Seçilmiş Əsərləri 1. Cild – İlyas Efendiyev Kitap özeti, konusu ve incelemesi
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.
Füzulinin seçilmiş əsərləri cild
Ədəbiyyatında Məhəmməd Füzuli kimi dahi söz sərrafı olan xalqın şairi olmaq çətindir. Çünki, burada poetik zirvə fəth olunub, çünki burada sözün hüsnü ən kamil bir yüksəklikdə tamamlanıb, çünki bu meyar – meyarların ən alisidir. Bu hesabla Azərbaycanda şer yazıram deyib əlinə qələm alan kəsin dizləri əsməli, onu həyacan təri yuyub aparmalıdır. Azərbaycan ədəbiyyatında hələ Xaqani və Nizamidən, Nəsimi və Füzulidən üzü bəri neçə-neçə əsrdir ki, söz qədrini artıranlar sidq ilə öz qədrini artırıb, sözə ehya verib xabi-əcəldən oyanaraq Əbədi Canlılıq kəsb ediblər. Böyük M.F.Axundzadənin bütün cəhdlərinə baxmayaraq Azərbaycan şeri hələ də Füzuli tilsimindən qurtula bilməyib. Bu tilsimi sındırmaq, bu sehri açmaq üçün ancaq Füzuli olmaq gərəkdir. Füzuli Azərbaycan poeziyasının böyük rüknüdür, Füzulidən sonra ən böyük mənəvi qəhrəmanlıq ona layiq şagird olmaqdır, R.Rövşənin gözəl ifadəsi ilə desək, “sözün tozunu almaq”dır. Poeziyamızda söz qədrini artıqmağa, sözə ehya verməyə nail olan belə ustadlaşmış “şagird”lərdən biri Məmməd Arazdır.
Şairin “Seçilmiş əsərlər”inin II cildinə daxil olan şerlərin hamısı Azərbaycan tarixinə “qırmızı qaranlıqlar” (Əlibəy Hüseynzadə) kimi daxil olmuş Sovet dönəmində yazılıb. Və bu gün, qəzəbli Sovet imperiyası çökdükdən sonra, istiqlal epoxasında bu şerləri oxuduqca bir həqiqət insanı heyrətə gətirir: Məmməd Arazın şeri zamanla hesablaşmayıb, zaman Məmməd Araz poeziyasına xidmət edib, məhz Məmməd Araz Şəxsiyyətinin, məhz Məmməd Araz İlhamının qüdrəti sayəsində zaman əlahəzrət poeziyanın hüzurunda dayanıb!
Ona görə də 70 illik total sosiologiya dövründə iki cür ədəbiyyat olub: bir bolşevik ideologiyasına xidmət edən Sovet ədəbiyyatı, bir də Sovet dövrünün milli Azərbaycan Ədibyyatı! M.Araz bu ikinci ədəbiyyatı yaradan və 60-cı ilərdən bəri onun başında duran dönməz bir sənətkardır. Təqdim olunan cildin materialını “Atamın kitabı” (1974) və məşhur “Dünya sənin, dünya mənim” (1983) kitabına daxil olan şerlər təşkil edir. Bu kitablar bizim milli poetik təfəkkürün 70-80-ci illərdəki axtarışlarının ən uğurlu ifadəsidir. “Atamın kitabı” Məmməd Araz inadından, şairin cəmiyyətə inadkar müqavimətindən xəbər verir:
Bu torpaq üstündə ömürlük varam, Əzilsəm torpağa dağılasıyam. Nə vaxtsa Dikəlib bulud yararam, Nə vaxtsa göyərib dağ olasıyam.
M.Araz, fikri ənənələri çoxəsrlik klassik şerimizdən gələn fəlsəfi – intellektual poeziyanın qüdrətli nümayəndəsidir. Bu baxımdan onu heç kəslə müqayisə etmək olmaz. Çünki müasirlərindən heç kim, dünya fəlsəfi poeziya təcrübələrini onun qədər uğurla milli-poetik sistemimizlə birləşdirə bilməyib. Onun bir şair kimi fərdiyyəti Mənsub olduğu xalqın tarixi, mənəvi həyatı, etnoqrafik təfəkkürü, bir sözlə iç dünyası ilə bağlılığındadır. O, fəlsəfi – intellektual şerə bu iç dünyadan gəlir, haysız-küysüz, iddiasız və təmənnasız, Azərbaycan fəlsəfi – intellektual şer təmayülündə R.Rzaya məxsus tizfəhmlik, B.Vahabzadəni səciyyələndirən imporvizə, Əli Kərimi fərdiləşdirən virtiozluq da var. Amma Məmməd Araz ilk dəfə fəlsəfəni göylərdən, taxt-tacdan torpağa endirib məhz torpağın üstündə qəmlə birləşdirə bildi.
“Məmməd Araz vətəndaş şairdir” fikri onun haqqında yazılan kitab və məqalələrdə adlamaca çevrilərək az qala şüara dönüb. Onu şairin bənzərsiz poeziyası haqqında fikirlərin yekunu, son həddi kimi də qəbul etmək olar. Əslində bu da şair haqqında bir həqiqətdir. Həmin həqiqətin fikri-poetik miqyasını təsəvvür etmək üçün M.Araz şerini toxunduğu ustalıqla da, ilmə-ilmə sökmək, çözələmək yaddaş dünyasından keçirmək lazımdır. Məmməd Araz həqiqəti insana doğma olan hər şeyə sevgidən göyərir. “Qəlbində söz həvəsi göyərən gündən” şair bu həqiqətin əsiri, cani-dildən vurğunudur. Şairə görə insana doğma olan şeylərin tacı Vətəndir:
Bir qayaya söykənmişəm,
deyirəm kaş
Bax beləcə daşa dönəm,
yavaş-yavaş
Onda Vətən sanar məni
bir balaca Vətən daşı
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı.
Bu vətənin adı, ünvanı bəlli, tutumu isə M.Araz dünyasıdır: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu Azərbaycan dünyasıdır, onu şairin özündən mənalı heç kim vəsf edə bilməz:
Azərbaycan – mayası nur,
Qayəsi nur ki.
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki
Füzulinin ürəyinə toxuna bilər.
“Qəzəbindən göyərən” vətən daşı şairin poeziyasında vətəndaşlıq sənədi kimi təqdim olunub. “İstedadının təkidi ilə sənətin ağır yükünü çəkməyə başladığı” gündən M.Araz bütün varlığı ilə duyub ki, səmimi və mərd insan təbəssümü ilə vətənin daşı da çiçək aça bilər.
Ədəbiyyatımızın şərəfli tarixi göstərir ki, söz bəxtimiz, söz taleyimiz həmişə üzdə olub M.Araz söz taleyimiz üçün mənəvi cavabdehliyi sənətkar mövqeyi kimi intixab etmiş şəxsiyyətdir. Onun ictimai ideası da, estetik ideyası da məhz bu mövqedən qidalanır. Ümumiyyətlə M.Arazın sənətkar ideası çox aydın, konkret və dərin, şəxsiyyəti kimi şəffafdır. M.Arazın poetik yolu “asanlığın çətinliyi”ni dərk etdiyi məqamdan başlanıb. Bu idraka ürcah olmaq üçün o öz ömrünü “öz əli ilə şum edib”, torpaqla varaq arasında ömrünü qələmə – söz körpüsünə çevirib, “hər təzə addımı təzə döyüş” kimi qarşılayıb. Beləliklə də “özündən özünə yol çəkən” Məmməd Araz yaranıb. Bu “yol”un şairliyin əvvəlində də, sonucunda da “düz sözdür dünyada hər şeydən baha” həqiqəti dayanır:
Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Məmməd Araz kağızında söz “torpağa basdırdığı ürəyindən” göyərir. “Danışanda sinəsindən şir çıxan” babaların ruhu, “zirvələrin tox duruşu”, “gözü dolu mürgülü zəmilər” bu poeziyanın lirik predmetləri, M.Arazın yaddaş kağızlarıdır.
M.Araz poeziyası Şairlə zamanın təzadlarından doğulub; bu inadkar təzad əslində dünyanı sevmək üsuludur. “Dünya sənin, dünya mənim. ” şeri bunun poetik ifadəsidir:
Bir taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik,
Bir zərrənin işığına milyonlar şərik.
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
Az qala hamının əzbər bildiyi bu şer M.Arazın iç dünyasından qar altından çıxmış çiçək kimi poeziya gülüstanına daxil oldu. Həmin iç isə aldanış və ümid, həyacan və həsrət, gecikmiş təntənə və əbədi narahatlıq muzeyinə bənzəyir. Bu adi və dərin şerdə “Bu dünyanın qara daşı göyərməz” ümidsizliyindən “Dünya mənim!” hökmünə qədər keçilmiş bir ömür yolu, şair taleyi – İNSAN inamı və poetik həqiqət var.
M.Arazın poeziyası Milli taleyimizə dünya müharibələri, inqilabi çevrilişlər, siyasi qalmaqlar, qanlı repressiyalar, mənəvi aldanışlar erası kimi daxil olmuş XX əsrin kordioqrammasına bənzəyir. Burada infarkt keçirmiş ürək kimi taleyin amansız zərbələrindən parça-parça olmuş Azərbaycanın ölməz obrazı əzəmətlə poetikləşir. Şair öz iradəsi, ilhamı ilə ona məlhəm olmağa çalışır.
Monumentallıqla zərifliyin, milliliklə bəşəriliyin yüksək poetik vəhdəti M.Araz poeziyasına xas xüsusiyyətlərdəndir. O tariximizi poetik gözlə, şair fəhmi ilə oxuyur, eyni zamanda tarixi-taleyimizə dünya səviyyəsindən nəzər salmağa nail olur. Tariximizə və taleyimizə işıq tutan şerlərində “Son nəğmənin uçrumuna sıxılmış” şairin vüqarlı obrazı, onun lirik “mən”i də diqqəti cəlb edir:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Lirik “mən” və onun mənsub olduğu soyun tarixi arasında poetik varislik M.Araz poeziyasına tarixilik aşılayır:
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Bu misraları özündənrazılıq kimi yox, əsli ilə fəxarət, özünəgüvənmənin poetik təzahürü kimi oxumaq olar. Şair ilhamının dəyərini bilir, kimliyi ilə qürur hissi keçirir. Azərbaycan ədəbiyyatında qılınc və qələm həmişə bir yerdə iş görüb. Qılınc tarixi yaradıb, qələm tarixi yaşadıb. Qılınc qələmdən ayrı düşəndə düşmənləri böyük olan millətimizin fəlakəti baş verib. Yəqin elə ona görə də Xətai bir əlində qılınc, bir əlində qələm böyük Azərbaycan Dövləti yaratdı.
M.Araz filosof şairdir. Onun fəlsəfəsi tarixi yaddaşımızdan, vətən daşından, torpaqdan, xışdan gəlir. Fikrimcə şairin ən tutumlu fəlsəfi-poetik obrazı DAŞ-dır. Ümumiyyətlə DAŞ və RƏNG obrazları 60-cı illər fəlsəfi-intellektual poeziyası üçün səciyyəvidir. Daş yaddaş və vətəndaş obrazının, rəng isə zamanın, tarixi dönəmlərin rəmzi ifadəsidir. Türk milləti həmişə özü haqqında həqiqətləri daşlara yazıb: Orxon-Yenisey daşlarına, Qobustan daşlarına.
Həmin qara daşlar isə öz həqiqətləri ilə bərabər göyərməyib. Bəlkə elə buna görə də “Bu dünyanın qara daşı göyərməz” (M.Yaqub) olduğuna görə XX əsrin önlərində daşa dönmüşlərə “Daş qəlbli insanlara” (M.Ə.Sabir) çevirildik?!
Dahi Nizami həqiqətləri rənglərə bölmüşdü. Nizamidən üzü bəri rənglər ZAMAN-ı yedi, ZAMAN rənglərin rəngini dəyişə bilmədi, qara-qara olaraq, ağ-ağ olaraq qaldı. Rənglərin rəngini yenə də poeziya dəyişdi. Bu böyük ədəbi-tarixi hünərin sahibi Rəsul Rza oldu.
Daş yaddaşını oyatmaq. M.Araz poeziyasının əsas poetik-tarixi qayələrindən biridir. Ona görə də şair “İnsan qayalar”, “Uçqun”, “Daş qartal”, “Ağlayan qayalar”, “Azərbaycan – dünyam mənim”, “Dağlar küsüb”, “Əlvida dağlar”, “Bu dünyanın qara daşı göyərməz” deyiminin müəllifi bənzərsiz şairimiz M.Yaquba ithaf olunmuş “Göyərdi” kimi şerlərində daş yaddaşımızı vərəqləyir. Bu misallı şerləri göstərir ki, şairin yolu daş yaddaşımızdan gen yaddaşımıza, qan yaddaşımıza üz tutur, bizdəki “soyuq qanlar”ın (M.Ə.Sabir) donunu açmaq üçün milyonlarla oxucuya qəlbinin enerjisini göndərir. M.Arazın ən yaxşı şerləri ona görə canlı və əbədidir ki, onlarda insan qanının hərarəti var. Dahi alman filosofu F.Nitşe deyirdi ki, qanla yaz görəcəksən ki, qan yaddaşı əbədidir.
M.Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir. Tarix bizdən uzaqlaşdıqca o bizə daha da yaxınlaşacaq, daha əzəmətli görünəcək. Çünki onun mayası səmimiyyətdən, qayəsi həqiqətdən tutulub. Səmimiyyət və həqiqət insanın özü kimi, sənəti də ucalığa yüksəldən qoşa qanaddır. Səmimiyyət qəlbin, həqiqət zəkanın böyüklüyünü əks etdirir. Əsrin əvvəllərində (1920-30) Azərbaycanda fəaliyyət göstərmiş türk ədəbiyyatşünası İsmayıl Hikmətin gözəl bir fikri var: “İlham pərisinin zərif gərdəninə istibdad zənciri vurmazlar, ipək saçlarına istiqlal çələngi hörərlər”.
M.Arazın füsünkar poeziyası Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir.
Nizaməddin Şəmsizadə
Qafqaz Xalqları Elmlər
Akademiyasının həqiqi üzvü,
professor
MƏNDƏN ÖTDÜ, QARDAŞIMA DƏYDİ.
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə? –
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da.
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü.
Məndən ötdü.
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü.
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcan başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü.
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan.
Qəza ötsün məndən, – dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, ekiz qardaşınla –
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü. Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi.
1967
ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM
Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
İki titrək, iki güləş,
İki şən çinar.
Biri bir az gövdəlidir,
Bir az da uca,
Baxdım boyuna.
Bir az nazik, gödək çinar
Qısılıb ona.
Elə bil ki, lap təzəcə toy eləmiş
Cavandılar.
Necə oynaq, necə şıltaq
Mehribandılar.
Adamların gülüşündən nəğmə qaparlar.
Adamların gülüşünə nəğmə qatarlar.
Yarpaqların uşaq dilli şənlikləri var,
Yarpaqların uşaq əlli çəpikləri var.
Onlar sussa,
Pəncərələr
qulağına qulaq bağlayar,
Küçələrdə gediş-gəliş ayaq saxlayar.
Qucaqlaşıb ulduzları oxuyar onlar,
Bir-birinin qucağında yuxlayar onlar.
Araz üstə
Çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar.
İgid çinar.
Baxdım, baxdım təbiətin,
Ağac adlı,
Qol-qanadlı
cüt heykəlinə.
Bir baltalı əl hardasa
qıcandı mənə.
Qorxdum, qorxdum onların bu
Sevgisini yaralayalar.
Budaqları, gövdələri, rişələri
Bir-birindən aralayalar.
Daha pisdir, – qırmasalar, –
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar.
Sonra, sonra böyüyüb bir Araz olar.
Araz üstə
Çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Xəyalımın üfüqündə görüş istədi
İki tənha pərişan çinar.
1967
ARAZIN İŞIQLARI
Araz axır yırğalana – yırğalana,
Elə bil ki, yorğalana – yorğalana
Bir ac dəvə
o yanına, bu yanına
ağız atır.
Qarnı batıq,
sarı dəvə yerişini
yavaşıdır yavaş-yavaş.
Deyirəm ki, asta yeri,
dəvə qardaş,
asta yeri,
Dağıdarsan nur yükünü,
yortsan əgər.
Aclığın var, boynunu bir
çölə döndər.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Alqışlar çaylar səni,
Həftələr, aylar səni.
Yükün işıq yüküdür,
Yormaz bu taylar səni.
Deyirəm ki, dəvə qardaş,
Bax burada xıxlanacaq,
Bax bu düzdə yatacaqsan.
Öz yükünü bax burada atacaqsan.
Nur tayları
bu dərədə söküləcək.
Burda işıq dəyirmanı tikiləcək
Sahillərin qaranlığı
yuyunacaq,
ələnəcək,
üyünəcək.
İkiqəlbin işıq nəbzi
bir qovşaqda döyünəcək.
Sahillərin
işıq dili yaranacaq.
İşıqların öz həsrəti,
Öz nisgili yaranacaq.
İşıqlar öz dərdlərini
O sahillə, bu sahillə
bölüşəcək.
İki sahil:
işıqlarla ayrılacaq,
İşıqlarla görüşəcək.
Gündüzlərdən çox olacaq
dərdi – səri gecələrin.
O tay – bu tay şəhərlərdə
küçələrin
Bir-birinə yazışması başlayacaq.
Gündüzlərin küsüşməsi,
Gecələrin barışması başlayacaq.
O işıqlar,
O işıqlar biləcəkmi:
Ayrılığın toranlığı
nə deməkdir?!
Toranlığın boranlığı
nə deməkdir?!
Boranlığın qaranlığı
nə deməkdir?!
Eh, nə bilim, hər bir dərdi taleyinə
İnsan özü gözəmirmi?
İşıqlar da insanlara bənzəmirmi?
İşıqlar da bir-birinə
Soyuq odlar olacaqdır.
İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqdır.
İşıqlar da ayrılığa öyrəşəcək
Yükünü çək, dəvə qardaş, yükünü çək.
Avqust, 1968
DAĞLARA QAR DÜŞDÜ
Dağa qar düşdü, qar düşdü
Yada yar düşdü, yar düşdü.
(El sözü)
Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.
Sanki bir-birindən küsdü zirvələr,
Qayalar necə də boynu buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran durubdur.
Dəli uçurumlarda ütülü görkəm,
Qartal qıyıltısı itib dərində,
Hamilə qadın tək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də.
Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından çıxıb fitnənin,
Hamı bir-biriylə hal-əhval tutur.
Dağlara qar düşdü. görüşlər, ahlar,
Vidalı baxışlar yadıma düşdü.
Çoxdan görmədiyim dostlar, qohumlar,
Simsarlar, tanışlar yadıma düşdü.
Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı.
Sürüşə-sürüşə dağlardan enib
Gəlirdi elə bil qocalıq çağım.
Dağlara qar düşdü, elə qəmginəm.
Dağlara qar düşdü. bilirəm bu dəm
Anamın qəbri də qar altındadır,
Anamın qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə, nağıl
Onun sinəsində – qar altındadır.
Neçə oxunmamış bayatı, ağı
Donub sinəsində – qar altındadır
Tək bircə baş daşı tənha, mükəddər
Qardan baş qaldırıb yolumu gözlər.
Dağlara qar düşdü, qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb istəyirəm.
Yalta 1968
BİR AXŞAMIN BALLADASI
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qanım bir hərarət alsın qanından,
Çıxım bu fikirlər burulğanından.
İsinsin azacıq bu daş duyğular,
Olmayım bir evdə beşinci divar.
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm,
Çapılıb talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam.
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni
yesəm-doymaram.
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm-doymaram.
Bu axşam. özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdür məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
Bir dəniz, bir sahil təmasını mən
Bu axşam qəlbimdə görmürəm nədən.
İlahi, dünyaya niyə gəlmişəm?
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim didiklənən bir parça kağız.
Küləklər, haraya aparırsınız?
Aparın, aparın, aparın,
Amma
Onu tuş etməyin hissiz adama,
Onu qoşa duran,
Onu illər boyu baş-başa duran
Daşlara verin.
Birgə çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
Qoy suya, torpağa hopulsun bu qəm;
Mən necə sevmişdim, necə sevirəm.
Sevib yaşadığım anlar var idi,
Fikrimdə “o” vardı, “onlar” var idi.
Bir dağdım, sinəmdə ad idi “onlar”,
Adicə səyyahdı, yad idi “onlar”,
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə “o” adlı vulkanım vardı,
Bilməzdik hansımız hansı olardı,
Kim kimin gözündən qapardı dərdi,
Kim kimin qəlbində buz əridərdi.
Sevirdim – dağ idim, sevirdi – vulkan.
Qaldı bir ovuc kül, bir daş o dağdan.
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.
Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə görünmür.
Göylər dənizlərdir, dənizlər göylər,
Təpələr dağlardan uca görünür.
Lap dünən doğulan körpələr belə
Gözümdə yüz yaşlı qocaya dönür.
Bu axşam özümdən uzaqlaşmışam,
Uşaq olmamışam, uşaqlaşmışam.
Ötən məhəbbətim yadıma düşüb,
İtən məhəbbətim yadıma düşüb.
İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər.
Bəlkə bir quyuya atılan daşam,
Ağlı kəsilməmiş kəsilmiş başam.
Kürrədən indicə suya salınmış,
Odu söndürülmüş, köpü alınmış
Bir parça poladam, bir parça dəmir:
Filizlər mənimlə dostluq eləmir.
Dağlardan izimi söküb-tökürlər,
Külçələr dalımca qəh-qəh çəkirlər.
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadanı gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni meymunların yanına göndr:
Ünsiyyət istəyim məhəbbət üçün,
Məhəbbət istəyim ünsiyyət üçün.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni delfinlərin yanına göndər.
Dənizə məhəbbət səpmək öyrənim,
Sahilə məhəbbət çəkmək öyrənim.
Onu meşələrə səpim-göyərsin.
Onunla qumları öpüm-göyərsin.
Məhəbbət adlanan dil yaradım mən,
Məhəbbət adlanan din yaradım mən.
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir,
Oxuyum, oxuyum o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər.
İlahi, yazıqdır məni sevənlər.
Yalta, yanvar 1968
XATİRƏLƏR
Axır yetişəcək ayrılıq çağı,
Mən səndə, sən məndə alışasıyıq.
Hələ bu görüşü bir-iki yaxın
Dosta da arabir danışasıyıq.
Xeyli susmayacaq yaddaşın səsi,
Sözün olmayacaq əvvəli, ardı:
“Sinəmdə bu odda kişi nəfəsi. ”
“Qəlbimdə bu adda qadın yaşardı. ”
Hələ deyəcəyik: “Dönə o günlər,
Onu istəyimcə görə bilmədim.
O mənim qəlbimə girdiyi qədər
Mən onun qəlbinə girə bilmədim. ”
Sonra bu ülfətin, gülüşün, sözün
Odu yavaş-yavaş soyuyacaqdır.
Bu səslər, bu sözlər ürəyimizin
Gizli bir küncündə uyuyacaqdır.
Qalacaq bir uzaq, bir şirin nağıl,
Yollar yormayacaq nə məktub, nə zəng.
Ya məndən bir təbrik-bayramqabağı –
Ya səndən bir barmaq kağız gələcək.
Axır fikrimizə bir iti caynaq
Girib bunları da didişdirəcək.
Ən məhzun, kədərli anlarda ancaq
Bizi xatirələr görüşdürəcək.
Ta heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə bir kövrək, yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram.
Yalta, yanvar 1968
SARA XANIM
Azərbaycan torpağında
Bir səs gəzir
Bir qız səsi.
Dağ çayları həmdəmidir,
Ağ bulaqlar rəfiqəsi.
Bir az
Araz nidalıdır,
Bir az Göy göl ədalıdır.
Bir azca da Kür havalı.
O nəğmələr çeşnisində
Yaşıl yelən, qızıl sapdı.
Üzeyirin sərraf gözü
Onu duydu, onu tapdı.
Öz ilahi nəfəsiylə
Seyyid ona uğur dedi,
alqışladı.
Vahid ona söz dəftəri,
Sinələri alışdıran
köz dəftəri
bağışladı.
“Qatarın”da dərdimizi
uyudarıq qatar-qatar,
“Segah”ında dağ qovuşar,
duman yatar.
“Şikəstə”si nənələrin nakam eşqi,
batan dərdi.
Zəngüləsi Həcərlərdən töhfələrdi.
Gülüşündə bir mavi nur,
Yerişində bir az təmkin,
bir az qürur.
Baxışında taleyindən
gizli giley,
Öz dərdini dodaqaltı gumuldayan
bir qəmli ney.
Bizim sənət dağımızın
Dönər qarı, dağ çiçəyi
Sara xanım.
Bizim sənət bağımızın
Qara gözlü, ağ çiçəyi
Sara xanım.
Oktyabr, 1968
DİQQƏTİM
Deyirsən: qadınlar diqqət sevəndir,
Diqqətim keşikçin, diqqətim qulun.
Hələ istəyirsən bir adam nədir,
Yüz adam diqqətli diqqətcil olum.
Adi eyhamını gözündə görər
Mənim göz diqqətim, xəfif diqqətim.
Səni sancağından çəkmənə qədər
Tərifə bələyər tərif diqqətim.
Baxmaz bir gözucu özgə qadına,
Ehtiras diqqətim sadiqdir yaman.
Ad günü yaşını salmaz yadına,
Mənim yaş diqqətim ayıqdır yaman.
Duyğu diqqətim də küləyə dönər,
Qapıb hər qəmini didər dişində.
Qayğı diqqətim də mələyə dönər,
Səni çimizdirər nəvazişində.
Mənim yol diqqətim min bir qanadlı
Sözsüz, lətifəsiz, gülüşsüz olmaz.
Əyləncə diqqətim şit zarafatlı,
Ayrılıq diqqətim öpüşsüz olmaz.
Çox diqqət dərsini o hələ bilmir,
Çox görüb-götürə gərək diqqətim.
Bircə məhəbbətə çevrilə bilmir
Bu ütük diqqətim, zirək diqqətim.
Yanvar 1968
OXU, TATAR QIZI
Oxu, tatar qızı, dodaqlarını
Darasan çayına söykəyib, oxu!
Qayalar şəkləyib qulaqlarını
Tanış bir nəğməni dinləyir, oxu!
Bu dilsiz daşlara səslər hopulub,
Yaşayır uçrumlu dağ arasında.
Sahildən qovulub, yurddan qovulub
Gizlənib bir ayı mağarasında.
Oxu, dünəniylə gəlib görüşən
Bir tatar qarısı tuş olsun ona.
Yetim uşaq kimi didərgin düşən
Nəğmələr tapılıb qoşulsun ona.
Nəğmənin səfəri üfüqlərədir,
Nəğmənin mənzili qalmaz yarıda.
Oxu, varaqlansın gözümdə bir-bir
Babanın dünənki günahları da.
Səni başa düşər qədim bir qala,
Anlar binaların, yolların çoxu.
Oxu, tatar qızı, yarımçıq qalan
Bir el nəğməsini təzədən oxu.
Yalta, yanvar 1968
VARDI GÜNLƏRİMİZ
Vardı günlərimiz varlığa bənzər,
Üfüqlü, səmalı, günəşli, qarlı,
Bizim aramızda yaşardı günlər
Vədə qaranquşlu, görüş baharlı.
Biz günlərə həmdəm, günlər də bizə;
Hardasa itmişdi boranlarımız.
Qara fırçasını göylərimizə
Hələ çəkməmişdi toranlarımız.
Ərzin bir buludsuz, aydın yerində
Üfüq birimizdik, səhər birimiz.
Hər təzə məhəbbət cümlələrində
Mübtəda birimiz, xəbər birimiz.
Günlər o günləri hara apardı.
Vardı günlərimiz, var, ay aman.
Məhəbbət ətirli külək dolardı
Gahdan pəncərədən, gahdan qapıdan.
Vardı günlərimiz həm qara, həm ağ,
Arzusu, tamahı umar-küsərsiz.
Qibtə zəlzələsi dağından uzaq,
Böhtan xəbərləri ondan xəbərsiz.
Vardı günlərimiz. Var yenə, niyə?! –
Mən azan bir ovçu, sən itkin əlik.
Mən təzə səhnəyə çıxan faciə,
Sən təzə bir ələ düşən gündəlik.
Yalta, yanvar 1968
SƏN MƏNİ SEVSƏYDİN.
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin. sevsəydin əgər.
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968
AXI DEMİŞDİM Kİ.
Yenə həmdəmimdir qələm-dəftərim,
Bir küncdə közərən tənha ocağım.
Niyə darıxmıram səndən ötəri,
Axı demişdim ki, darıxacağam.
Getdin sən. Yeridir dalınca gülsəm,
Gedib xatirən də özündən qabaq.
Bəlkə sabahısı üz-üzə gəlsək
Səni tanımıram, faciənə bax.
Arabir beynimdə fikir yelkəni
Səni xilas edir, məni qərq edir.
Bəlkə sən özünlə apardın məni,
Məndəsə qalmadın, nə qəribədir.
Bəlkə də bundadır bəxtiyarlığın,
Mənimlə dil tapmaq deyildir asan.
Əgər yoxluğunda yoxsa varlığın
Demək varlığında sən elə yoxsan.
Yenə çay qırağı öz görkəmində,
Gözləri yol çəkir cığırın, yolun.
Meşə sükutunun gizli qəmində
Təəssüf oxunmur: “Hanı bir qolun”.
Mən indi bildim ki, o dilim-axmaq
Qəlbimdən gizli çox yalanlar demiş.
Mən indi bildim ki, sənli yaşamaq
Sənsiz yaşamağa bərabər imiş.
Yalta, yanvar 1968
Gecənin ən uzaq dərinliyində
Bir işıq görünür.
Mayakdı, nədi?!
Ondan gözlərimi çəkdim, yenə də
Fikrimdən, yuxumdan o çəkilmədi.
Elə hey yol getdim bütün gecəni,
Gözümdə o işıq,
Gözümdə o şam.
Belə çox işıqlar çağırıb məni,
Belə az gecələr uduzmamışam.
Bəlkə də o işıq, o çağrış yenə
Taleyin növbəti ümid payıdır.
Ümid nə yaxşıdır,
Ümidlə sönən
Məhəbbət qayıdır, sevgi qayıdır.
Dekabr, 1968
GÖZLƏRİN
Adın – demədinmi – dodaqlarımda,
Özün – demədinmi – gözlərimdəsən.
Adımı batırıb qulaqlarında,
Özümü neylədin gözlərində sən.
Məni gözlərində güllələdilər,
Məni gözlərində dəfn elədilər.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o keçən günü,
Hanı öz əhdinə o dönük andım.
Sənin “gəl barışaq” təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.
İndi dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf.
Dekabr, 1967
ANLARIM
Səhər təbəssüm idim.
Təbəssüm, bir qucaq.
Gözümün nurunda
yuyundu bağça-bağ.
Nəğməmi
Səhər yelləri oğurlamışdılar.
Bir az
Gecikmişdi quşlar.
Onların da qanadına
Pərvazlıq atdım.
İnsan ömrümdən bir az
Quş ömrünə qatdım.
Düzlərə yol açdım,
Babamın ruhunu
Düzlərdə zəmi gördüm.
Dağlara qol açdım,
Qəşbəndi azacıq
Alnına sürüşən,
Darayı yaylığı
çiyninə düşən
nənəmi gördüm.
Gülümsər çəməni
Qaymaqlı nəmi gördüm,
Günəşə sarı getdim,
Günəşə sarı.
Bütün qapılara.
Günəş açarı saldım.
Günəş açarı
Bütün ürəklərə günəş açarı.
Elə vüqarlandım ki,
qanadlandım ki,
özümü günəşin
yerdəki vəkili
sandım ki.
Gündüz
qəzet davalarına düşdüm,
Münasibət dalğalarına düşdüm.
Muğamat konsertimə
Cığıltı qatdı
Bir müxbirin
giley-güzar dalğası.
Beynimə qondu bir ağacdələn,
Bir tərif darğası.
Gündüzüm. gündüzüm.
Gah mənim gül düzüm,
Gah mənim gül dərəm.
İstərəm hər anın
Çətrindən gül dərəm.
İstərəm hər anın
Camından bal dadam.
İstərəm bu camın
Lap elə boşundan
bal dadam.
Yarımçıq xoşundan bal dadam.
Bal deyib, bal dadam.
Bəzən də özümü aldadam.
Axşam xatirəydim,
Uşaqlığımgilə dəydim.
Oyuncaqlarımgilə dəydim.
Dostum gəncliyimlə
görüşdüm.
Qızlar güllüyünə düşdüm.
Anaların qucağında
Qızlar çələngi vardı,
Qızlar çələngi.
Saçlar çay çələngi.
Saçlar çay pələngi.
Üzlər ay çələngi.
Çəmən asılmışdı ətəklərindən,
Bulud yapışmışdı ləçəklərindən,
Yollar dolanmışdı bellərinə ki,
Güllər ilişmişdi tellərinə ki,
Zəriflik, kövrəklik ala bilələr,
Yoxsa göy sarala, yer sola bilər.
O çələngdə bir gül gördüm,
ayrı güldü.
O günlərin çələngindən
qapdığım gün
ayrı gündü.
Günlərimi günlər aldı,
Gül saraldı.
Xatirəmin əllərindən
Tutub qaçdım o günlərdən.
Ey anlarım, o günlərdən
Bulaq-bulaq nəğmə oxu,
İlmə-ilmə ömür toxu!
1968
RAKETLƏR
Raketlər oynayır həyətdə,
Raketlər oynayır.
Bir şarı yüz dəfə vurmaqdan,
Yorulub, yormaqdan.
Doymayır raketlər, doymayır.
Onların ayağı bu günlə,
Başları sabahla oynayır.
Görürəm: yüyürür, yüyürür.
Qaçırlar, qaçırlar.
Üfüqdən fəzaya
Qapılar açırlar.
Təyyarə səsini udurlar,
Zərbəli, hücumlu səslərlə.
Sabah bu cilovsuz hisslərlə
Yer altdan, yer üstdən
Qəfləti ölümü
Daşıyar bu raketlər.
Üşüyən torpağa
Sərnişin ulduzlar
Daşıyar bu raketlər.
Raketlər oynayır.
Ayaqlı, əlli raketlər.
Gözlü, qaşlı, telli raketlər,
Yuxuda diksinmə,
Yer anam
Səksənmə, Yer anam.
Yolunla rahat get.
İnsana yönələn raketə
Yönəlib insan raket.
Fevral, 1968
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd düşüb qara.
Yadıma düşür ki, bəzən hissimiz
Nə qədər aldanır bu ağlıqlara.
Qayğılar görürük, bürüncək kimi –
Tikandan astarı, ipəkdən üzü.
Vədələr görürük, kəpənək kimi
Dalınca uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif atıbdır.
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox aldadıbdır.
Kəlbəcər – İstisu İyul 1968
İTLƏR
İtlər qar üstündə həvirləşirlər,
İtlər oynaqlayır, süpürləşirlər.
Gəmirir, dişləyir biri-birini,
İtcə nəşələnir, itcə sevinir,
Bu onu, o bunu bulayır qara.
Elə bil həsədlə baxıb onlara,
Hardansa sümsünə-sümsünə
bir
Boz tula gəlir.
İtlər duruxurlar,
itlər baxırlar.
Onu imsiləyir, bunu iyləyir,
Sanki it dilində nə isə deyir,
Sonra hürə-hürə hasarı aşır.
İtlər mırıldaşır,
İtlər tutaşır.
İtlər bir-birini az qalır didə,
Uşaqlar tökülüb harayçı olur.
İtlər qovulur,
ancaq
Çox nahaq
İtlər inandılar üçüncü itə.
Yanvar, dekabr 1968
Seçilmiş Əsərləri 1. Cild – İlyas Efendiyev Kitap özeti, konusu ve incelemesi
Seçilmiş Əsərləri 1. Cild kimin eseri? Seçilmiş Əsərləri 1. Cild kitabının yazarı kimdir? Seçilmiş Əsərləri 1. Cild konusu ve anafikri nedir? Seçilmiş Əsərləri 1. Cild kitabı ne anlatıyor? Seçilmiş Əsərləri 1. Cild PDF indirme linki var mı? Seçilmiş Əsərləri 1. Cild kitabının yazarı İlyas Efendiyev kimdir? İşte Seçilmiş Əsərləri 1. Cild kitabı özeti, sözleri, yorumları ve incelemesi.
05 Ocak 2023 23:00 Kitap
Kitap Künyesi
Yayın Evi: Avrasiya Press Nəşriyyatı
İSBN: 9789952421042
Sayfa Sayısı: 280
Seçilmiş Əsərləri 1. Cild Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Seçilmiş Əsərləri 1. Cild Alıntıları – Sözleri
- İnsan həyatı nə qəribədir, – deyə düşünürəm, – bəzən tuş tutub getdiyin yol hardan başlayır və səni haralara çıxarır.
- Doğurdan mı, məyusluq bizim son mənzilimizdir.
- -Jan Rak Russo cəmiyyətin ədalətsizliklərindən danışır.Uşaqları tərbiyə etmək haqqında cildlər dolusu öyüd-nəsihət verir.Amma öz övladlarını,anadan olan kimi aparıb uşaq evinə verirmiş.Siz buna nə deyirsiniz? -Bizim üçün onların fikirləri maraqlıdır.Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır.
- -Bilmək istəyirəm, siz, doğrudanmı, onu sevirsiniz? -Özünə söyləmişəm, siz də bilmək istəyirsinizsə,bəli, sevirəm,- dedi. -Demək, bu, ürəkdəndir? -Qəribə sualdır.Yəni, ürəkdən olmayan sevgi də var?
- Dünyanın işi əzəldən belədir. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə məhv edir.
- İndi uşaqlığımı mənə qaytarsaydılar.
- Sevənlərin öz adi gözlərindən başqa bir də ürəklərinin gözü olur və bu göz onların sevgisi ilə əlaqədar olan hər şeyi fövqəladə bir doğruluqla görüb duyur.
- Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir.Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır.
- Lakin qadın könlünün sirlərini kim olduğu kimi anlaya bilərdi?
- Balzak deyir ki” sevgi-gənclik ruhunun çiçəklənməsidir”.
Seçilmiş Əsərləri 1. Cild İncelemesi – Şahsi Yorumlar
Xatırlayıram, hələ orta məktəbdə ikən “Ən sevdiyin yazıçı kimdir?” sualına hər dəfə birinci İlyas Əfəndiyev deyərdim. İllər keçib, bugün də sevgim zərrə qədər azalmayıb; mən onun qələminə, yazı üslubuna, əsərlərindəki seçdiyi, toxunduğu mövzulara, oxucusuna çatdırmaq istədiyi fikirlərinə ,sözün əsl mənasında, heyranam. Keçən günlərdə Əfəndiyev haqda bir məqalə oxudum. Orada yazının sahibi Əfəndiyevin əsərlərinin bitkin olmadığını vurğulayıb. Əslində bu həqiqətə uyğundur. Belə ki, yazıçının bir neçə pyesinin sonluğu oxucunun zehnində “bəs sonra?” sualını oyadır. Məsələn, “Boy çiçəyi”ndə Nargilənin sonrakı taleyi barədə məlumat verilmir. Evləndi mi, yoxsa ömrünün sonunadək Həsənzadəyə olan sevgisinə sadiq mi qaldı? Biz bunu bilmirik. Amma mən bunu İlyas Əfəndiyevin özünəməxsus yazı tərzi hesab edirəm. Onu digərlərindən fərqləndirən bir xüsusiyyəti çatışmayan (və ya mənfi) cəhət kimi təqdim etmək doğru deyil. Ancaq yenə də ən doğrusunu tənqidçilər bilər Deməli, bu kitabında İ.Əfəndiyevin 6 pyesi (ki hər biri vaxtilə Azərbaycan teatrının səhnələrində böyük maraqla izlənmişdir) toplanıb. 6 pyesin hər birini sevdim. Bu gün çox nadir rastlaşdığımız xarakterə malik İldırım Atayev, özündən başqa hamını düşünən Həsənzadə, Qarabağ, Azərbaycan sevgisi dillər əzbəri olan Xurşudbanu Natəvan, 1938-ci il hadisələrinə ayna olan Ayaz Turan, ən gözəl, ən ülvi hisslərini qələmə aldığı gündəliyi məhv olan Fəridə, Ağabəyim ağa, xanlıqların birləşdirilməsi arzusu ilə yaşayan İbrahim xan unutmayacağım obrazlar oldu mənim üçün. (Nazrin Mammad)
Seçilmiş Əsərləri 1. Cild PDF indirme linki var mı?
İlyas Efendiyev – Seçilmiş Əsərləri 1. Cild kitabı için internette en çok yapılan aramalardan birisi de Seçilmiş Əsərləri 1. Cild PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı İlyas Efendiyev Kimdir?
Azerbaycanlı yazar. 1972 Azerbaycan Devlet Ödülü ve 1979 Azerbaycan Halk Yazarları ödülünün sahibidir.
İlyas Muhammed oğlu Efendiyev 26 Mayıs 1914’te Qaryaginde (şimdiki Füzuli şehri) tanınmış ve saygın tüccar ailesinde doğdu. Nesillerce okumuş ruhani ve zengin tüccar ailesinden çıkmış babası Muhammed 1884 yılında doğdu. Onun anne ve babası tüm Karabağ’da bilinen, fakire, yoksula el tutan, iyi ve asil bir toplum idiler. Bu ailenin bir kolu tüccar soyuna mensup olup alım işleriyle meşgul olmuştur. Diğer kolu ise ruhani eğitimi almış, bilgili hoca ve ulemadan ibaretti.
Yazarın babası Muhammed Efendiyev bu ailenin ticaretle uğraşan koluna mensup olmuştur. O, 7-8 yaşında iken babası vefat etmiş, annesi kocaya gitmeyerek tüm ömrünü dört küçük oğlu ile bir kızı yetiştirip ulaştırmaya geçirdi. Muhammed Efendiyev köyde beş yıllık Rus-Tatar okulunu mükemmel fiyatlarla bitirmiş, Rus dilini mükemmel öğrenmiştir. Okulu bitirdikten sonra Qaryaginə taşınarak damadının yanında tarım aletleri satan mağazada çalıştı. Bir süre sonra o ticaretle bağımsız meşgul olmuştur. O, Rusya’nın çeşitli şehirleriyle, Tebriz ve İstanbul’da ticaret ilişkilerine girmiş, birkaç meslektaşı ile birlikte mal getirip satarak servet sahibi olmuş ve büyük saygı kazanmıştır. 1920 yılında Azerbaycan Bolşevikler tarafından işgal edildikten sonra Muhammed çeşitli işletme kontrollerinde çalışmıştır.
İlyas Efendiyev Kitapları – Eserleri
- Söyüdlü Arx
- Köprü Kuranlar
- Geriye Bakma İhtiyar
- Dağlar Arxasında Üç Dost
- Seçilmiş Əsərləri
- Söyüdlü Arx
- Seçilmiş Əsərləri 1. Cild
- Üçlü Silah
- Üçatılan
- Seçilmiş Əsərləri 2. Cild
- Qırçı və Qırmızı Çiçək
- Seçilmiş Əsərləri 3. Cild
- Seçilmiş Əsərləri 1. Cild
- Bahar Suları
- Ceyran Ovu
- Aydınlıq Gecələr
- Torpağın Sahibi
- Zəmidə Bir Turac Səslənirdi
- Seçilmiş Əsərləri 1. Cild
- Seçilmiş Əsərləri 6. Cild
- Seçilmiş Əsərləri 4. Cild
- Seçilmiş Əsərləri 3. Cild
- Seçilmiş Əsərləri 2. Cild
- Seçilmiş Əsərləri 1. Cild
- Pyeslər
- Seçilmiş Əsərləri 7. Cild
- Seçilmiş Əsərləri 5. Cild
- Seçilmiş Əsərləri 2. Cild
- Seçilmiş Əsərləri 4. Cild
- Seçilmiş Əsərləri
- Seçilmiş Əsərləri
- Seçilmiş Əsərləri 4. Cild
- Seçilmiş Əsərləri 3. Cild
- Seçilmiş Əsərləri 3. Cild
- Kənddən Məktublar
- Seçilmiş Əsərləri 2. Cild
- Seçilmiş Əsərləri 1. Cild
İlyas Efendiyev Alıntıları – Sözleri
- Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır. (Seçilmiş Əsərləri)
- Mən onun sadəliyində, izah edə bilmədiyim fövqəladə bir təbiilik, bir qürur duyurdum (Dağlar Arxasında Üç Dost)
- Ancaq heç mən özüm də bilmirdim ki,nə istəyirəm? Nə üçün özümü,hətta,deyib-gülən,şən adamların da yanında yalqız hiss eləyirəm? Elə bil ki,üzlərinə baxdığım,söhbətlərinə qulaq asdığım adamlar məni görmürdülər. (Seçilmiş Əsərləri 3. Cild)
- Dünyanın işi əzəldən belədir. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə məhv edir. (Seçilmiş Əsərləri 1. Cild)
- “Ayrılıq həmişə kədərlidir.” (Söyüdlü Arx)
- Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. (Geriye Bakma İhtiyar)
- Doğurdan mı, məyusluq bizim son mənzilimizdir. (Seçilmiş Əsərləri 1. Cild)
- Sevgi ilə bahar əkiz yaranmışdır. Sevgi heç bir zaman bahardakı qədər cazibədar, möhtəşəm və narahat olmur.. . Bəzən bütün ağrılar unudulur, hər sevgi anı bir əbədiyyət qədər uzun, bir əfsanə kimi gözəl olur. (Seçilmiş Əsərləri)
- -Elə xatirələr var ki, onlar nə qədər acı olsa da, yenə gözəldir. – Siz yaşda olanda mənə də elə gəlirdi.Mən də elə güman edirdim ki,hər kədərli xatirənin özündə də bir gözəllik ,bir romantika var.Ancaq sonralar gördüm ki, yox, iztirab iztirabdır! (Seçilmiş Əsərləri 2. Cild)
- “Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı.” (Söyüdlü Arx)
- Həyat həmişə qəribə ziddiyyətlərdən ibarətdir. (Köprü Kuranlar)
- Bu qaydadır: həyat özü həmişə dözümlülərin yükünü artırır. (Söyüdlü Arx)
- Dünya kar olub. Heç kəs sənin səsini eşitmir. Ürəyini daş elə, yaşa. Tiranın öz qurduğu cəhənnəmdə yanacağı günü görmək üçün yaşa. (Seçilmiş Əsərləri 3. Cild)
- Atılan ox bir daha geri qayıtmaz, hər dəqiqənin bir hökmü var! (Geriye Bakma İhtiyar)
- “Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: “Geriyə baxma, qoca!”. Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. ” (Geriye Bakma İhtiyar)
- . İnsanlarla əhatə olduğun halda,Robinzon Kruzo kimi yaşamaq olmaz ki. (Seçilmiş Əsərləri 2. Cild)
- – Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. + Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. (Köprü Kuranlar)
- Mən nənəmə nə isə mehriban bir söz demək istədim amma bir söz tapmadım, bəlkə tapsam da deyə bilməzdim.Çünki atam-anam(xüsusən atam) heç bir zaman mənimlə mehriban danışmadıqları üçün,məni sevib-oxşamadıqları üçün mən də başqasına mehriban bir söz deməkdən çəkinirdim. (Geriye Bakma İhtiyar)
- Ağıllı, həssas adamlara eşq olsun. (Köprü Kuranlar)
- -Jorj Sand deyib ki, xatirə bizim ruhumuzun ətridir. -Daha indi elə deyil! Əgər, Jorj Sand bu dünyada necə xatirələr olduğunu bilsəydi, bəlkə də elə deməzdi. -Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir.Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır. Eh. Jorj Sand. (Köprü Kuranlar)
Qaydalar
Darul Hikmət Elm və Tədris mərkəzinin kitabxanasından kitab götürmək üçün kitabxanaya üzv olmaq tələb olunur. Bunun üçün kitab götürmək istəyən şəxslər “oxucu kart”- na sahib olmalıdırlar. Kartın etibarlılıq müddəti istifadəyə verildiyi vaxtdan 6 ay müddətinə qədərdir. 6 aylıq abunəlik haqqı üçün 10 AZN ödənilməlidir. Kitabxanadan istifadə qaydaları: – Oxucular eyni zamanda 1 kitab götürmək hüququna malikdirlər. – Kitabların qaytarılma müddəti səhifə etibarı ilə: 0 – 200 səh = 15gün 200 – 350 səh = 20gün 350 – (üzəri) = 30gün – Göstərilən müddət ərzində kitablar qaytarılmasa oxucu hər iki günə görə 1 azn ödəməlidir. – Əgər kitabların qaytarılması təyin olunmuş vaxtdan 1 həftə müddətində gecikdirilərsə, oxucu kitabxanadan istifadə hüququndan məhrum ediləcək. – Kitablara hər hansı zərər vurularsa oxucu zərər vurduğu kitabın dəyərini ödəməli və yaxud kitabı yenisi ilə əvəz etməlidir.
Qəbul et İmtina
KİTAB SİFARİŞ ET
KİTAB HƏDİYYƏ ET
KİTAB HƏDİYYƏ ET MƏTNİ
Kitabın bronu
-
Dan Brown –> Kod Da Vinchi –> Növbədə 3 nəfər var –>
daxİl ol
Remember me Forget password
Don’t have an account? REGISTER
qeydİyyat
Ad və Soyad
Sizin Email
Retpye password
Mən robot deyiləm
(012) 408 63 36 –> (+99477) 528 14 83 (+99477) 528 14 83
KİTABXANA
- Müəllif:
- Janr:
- Nəşriyyat:
- Çap ili:
- Kitabın dili: Azərbaycan
- Statusu: Oxucuda
Kitab haqqında
Oxşar kitablar
Mərkəz haqqında
Mərkəzin fəaliyyəti online və canlı dərslərin peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin, mühazirələrin və s. tədbirlərin keçirilməsinə istiqamətlənib.
Əlaqə
- Darul Hikmət Elm və Tədris Mərkəzi, Ağadadaş Qurbanov 31, Bakı
- (+99477) 528 14 83
- info@darulhikmet.az
Darul Hikmət Elm və Tədris Mərkəzi 2014-2023 © Bütün hüquqlar qorunur
Comments are closed, but trackbacks and pingbacks are open.