Həsənəli İbayev illərdir pambıq əkini ilə 8 nəfərlik ailəsini dolandırdığını söyləyir. Deyir, hər il azı 35 – 40 sentner pambıq götürüb. Bununla birtəhər dolanıb. Bu il isə o, cəmi 13 sentner məhsul götürüb, rayonlarındakı pambıq zavoduna borclu qalıb:
“Sahədə alaq otu təmizləyən qadınlardan tutmuş, hamıya, hər yerə borcum var. Kəndə çıxa bilmirəm. Ödəməyə də pulum yoxdur. Bir ara dedilər ki, guya dövlət kompensasiya ödəyəcək, ondan da səs çıxmadı”.
Həsənəli İbayev deyir ki, hər il məhsula azot gübrəsi verib, narazı da qalmayıb. Bu ilə isə azot əvəzinə karvovit veriblər:
“Zavoda şirkətlərdən gəlir. Onlar da xaricdən gətirir. Deməli, mənim aldığım həmin gübrənin üzərində SOCAR-ın etiketi var idi. Təkcə mən yox, bu il rayonda məhsul əkənlərin hamısı o gübrədən istifadə edib. Hektarına 250 kilo almışdıq. Düşünürük ki, gübrə keyfiyyətsiz olub”.
Fermerlər bu il gübrə ilə yanaşı, quraqlıqdan da əziyyət çəkiblər. Həsənəli İbayev deyir ki, pambıq çox nazlı bitkidir, gərək onunla yaxşı davranasan. Bura vaxtlı-vaxtında suvarmaq, alaqlarını təmizləmək daxildir:
“Mən düşünürəm ki, minimum 5 dəfə su vermək lazımdır. Ancaq bu il sahəmə dövlət cəmi bir dəfə su açdı. O da min bir müsibətdən sonra. İcra Hakimiyyətinə getdim, qəbulda oldum. Həm də şəhid ailəsi olduğumuzdan bizim sahəyə bir dəfə su açdılar”.
Həsənəli İbayev bu il pambığa cəmi iki dəfə su verə bilib. Biri icra başçısının tapşırığı ilə açılan su, digəri isə şor su kollektorundan götürdüyü su ilə:
“Əslində məhsulu şor su ilə suvarmazlar. Amma əlacım qalmadı, məcburiyyətdən şor su kollektorunun önünü bağladım. Orda toplanan suyu motorla, borularla sahəyə verdim. Elə məhsuldarlığın bu səviyyədə olmasının bir səbəbi də həmin şor sudur. Bir sözlə, kəndlini pis duruma salmaq üçün əllərindən gələni edirlər”.
Daha bir problem isə çiyidlə bağlıdır. Həsənəli İbayev bildirir ki, bu il dövlətdən aldığı çiyid lifli olub.
Məhsuldarlığı pis olmasında onun da rolu var:
“24 hektarda pambıq əkmişdim. Gecə-gündüz işləmişəm. Sonda nəticəsi bu oldu. İş elə gətirdi ki, indi də gecə-gündüz Bakıda fəhləlik edib, gətirib zavoda olan borcumu ödəyirəm. Quzu almışdım, deyirdim kökəldim satım. Uşaqların geyiminə, anamın-atamın dərmanlarına, həkiminə xərcləyərəm. Onları da satıb borca verməli oldum. Bir sözlə, mən həm əziyyət çəkdim məhsul əkdim, indi də o məhsulun zibilinə düşmüşəm. Bütün günü işləyib borc qaytarıram. Ailəm də qalıb pis durumda. Bu gün qaza 250 manat borcum var, ödəyə bilmirəm. Yəqin bu gün, sabah onu da kəsərlər”.
“Gözüm qorxmuşdu, düşünürdüm ki, bu il heç nə əkmərəm. Rayon rəhbərliyi iclas etdi, söz verdilər ki, bu il belə problem olmayacaq. İnandıq, əkdik, başımıza da bu gəldi. İndi də deyirlər guya Prezident bu işlə məşğuldur, kompensasiya veriləcək. Hələ bir səs yoxdur, gözləyirəm”.
Həsənəli İbayev deyir ki, bu gün ailəsi başlarına gələn bu hadisəyə görə çətin durumda yaşayır:
“Atam ürək xəstəsidir, anamın qolunda şiş var. Bacımın uşağı xəstədir, hər yerə müraciət edirik, heç ona da kömək etmirlər. Bu gün deputat gəlib deyirlər, problemləri dinləyəcək. Gedəcəm qəbuluna, bir ümid. Görüm nəsə kömək edə bilərmi. Hər şey normal olanda özümüzü dolandırırdıq. Şərait yoxdur deyə, pis günə düşmüşük. Dövlət araşdırmalıdır, niyə su verilmir. O verilən gübrə niyə keyfiyyətsizdir”.
Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Meydan TV-yə bildirib ki, gübrə ilə bağlı iş onların nəzarətində deyil. Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək lazımdır. Çünki ölkəyə gətirilən gübrənin keyfiyyətinə, tərkibinə onlar cavabdehdir:
Vüqar Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin özünün laboratoriyaları var və fermer müraciət edə, orada həmin gübrənin keyfiyyətini yoxlada bilər.
Qida Təhlükəsizliyi Agentliyindən problemlə bağlı cavab almaq mümkün olmayıb.
Biləsuvar Sukanal Sahəsindən bildirilib ki, bəli, 2 ildir ki, isti havalarda su qıtlığı yaşanır. Ancaq bu, ümumi problemdir və təkcə Biləsuvarda yox, yaxın bir neçə rayonlarda olub:
“Problemin həlli üçün müraciət olunub. Ümid edirik gələn ildən bu problemlə üzləşməyəcək fermerlər”.
Bu ilin iyulunda Biləsuvar sakinləri su probleminə görə hətta yolları da bağlayıb. Etiraz edənlər içində saxlananlar da olub.
Bir neçə il bundan əvvəl pambıqçılıq Azərbaycanda prioritet sahələrdən biri elan edilib. Rəsmilər son illər pambıqçılığın ölkədə inkişaf etdirildiyini vurğulayaraq əlavə ediblər ki, pambıq Azərbaycanın ixrac potensialında önəmli yer tutur. Hətta “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da qəbul olunub.
Rəsmi məlumata görə, 2018-ci ilin 8 ayında ölkədə 156 min hektarda pambıq əkilib. Pambıq qəbulu məntəqələrinə isə 158 min 83 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin vurğulamasına görə, bu, 2017-cu ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çox idi.
2020-ci ilin iyulunda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunan müzakirələrdə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Lakin qeyd edildiyinə görə, 7 min hektar sahədə birinci vegetasiya suvarması başa çatmayıb: “Eyni zamanda, 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik”.
Onun qeyd etməsinə görə, pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.
Tarix: 20 Noyabr 2021, 19:49
Xəbər lenti
- Evdən 10 000 manatlıq qızıl oğurlandı 20 May 11:08
- Polis 13 yaşlı bu qızı axtarır 20 May 10:48
- Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi 20 May 10:32
- Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoruna ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayıldı 20 May 10:28
- Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb – FOTO 20 May 10:16
- “Erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir” 20 May 09:22
- “Deyirlər ki, Afaq Bəşirqızı o vaxt Teatr Xadimləri İttifaqının sədri olmaq istəyirdi” 20 May 09:12
- Rza Rzayevi həbs etdirən Tural Mirzəliyev: “Qardaşım Qarabağ qazisidir, rol oynamayıb ha, qazidir. ” 20 May 08:54
- İçərişəhərdə müzakirələrə səbəb olan “dəmir yumruq” abidəsi söküldü – FOTO 20 May 08:45
- Maaşı gecikənlərə şad xəbər: Yeni qərarın hansı üstünlükləri var? – VİDEO 20 May 08:41
- “Günay Bank”la bağlı mühüm qərar 20 May 08:36
- Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı 20 May 08:29
- Sabirabadda bələdiyyənin gölü icarəyə verməsi sakinlərin etirazına səbəb oldu – VİDEO 20 May 01:29
- “Fantomas”ı canlandıran aktyor vəfat etdi 20 May 01:26
- Yaxın günlərdə bu bürclər inanılmaz uğurlarla üzləşəcək 20 May 00:55
- Bayden: “ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək” 20 May 00:48
- Rzanı yubileyində həbs etdilər – “Drakon”dan kim qisas alır? – VİDEO 20 May 00:38
- Bayden Prezident İlham Əliyevi təbrik edib 20 May 00:35
- ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq etdi 19 May 23:42
- Özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edildi 19 May 23:35
- Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı – VİDEO 19 May 23:24
- Praqa-Bakı marşrutu üzrə uçan təyyarə gecikir – SƏBƏB 19 May 23:20
- Baş nazirin Naxçıvan-Bakı təyyarəsini gecikdirməsi narazılıq yaratdı 19 May 23:11
- Bakıda qəza: “Prius” qadını vurdu – ANBAAN VİDEO 19 May 23:00
- 610 kq çəkisi olan gəncin yeni görüntüsü heyrətə gətirdi – FOTO 19 May 22:54
- Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilir 19 May 22:50
- Lənkəranda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi bilindi 19 May 22:47
- Köhnə məktəbli formalarından istifadə olunmayacaq – Nazirlikdən TAPŞIRIQ 19 May 21:28
- Çavuşoğlu: “Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir” 19 May 21:27
- Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək 19 May 20:57
- Azərbaycan Beynəlxalq Valyuta Fondununun Almatıda yerləşən Regional Potensialın İnkişafı Mərkəzinə maliyyə dəstəyi göstərəcək 19 May 20:47
- Rza Rzayevdən xəbər var 19 May 20:36
- Obamanın Rusiyaya girişi qadağan olundu 19 May 20:15
- Üzeyir 50 min söhbətindən danışdı 19 May 19:50
- Xameneyinin nümayəndəsi: “İran anadır, azərbaycanlılar da anasını söyməməlidir, ona kin saxlamamalıdır” 19 May 19:26
- Azərbaycan və Ermənistan XİN başçıları müzakirələri davam etdirmək barədə razılığa gəldi 19 May 19:24
- Türkiyə YSK prezident seçkilərinin I turunun yekun nəticəsini açıqladı 19 May 19:23
- XİN Ceyhun Bayramovla Mirzoyanın Moskva danışıqlarının yekunlarına dair məlumat yaydı 19 May 19:20
- Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş oldu 19 May 19:00
- XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 19 May 18:44
- “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunları vətəndaşlarımızı necə tələyə salır? 19 May 17:51
- “Qurtuluş 93” şirkətinin dələduzluqda ittiham olunan rəhbərinin işinə bu tarixdə baxılacaq 19 May 17:47
- İçərişəhərdə divara həkk edilən “Dəmir yumruq” abidəsi tənqidlə qarşılandı 19 May 17:40
- Bakıda sevdiyi qadını bıçaqlayan, qızını öldürən şəxs məhkəmə qarşısında 19 May 17:28
- Moratinos Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb 19 May 17:27
- Lavrov: “Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır” 19 May 17:25
- Keçmiş vəzifəli şəxsin cinayət işi icraata verildi 19 May 17:18
- Siyavuş Novruzov: Beşinci üçtərəfli görüş: Brüsseldə qalib Azərbaycandır 19 May 17:09
- ““Xan” əgər xudmani bir məclisdə yaxın adamları ilə kabab yeməkdirsə, onda bizim hər birimiz həmin adı daşıya bilərik” 19 May 17:01
- MM-in Səhiyyə komitəsinin üzvü: “Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et. ” 19 May 16:56
- Sürücülərin nəzərinə: 20 may saat 08:00-dan saat 22:00-dək. 19 May 16:55
- Deputat Əlizamin Salayevdən danışdı: “Aclıq aksiyası məhkəmənin hökmünə, istintaqın gedişinə heç bir təsir göstərə bilməz” 19 May 16:51
- “Rəşad Dağlı bıçağı mənim mağazamdan alıb” – Meyxanaçının məhkəməsindən şahid 19 May 16:50
- Son sutkada Azərbaycanda 10 nəfər koronavirusa yoluxdu 19 May 16:41
- Mənzil sahiblərinin nəzərinə: İyunun 1-dən. 19 May 16:35
- “Mənə ər lazım deyil“ – Əməkdar artist 19 May 16:15
- “Rusiyanın Ermənistan ordusundakı “5-ci kolonu”na əmr verilir ki. ” 19 May 16:14
- Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi dayandırılacaq 19 May 15:59
- Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq 19 May 15:53
- Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR – AÇIQLAMA 19 May 15:46
- Hacı Şahinin xatirəsinə abidə ucaldıldı – VİDEO 19 May 15:46
- Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirildi 19 May 15:43
- “Ziya Məmmədov sementi, armaturu “yemişdi”, indi o yolu sürətlə çəkirlər, keyfiyyəti necə olacaq, hələ bilinmir. ” – AÇIQLAMA 19 May 15:42
- Narkotik aləmində elə tanınmış adamlar var ki. – Nəsimi Nəbizadə sensasion müsahibə verdi – VİDEO 19 May 15:38
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi 19 May 15:32
- Ərdoğan Prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək 19 May 15:25
- Fazil Mustafa: “Qolumuz açıldı, İnşallah yolumuz da açılacaq” 19 May 15:22
- Manaf: “Çörəyimi yeyir, amma naxələfdir” – VİDEO 19 May 15:15
- Naxçıvanın yeni rəhbərinin fotosu müzakirələrə səbəb oldu 19 May 15:12
- Emin Ağalarov müharibədə dostunu itirdi – FOTO 19 May 15:10
- Prezident: Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının instutisional inkişafı üçün çox səmərəli bir dövr olub 19 May 15:08
- Nail Kəmərli: “Çəkiliş üçün narkoman tapa bilmirəm. ” 19 May 15:04
- Azərbaycanın quru sərhədləri bu tarixdən açıla bilər – Komitə üzvündən AÇIQLAMA 19 May 15:04
- Mirzoyandan açıqlama: Razılıq əldə edildi 19 May 14:57
- Prezident: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır 19 May 14:48
- İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi 19 May 14:46
- Prezident: Vətən müharibəsindən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır 19 May 14:41
- Hacıbəy Heydərli: “Cəmiyyətdə nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlərin adından yayılan yalan xəbərləri qətiyyətlə pisləyirik” 19 May 14:38
- Prezident: Ermənistan sülh istəyirsə, nə üçün 100 milyonlarla dollar dəyərində silah alır 19 May 14:31
- Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNDİ 19 May 14:28
- Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ 19 May 14:24
- Moskvada Rusiya və Ermənistan XİN başçıları arasında görüş başa çatdı – YENİLƏNDİ 19 May 14:22
- Maksimum bal toplayan məktəbli bu vəzifəli şəxsin qohumudur 19 May 14:12
- Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb – VİDEO 19 May 14:10
- Lavrov Cənubi Qafqazda sülhə nail olmağın şərtini AÇIQLADI 19 May 14:04
- Köhnə binalarda yaşayanların nəzərinə: 5 il sonra – VİDEO 19 May 13:59
- “Qarabağ” cərimələndi – MƏBLƏĞ 19 May 13:57
- “Semaşko”da dava: mühafizəçi döyüldü 19 May 13:54
- Yeri müəyyən edilən Azərbaycan vətəndaşına Belçikada yaşamaq icazəsi verilə bilər 19 May 13:38
- “Veysəloğlu” şirkətinin pulu mənimsənildi, məhkəmə qərarı ləğv etdi 19 May 13:27
- Vəzifəli şəxs əri tərəfindən aldadıldı – 1 milyonluq dələduzluq 19 May 13:23
- Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatdı – YENİLƏNDİ – VİDEO 19 May 13:15
- Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatdı 19 May 13:08
- DYP-dən 300 minlik tender. 19 May 13:08
- Sinan Oğanın həyat yoldaşı kimdir? 19 May 13:05
- Xocavənddə partlayıcı vasitələr aşkar edildi 19 May 13:03
- Ramiz Mehdiyevin nəzarətində olan bank da bağlanacaq 19 May 13:02
- Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk” 19 May 12:58
- “Azəriqaz” bu şirkəti məhkəməyə verdi 19 May 12:57
- Rusiya XİN başçısı: “Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir” 19 May 12:53
- Sənan Hacıyev: “Nə vaxt ki, nikahın pozulmasına dair tələbləri sərtləşdirəcəyik, o zaman hakimlərin cəsarətini görə biləcəyik” 19 May 12:44
- Salome Zurabişvili Azərbaycan Prezidentinə təbrik məktubu ünvanladı 19 May 12:42
- Qaz sayğacları niyə dəyişdirilir? – “Azəriqaz” nümayəndələri müğənniləri də ötüb, “Facebook”dan çıxmırlar, şou göstərirlər…” 19 May 12:36
- Şənbə gününün hava proqnozu açıqlandı 19 May 12:29
- Mərkəzi Bank sığorta şirkətini məhkəməyə verdi 19 May 12:26
- Azərbaycana minlərlə bu maşından gətirilir – Qiymətləri ucuzlaşacaq? + VİDEO 19 May 12:12
- Səhiyyə Nazirliyi: Ana südünü artıran dərman yoxdur 19 May 12:11
- Şəhərin mərkəzində, təbiətlə harmoniyada – “City Garden Narimanov” 19 May 12:02
- Bakıda 30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən Nazim Bayramovun barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərildi 19 May 11:55
- Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi 19 May 11:44
- İyun ayının şanslı bürcləri – SİYAHI 19 May 11:40
- Turan İbrahimov: “Adam kişi olar” 19 May 11:38
- MM şöbə müdiri: “Aliment öhdəliyi olan şəxslər sosial həssas qrup kimi tanınmalıdır” 19 May 11:36
- Aqil Abbas: “Rzanın yumruğu elə silahdır də. ” 19 May 11:33
- “Lukoıl-Azərbaycan” bu şirkətlə bağlı məhkəməyə müraciət etdi 19 May 11:26
- “Mənim dünyam yıxılıb” – Mərhum Oqtay Əliyevin anası 19 May 11:18
- Ali Məhkəmə: Dövlət rüsumu tam ödənilmədən verilən şikayətlər geri qaytarılmalıdır 19 May 11:13
- Bahar Muradova: “Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur” 19 May 11:05
- Bakıda tıxacların səbəbi açıqlandı 19 May 11:01
- Cavanşirdən canlı efirdə baş verənlərə reaksiya: “Qeyri-etik ifadə eşitməmişəm” 19 May 10:58
- “OBA market”in administratoruna elektron qolbaq taxıldı 19 May 10:50
- Müğənnilərin yeni toy qiymətləri – SİYAHI 19 May 10:28
- Kibertəhlükəsizliyə əməl etməyən 101 dövlət qulluqçusu haker qurbanına çevrilib – SİYAHI 19 May 10:25
- Aqil nəvəsini görə bilmir 19 May 10:23
- Vəzifəli şəxs cəzalandırıldı 19 May 10:19
- Bu məhsulların İrandan Azərbaycana idxalına məhdudiyyət qoyuldu 19 May 10:10
- Diqqət: Mayın 22-dən dayandırılacaq. 19 May 10:08
- Qazini maşın vurub öldürdü – FOTO 19 May 09:58
- Bakıda evlərdən 8700 manatlıq oğurluq edildi 19 May 09:48
- Dollar almaq istəyənlərin nəzərinə 19 May 09:39
- Azərbaycanda həkim və müəllimlərlə bağlı sevindirici xəbər – VİDEO 19 May 09:23
- Azərbaycanda zəlzələ oldu 19 May 09:21
- Piyadanı vurub qaçan şəxsə hökm oxundu 19 May 09:01
- Restoranda yeyib-içəndən sonra qaçdı – Qadınlar evinə basqın etdi 19 May 08:58
- “YouTube”la bağlı məcburiyyət 19 May 08:56
- Qoyun qırxan qayçı ilə qohumunu öldürən şəxsə 18 il cəza verildi 19 May 08:53
- Novxanıda arvadını öldürən biznesmen apellyasiya şikayəti verdi 19 May 08:50
- “EuroHome” şirkətinin rəhbərinin məhkəməsi başladı 19 May 08:22
- Direktor Rza Rzayevin həbsindən danışdı: “Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz” 19 May 07:37
- Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı – SİYAHI 19 May 07:30
- Fəhlələr arasında dava: bıçaqlanan var 19 May 07:24
- Xarici taksi şirkətləri casusluq edirlər? – VİDEO 19 May 07:02
- Hansı bankları təhlükə gözləyə bilər? – CƏDVƏL 19 May 06:59
- Məşhur aktyor vəfat etdi 19 May 06:58
- Bakıda minik maşını “KamAZ”la toquşub, 5 nəfər xəsarət alıb – FOTO 19 May 01:25
- Sığınacağa ehtiyacı olan kişilər – VİDEO 19 May 01:20
- “Roma” ilk finalçı olub 19 May 01:17
- Novxanıdakı milyonluq avtomobillər kimindir? – VİDEO 19 May 00:34
- Ən ağıllı bürclər 19 May 00:26
- Suriyadan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib 18 May 22:40
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar?
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar? Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil
19 Avqust , 2020 17:01
https://static.report.az/photo/9491ee9a-7ada-3a41-9c8b-db8143275f43.jpg
Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil. Bunlardan əsasən eyni əmlakı iki, üç, dörd müştəriyə satılması hallarına rast gəlinir. Belə ki, tikinti şirkətləri tərəfindən eyni mənzili bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Məlum olduğu kimi, yaşayış binasına dair (daşınmaş əmlakın dövlət reyestrindən) çıxarışlar yalnız binanın təhvil-təslimindən sonra verilsə də, bəzi tikinti şirkətləri hələ binanın təməlini atarkən artıq mənzil satışına girişir. Bu cür alış-verişlər tikinti şirkətilə daxili müqavilə əsasında həyata keçirilir. Və hər hansı dələduzluq, yaxud şirkətin müflisləşməsi halında bu kimi müqavilə təəssüf ki, aldanmış mənzil alıcısının karına gəlmir. Vahid pəncərə və digər islahatlar Məlum olduğu kimi, daşınmaz əmlakların, o cümlədən topraq sahələrinin qeydiyyata alınması və texniki inventarlaşması, həmçinin texniki sənədlərin hazırlanması sahəsində düz 5 ildir vahid pəncərə sistemi tətbiq olunub. Bu işlər İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində görülür.
Nəticədə sənədlərin rəsmiləşdirilməsi, habelə kadastr, ölçü işləri, texniki inventarlaşma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi kimi məsələlərin həlli xeyli asanlaşdı. Daşınmaz əmlaklar, onlara dair mövcud və keçmiş hüquqlar və həmin hüquqların daşıyıcılarına dair məlumatların saxlandığı dövlət reyestrinin özü də təkmilləşdirildi. Məsələn, ötən ildən dövlət reyestrindən çıxarışların kağız şəklində verilməsinə qəti son qoyuldu. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna verilən düzəlişlərə uyğun olaraq belə çıxarışlar yalnız elektron formada verililərək elektron hökumət portalında yerləşdirilir, yaxud əmlak sahibinə elektron vasitələrlə, o cümlədən e-mail vasitəsilə təqdim olunur. Reyestrin müvafiq bölmələrində hər bir daşınmaz əmlak barədə məlumatlar saxlanılır, o cümlədən torpaq sahəsi və üzərindəki tikili də vahid əmlak olaraq qeyd olunur. Bəs dövlət reyestrindəki bu məlumatlarla tanış olmaq mümkündürmü? Məsələn, torpaq sahəsi almaq istəyən vətəndaş əvvəlcədən həmin əmlaka dair məlumat əldə edə, sənədlərinin lazımi qaydasında olub-olmadığını öyrənə bilərmi? Onlayn tanışlıq “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a bildirib ki, dövlət reyestrindən çıxarışı olan istənilən daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış sahəsi, torpaq sahəsi, mənzil və ya fərdi ev) dair məlumatla Daşınmaz Əmlakın Dövlət Reyestrinin saytından ( http://dedrx.gov.az/ ) müəyyən ödəniş müqabilində tanış olmaq olar. Həmin ödəniş əmlakın növündən asılı olaraq 15 manatdan artıq deyil. Bu məlumatı əldə etmək üçün Dövlət Əmlak Məsələləri Xidmətinin portalına http://e-emdk.gov.az/ daxil olmaq kifayətdir. Burada daşınmaz əmlakla bağlı 40-dan artıq əməliyyata dair məsələləri onlayn qaydada həll etmək olar. “Lakin geniş ictimaiyyət üçün bağlı olan, qanunla qorunan məlumatlar da var ki, yalnız məhkəmənin qərarı ilə açıqlanması mümkündür”, – deyə ekspert bildirib. Həmçinin daşınmaz əmlakla bağlı alış-satış, icarə, vərəsəlik və ya bağışlanma, girova vermək kimi müxtəlif əməliyyatlar üçün daşınmaz əmlakın yüklülüyünə dair arayış İ(loru dildə Forma 1) da alınmalıdır ki, bu sənəd 10-15 dəqiqə ərzində verilir. Qısası, hər bir daşınmaz əmlakın qanuni olub-olmadığını öyrənmək üçün dövlət reyestrində olub-olmadığını öyrənmək gərəkdir. Varsa, deməli həmin əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər qaydasındadır.
Dövlət reyestri üçün sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Report”a bildiriblər ki, hər hansı əmlakın ilkin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş yaşayış evlərə dair İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 1) torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır. Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi və layihəyə dair sənədlərdə əlavə həm də müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı da təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmiş fərdi yaşayış evinin qeydiyyatı üçün, tikintisinə icazə tələb olunandırsa:
1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikintiyə icazə verilməsi barədə qərar; 3) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4) tikinti obyektinin istismarına icazə tələb olunur. Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün isə: 1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilir. Mənzillər üzərində hüquqların qeydiyyatı üçün isə tələb olunan sənədlər bunlardır: 1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (bu 3 sənəddən hər hansı biri); 2) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi; 3) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı. MTK tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş binada yerləşən mənzillə bağlı isə: 1) Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı; 2) Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir) təqdim edilir. Qanun işləmirsə Beləliklə, hər şeyin aydın şəkildə isbat olunduğu hüquqi sənədlər var, dövlət reyestrindən rahat istifadə etmək üçün də imkanlar yaradılıb. Bəs əmlak alış-verişi sahəsində bu qədər dələduzluq və fırıldaqçılıq haradandır? R.Osmanlı qeyd edib ki, bazarda əyri yollarla əldə edilən daşınmaz əmlaklar hələ də az deyil: “Məsələn, bələdiyyələrin satdığı torpaq sahələri qanunsuz, hərraca çıxarılmadan satılır və reyestrə salına bilməz. Eyni şeyi yeni yaşayış binalarda tikinti şirkətilə vətəndaş arasında daxili müqavilə ilə satılan mənzillər barədə də söyləmək olar. Bunların əksəriyyəti ilkin qeydiyyat arayışına da malik deyil”.
Hazırkı problemlərin daha çox qanunlardakı boşluqlarla yox, mövcud qanunların lazımınca yerinə yetirilməməsilə bağlı olduğu da qeyd edildi. “Mülki Məcəllədə 2018-ci ilin 1 iyul tarixindən MTK-ların əmlaklarını satmalarına dair yeni qaydalar göstərilib. Orada tikinti şirkətləri tərəfindən mənzil satışları zamanı, o cümlədən ödənişlə bağlı hansı qaydalara əməl etməli olduğu aydın göstərilir. Həmin qaydalarda mənzillərin ilkin qeydiyyatına dair arayış almaq da var. Həmin arayış da məlumdur ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilir”, – deyə Mərkəz rəhbəri qeyd edib. Beləliklə, MTK mənzil satarkən DƏMX-ni xəbərdar etməli, notarial qaydada müqavilə bağlayıb dövlət qeydiyyatına dair elektron arayış almalıdır. Həmin arayışa əsasən mənzil alıcısı MTK qarşısında bütün öhdəliklərini yerinə yetirəndən sonra çıxarış, MTK isə istismar icazəsinə dair akt ala bilər. Lakin bizdə düzgün yazılan qanunların həyatda tətbiqinin illərlə yubanmasını dəfələrlə görmüşük. Daşınmaz əmalk məsələlərinə cavabdeh qurumların yenidən qurulmasından sonra keçirilən islahatlar nəticəsində bunların da həllini tapacağına, nəticədə Azərbaycanda daşınmaz əmlak bazarının nəinki ölkə vətəndaşları, əcnəbilər üçün də cəlbedici hala gələcəyinə inanmaq istərdik. Qulu Nuriyev, ekspert
Comments are closed, but trackbacks and pingbacks are open.