Press "Enter" to skip to content

Kirayə mənzil fonduna daha 81 tam təmirli mənzil ƏLAVƏ EDİLDİ

Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.

antifenu

Mənzil fondu — Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.

Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür:

  • özəl mənzil fondu — fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;
  • dövlət mənzil fondu — mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;
  • bələdiyyə mənzil fondu — bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür:

  • sosial təyinatlı mənzil fondu — dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu;
  • xüsusi təyinatlı mənzil fondu — bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.

Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin — yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır.

Qanunda məzil fondu ilə məqamlar bunlardır:

1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

3. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:

a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilir.

b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.

4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd olunan kommunal xidməti tarifləri təsdiq edilsin.

6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən edilsin.

7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

8. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş hesab edilsin.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb və 162 milyon kvadrat metrə çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov cümə axşamı Bakıda MDB dövlətlərinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 34-cü iclasında çıxışı zamanı bildirib. “Bu gün adambaşına düşən mənzil fondu 18 kvadrat metr təşkil edir”, – Ələsgərov deyib. Onun sözlərinə görə, son 20 ildə tikinti-quraşdırma işlərinin həcmi 19 dəfə artıb. “Tikinti sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı altı dəfə artıb”, – Komitə sədri bildirib.

Kirayə mənzil fonduna daha 81 tam təmirli mənzil ƏLAVƏ EDİLDİ

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısına Abşeron rayonunda daha 81 tam təmirli mənzil əlavə edilib.

Bizim.Media xəbər verir ki, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə 27 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 363 manatdan başlayır.

Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 54 mənzil təklif olunur. Yaşayış sahələrinin aylıq ödənişi 268 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 27 aprel 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3324 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Kimlər asanlıqla ev ala biləcək? – “Güzəştli mənzil” məsələsinin detalları

Sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Məsələn, son 15 ili kirayə mənzildə yaşayan gənc ailə hər ay orta hesabla kirayəyə ödədiyi 250 manatla bir ev ala bilərdi. Necə?

15 (il) * 12 (ay) = 180 (ay)

180 (ay) * 250 manat = 45 000 manat

İllərdir kirayələrə xərclənən pul yekunda çox ciddi bir rəqəmə çevrilib. Elə bir rəqəm ki, bununla vətəndaş özünə ev ala bilər. Birdəfəlik pul verib, ev almaq imkanı olmadığından sosial evlər əhalinin bu kəsimi üçün yaxşı bir fürsətə çevrilib.

Belə ki, bundan sonra ailələr ayda təxminən bu qədər ödəniş etməklə öz mənzillərinə sahib ola biləcəklər.

Prezident İlham Əliyevin “MİDA” (Mənzil İnşaatı Dövlət Agentliyi”) Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi ilə bağlı fərmanında sosial mənzillərin verilməsində bir sıra məqamlar açıqlanıb.

Millət vəkili Vahid Əhmədov bu fərmanın sosial evlərin verilməsi prosesinin daha da şəffaf aparılmasına xidmət etdiyini deyib:

“Bu fərmanın imzalanmasında məqsəd sosial evə sahib olmaq istəyənlərin incidilməməsi, prosesin daha da şəffaflaşdırılmasıdır. Bu fərmana uyğun olaraq, sosial ev almaq istəyən, güzəştli imkana malik olan insanlar sənədlərini təqdim etməlidirlər. Bu sənədlərin əsasında Mənzil İnşaatı Dövlət Agentliyində həmin şəxsin sosial evə sahib olma imkanlarına baxılacaq. Bütün bunlar Elektron Hökümət Portalı vasitəsilə, şəffaf aparılmalıdır ki, ciddi problem olmasın. Aztəminatlı insanların bu evləri almaq üçün imkanları həddən artıq böyükdür”.

V.Əhmədov bu mənzillərlə bağlı şərtlərin hazırlanmasının hökümətə tapşırıldığını deyib:

“Hesab edirəm ki, bu fərman yerində verilib. Çünki növbəti ilin may ayından ərizələrin qəbuluna başlanılacaq. Sosial evlərin tikilməsində məqsəd aztəminatlı ailələrin evlə təmin edilməsidir. Düzdür, hələ ki, konkret şərtlər fərmanda öz əksini tapmayıb, lakin hökümətə bu məsələ ilə məşğul olması üçün tapşırıq verilib. Biz ayda 80-100 manat ödəməklə 1,2,3 otaqlı evə sahib olmaq imkanını təklif etmişdik. 250-300 manat əmək haqqı alan şəxs müəyyən müddət ödəniş etməklə bu cür mənzillərə sahib ola biləcək”.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev sosial mənzilləri kimin ala biləcəyinə aydınlıq gətirib:

“Mənzilin güzəştlə əldə edilməsi üçün elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçilir. Onun yaradılması dünənki fərmanla nəzərdə tutulub.

Güzəştli ipoteka kreditini (Azərbaycan İpoteka Fondu ASC-nin verdiyi kreditlər) almaq hüququ olan bütün şəxslər bu mənzillərdən yararlana biləcək. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2. maddəsində bu şəxlərin siyahısı verilib. Alıcı bu mənzili öz vəsaiti hesabına və ipoteka krediti ilə ala bilər. İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləri güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq. Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10% təşkil edəcək”.

R.Əliyev bildirib ki, mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək:

“Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyənin nə qədər aşağı olacağı məzilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq. Bazar qiyməti İpoteka fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə veriləcək. Tikilən bina üzrə işlərin 30%-i tamamlandıqdan sonra onların satışı haqda elan verilə bilər. Bu barədə KİV-də və müvafiq mənbələrdə satışa ən azı 30 gün qalmış elanlar veriləcək. Alınacaq mənzildən istifadədə isə məhdudiyyətlər bunlardı: Həmin mənzil 3 il ərzində nə satıla, nə də kirayə verilə bilər”.

İqtisadçı-ekspert Vüqar Bayramov bu fərmanı mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirir:

“Çünki sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur”.

Fərmanı təhlil edən ekspert sözügedən sənəddə sosial evlərin hansı şərtlərlə təklif ediləcəyinə aydınlıq gətirib:

“Əvvəla fərman “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər. İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər, o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlarla tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək. Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq. Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir. Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinet yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin. Yeddincisi, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək”.

Qeyd edik ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödənişin aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan, amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək.

Gülxar

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.