Press "Enter" to skip to content

JEK”lər də xidmət haqlarını ARTIRDI – Əvvəlki illərin artımı da tələb edilir

Maddə 11. Mülkiyyətinə mənzillərin (evlərin), pulsuz verildiyi vətəndaşlar mənzilə (evə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər ”.

Fumdamenta mənzil fondunun artımını necə izləyə bilərəm

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-01-1993, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 40)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Madd ə 1 . Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. [1]

Madd ə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:

mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;

mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması;

yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması;

özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

Madd ə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. [2]

Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

Bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə yol verilir. KM1

Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. [3]

Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında , qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. [4]

Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataq xanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fon dunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər;

Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. [5]

Maddə 7 . Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. [6]

Madd ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.

Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir.

Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:

mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);

mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam . [7]

Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. [8]

Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. [9]

Madd ə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. [10]

Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. [11]

Maddə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir . [12]

Maddə 11. (Çıxarılıb) [13]

Maddə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir.

Mənzillərin mülkiyyətçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada razılaşdırılmış layihəyə uyğun surətdə mənzillərin quruluşunu dəyişdirmək, onları modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər.

Maddə 13. Çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. [14]

Mənzil sahəsinin və kommunal xidmətlərin haqqının ödənilməsində imtiyazları olan vətəndaşlar kommunal xidmətlərin dəyərinin müəyyən edilməsində, habelə özəlləşdirilmiş mənzillərə (evlərə) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları tərəfindən xidmət göstərilməsində və onların təmirində də imtiyazlarını saxlayırlar.

Maddə 14. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə ( evlərə) xidmət göstərə bilərlər.

Müqavilənin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məsuliyyətə səbəb olur. [15]

Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı vardır.

Qismən özəlləşdirilmiş evlərdə mənzillərə xidməti və onların təmirini bu evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş mənzil-istismar və təmir-tikinti təşkilatları həyata keçirirlər.

Maddə 15 . Özəlləşdirilmiş mənzil fondunun texniki vəziyyətinə və vaxtında təmir olunmasına yerli icra hakimiyyəti orqanları nəzarət edirlər.

Özəlləşdirilmiş yaşayış evlərinin, mənzillərin, texniki avadanlığın və evyanı ərazinin istismarı qaydalarının pozulması müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Maddə 16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır. [16]

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 26 yanvar 1993-cü il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246)

2. 19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359)

3. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

4. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

5. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

6. 26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 74)

7. 24 fevral 2015-ci il tarixli 1199-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №3, maddə 256 )

8. 6 mart 2018-ci il tarixli 1039-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il, № 76 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 648 )

9. 30 noyabr 2018-ci il tarixli 1376-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2511 )

10. 20 dekabr 2022-ci il tarixli 699-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 152 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 1. Bu Qanunda özəlləşdirmə dedikdə, vətəndaşların yaşadıqları dövlət və ya ictimai mənzil fondu mənzillərinin (evlərinin) onların mülkiyyətinə verilməsi nəzərdə tutulur ”.

[2] 19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 4. Mənzil fondunun özəlləşdirilməsini aşağıdakılar həyata keçirirlər:

dövlət mənzil fondunun özəlləşdirilməsini—ixtiyarında mənzil fondu olan müvafiq yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar;

ictimai mənzil fondunun özəlləşdirilməsini—mülkiyyətində mənzil fondu olan müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ”.

21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 4-cü maddədə “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

KM1 30 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti 2 noyabr 2000-ci il, № 251, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2001) ilə 1. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir.

[3] 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 5. Özəlləşdirmə qaydasında vətəndaşların mülkiyyətinə onların yaşadıqları mənzillər (evlər) verilə bilər. Mənzillər (evlər) kirayəçi ilə birlikdə yaşayan bütün yetkin yaşlı ailə üzvlərinin razılığı ilə mülkiyyətə verilir. Onların arzusu ilə mənzil (ev) onların ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər ”.

[4] 26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 74) ilə 6-cı mad dəsinin birinci hissəsində “Yataqxanalarda” sözü “Təhsil müəssisələrinin yataqxanalarında” sözləri ilə əvəz edilmişdir və həmin hissədən sonra maddəyə yeni ikinci hissə əlavə
edilmişdir, ikinci hissə isə üçüncü hissə hesab edilmişdir.

[5] 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 6. Qəza vəziyyətində olan evlər (mənzillər), ərazinin yenidən qurulması ilə əlaqədar söküləsi evlər, yataqxanalarda, qapalı hərbi şəhərciklərin evlərində, memarlıq, tarix və mədəniyyət abidələri sayılan evlərdə mənzillər, eləcə də xidməti mənzillər özəlləşdirilmir ”.

[6] 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 7. Vətəndaşların yaşadıqları mənzilləri (evləri) pulsuz olaraq mülkiyyətə yalnız bir dəfə almaq hüququ vardır ”.

[7] 24 fevral 2015-ci il tarixli 1199-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №3, maddə 256 ) ilə 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir.

[8] 19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 8. Yaşadıqları mənzilin vətəndaşların mülkiyyətinə verilməsi mənzilin mülkiyyətçisi və ya onun vəkil etdiyi orqan ilə bağlanan və notarius tərəfindən təsdiq edilən müvafiq müqavilə ilə rəsmiləşdirilir ”.

21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 8-ci maddədə, birinci hissədə “on” sözü “beş” sözü ilə, üçüncü hissədə isə “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.

[9] 20 dekabr 2022-ci il tarixli 699-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 152 ) ilə 8-ci maddəsinə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.

[10] 6 mart 2018-ci il tarixli 1039-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il, № 76 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 648 ) ilə 9-cu maddənin birinci abzasında “sonra iyirmi gün ərzində” sözləri “on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla)” sözləri ilə, “həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir” sözləri “hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir” sözləri ilə əvəz edilmişdir.

[11] 19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 9. Özəlləşdirilmiş mənzillər qanunvericiliyin fərdi mənzil fondu evləri (mənzilləri) üçün müəyyən etdiyi qaydada texniki inventarlaşdırma orqanında dövlət qeydiyyatından keçirilməli və uçota alınmalıdır ”.

21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 9-cu maddədə, birinci hissədə “Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, “bir ay” sözləri “iyirmi gün” sözləri ilə, “mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsini tərtib edib onu” sözləri “mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı” sözləri ilə əvəz edilmişdir, ikinci hissənin birinci cümləsində “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir və həmin hissənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Həmin orqan bu barədə əsaslandırılmış qərar çıxarır və qərarın surətini üç gün ərzində vətəndaşa verir, yaxud poçtla göndərir.

üçüncü hissədə “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir.

[12] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 10-cu maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 10. Mənzil (mənzil-tikinti) kooperativinin evində mənzilə mülkiyyət hüququ pay haqqının tam ödənildiyi barədə müvafiq mənzil (mənzil-tikinti) kooperativi idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanının vəsiqə verdiyi andan əmələ gəlir ”.

[13] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 11-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 11. Mülkiyyətinə mənzillərin (evlərin), pulsuz verildiyi vətəndaşlar mənzilə (evə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər ”.

[14] 30 noyabr 2018-ci il tarixli 1376-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2511 ) ilə 13-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyasında deyilirdi:

Özəlləşdirilmiş mənzillərə (evlərə) xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə, mənzil fondunun istismarının və təmirinin vahid qaydalarına və normalarına mütləq əməl edilməklə həyata keçirilir.

[15] 30 noyabr 2018-ci il tarixli 1376-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2511 ) ilə 14-cü maddənin ikinci, üçüncü və dördüncü hissələri ləğv edilmişdir.

[16] 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 16-cı maddə yeni redaksiyada verilmişdir.

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 16. Yaşadıqları mənzilləri onların mülkiyyətinə verməkdən imtina edildikdə, vətəndaşlar məhkəməyə şikayət edə bilərlər ”.

“JEK”lər də xidmət haqlarını ARTIRDI – Əvvəlki illərin artımı da tələb edilir

30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.

Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) – “JEK”lər “fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə modern.az-a daxil olan məlumata görə, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. Məsələni öz aləmində sakinlərə izah edən “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.

Ümumiyyətlə ödənişlərin nəyə sərf edildiyini soruşduqda, “JEK” əməkdaşı bunun işçilərin maaşına xərcləndiyini bildirib.

Heç bir xidməti olmayan əməkdaşlara vətəndaşın maaş üçün pul ödəməsi isə ayrı bir problemdir.

Məsələ burasıdadır ki, tələb edilən əvvəlki ilin artımları tam qanunsuzdur. Qanunvericiliyə əsasən, qəbul edilən hər hansı yeni qərar geriyə şamil edilmir.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda heç bir işə yaramayan və fəaliyyət sahəsi olmayan “JEK”lərin ləğvi gündəmdədir. Bir müddət əvvəl “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer aldığını deyib.

Mənzil fondunun özəlləşdirilməsi haqqında qanun dəyişdirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1199-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1199-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.