Press "Enter" to skip to content

Fətəlibəyli azərbaycan xalqının böyük oğlu

“Kəmalüddövlə məktubları”nın təsiri.

“Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var”

Qəbələ Beynəlxalq Musiqi Festivalının belə bir gözəl yerdə, dağlar, meşələr arasında, tanınmış ifaçıların iştirakı ilə keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycanda çoxlu musiqiçi dostlarım var. Bu festivalı təşkil edənlərə, belə bir gözəl təşəbbüs irəli sürənlərə minnətdarlığımı bildirirəm.

Day.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qəbələ IV Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, dünya şöhrətli pianoçu Oksana Yablonskaya deyib.

Oksana Yablonskaya bildirib ki, tamaşaçılar festival çərçivəsində keçirilən konsertlərə böyük maraq göstərirlər: “Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestri ilə birgə konsertimin sonunda tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Çox şadıq ki, Azərbaycan və Avropa bəstəkarlarının əsərini yüksək səviyyədə ifa edə bildik. Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var”.

Fətəlibəyli azərbaycan xalqının böyük oğlu

30 ноя 2015

В группе 2 681 участник

Azərbaycan türkçülüyü ideyası – XXII – Əbdürrəhman Fətəlibəyli-Düdənginski Doç., Dr. Faiq Ələkbərov «Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs borcudur» Azərbaycan mühacirətinin ən tanınmış nümayəndələrindən biri də, Almaniyada yaradılmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri, eyni zamanda Azərbaycan legionunun komandiri və «Azadlıq» radiosu «Azərbaycan» redaksiyasının baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginski (1908-1954) olmuşdur. 1940-1960-cı illərdə Almaniyada bolşevizmə qarşı bir tərəfdən ictimai-siyasi fəaliyyətlə məşğul olan Düdənginski digər tərəfdən isə ideoloji-fəlsəfi savaş aparmış və Azərbaycan türkçülüyü idyeasını yaşatmağa çalışmışdır. Bu məqsədlə 2-ci Dünya Müharibəsi illərində (1939-1945) yaranmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri vəzifəsinə seçilən Düdənginski, Almaniyanın SSRİ üzərində qələbə əldə edəcəyi təqdirdə Azərbaycanın müstəqillik qazanacağına inanmışdı. Düdənginski özü də sonralar yazırdı ki, həmin dövrdə bu təşkilat təsadüfən yaranmamışdır. «Milli Birliy»in yaranmasına başlıca səbəb Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olduqdan sonra ən çox təcavuzə uğraması, yəni milli mənsubiyyəti, milli dili və tarixi tamamilə saxtalaşdırılmış yeganə millət olması olmuşdur. Əbdürrəhman bəy yazır: «Tarixin bəzi saxtakarlarının bu cür «səylərinə» görə Azəri türkləri Qafqazda yad xalq kimi hesab olunurdular və buna görə də, bütün xalqlar öz əsil adları ilə tanınanda bizə əmr olundu ki, «azərbaycanlı» adlanaq. Bütün xalqlar öz rəmzlərindən istifadə edə bildiyi halda, bizə əmr olunmuşdu ki, türk rəmzi olan ulduz və ayparanı ləğv edək. Heç kimin ixtiyarı yox idi ki, «türk» və «müstəqillik» sözündən istifadə etsin». Bu baxımdan Almaniyanın yardımı ilə Azərbaycanı yenidən azad etmək üçün əvvəlcə Azərbaycan Qərargahı, daha sonra Azərbaycan Milli Birlik Məclisini yaratdıqlarını deyən Düdənginski yazır: «Qərargah öz işi ilə yanaşı, ilk siyasi tələblərini bildirdi: 1) Azərbaycan rəmzlərinin bərpası (burada Almaniyanın digər dövlətin rəmzini dəyişdiromək hüququ nəzərdə tutulurdu) 2) Milli adın bərpası (nəzərdə tutulurdu ki, «azərbaycanlı milləti» yoxdur «Azəri türkü» var. Və alman hakimiyyəti bizi «azərbaycanlı» adlandırmağa məcbur etməklə Stalinin siyasətini davam etdirir)». Düdənginski yazır ki, əsas məqsədlərindən biri azərbaycanlıları yenidən türkə çevirmək və rəmzlərini bərpa etmək idi. Bunun üçün Azərbaycanın milli maraqları müəyyənləşdirilməli və milli iradəsi nümayəiş etdirilməli idi: «Bütün bunlar Azərbaycanın təşkilat və hissələrinin nümayəndələrinin iştirakı ilə qurultayın çağırılmasına gətirib çıxartdı ki, birləşək və dünyaya eşitdirək ki, biz Azəri türkləri vətənimizin müstəqilliyi uğrunda mübarizə aparırıq və öz qanımızla bir ağanın digəri ilə əvəz olunmasına imkan vermək fikrində deyilik». Beləliklə, 1943-cü il noyabrın 6-11-də «Milli Birliy»in təşəbbüsü ilə Milli Azərbaycan Qurultayı keçirilmiş və həmin qurultayda Düdənginski məruzə ilə çıxış etmişdir: «Biz çar valilərinə, bolşevik əsarətinə dözmədiyimz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir». Düdənginski, məruzəsində daha sonra qeyd etmişdir ki, «Milli Birliy»in əsas məqsədi bolşevizmin məhv edilməsi və Azərbaycanın müstəqilliyidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli mədəniyyət və milli dil-türk dili bərpa olunacaq, Milli Akademiaya yarıdılacaq və sinfi mübarizə son veriləcəkdir: «Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə hadisələrin hesabğı aparılsın. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı bolşeviklərin dövründə kim olmasına baxmayaraq, hər bir azərbaycanlıya veriləcək. Yeni Azərbaycanda bir-birilə mücadilə aparan siniflər ola bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət bəsləyəcək, təki onlarda bizimlə çalışmaq həvəsi olsun». Dünyaya milli mənsubiyyətlərini «azəri türkü» kimi qələmə verən «Milli Birliy»in rəhbərləri başda Düdənginski olmaqla Almaniyadan Azərbaycanın müstəqilliyini tanıması tələbi ilə də çıxış etmişlər. O yazır: «Biz Azəri türkləri Alimaniyanı və alman xalqını tanıyırdıq və tanıyırıq. Bizim üçün onun dövlət idarəçilik formasının heç bir əhməiyyəti yoxdur, bu alman xalqının daxili məsələsidir. Bu zaman Milli sosialist hakimiyyəti alman xalqını təmsil edirdi və hətta Mili sosialist nəzəriyyənin yaradıcısı filosof Reyxkansler A.Rozenberq bizi qəbul etdi. Müstəqilliyimizin imperiyanın dağılmasından 1-2 ay əvvəl qəbul olunması böyük əhəmiyyət daşımır. Əsas odur ki, bu Azərbaycan xalqının öz oğullarının qanı və fəaliyyəti hesabına əldə etdtiyi dəyərli nailiyyətdir. Əgər Milli Sosisalist Almaniyası Azərbaycanın müstəqilliyini tanıdısa, heç bir şübhə yoxdur ki, demokratik dövlətlər bəşəriyyətə bolşevizmə qarşı mübarizə ilə xidmət etmiş Azərbaycanı heç bir tərəddüsüz qəbul edəcəklər». Dudənginski Milli Birliyin varlığını Azərbaycan milli idyeasının varlığı kimi qəbul edirdi: «Bizim üçün Milli Birlik hər şeydən üstündür, xüsusilə də: partiya, qrup, sinif, qohum, qəbilə maraqlarından. Çünki Milli Birlik müstəqillikdir. Bizim heç birimiz ayrı-ayrılıqda və yaxud partiya və qrup şəklində həmin şəraitdə heç nə edə bilməzdik, bütün gücümüzü birləşdirərək Vətənimizin bayrağını yüksəklərə qaldırdıq». O, Azərbaycanın milli varlıq ideyasını belə ifadə edirdi: «İndiki görünməmiş müharibədə biz öz sevimli Azərbaycanımızın azadlığı və xalqımızın ölüm fəlakətindən xilas edilməsi uğrunda mübarizə edirik. Arzumuz türk kültürümüzü, adət və ənənlərimizi mühafizə edə bilmək, türk qanımızı saxlamaqdan ibarətdir». Hətta, o, bu məqsədlə rəhbərlik etdiyi təşkilatın adından soydaşlarının türk qızları ilə deyil, əcnəbilərlə ailə qurulmasını qadağan etmişdir: «Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs borcudur». Müharibədən sonrakı illərdə Almaniyada-Münhendə ictimai-siyasi fəaliyyətini davam etdirən Düdənginski burada nəşr olunan «Azərbaycan» (1951) jurnalının və «Azadlıq» radiosunun «Azərbaycan» redaksiyasının (1953-1954) redaktoru olmuşdur. O, müharibədən sonrakı illərdə də Azərbaycan milli ideyasını müdafiə etmişdi: «İndi isə biz yalnız ona görə yaşayırıq ki, yenidən silahı əlimizə alaq və bütün xalqımızla birgə bolşevizmə qarşı azadlıq, müstəqillik, demokratiya və bütün Yer kürəsində əbədi sülh uğrunda mübarizə aparaq! Böyük Tanrım, Böyük Tanrım! Sən bizim qanımızı yerdə qoyma!». Qeyd edək ki, Əbdürrəhman bəy SSRİ casuslarının əli ilə qətlə yetirilmiş şəhid övladlarımızdan biridir. Onun dəfn mərasimində Azərbaycan Cümhuriyyətinin banisi və ideoloqu, türk millətinin böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin dediyi sözlər çox dəyərlidir. Rəsulzadə öncə xatırladır ki, 2-ci Dünya müharibəsi illərində (1943-cü ildə) almanların təklifi ilə, Azərbaycan Milli Komitəsinin başçısı sifəti ilə Almaniyada olmuş və onlarla Azərbaycan-Almaniya məsələlərini müzakirə etmişdir. Rəsulzadə Almaniyda olduğu dövrdə Düdənginski ona məktub yazaraq, Milli Komitənin yaranmasından dolayı sevincini ifadə etmişdir: «Mərhaba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram». Rəsulzadə bildirir ki, Azərbaycan Milli Komitəsi hitlerçi almanlara məqsəd və məramlarını anlada bilməmişdir. Çünki Hitler heç bir komitəni tanımadğını bəyan etmiş və «Rabitə Heyətlərinin» qurulmasını əmr etmişdir. Azərbaycan «Rabitə Heyətinin» başına isə Düdənginski gətirilmişdir. Rəsulzadə daha sonra deyir ki, iş bu hala gəlincə, mayor Fətəlibəyliyə uğur diləyərək milli ideyalara sadiq qalacağı müddətdə, onu mənən müdafiə edəcəyini bəyan etmişdir. Rəsulzadə hesab edir ki, Fətəlibəyli Milli Qurultay çağıraraq Milli Birlik məclisini yaradarkən də milli ideyalara sadiq qalmışdır: «Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddir. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən, hadisəlrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir». Bu fikirlərinin yekunu olaraq Rəsulzadə sonda bildirir ki: «Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaqdır». Bizə elə gəlir ki, Rəsulzadənin Düdənginski haqqında dediyi dəyərli sözləri bu günümüz üçün nəinki aktuallığını itirməmiş, əksinə bu cür şəhid ölvdlarımızın yad edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Düdgənginski abidəsi Azərbaycanın hər bir guşəsində həm mənəvi, həm də maddi baxımdan ucaldılmalıdır.

Комментарии 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 12 августа 2015 в 12:21

BÜTÜN TÜRKLERİN BİRLEŞİK DEVLETİ OLAN TURAN’DA YAŞAMAK İSTERMİSİN ?

256 участников

Xeyr (Hayır)

Fark etmez

добавлена сегодня в 00:28

Неожиданная весть Мнoго неожиданного происходит в зоне боевых действий. И хотя десантники – люди с крепкими нервами и ко всемy привычные, но это известие зaставило молодого бойца заплакать. от радости! #Война #Боец #СВО #Ребенок #Десантник #Известие #Украина #Радость #Счаcтье

Fətəlibəyli azərbaycan xalqının böyük oğlu

Mirzə Fətəli Axundovdan Heydər Əliyevədək “əlifba mücadiləsi”.

(Əvvəli ötən sayımızda)

Mirzə Fətəli Axundov (Axundzadə) Azərbaycan xalqını müstəqil, savadlı, maarifə, mədəniyyətə bağlı xalq kimi görmək istəyirdi. Odur ki , bütün həyatını, fəaliyyətini bu taleyüklü məsələyə həsr etdi . Biz Mirzə Fətəli Axundovu ancaq milli dramaturgiyamızın banisi və fəlsəfi-bədii əsərlərin müəllifi kimi tanımırıq.

Bu böyük şəxsiyyət ilk əlifba islahatçısı kimi də xatırlanır. Tarixi mənbələrdən məlumdur ki , Mirzə Fətəli Azərbaycan əlifbasının yaradılaraq işlədilməsinin təşəbbüskarı olub .

Əlifba islahatçısı.

Mirzə Fətəlişünaslar yazır ki , Axundov yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrdə hələ ərəb əlifbasını tamamilə atmaq , Avropa əlifbası əsasında tərtib edilən yeni əlifbaya keçmək məsələsini irəli sürmürdü . Əlifba haqqında tərtib etdiyi birinci layihəsind ə və buna yazdığı şərhində o , ərəb əlifbasını islah etmək yolu ilə onu asanlaşdırmaq fikrində idi . Mənbələrə görə, təqribən 1857-ci ildən Mirzə Fətəli Axundov əlifbamızın dəyişdirilməsi uğrunda çalışmağa başlayır. Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin bir səbəbini köhnə ərəb əlifbasında görürdü .

1857-ci ildə ərəb əlifbasını dəyişdirmək məqsədilə fars dilində bir kitabçadan ibarət layihə tərtib edir . Bu xüsusdakı fikirlərini Yaxın Şərqdə həyata keçirmək məqsədilə 1863-cü ildə İstanbula gedir .

“Məni islam din və dövlətinin bədxahı nişan verdi “

İstanbulda əlifbanın dəyişdirilməsi üzrə fəaliyyətini Mirzə Fətəli Axundov tərcümeyi-halında bu şəkildə izah edir :

“Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim , türkcə pyeslərimi və “hekayəti Yusif şah”ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi , hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər. Buna görə ki , yenə bu əlifba kitabçasında gəlmə tərkibində hərflərin bir-birilə birləşməsi təb işi üçün çətinlik törədirdi. Dedim ki , bu surətdə köhnə islam əlifbasında tamam bir dəyişiklik etmək lazım gəlir, yəni islam əlifbasının hərfləri də avropalıların yazılarındakı hərflər əsasında olmalı və yazı soldan sağa doğru yazılmalı, nöqtələri tamamilə atılmalı v ə hərflərin şəkilləri latın əlifbasından seçilməli və səsli hərflər tamamilə səssiz hərflərin yanınca yazılmalıdır. Xülasə, sillabi əlifbanı alfabeti əlifbaya çevirməli. Bu fikrin qəbulunda da İstanbul alim və vəzirləri müvafiqət göstərməlidilər və İstanbulda yaşayan İran səfiri Hüseyn xanın mənə ədavəti də osmanlıların müvafiqət etməzliyini qüvvətləndirdi. Xülasə, məqsədimə çatmadan İstanbuldan qayıtdım. Lakin Osmanlı dövlətində keçmiş islam əlifbasını dəyişdirmək xəyalım qəbul olunmadısa da , əlifbanı dəyişdirmək xüsusunda mənə təhsin fərmanilə Məcidiyyə nişanı bağışladılar. İstanbulda ikən Mirzə Hüseyn xandan bir çox acılıqlar gördüm ki , onların hamısını burada zikr etmək başağrısı olar . Bu adam keçmişdə öz dövlətinin Tiflis konsulu idi . Mənə ürəyində şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən xəbərsiz olub , onu öz dostum sanıb evində mənzil etdim . Axırda ədavəti meydana çıxdı və bütün Osmanlı vəzirləri yanında məni islam din və dövlətinin bədxahı nişan verdi . Məlum olduğu üzrə mənə ədavətinin səbəbi mənim pyeslərimin iranlıların çirkin əxlaq və adətlərini drama fənninin şərtləri üzrə həcv etməyim imiş . Bu adam drama fənnini və onun şərtlərini anlamadığından, dünya elmlərindən büsbütün bəhrəsiz oldu ğundan və hiyləgərlik, bəxillik, hirs və təməhdən başqa qabiliyyəti olmadığından, bu hərəkətin mənim iranlılara qarşı kin bəslədiyimi zənn edib . Onun ədavəti anlaşıldıqdan sonra evini tərk edib başqa yerdə mənzil tutdum “.

Mirzə Fətəlinin əlifba yeniliyinə qarşı çıxanlar.

Mənbələr qeyd edir ki , İstanbuldan qayıtdıqdan sonra M.F.Axundov yenə əlifba haqqında ikinci bir layihə tərtib edərək Tehrana göndərir: ” Bu layihədə fanatik İran ruhanilərindən ehtiyat etdiyi üçün hərflərin şəklini sağdan sola doğru göstərir. Lakin başda Nəsrəddin şah özü olmaq üzrə irticapərəst İran hökuməti onun bu xüsusdakı fikirlərinə qətiyyən etina etməyib. Bundan başqa , əlifba məsələsi ətrafında üçüncü bir layihə yazaraq Türkiyə sədrəzəmi Ali paşaya göndərir. Həmin layihədə Türkiyə alimlərindən Suavinin islam əlifbasının dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsinə bir tənqid yazaraq ona əlavə edir . Lakin islam cəhalətpərəstliyinin hökm sürdüyü ölkələrdə onun bu layihələri həyata keçirilə bilmədi. Bundan mütəəssir olan ədib 1868-ci ildə farsca “əlifba haqqında” mənzuməsini yazdı. Bu mənzumədə İranın və Türkiyənin cəhalətpərəst dövlət başçılarını şiddətli tənqid atəşinə tutdu .

60-cı illərdə ümumiyyətlə M.F.Axundovun köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda apardığı mübarizəsilə əlaqədar olaraq onun yaradıcılığında qızğın publisist fəaliyyəti dövrü başlayır. O, bu illərdə İranın və Türkiyənin dövlət başçılarına, həmin ölkələrin Mirzə Mülküm xan , Yusif xan , Əli Suavi və başqa nüfuzlu alim və yazıçılarına yazdığı yüzlərcə məktub və məqalələrində islam əlifbasının savad sahəsində tör ə tdiyi çətinlikləri, bu əlifbanın ciddi nöqsanlarını dərindən və ətraflı şərh edir və yeni əlifbanın faydalarından danışır. İstanbul səfərindən qayıtdıqdan sonra əlifba haqqında İran və Osmanlı müasirlərilə apardığı qızğın qələm mübarizəsində M.F.Axundov böyük v ətənpərvər və xeyirxah bir insan kimi canlanmaqdadır. Böyük ədibin publisist fəaliyyəti yalnız əlifbanın dəyişdirilməsi uğrunda apardığı mübarizəsilə əlaqədar deyil , onun bu sahədəki fəaliyyəti eyni zamanda cəhalətpərəstliyi ifşa edən “Kəmalüddövlə məktubları” əsərinin nəşri və onun Yaxın Şərqdə yay ılması uğrunda apardığı mübarizəsilə də bağlıdır. 60-cı illərdə materialist bir filosof kimi yetişən M.F.Axundov elm , incəsənət, tarix , dramaturgiya və s . haqqında bir sıra ciddi elmi və fəlsəfi əsərlərini yazıb”.

Qeyd edək ki , 1862-ci ildə o “Rovzətüssəfayi nasiriyyə mülhəqatı” əsərlərinin müəllifi Rzaquluxan Hidayətinin mənzum tarix əsərinə, 1863-cü ildə İran şairi “Şəmsüşşüara”nın qəsidəsinə dərin məzmunlu elmi məqalələrini yazır. Bu məqalələr onu incəsənətə, klassik şeirə, tarixə dərindən bələd olan zəngin və ətraflı məlumata malik bir alim kimi göstərməkdir. M.F.Axundov həmin illərdə ” Mollayi-Ruminin məsnəvisi haqqında tənqid”, ” Yek kəlmə haqqında”, ” Yuma cavab “, “Türkiyə ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti” və s . siyasi , ictimai , tənqidi və fəlsəfi məqalələrini yazır. Bu dövrdə ədibin ən böyük və ciddi əsəri “Kəmalüddövlə məktubları” traktatıdır. Bu əsərdə dinin və ruhaniliyin kəskin surətdə tənqid edilməsi cəhalətin və fanatizmin hökm sürdüyü o zamankı mühitdə M.F.Axundovun həyatı üçün təhlükə yarada bilirdi . Mütəfəkkir bu barədə yazırdı: ” Bir neçə vaxtdan sonra islam milləti də yeni əlifbanın və mədəniyyətin əngəl təşkil edən islam dini ilə fanatizmin olduğunu anlayaraq bu dinin əsasını yıxmaq, fanatizmi qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq və islamda protestantizmin lazım olduğunu isbat etmək məqsədilə “Kəmalüddövlə”ni yazmağa başladım”.

“Kəmalüddövlə məktubları”nın təsiri.

Mənbələrin verdiyi bilgilərə görə, “Kəmalüddövlə məktubları” Azərbaycan, fars və rus dillərində çapa hazır olduqdan sonra müəllif onun Yaxın Şərqdə ziyalılar arasında yayılması uğrunda çalışdı “:Müəllif bu əsərin nəşrinə müvəffəq olmadıqda onun üzünü çıxararaq nüsxəsini əlyazmaları şəklində ziyalılar arasında yaydı. “Kəmalüddövlə məktubları”nın yazılması ilə əlaqədar olaraq M.F.Axundov İranda və Hindistanda Mirzə Yusif xan , Mirzə Mülküm xan , Hacı Şeyx Möhsün xan , Cəlaləddin Mirzə, Nayibbi-vüzara Əbdülvahab xan və başqalarının simasında özünün dost və şagirdlərini qazandı. “Kəmalüddövlə məktubları”nın nəşri və onun qaranlıq islam dünyasında yazılması M.F.Axundovun qarşısında əlifba məsələsindən sonra ikinci b ö yük bir məqsəd kimi dururdu . Ömrünün son illərində o , həmin əsərin nəşri ümidilə yaşayırdı. Lakin bu ümidinin də əlifba fəaliyyəti kimi boşa çıxdığını görən ədib Brüsseldə ali təhsilinə davam edən oğlu Rəşidə göndərdiyi bir məktubunda yazmışdı: “Ələkbər ilə birlikdə “Kəmalüddövlə”nin nəşr ediləcəyi ümidilə yaşayırıq. Bilmirəm bu ümidim ölümümə qədər həyata keçiriləcəkmi, yoxsa bu da islam əlifbasının dəyişdirilməsi haqqında olan ümidim kimi məndən sonra sənin hər ikisini həyata keçirəcəyinə qədər boş xəyaldan ibarət qalacaqdır?”.

“Əlifba haqqında mənzumə” əsərində mütəfəkkir nə yazıb?

M.F.Axundov geniş xalq kütlələrini tez və asan bir yolla savadlandırmaq üçün köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda mübarizə aparıb, Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışıb, dramatik əsərlərini çox sadə xalq danışıq dilində yazıb. M.F.Axundov da xalq ədəbiyyatına böyük əhəmiyyət verib və ədəbi yaradıcılığında xalq ədəbiyyatının tükənməz xəzinəsindən istifadə edib .

Əlifba sahəsində böyük maneələrə baxmayaraq , alovlu vətənpərvər ədib öz məsləkindən dönmədi, ömrünün axırına qədər bu sahədə qələm çaldı, Osmanlı vəzirləri, İran mürtəceləri ilə qələm mübarizəsi apardı, həmin məsələ ilə əlaqədar olaraq özünün məşhur “Əlifba haqqında mənzumə” əsərini yazdı”.

Mirzə Fətəlişünasların yazdıqlarına görə, böyük maarifçi bu yolda mübarizə apararkən yalnız bununla özünə təsəlli verirdi ki , o , dünyadan həsrətlə, min təəssüflə gedirsə də, onun bu yüksək arzusu xələfləri tərəfindən həyata keçiriləcək.

Mirzə Fətəli Axundovun böyük arzusu .

Bəli, onun vəfatından illər sonra arzusu yerinə yetirildi . Yeni əlifba haqqındakı ideyası ancaq Sovetlər Birliyi dönəmində vətənpərvər ziyalıların dəstəyi ilə həyata keçdi .

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olundu , dövlətimiz ikinci dəfə müstəqilliyini qazandıqdan sonra isə özümüzün əlifbamız formalaşdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və təəssübkeşliyi ilə artıq əlifbamız mövcuddur .

Qeyd edək ki , Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin 2 avqust 2001-ci ildə verdiyi Fərmanla Azərbaycan dili və əlifbası günü təsis edildi . Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2 avqust Azərbaycan dili və əlifbası günü kimi tarixə yazıldı. Bu da Azərbaycan xalqının böyük oğlu , mütəfəkkiri Mirzə Fətəli Axundovun arzularına tam uyğundur .

Fərmanda qeyd olunur : “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir . Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki , bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir .

İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş , zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir . İslamın yayıld ığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüzillər boyu geniş məkanda Müsəlman Şərqi xalqlarının ümumi yaz ı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibar ən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir . Bu , Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi . Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı”.

Sözügedən sənəddə yazılır ki , XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdı: “1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komit ə sinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu . 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın t övsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi . Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq , həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında t ərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu . Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda müt əmadi iş aparmağa sövq etdi . Təcrübə göstərdi ki , kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyil , bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi . Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi”.

İradə SARIYEVA

Bakı xəbər . -2014.- 3 dekabr .- S.11.

Comments are closed, but trackbacks and pingbacks are open.