Лейли и Меджнун (Физули)
Füzuli qəhrəmanı özünün tədbirliliyini, sədaqətini və kamalını İbn Səlamın evində də nümayiş etdirir. Nizamidə Leyli İbn Səlama sillə vurub onu özündən uzaqlaşdırır. Füzuli isə poemada konfliktin kluminasiya nöqtələrindən olan bu hissəni özünə məxsus inandırıcılıqla təsvir edir. Füzuli Leylisi İbn Səlama sillə vurmur. Burada Leyli İbn Səlamı xürafatla aldadır. Leyli İbn Səlama deyir:
Leyli Ve Mecnun Fuzuli – Wikipedia
Leyli və Məcnun (azərb-ərəb. لیلی و مجنون) – XVI əsr şairi Məhəmməd Füzuli tərəfindən yazılmış və “Məcnun” (“Dəli”) ləqəbi ilə tanınan Qeys adlı gənc oğlanın Leyli adlı gözələ sevgisindən bəhs edən liro-epik poemadır. Poema 1537-cı ildə [1] Azərbaycan dilində [1] [2] [3] [4] [5] [6] yazılmışdır. Bu poema Füzulinin şah əsəri hesab edilir. [2] 3096 beytdən ibarət olan poema Bağdadın osmanlı hakimi Üveys Paşaya həsr olunmuşdur. [1] Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Füzulinin “Leyli və Məcnun” poemasının motvləri əsasında ilk Azərbaycan operası olan “Leyli və Məcnun” operasını yazmışdır.
| Leyli və Məcnun | |
|---|---|
| azərb-ərəb. لیلی و مجنون | |
| Janr | məsnəvi |
| Müəllif | Məhəmməd Füzuli |
| Orijinal dili | Azərbaycan dili |
| Yazılma ili | 1537 |
| Leyli və Məcnun Vikimənbədə | |
| Vikianbarda əlaqəli mediafayllar | |
Mündəricat
- 1 Məzmunu
- 2 Obrazlar
- 2.1 Məcnun
- 2.2 Leyli
- 3.1 Mövzular
- 3.2 Nizami “Leyli və Məcnun”unun təsiri
Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Füzuli “Leyli və Məcnun”unun 1856-cı ildə Əskər ibn Hüseyn tərəfindən köçürülmüş Təbriz əlyazmasının titul səhifəsi.
Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Onlar bir-birini yalnız mədrəsədə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri və qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.
Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:
Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm Kim idi satan Kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yazım.Leylinin Məcnuna olan məhəbbətini eşidən ana həyəcan və qorxu hiss edir və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:
Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:
Mən kimi yox əldə İxtiyarin,
Bir özgə əlindədir Məharin.Məcnun səhrada. AMEA Əlyazmalar İnstitutu
Leyli ova gedərkən İbn Səlam onu görür, məftun olur və dərhal evinə qayıdır. İbn Səlam mötəbər adamdır, kübarlar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. O, Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyində qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıq edir, fikrini tamam dəyişir, onunla yaxınlıq etmir, “vəsldən” əl çəkib hicranı özünə ruzi edir.
Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməyən bir hadisə baş verir, bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsiz olduğunu iddia edir:
Yaqmağa məni yetər xəyalın,
Yoxdur mənə taqəti-vüsalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur.
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm.
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki, var sənsən.
Məcnun uğursuz bir eşqin mücəssəməsi olaraq qalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:
Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm.Xəbərdarlığın sonu.
Məcnun
“Leyli ilə Məcnun”a həsr edilmiş XVIII əsr miniatürləri
Əsas məqalə: MəcnunFüzuli Məcnunu cəmiyyətdən kənar, azad şəraitdə duyduğunu, gördüyünü və istədiyini yazırdı. Məcnun bir çox cəhətdən Füzulinin “Rindü-zahid” poemasındakı Rind obrazının xələfidir. O da, köhnə fikirli, hiyləgər, şöhrət ehtiraslı ataya qarşı çıxır. Rind də Məcnun kimi yeni dünyanın oğludur. Füzuli ata ilə oğulun görüşləri, münasibət və əlaqələri arasındakı ziddiyyətin daha da dərinləşdiyini onların bir sıra həyat və ictimai-siyasi hadisələrə münasibətlərində göstərmişdir. [7]
Poemada şair bir sıra münasibətlər kompleksi yaratmışdır ki, onlar da psixoloji-mənəvi aləmdə baş verən ziddiyyətlərin təcəssümüdür. Həmin cəhət poemada Məcnun surətində ifadəsini tapmışdır. Füzuli qəhrəmanı hiss adamıdır. O, dünyaya göz açdığı ilk anlardan həyatla qarşı-qarşıya durur, gələcəkdə keçirəcəyi faciəli günləri üçün ağlayır. Elə ilk günlərdən Füzuli qəhrəmanı ictimai mühitlə uyğunlaşa bilmir, onun həssas daxili aləmi belə həyat tərzi ilə təzadda olur. Hakim ictimai normalarla mənəvi mübarizəyə girişən Füzuli qəhrəmanı eçqi və sədaqəti həqiqi amal, kamal və qəhrəmanlıq səviyyəsinə qaldırır. O, fikrinin dürüstlüyünə, əqidəsinin saflığına inandırğı kimi, müasiri olduğu cəmiyyətin çürüklüyünü də aydın dərk edir. Məcnun bunu həm də adi romantik hisslərin aludəsi olmuş bir gənc kimi yox, Şərq fəlsəfəsini və mədəniyyətini mükəmməl bilən bir şair kimi başa düşür. [8]
Füzulinin ideal qəhrəmanı bədii bir obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Məcnun surətində bədii ümumiləşdirmədən daha çox fərdi cizgilər vardır. [8]
Füzulinin ideal qəhrəmanı bədii bir obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Məcnun surətində bədii ümumiləşmədən daha çox fərdi cizgilər vardır. Bu xüsusiyyət Nizami Məcnununa da aiddir. [9]
Füzuli dövrün mühüm ictimai hadisələrinə Məcnun obrazı ilə əlaqədar epizodlarda geniş şəkildə toxunmuşdur. Füzulinin yaratdığı Məcnun obrazını təhlil edən prof. M. Quluzadə qeyd edir ki, “bu obraz şairin müasiri kimi qarşımızda canlanır.” [10] Q. Cahani isə qeyd edir ki, “. şair Məcnun surətini dövrünün canlı xarakteri səviyyəsinə qaldırmışdır, çoxcəhətli həyat dramı məhz bu surət vasitəsiylə əks olunmuşdur. Böyük sənətkar müasiri olduğu cəmiyyətin bütüm ziddiyyətlərini bu obraz vasitəsi ilə əks etdirməyə, ictimai mühitin qüsurlarına münasibətini bildirməyə çalışmışdır.” [8]
Leyli
Əsas məqalə: Leyli
Elbəy Rzaquliyev – Leyli və Qeys mədrəsədə
Mikayıl Abdullayev – Füzulinin “Leyli və Məcnun” poemasına illüstrasiyaFüzuli Leyli ilə əlaqədar hadisələrə yeni məzmun verərək onu yaşadığı dövr ilə bağlayır. Bununla belə Leyli bütün varlığı ilə atalardan və bütünlüklə köhnə cəmiyyətdən ayrılmışdır. O da Məcnun kimi bayağı adət və qanunların mahiyyətini dərk etdiyindən həmin qanunların gözü bağlı qulları olan atalardan bizardır. Bu fikirləri şair belə təsvir edir:
Girmişdi həsarə gənc manənd.
Urmuşdu əyaqə pənddən bənd.
Nə bir fərəhi, nə bir nişati,
Nə kimsə ilə ixtilati.Füzuli qəhrəmanları atalardan və ataları təmsil edən köhnə cəmiyyətdən o qədər ayrılmışdır ki, sonuncuların nəsihəti də onlara xoş gəlmirdi. Füzuli Leylisinin anasına verdiyi cavab bu baxımdan diqqətəlayiqdir:
Həm sən dersən ki: “Məktəbə var!”
Həm dersən sən ki: “Getmə zinhar!”
Hansı sözə etiqadım olsun,
Sənə necə etimadım olsun.Leylinin fikrincə köhnə cəmiyyətə bağlı olan ana özü də nə etdiyini bilmir. O, bir tərəfdən adətlərin əsiridir, digər tərəfdən Leylinin hərəkət və tələblərində bir həqiqət və mədəniyyət hiss edir. [11]
Leyli ilə Məcnunun Füzulinin Bakıdakı heykəlinin postamentində təsviri
Nizami Leylisindən fərqli olaraq Füzuli Leylisi zəmanədən daha çox şikayətlənir, etirazlarını ardıcıl bəyan edir. Bu cəhətdən o, Nizaminin Məcnunu ilə müqayisə oluna bilər. [11] Füzuli lirik şair kimi yeni əlavə ricətlərlə Leyli surətinin fəaliyyətinə geniş meydan açdığını özü də qeyd edir. Əsərin bir yerində Leyli və Məcnunun məhəbbət atəşinə daha çox yandığını və tənə oxuna artıq giriftar olduğunu söyləyir. Ancaq əlavə edir ki, sevgilisi heç olmazsa “hicab məhbusu, ağzı bağlı deyil, başqaları ilə danışmaq, səhralara üz tutmaqla dərdini azaldır.” [11] O isə daxili aləmini bəyan etmək, səhralara qaçmaq hüququndan da məhrum edilmişdir. Leylinin dörd divar arasında ağlamaqdan başqa imkanı yoxdur. Leyli çırağı məhz özünün bu vəziyyətinə uyğun gördüyü üçün ona müraciət edir:
“Başdan ayağa nədir bu yanmaq,
Dudi-dilə dəmbədəm boyanmaq,
Nə cinsidir əslin ey bəlakeş
Kim abi-həyatın oldu atəş?
Mən həm sənə bənzərəm vəfadə,
Bəlkə neçə mərtəbə ziyadə
Sən gecə həmin yaparsan ey zar
Mən gecəvü gündüzəm giriftar. [12]Füzuli qəhrəmanı özünün tədbirliliyini, sədaqətini və kamalını İbn Səlamın evində də nümayiş etdirir. Nizamidə Leyli İbn Səlama sillə vurub onu özündən uzaqlaşdırır. Füzuli isə poemada konfliktin kluminasiya nöqtələrindən olan bu hissəni özünə məxsus inandırıcılıqla təsvir edir. Füzuli Leylisi İbn Səlama sillə vurmur. Burada Leyli İbn Səlamı xürafatla aldadır. Leyli İbn Səlama deyir:
Bir şəxs mənə göründü nagah,
Oldum pəri olduğundan agah,
Cinnilər içində ol pərizad
Ülfət mənim ilə qıldı bünyad.
Hər ləhzə durar mənə bərabər,
Der kim: – “Bəni-adəm etmə həmsər.”Mövzular
“Leyli ilə Məcnun”un Britaniya Kitabxanasında saxlanılan əlyazmaları
Nizami ədəbi ənənə və ideyalarına yeni zirvə bəxş edən, onu yeni zirvə və zəmində möhkəmləndirən Füzuliyə cəmiyyət və şəxsiyyət problemi o qədər aktual görünmüşdü ki, şair bu məsələyə iki əsər həsr etmişdir. Şair, “Leyli və Məcnun” poemasında yarımçıq saxladığı və ya tam deyə bilmədiyi fikirlərinə “Rindü-zahid” əsərində yekun vurmuşdur. Cəmiyyət və şəxsiyyət, habelə əxlaq və məişət problemi Füzulinin “Leyli və Məcnun” poemasında şairin dühasına xas olan geniş əhatə və dərinliyi ilə öz poetik həllini tapmışdır. Şair poemanın ekspozisiyasını təşkil edən fəsillərin birində dünya haqqında görüşlərini belə ifadə etmişdir:
Bundan dəxi yey məqam olmaz,
Zövqü bu yerin tamam olmaz.Bu misralar Füzulinin din xadimləri tərəfindən səsləndirilən “bu dünya murdarlar məskənidir, o, eyiblərlə doludur” kimi xürafat dolu fikirlərinə qarşı çıxdığını göstərir və bu müxalifət ruhu bütünlüklə “Leyli və Məcnun” poemasına hakimdir. [13]
Nizami “Leyli və Məcnun”unun təsiri
Füzulinin poeması təkcə məzmununa görə deyil, həm də formasına görə Nizaminin əsəri ilə yaxındır. Hər iki poema eyni fabulada, əruz vəzninin həzəc bəhrində yazılmışdır.
Füzuli Nizaminin əsas süjet xəttini saxlasa da, sələfinin bir çox epizod və personajlarına yeni məna və məzmun vermişdir. Filologiya elmləri doktoru Azadə Rüstəmova qeyd edir ki, “şair bəzən hadisələrin təfərrüatına qədər öz böyük müəlliminin yolu ilə gedir.” [14] Füzuli əsərdə hadisələrin inkişafı, ziddiyyətlərin təsviri və onlara münasibətində də Nizami mövqeyində dayanır. Lakin, bütün bunlar təqlidçilik xarakteri daşımır. Belə ki, Füzuli bu mövzuya sələflərindən fərqli olaraq özünəməxsus motivlər, yeni fikir və mündəricə gətirmiş, dövrünün etik və estetik prinsiplərindən tənqidi şəkildə bəhs etməyi də unutmamışdır. Həm də əsərin ekspozisiyasında bəzi dəyişikliklər etmiş, onun məzmununa yeni epizodlar artırmış, Nizaminin bəzi epizodlarını və təhkiyə verilmiş hekayələri isə ixtisar etmişdir. [9]
Poemanın quruluşu və ekspozisiyasındakı bu dəyişikliklər müəllifin mövqeyi və dövrün ictimai hadisələrinə münasibətindən doğmuşdur. Burada şair bir sıra münasibətlər kompleksi yaratmışdır ki, onlar da obrazların psixoloji-mənəvi aləmlərində baş verən ziddiyyətlərin təcəssümüdür. [9]
Nizami ideal qəhrəmanlarını – Xosrovu, Bəhramı və başqalarını həmişə dünya görmüş qocaların və alimlərin himayəsinə verir, ideal qəhrəman surətini o zaman tam hesab edirdi ki, o, xalq müdrikliyi ilə zənginləşsin. Amma Məcnun surətində bu prinsip dəyişir. Burada cəmiyyət bir filosofun himayəsinə verilir. Füzuli də öz əsərində bu prinsipə sadiq qalır. [8]
Füzuli poemasında atalar ilə oğullar, yeni nəsillərlə köhnə cəmiyyət arasında təzad Nizami əsərinə nisbətən daha qabarıq verilmişdir. Füzuli sələfinə nisbətən həmin təzadı ailə daxilinə keçirib daha da dərinləşdirmişdir və ona daha ciddi xarakter vermişdir. [8]
İstinadlar
- ↑ 123“FOŻŪLĪ, MOḤAMMAD. Iranica”. 2012-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-03-12 .
- ↑ 12 Лейли и Меджнун (Физули) — статья из Большой советской энциклопедии.
- ↑ Peter Rollberg. The modern encyclopedia of Russian and Soviet literature (including Non-Russian and Emigre literatures) / Edited by Harry B. Weber. — Academic International Press, 1987. — Т. 8. — С. 77.
Fuzuli was the author of some fifteen works, the most important of which are, in Turkic: A Divan, Hashish and Wine (Beng u Bade), Leila and Mejnun (Leila ve Mecnun), The Garden of the Blessed (Hadikat al-suada), and The Book of Complaints (Sikayetname); in Arabic: A Divan; and in Persian: A Divan.
Nevertheless, Füzuli has left us one of the finest divans in Azeri literature (he wrote with equal ease in Azeri, Arabic and Persian), as well as the oldest preserved piece of prose in Azeri, The Book of Plants, a contemplative poem The Rise of Religion and an epic (the first to be written in Azeri) that told the tale of Leyla and Majnun.
In the poetic arts, we have Moḥammad b. Solaymān Foẓuli, the greatest lyric poet in Azeri Turkish, who composed a version of Leyli o Majnun in that language…
- Cahani, Qasım, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı: Elm, 1979
- Füzuli, Məhəmməd, «Leyli və Məcnun» poeması., Bakı: Maarif, 1991
Лейли и Меджнун (Физули)
«Лейли́ и Меджну́н» (азерб. Leyli və Məcnun , لیلی و مجنون ) — лиро-эпическая поэма поэта XVI века Мухаммеда Физули. Написана в 1536 году [1] на азербайджанском языке [1] [2] [3] [4] [5] . Эта поэма считается вершиной творчества Физули [2] . Она состоит из 3096 бейтов и посвящена османскому правителю Багдада Увейс-паше [1] .
Отмечается, что эта оригинальная поэма Физули тесно связана с азербайджанским устно-поэтическим творчеством, и что Физули создал её, продолжая и обновляя традиции своих предшественников, особенно классика персидской поэзии Низами Гянджеви, первого написавшего в 1188 году поэму «Лейли и Меджнун» на основе древней арабской легенды [6] . Однако, в отличие от Низами, Физули вставил в поэму лирические стихотворения (22 газели, 2 морабба, и 2 монаджата), которые гармонично вписываются в повествование, и в то же время остаются самостоятельными [1] .
Герой поэмы — поэт Меджнун (Кейс) ищет смысл и счастье своей жизни в романтической любви. Однако феодально-религиозные традиции и обычаи враждебны его идеалам. В глазах окружающей Кейса среды он – «меджнун» (то есть одержимый). Его любовь к прекрасной Лейли находит суровое осуждение общественного круга, к которому он принадлежит. Это один из источников трагического конфликта. Несмотря на то, что в конце поэмы усиливаются мистические мотивы, Физули показал в ней истинно человеческую любовь [2] .
Издания
- Ed. N. H. Onan as Leylâ vü Mecnûn, Istanbul, 1935
- Физули, Лейли и Меджнун, пер. с азерб. А. Старостина. Вступ. статья Р. Алиева, М., 1958
- tr. S. Huri as Leyla and Mejnûn by Fuzûlî, London, 1970
- M.Füzuli «Leyli və Məcnun» poeması. Bakı-Maarif, 1991 (азерб.)
- Ed. H. Ayan, Istanbul, 1981
- Ed. M. Doğan, Istanbul, 1996
Примечания
- ↑ 1234FOŻŪLĪ, MOḤAMMAD. Iranica
- ↑ 123Физули Мухаммед Сулейман оглы — статья из Большой советской энциклопедии
- ↑Peter Rollberg. The modern encyclopedia of Russian and Soviet literature (including Non-Russian and Emigre literatures) / Edited by Harry B. Weber. — Academic International Press, 1987. — Т. 8. — С. 77.
Fuzuli was the author of some fifteen works, the most important of which are, in Turkic: A Divan, Hashish and Wine (Beng u Bade), Leila and Mejnun (Leila ve Mecnun), The Garden of the Blessed (Hadikat al-suada), and The Book of Complaints (Sikayetname); in Arabic: A Divan; and in Persian: A Divan.
Nevertheless, Fizuli has left us one of the finest divans in Azeri literature (he wrote with equal ease in Azeri, Arabic and Persian), as well as the oldest preserved piece of prose in Azeri, The Book of Plants, a contemplative poem The Rise of Religion and an epic (the first to be written in Azeri) that told the tale of Leyla and Majnun.
Ссылки
- Анар.Печаль поэта. Перевод с азербайджанского — В. Гасанова. — Москва: «Известия», 1989.
- Литературные произведения по алфавиту
- Азербайджанская литература
- Поэмы 1536 года
Wikimedia Foundation . 2010 .
Məcnunlar və Leyli – Fərid Hüseyn
Məcnun Allaha bu dünyada, Leyliyə o biri dünyada qovuşur. Beləliklə, Məcnun həsrətin yox, vüsalın “qurbanı olur”.
***
Atasının Məcnunla sonuncu görüşündə ata oğula deyir ki, gedirəm, əgər ölsəm, məzarımı ziyarət edərsən, qoy görsünlər mənim də varisim var. Ata oğuldan ayrılıb gedir və tez bir zamanda haqqa qovuşur. Məcnun atasının vəsiyyətinə əməl edərək onun qəbrini ziyarət edir və beləcə onun oğul kimi varisliyi, övladlığı məlum olur. Məcnun Leylinin də məzarını ziyarət edir. Dünyada iz qoymayan, ana olmayan Leylinin yeganə yaratdığı (həm özündə, həm də Məcnunda) nəsnə eşq idi. Məcnun atasının məzarını ziyarət etməklə oğulluğunu – varisliyini sübut edir, Leylinin məzarını ziyarət etməklə eşqə varisliyini göstərir.Qeysin ilk itkisi adından başlayır – onun adını “əlindən alırlar”. Ad ona cəmiyyətin (ailənin) verdiyi ilk sosial ərməğan idi və ilk “böyük səhv”ində – eşqə düşəndə cəmiyyət ondan verdiyi “payı” alır. Məcnun sosiallığın doğmalığından (illərcə onu Qeys deyə çağırmışdılar) assosiallığın rahatlığına (Məcnunluğa) “keçid edir”. Çünki eşq assossiallıqdır, eşq cəmiyyətdən az qala bütünlüklə qopmaq məqamıdır. Eşq itki razılığıdır. Bu cür qurban verməklə və həm də dözümünün sayəsində Məcnun adını hərfi mənadan rəmzi mənaya yüksəldə bildi, yəni Məcnun adı (dəli!) eşq nümunəsinə çevrildi, söz hərfi mənasından uzaqlaşdı. Beləcə, Məcnun da bu sözü dəlilik anlamında cəmiyyətin əlindən aldı, ona təzədən məna verib (aşiqlik) onlara qaytardı. Bu dəfə cəmiyyət Məcnuna yox, Məcnun cəmiyyət üzvlərinə ad qoydu. Özü də eyni sözlə. Bu, Məcnunun “qisası” idi.
Füzuli Leylinin Məcnunla görüşünü “Kəmali-merac” adlandırır. Merac heç kəsin görmədiyi ucalıqda baş verən müqəddəs görüşdür. Füzuli Leyli və Məcnunun görüşünü eşq dərkinin (kamalla, ağılla dərk olunan eşqin) meracı – Tanrıyla əlçatmazlıqdakı, ucalıqdakı görüş kimi təsvir edir. Leyli Məcnunun, Məcnunsa Leylinin seçilmişi, müqəddəsidir (dini mənada yox). Ona görə də onların görüşü meracdır, – heç kəsin əli çatmayan ucalıqdakı görüşdür.
Füzuli “Leyli və Məcnun”da bölmələrarası “Təmamiyi-suxən” – fikrin sonu, sözün axırı, yekun fikir yazır. Bu “təmamiyi-suxən”lər həm də Füzulinin şərhləri hesab oluna bilər. Məsnəvidə təkrar, adətən, olmur, əsər birxətli irəliləyir. Burda maraqlı olan nədir? Füzuli başlıqlarla verilən hissələrdə yazan, “tamamiyi-suxən”lərdə danışan tərəf kimi görünür. Beləcə, əsər sanki həm yazılır, həm də oxunur. Oxucu isə sanki həm mətni oxuyur, həm də ona “qulaq asır”.
“Leyli və Məcnun”da İbni Səlamın ölümü Füzulidə Leylinin bəladan xilası, Nizamidə isə İbni Səlamın aqibəti kimi əks etdirilir. Nizami İbni Səlamın ölümünü mərhumun taleyi kimi verir. Sanki Füzuli İbni Səlamını “öldürür”, Nizamisə onun aqibətini bəyan edir. Füzulinin “Leyli və Məcnun”unda əksər obrazları baş qəhrəmanlar üçün, Nizamidə qəhrəmanlar ümumi əsər üçün mövcuddur. Bu mərtəbədə Nizami üstündür.
Leylini Qeys görür və Leyli Qeys üçün eşq güzgüsü olur.
Qeys Leylidə eşqi görür. Leylinin canı eşq güzgüsünün müstəvisidir. Leylinin eşqi Qeysə Məcnunluğu göstərir.
Qeys güzgüdəki məcnunluqda Tanrını görür (dərk edir). Bu dəfə Tanrıya (ilahi eşqə) vurulur. Bundan sonra dünya onun gözündə xəyallaşır. Məcnun İlahi eşqi dadana qədər Leylini göylərə qaldırmışdı. İlahi eşqdən sonra Leylini göydən endirir. Məcnun daha Leylidə yox, səmada güzgülənir.
İnsan vurulduğunu təqlid edir, vurulduğuna oxşamaq istəyir, ya da başqalarında onun nələrinisə axtarır. Bu insani eşqdə olan məqamdır. Amma İlahi eşqdə əksinə olur, Allahı sevdikcə Allahlaşmaq yox, qul olmaq istəyirsən. “İnsani güzgü” əgər insanı gözəlliyi eyniləşdirməyə sövq edirsə, “İlahi güzgünün gözəlliyi” yaxşı mənada səni kiçildir.
Ona görə də Məcnun Qeys vaxtı necə gözəldirsə, əzəmətlidirsə, bir baxan ona bir də baxmaq istəyirsə, Məcnun vaxtı bir o qədər zəif, baxımsız, cılızdır. Çünki Məcnun məişət güzgüsündə özünə baxmır, o İlahi güzgüdə adi gözəlliklərin əfsanə olduğunu anlayır.
Məcnun eşqə düşəndən sonra ixtiyarsız olur, onu sevgi idarə edir. Leyli də ərə gedəndən sonra Məcnuna yazır ki, əgər ixtiyarım öz əlimdə olsaydı, səndən özgə yarım olmazdı. Məcnunun ixtiyarını – Leylini seçmək şansını İlahi eşq əlindən alır, Leylinin Məcnunu seçmək şansını isə zəmanə. Məcnun Allaha “məğlub olur”, Leyli dövrana. Məcnun öz iradəsi ilə Allahı, Leyli başqalarının iradəsi ilə özgəni seçir. Beləcə, hər ikisi “özgəni” seçir: Bir-birini seçməyən bu “iki vəfasız”ın ayrılığının nəyi təəccüblüdür?!
Füzulinin Məcnunu şair idi, Leylisi də. Əsərdə qəzəllərlə cavablaşmalar “iki şair”in (Leyli və Məcnun) eşq mövzusunda şeirləşməsidir. “Məcnun kimə baxırdısa, o da Məcnun olurdu” misrası Zeydin dilindən Məcnuna deyilsə də, həm də Füzuliyə aiddir. Məcnundan kim yazırdısa Məcnun olurdu. Füzuli də Məcnun idi. Bəhrdə – məsnəvidə Məcnun nə deyirsə, onlar Məcnuna aiddir. Qəzəllərdə, qitələrdə isə Məcnunun dilindən “Füzuli danışır”. Beləcə, bu “növbələşmə” ilə Məcnun Füzulinin, Füzuli isə Məcnunun “deyə bilmədiklərini” deyir.
Nizamidən fərqli olaraq Füzulinin “Leyli və Məcnun”unda qəhrəmanların dilindən qəzəllər verilir: (Məsələn, “Bu qəzəl Məcnunun dilindəndir”, “Bu qəzəl Leylinin dilindəndir”). Qəzəllər aşiqlərin dilindən verilir, ancaq son beytdə – məqtədə Füzuli öz adını çəkir, sözün yiyəsini göstərir. Füzuli burda qəzəlin sınmaz qaydasını pozmur, Leylinin, Məcnunun dilindən öz qəzəlini yazır, onların cavablaşmalarını əks etdirir. Füzulinin sonda adını çəkməsi o deməkdir ki, özünü aşiqlərin yerinə qoyur, onların dili ilə danışır, onların yaşantıları ilə həmnəfəs olur, məqam düşəndə Məcnunlaşır, məqam düşəndə Leyliləşir. Başqasının tale tarixçəsini yazmaq nazimlik, başqasının hissini, yaşantısını yaza bilməksə şairlikdir. Füzuli “Leyli və Məcnun”u şair kimi, Nizami isə bir sıra məqamlara görə nazim kimi yazıb. Nizami Məcnunun taleyini bilən, Füzuli Məcnuna çevriləndir.
Məcnun obrazı praqmatik, həyatabağlı adamların əsəbinə toxunur, o sevir, ancaq eşq yolunda bildiyimiz mənada mübarizə aparmır. İbni Səlam öləndən sonra Leyli qayıdır Məcnunun yanına və “səninəm deyir”. Leyli bir qadın kimi özünü xalq arasında qınaq obyektinə çevrilən, “dəli” adlandırılan biriylə ailə qurmağa razılaşaraq zamanın, zəmanənin fövqünə qalxır, ancaq Məcnundan aldığı “yox cavabı”ndan sonra anlayır ki, Məcnun da eşqin fövqündədir. Leyli zəmanənin, Məcnun eşqin fövqündə idi. Beləcə, onları uğursuz eşq aqibəti yox, ucaltdıqları məqamlar ayırır.
Məkan elə nəsnədir ki, həmişə xarakterinə uyğununu seçirsən – harada daha artıq rahat olmaq düşüncəsinə həmişə qəlbində meydan verirsən. Məcnun ona görə səhranı seçdi ki, Leyli surətinə özgə surətlər az qarışsın, Leylinin xəyalından onu heç nə ayırmasın. Səhra eşq həbsxanasıdır, dörd tərəfi açıqdır, ancaq ordan xilasa ümid azdır. Səhrada hansı yana baxsan demək olar eyni mənzərəni görürsən – Məcnun nəyə baxırdısa, Leylini görürdü. Məcnun “dəliliyin” ona verdiyi hüdudsuz azadlığı nəhayətsiz “səhra hücrəsi”nə həbs etdi. Məcnun məcnunluğunu itirməmək üçün özünü səhraya saldı, mühiti dəyişsəydi, Məcnun da bəlkə başqalaşardı. Səhra Məcnuna bir yerdə, bir işıq altında, bir fəsildə yaşaması üçün gərək idi.
“Leyli və Məcnun”un münasibətlərində qəribə suallar meydana çıxır:
Sual: Məcnun Leylidən çox sevir, bəs Leyli Məcnundan niyə tez ölür?
Cavab: İbni Səlam öləndən sonra Leyli gəlib Məcnuna deyir ki, səninlə evlənmək istəyirəm: öz eşqini Məcnuna çatdırır. Məcnunsa ondan imtina edir, çünki Leyliyə olan eşqi İlahi eşqə çevrilmişdi. Məcnun öz eşqini Leylidən imtina edərək Allaha çatdırır. Deməli belə: Leyli sevgisini Məcnuna çatdırıb ölür, Məcnun da sevgisini Allaha çatdırıb dünyadan köçür. Allaha gedən yol, qadına gedən yoldan uzun olduğuna görə Məcnun ölümə gedən yolda daha çox “vaxt itirir”.
Sual: Niyə Məcnun gəlib Leylinin qəbrinin üstündə ölür?
Cavab: Çox şey sonda başlanğıcına qayıdır. Məcnunun Allaha olan eşqi Leyliyə olan eşqindən sonra qüdrət qazanmışdı. Tanrıya eşqini sübut edəndən sonra, Tanrı Məcnunu yenidən əvvəlki məqamına – Leylinin yanına qaytarır. Ona görə də Məcnun gəlib Leylinin qəbri üstə canını tapşırır. Məcnunluq (Qeyslik yox ha!) Leylidən başladığı kimi Leylidə də bitir. Çevrə qapanır.
Ardı var
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.