Hüquqi yardım
Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə
Əfv haqqında
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 475)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Əfvetmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndində göstərilən səlahiyyətlərinin yeni cinayət qanunvericiliyi əsasında həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyətini və əfvetmə prosedurunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Əfvetmə haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2001-ci il
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 18 iyul tarixli, 538 nömrəli Fərmanı ilə
Əfvetmə haqqında
I. Ümumİ müddəalar
1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. [1]
2. Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
3. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:
3.1. məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
3.2. məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
3.3. məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
4. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
5. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı müvafiq dövlət orqanları tərəfindən sərəncamda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.
6. Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
II. Əfvetmə barədə müracİət
7. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.
8. Əfvetmə barədə müraciət, bir qayda olaraq, aşağıdakı müddətlərdə verilə bilər:
8.1. islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra; [2]
8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
9. Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
9.1. məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
9.2. məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
9.3. məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
9.4. məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
9.5. məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
9.6. törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
10. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir.
11. Əfvetmə barədə müraciət onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və yaxud qanuni nümayəndəsi tərəfindən imzalanmalıdır. Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.
12. Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər. [3]
III. Əfvetmə barədə müracİətİn qəbulu və baxılmaq üçün hazırlanması
13. Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunda (bundan sonra – Əfv məsələləri sektoru) qeydiyyatdan keçirilir və bu Əsasnamənin 7-11-ci bəndlərində nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır. [4]
14. Əfvetmə barədə müraciətin yoxlanılması nəticəsində on gün müddətində Əfv məsələləri sektoru:
14.1. müraciət etmiş şəxs tərəfindən yuxarıda göstərilən tələblərə riayət olunmadığı müəyyən etdikdə, onun müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir (bu halda müraciət etmiş şəxs göstərilən tələblərə riayət etməklə təkrarən əfvetmə barədə müraciət edə bilər);
14.2. müraciətin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının (bundan sonra – Əfv Məsələləri Komissiyası) səlahiyyətlərinə aid olmadığını müəyyən etdikdə, onu müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərir;
14.3. müraciət etmiş şəxs tərəfindən bu Əsasnamənin 7-11-ci bəndlərində göstərilən tələblərə riayət olunmasını müəyyən etdikdə, müraciəti bu Əsasnamədə nəzərdə tutulmuş qaydada mahiyyəti üzrə baxılmaq üçün hazırlayır.
15. Əfvetmə barədə məsələ Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dar müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatının vəsatəti əsasında qaldırılmışdırsa, Əfv məsələləri sektoru bu Əsasnamənin 8-10-cu bəndlərində göstərilən halları müvafiq dövlət orqanları, o cümlədən cəzanı icra edən orqan vasitəsi ilə araşdırır və mahiyyəti üzrə baxılması üçün hazırlayır.
16. Əfv məsələləri sektoru müraciətin və ya vəsatətin əsasında əfvetmə barədə məsələyə Əfv Məsələləri Komissiyasında baxılması üçün aşağıdakı hazırlıq işlərini həyata keçirir:
16.1. cəzanı icra edən orqana məhkum olunmuş şəxsin törədilmiş cinayətə, əməyə, təhsilə münasibətini, davranışını, törətdiyi cinayətə görə peşmançılıq çəkməsini, səhhətini, məhkum olunmuş şəxsin əvvəlki məhkumluğunu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edildiyini, vurulmuş maddi zərərin ödənilməsini əks etdirən arayış və əfvin tətbiq edilməsi məsələsinə baxılması üçün digər zəruri sənədlər verilməsi üçün sorğu göndərir;
16.2. müvafiq dövlət orqanlarına məhkum olunmuş şəxsin əvvəllər məhkum olunması, barəsində amnistiya və ya əfv aktının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın təxirə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi, məhkum olunmuş şəxs barədə hökmün qanuni qüvvəyə minməsi, vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatın, habelə məhkəmələr tərəfindən çıxarılmış hökmlərin və qərarların surətlərinin, zəruri hallarda isə digər əlavə sənədlərin verilməsi üçün sorğu göndərir;
16.3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna əfvetmənin mümkünlüyü barədə əsaslandırılmış rəy verilməsi üçün sorğu göndərir.
17. Sorğu daxil olduğu gündən 15 gün müddətində cəzanı icra edən orqan və digər müvafiq dövlət orqanları bu Əsasnamənin 16.1-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara dair lazımi sənədləri Əfv məsələləri sektoruna təqdim edirlər.
18. Sorğu daxil olduğu gündən bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu əfvetmənin mümkünlüyü barədə rəylərini Əfv məsələləri sektoruna təqdim edirlər.
19. Əfv məsələləri sektoru daxil olmuş sənədləri və rəyləri ümumiləşdirir və məhkum olunmuş şəxsin əfv edilməsi məsələsinə dair ümumi arayış tərtib edir.
20. Əfv məsələləri sektoru məhkum olunmuş şəxs barədə tərtib etdiyi ümumi arayışda aşağıdakıları göstərir:
20.1. şəxsin soyadını, adını, atasının adını;
20.2. şəxsin doğulduğu ili, ayı, günü və yeri;
20.3. şəxsin vətəndaşlığı və milliyyətini;
20.4. məhkumluqdan əvvəl şəxsin məşğuliyyətini, ailə vəziyyətini, səhhətini və şəxsiyyəti barədə digər zəruri məlumatları;
20.5. şəxsin əvvəlki məhkumluğu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın tarixə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi barədə məlumatları;
20.6. şəxs barədə hökmü çıxarmış məhkəmənin adını və hökmün çıxarıldığı tarixi, hökmün qanun qüvvəyə minməsi barədə məlumatları;
20.7. şəxs barədə çıxarılmış hökmün nəticəvi hissəsini;
20.8. cinayət qanununun hansı maddəsi ilə məhkum olunmasını, şəxsə təyin olunmuş cəzanın növünü və cəzanın həddi barədə məlumatları;
20.9. törədilmiş cinayət üzrə vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatı;
20.10. şəxsin əfv edilməsi haqqında müraciətin və ya vəsatətin kimin tərəfindən verilməsi barədə məlumatı;
20.11. məhkum olunmuş şəxsin cəza çəkdiyi yer haqqında məlumatı;
20.12. cəzaçəkmə müəssisələrində rejim qaydalarına riayət etməsi, əməyə, təhsilə münasibəti, davranışı barədə məlumatları;
20.13. məhkum olunmuş şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar barədə məlumatları;
20.14. cəzaçəkmə müddətinin başlanğıcı və çəkilməmiş hissəsi barədə məlumatı;
20.15. şəxsin əfv edilməsi barədə əvvəlki müraciətlərə baxılması barədə məlumatı;
20.16. məhkum olunmuş şəxsin törədilmiş əməldən peşmançılıq çəkib-çəkməməsi barədə məlumatı;
20.17. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərinin nəticəvi hissəsini;
20.18. digər zəruri məlumatları.
21. Əfv məsələləri sektoru müraciət və ya vəsatət daxil olduğu gündən üç ay müddətində tərtib etdiyi əfvetmə barədə məsələ üzrə toplanmış sənədləri və ümumi arayışı mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir.
22. Əfv məsələləri sektoru həmçinin əfv edilən şəxslərin uçotunu aparır, əfvin tətbiq edilməsi təcrübəsini ümumiləşdirir, əfvetmə məsələləri üzrə vətəndaşları qəbul edir, baxılan materiallar haqqında statistik hesabatları tərtib edir, arxiv işini aparır. Azərbaycan Respublikası Prezidentinin əfv etdiyi şəxslər barəsində hökmlər kassasiya, əlavə kassasiya, yeni açılmış hallara görə ləğv edildikdə və ya dəyişdirildikdə, Əfv məsələləri sektoru çıxarılmış qərarlar haqqında məhkəmələrdən məlumat alır.
IV. Əfvetmə barədə müracİətə baxılması və müvafİq qərarın qəbul edİlməsİ
23. Əfvetmə barədə müraciət üzrə toplanmış sənədlər və Əfv məsələləri sektorunun ümumi arayışı Əfv Məsələləri Komissiyasına daxil olduqdan sonra Əfv Məsələləri Komissiyasının katibi:
23.1. əfvetmə barədə müraciəti və ya vəsatəti kompüter məlumat bankına daxil edir;
23.2. Əfv Məsələləri Komissiyasının iclasının gündəliyinin layihəsini hazırlayır, Əfv Məsələləri Komissiyasının sədrinə iclasın keçirilməsinin tarixi və gündəliyi barədə təkliflər verir və iclasa çıxarılan məsələlər üzrə sənədləri təqdim edir;
23.3. Əfv Məsələləri Komissiyasının hər bir üzvü Komissiyanın iclasına çıxarılan məsələlər üzrə müvafiq sənədləri hazırlayır və onları iclasdan 3 gün əvvəl Komissiya üzvlərinə təqdim edir;
23.4. Əfv Məsələləri Komissiyasının iclasında baxılan məsələlər barədə məlumat verir və Komissiya üzvlərinin suallarına cavab verir;
23.5. Əfv Məsələləri Komissiyasının iclasının protokolunun tərtib edilməsini təmin edir;
23.6. Əfv Məsələləri Komissiyasının məhkum olunmuş şəxslərin əfv edilməsinə dair məsələlər üzrə gəldiyi nəticədən asılı olaraq Komissiyanın protokolunda müvafiq qərarın əks etdirilməsini təmin edir;
23.7. Əfv Məsələləri Komissiyası sədrinin tapşırıqlarının icrasını təmin edir.
24. Əfv Məsələləri Komissiyasının sədri:
24.1. əfvetmə barədə məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasına daxil olan müraciətləri və vəsaitləri öyrənir, Komissiyanın iclasını çağırır, onun keçirilmə tarixini və gündəliyini müəyyən edir;
24.2. Əfv Məsələləri Komissiyasının iclasına sədrlik edir, iclasda əfvetmə barədə məsələlərə hərtərəfli, tam və obyektiv baxılmasını təmin edir;
24.3. Əfv Məsələləri Komissiyasının iclasının protokolunu imzalayır (Komissiyanın üzvləri imzaladıqdan sonra);
24.4. Əfv Məsələləri Komissiyasının iclasından sonra əfvetmə barədə baxılmış müraciətləri və Komissiyanın tövsiyələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
25. Əfv Məsələləri Komissiyasının iclası onun üzvlərinin azı on üç nəfəri iştirak etdiyi halda keçirilir.
26. Əfv Məsələləri Komissiyasının iclasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.
27. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları Komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
28. Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
28.1. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
28.2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşına;
28.3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini.
29. Məhkum olunmuş şəxsin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduqda, əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə, şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, xəstəliyə görə cəzanı çəkməkdən azad edildikdə yenidən qəsdən cinayət törətdiyinə görə məhkum olunarsa, bu şəxsin əfv olunması müstəsna hallarda tövsiyə edilə bilər.
30. Əfv Məsələləri Komissiyası insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və kollegiallıq prinsiplərini rəhbər tutaraq aşağıdakı qərarlardan birini qəbul edir:
30.1. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması barədə;
30.2. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunmaması barədə.
31. Əfv Məsələləri Komissiyasının iclasında baxılan məsələlərə dair əlavə yoxlama zərurəti yarandıqda, məsələnin baxılması təxirə salına bilər.
32. Əfv Məsələləri Komissiyasının məhkum olunmuş şəxslərin əfv edilməsi barədə qəbul etdiyi qərarlar Komissiya iclasının protokolunda rəsmiləşdirilir və Komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın üzvünün əfvetmə barədə xüsusi rəyi olduqda, həmin rəy yazılı surətdə Komissiyanın üzvü tərəfindən imzalanır və protokola əlavə olunur.
33. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
34. Azərbaycan Respublikası Prezidenti tərəfindən əfv olunmuş şəxslərin reabilitasiyası məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıqlar verilə bilər (sağlamlığın bərpası, təhsilin davamı, ictimai faydalı əməyə cəlb olunması və sair).
V. Əfvetmə barədə qərarın İcrası
35. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə Əfv məsələləri sektoru aşağıdakı tədbirləri həyata keçirir;
35.1. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının cəzanı icra edən orqana göndərir;
35.2. əfvetmə barədə məsələnin baxılmasının nəticəsinə dair məlumatı müraciət etmiş şəxsə göndərir;
35.3. əfvetmə barədə qəbul olunmuş qərar haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər müvafiq dövlət orqanlarına məlumat verir;
35.4. əfv olunmuş şəxslər barədə məlumatı kompüter məlumat bankına daxil edir.
36. Cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının təxirə salınmadan icra etməli və bu barədə Əfv məsələləri sektoruna yeddi gün müddətində yazılı məlumat verməlidir.
37. Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
38. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı mətbuatda dərc olunur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 iyul 2003-cü il tarixli 884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 290)
2. 26 yanvar 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 yanvar 2010-cu il, № 22 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1 maddə 8)
3. 14 oktyabr 2011-ci il tarixli 506 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2011-ci il, № 228; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10 maddə 890)
4. 19 aprel 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 681)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 yanvar 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 yanvar 2010-cu il, № 22) ilə mətnində ismin müvafiq hallarında verilmiş “fərman” sözü ismin müvafiq hallarında “sərəncam” sözü ilə əvəz edilmişdir.
[2] 14 oktyabr 2011-ci il tarixli 506 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2011-ci il, № 228; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10 maddə 890) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”nin 8.1-ci bəndindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılmışdır.
19 aprel 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 681) ilə 8.1-ci bəndə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilmişdir.
[3] 17 iyul 2003-cü il tarixli 884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 290) ilə “Əfvetmə haqqında Əsasnamə”nin 12-ci bəndinə ikinci cümlə əlavə edilmişdir.
[4] 19 aprel 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 681) ilə 13-cü bəndində “İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri “Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz edilmişdir.
Hüquqi yardım
Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?
Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il “Heydər Əliyev ili” elan edilib. Bu ilin m ay ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.
Əfvetmə nədir?
Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.
Əfvetmə kimlərə tətbiq edilə bilər?
Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər.
Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Əfvetmə nə vaxt verilə bilər?
Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.
Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?
Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
- məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
- məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
- məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
- məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
- məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
- törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?
Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.
Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir.
Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.
Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?
Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:
1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri – Samir Nuriyev,
2) Katibi Əfv Məsələləri Sektorunun müdiri – Kəmalə İsmayılova.
3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri – Fuad Ələsgərov
4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi – Gündüz Kərimov
5) Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Məmmədov
6) Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Eyvazov
7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağıyev
8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri – Əhliman Əmiraslanov
10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri – Zahid Oruc
11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini – Fazil Mustafa
12) deputat – Azad Quliyev
13) deputat – Sədaqət Vəliyeva
14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini – Aynur Sofiyeva
15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü – Rəşad Məcidov
16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri – Əliməmməd Nuriyev
17) “Xan Şuşinski” Fondunun rəhbəri – Bəyimxanım Verdiyeva
18) Akademik Zərifə Əliyeva adına liseyin direktoru – Mehriban Vəliyeva.
Şərhlər
Sevinc Ağayeva 2023-01-26 22:06:35
Salam .Qardaşim Agayev Rafael Elman oglu 06.06.2021 ci ildən həbs olunub 7 il iş veriblər .Valideynlərimiz yaşli, xəstə baxima qaygiya möhtacdirlar,anamiz agir ürək əməliyyati keçirib .Təkbaşına bu yükü çəkə bilmirəm.Xahiş edirəm qardaşima köməklik göstərəsiniz.Qardaşimin bir qolu işləmir əlildir.
Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə
Mehemmed 2023-01-31 16:50:15
Salam icbari iş olduqda verilmiş cəzanın 3 də 1 çəkilib eyni qaydada müraciət etsək əfv olunmaya düşürmü?
Salam. Məqalədəki məluamatla tanış olun zəhmət olmasa orda ətraflı cavab tapacaqsınız. Vəkil Qulam İsmayılzadə
Tural 2023-02-02 12:13:36
Salam Qəbələ Rayonda yasayiram qardasim Abdullayev Ceyhun Fazil oglu 14 il hebs olunub cezasinin 8 ilini cekib zehmet olmasa komeklik gosdererdiz hec bir esas olmadan 14 il is kesilib muselman oldugu ucun bir insana bu qeder is kesilmesi ne qeder duzgundur axi
Salam. Ərizə ilə komisiyaya müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Elsevər Seyfullayev 2023-02-03 17:27:06
Salam mən Masallı rayon sakini şəhid Araz Seyfullayevin atası Elsevər sizə müraciət edirəmkiMasallı rayon sakini Əliyev Davud İsmayıl oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Davud 2018 ci ildə özüdə istəmədən bir hadisəyə görəömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin yarısı keçmişdirvə qarşı tərəf onu bağışlamışdır.Şəhid balamın yaxın dostu olan Davudun səhhətində olan problemlərə görə çox narahatı.Davud hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verirki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən (Azərbaycan bayrağı ordenli )XTQşəhidin atası kimi xahiş edirəm Davud Əliyevin əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm
Salam. Bu məqallə informativ xarakterlidir məlumatlarla tanış olub müraciətinizi komisiyyaya ünvanlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə
MƏMƏDOVA MEHRİBAN 2023-02-05 19:47:36
Salam həyat yoldaşım MƏMƏDOV SƏBUHİ ELMURAT OĞLU 8 İL 6 AY CƏZA VERİLİB 6 AY CƏZASI QALIB AVTO QƏZA İLƏ TUTULUB 2 ÖVLADI VAR ÖZÜDƏ HALHAZIRDA XƏSDƏDİR XAİŞ EDİRƏM ƏF EDƏSİZ
Salam. Əfv edilməsi üçün gərək Əfvetmə Komisiyasına müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə
SİTARƏ 2023-02-10 16:26:56
salam zehmet olmasa eff komissiyasina yazmaq ucun bashliq nece yazilir. komeklik gostererdiz erizenin bashliqini nece yazim ve hara unvanlayimş qardashim ucun eff muraciet etmek isteyiremş mektub el xetti ile yazilmalidir ya cap shekilinde
Salam. Məqallədə bu barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
Zülfiyyə 2023-02-11 11:37:34
Bu müraciətimlə Sizə bildirmək istəyirəmki, oğlum Rüstəmov Hüseyn Sahib oğlu 2015-ci ildə Cinayət məcəlləsinin 120.1 ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunubdur.Artıq cəzasının 7- il 6 ayını çəkib. O, Sumqayıt Dövlət Üniversitetinin 4-cü kurs tarix fakultəsinin tələbəsi idi. Hal-hazırda Şəki şəhər Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Atası Rüstəmov Sahib Hüseyn oğlu heç bir yerdə işləmir, yaşı çatmadığı üçün təqaütçü deyil, oğlunun dərdindən insulin və şəkər xəstəliyindən əziyyət çəkir,açıq ürək əməliyyatı keçirib.Xəstəliyinə görə Mingəçevir şəhər Xəstəxanasında qeydiyyatdadır.Qardaşı Rüstəmov Rafiq Sahib oğlu Vətən müharibəsi iştirakçısıdır.Şuşa, Qubadlı ,Fizulinin alınması uğrunda 4 medalla təltif olunub.Müharibə vetaranıdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Hüseyn artıq həbs müddətinin çox hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk
Salam. Məqallə məlumat xarakterlidir, məlumatlardan yararlanıb müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
isaq məmişov 2023-02-17 20:48:45
Mən Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun atası Sizə müraciət edirəm ki, Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun ƏFV olunmasına köməklik göstərəsiniz. İsmayıl 2022-ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin 3-də 1-hissəsini keçmişdir Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Qarşı zərərçəkmiş onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər Nizami rayon böyükşor qəsəbəsində yerləçən AR, ƏN-nin Petensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Özüm birinci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm bu xəstəliyə görədə sağ ayağım aputasiya olunaraq kəsilmiçdir. Həyat yoldaşım da xəstəlikdən əziyyət şəkir ailəmizin yeganə gəlir gətirəni oğlum İsmayılıydı iki azyaçlı övladını və birinci məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinin Sizə verdiyi müstəqil hüququnuzdan istifadə edərək verəcəyiniz növbəti ƏFV sərəncamınızda oğlumuda bağıçlayasınız. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 20203-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ata kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Məmişov İsmayıl İsaq oğlunun artıq həbs müddətinin 3-də 1- hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk Sizə bir ata kimi söz verirəm ki, azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən xahiş edirəm Məmişov İsmayıl İsaq oğlunun əfv edilmısində köməklik edəsiniz. təşəkkür edirəm Hörmətlə, Sizə böyük umid və Hörmətlə Məmişov İsaq İsa oğlu Tel: 070 645-44-41
Salam. Məqallədə istədiyiniz məlumat var, hüquqi yardım yalnız ödəniş müqabilində edilir. Vəkil Qulam İsmayılzadə
Nuranə Qarayev 2023-02-19 16:26:43
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına AR,vətəndaşı, işləməyən, himayəsində iki azyaşlı usağı olan Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsi döngə 1, ünvanında yaşayan 08.05.1991-ci ildə anadan olmuş Qarayeva Nuranə Elçin qızı tərəfindən Ərizə Çox hörmətli Möhtərəm Cənab prezident, Siz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizim Siyasətinin layiqçi davamçısı olaraq dəfələrlə tərəfinizdən verdiyiniz ƏFV və ominist Sərəncamları ilə yüz minlərlə məhkumu azadlığa və öz qohumlarına qovuşduraraq onların gələcəkdə yenidən cinayət törətməməyinə dair adımlarınızla onlara hədsiz sevinc bəxş etmisiniz. Məndə etdiyim cinayət əməlinə görə Azərbaycan məhkəməsi tərəfindən AR CM-nın 221.2.1-ci maddəsi ilətəqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığımın məhdudlaçdırılması cəzası almışam. Cəzamın çəkilən 6 ayında ayağımda xüsusi texniki vasitə bağlanmışdır və hal hazırdada bu müşahidə elektron qandalı ayağımda daşıyıram mənim himayəmdə iki azyaşlı uşağım var atam Dəmirov Elçin Münsüf oğlu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayon Gülüstan döyüşləri zamanı şəhid olmuşdur. Mən törətdiyim bu cinayət əməlinə görə həm utanıram həmidəki çoxpeşmanam bu ərizəm ilə Sizdən Xahiş edirəm ki, növbəti humanist adımınızda verəcəyiniz əfv Sərəncamı zamanı mənidə bağışlayaraq atamın ruhunu və məni sevindirəsiniz. Məni əfv etdiyiniz tədqirdə Azərbaycan Respublikasının Vətəndaşı adına layiq olacağıma və qanunlarını uca tutacağıma Sizin etimadınızı doğruldacağıma söz verirəm Sizə böyük hörmət və ümidlə AR. Vətəndaşı Qarayeva Nuranə Elçin qızı imza: Tel: 070 541 00 34 Tarix:19.02.2023-cü il
Məmmədova Elnarə 2023-03-04 20:29:40
Salam əhf ucun ərzələri internet uzərində yazmaq olar və bilməy isdiyərədimki məninm həyat yoldasim ogurluqdan tutulmuşdu məhkəmə olundu elektiron qolbaq taxıldi 1 il kecdi ancaq gecə evə gec gəldiyi ucun qanunu pozmuş sayildigi ucun həbsə atildi 8 ay 17 gun cəza verildi fevralin 16 si tutulub bu arada ogurlanan məbləg geri ödənilib şikayətcidə yox idi mənim əmim 1 ci qarabag döyuşlərində şəhit oldu onunda əmisi 2 ci qarabag döyuşlərində şəhid oldu bilmək isdərdim belə halda bu il əhf düşür həyat yoldaşıma?
İnternet vasitəsi ilə əfvə dair müraciət etmək olmur. Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir. Məqalləni diqqətlə oxuyun bu məlumat orda əks olunubdur. Vəkil Qulam İsmayılzadə
Sever 2023-03-08 08:53:28
Salam.Menim Atam Rzayev Habil Sahibu oqlu Masalli rayonundandi.Atama6il iş verilib ve 1il 9 ayini cekib atam effve dusermi ne olar mene komeklik edin xahis edirem sizden .Anam tek yasiyir xestedi hec bir yerden komekliyi yoxdu ne olarcatamin cixnasina komek edin
Salam. Sİzə əfvetmə barədə ərizə yazılmasında köməklik edə bilərəm, lakin xidmət ödənişlidir. Vəkil Qulam İsmayılzadə
zaur 2023-03-11 17:07:46
Salam. Cəza müddətinin 1/3 hissəsini çəkməyibsə əfv üçün müraciət edə bilməz? 11 il cəza alıb, 9 il çəkilməmiş hissəsi qalıbsa..
Əfv Et Allahım
Peyğəmbər(s.ə.s) buyurur: Adəm övladının hamısı səhv və xəta edər, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir. Allah tövbə edənləri sevir.Biz bəndələrinə namaz qılın, günaha meyl etməyin, dedin, Allahım!
Başqasının haqqına girməyin, qəlbini qırmayın, dedin, Allahım! Məni hər zaman zikr edin, günahlarınıza görə ixlasla tövbə edin ki, sizi bağışlayım, dedin, Allahım! Tövbə edin ki, Cəhənnəm atəşi ilə əzab verməyim, dedin Allahım! Əmrlərimə tabe olun ki, sizə sonsuz Cənnət verim, dedin Allahım! Bəs biz nə etdik?! Halalını haram, haramını halal etdik özümüzə. Əfv et bizi, Allahım.Bizə dua etməyi öyrətdin, mənə dua edin ki, dualarınızı qəbul edim, dedin, Allahım!Sevgili Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir ayaqqabı bağına ehtiyac duysanız belə, tək olan Allahdan istəyin.Bəs biz nə etdik?! Səni unudub günahkar bəndələrinə ümid bəslədik. Əfv et bizi Allahım.Dünya həyatı yıxıb-sürüdü, özünə kölə etdi bizi, Allahım. Kasıb olduqda verdiyin ruziyə qane olmayıb şükrünü yerinə yetirmədik.Dövlətli olduqda istəmədən bəxş etdiyin nemətləri haqqı olan yoxsullara qıymadıq. Sağlam olduqda bizə əmanət verdiyin bədən sağlamlığına, günah və haram buyurduğun yemək – içməklə xəyanət etdik. Xəstə olduqda da sağlam olduğumuz günlərə görə Sənə şükür etmədik. Əfv et bizi, Allahım.Muhəmməd (s.ə.s) eşqinə, onun pak və məsum Əhli-beytinə (ə) xatir biz günahkar bəndələrini əfv et. Gecə-gündüz qarşında rükuyə bükülən bellərə xatir, Səni zikr edən dillərə xatir, əfv et bizi, Allahım!
Comments are closed, but trackbacks and pingbacks are open.