Press "Enter" to skip to content

Fəxri fərman diplom

“Dəfələrlə müəllimlərə şikayət etsək də, şikayətlərimiz nəzərə alınmır. Müəllimlər deyirlər ki, diplomlar məcburidir. Hər ay 5 manat verib diplom alırıq”.

Fəxri fərman diplom

Müğənni Manaf Ağayevin “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunması və fərmanda “Silahlı Qüvvələr tərəfindən təltif olunur” deyə qeyd edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bu adda təşkilatın qeydiyyata alınmadığını vurğulayıb:

“Hər bir qeydiyyatdan keçmiş, dövlət qeydiyyatına alınmış QHT (qeyri-hökumət təşkilatı) fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq fəxri fərman, diplom, təşəkkürnamə və s. mükafatlar təsis və təqdim edə bilər. Sosial şəbəkədə paylaşılıb ki, “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi Manaf Ağayevə belə bir fəxri fərman verib. Ola bilər ki, bu şəxslər ictimai birlik təsis ediblər, ancaq dövlət qeydiyyatına alınmayıblar. Yazılıb ki, “Silahlı Qüvvələr və birlik tərəfindən təltif edilib”. Birlik tərəfindən təltif oluna bilər, ancaq QHT-yə kim icazə verir ki, Silahlı Qüvvələr tərəfindən təltif olunduğu yazılsın?! Hesab edirəm ki, hər bir qeyri-hökumət təşkilatı verdiyi təltifdə öz sahəsinə uyğun məsələlərə diqqət yetirsə, yaxşı olar. İnternet üzərindən apardığımız monitorinqlərdə belə bir təşkilat haqqında məlumat yoxdur”.

“Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyinin sədri Heydər Quliyev isə ünvanına səslənən ittihamları qəbul etməyib:

“Bizim birlik dövlət qeydiyyatına alınıb, sənədlərim var. Mən qanunla iş görürəm. “Silahlı Qüvvələr” sözünə gəldikdə isə bu, texniki səhvdir. O səhvi düzəltdikdən sonra fəxri fərmanı Manaf bəyə təqdim edəcəyik. Manaf Ağayev qazilərin müalicəsində, şəhid ailələrinin toyunda və s. məsələlərdə onlara köməklik edib. Həmçinin Nadir Bayramlı, Kamil Zeynallı və bir çoxları da yardım ediblər”.

H.Quliyev fəxri fərmanda qeyd olunan “Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım” İctimai Birliyi adının da texniki səhv olduğunu, birliyin adının “Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərinə sosial-mədəni yardım” İctimai Birliyi olduğunu əlavə edib.

Manaf Ağayev isə ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirib.

“Mənim belə bir şeydən xəbərim yoxdur. Kimə nə yardım etmişəm, hamısı göz özündədir. Fəxri fərman da lazım deyil. Nəyimə lazımdır o quru kağız?” – deyə Ağayev vurğulayıb.

Heydər Quliyevin Oxu.Az-a göndərdiyi materialları təqdim edirik:

Fəxri fərman diplom

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılır.

AzEdu.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza şagirdlərin valideynləri məlumat veriblər.

Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır.

Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir:

“Dəfələrlə müəllimlərə şikayət etsək də, şikayətlərimiz nəzərə alınmır. Müəllimlər deyirlər ki, diplomlar məcburidir. Hər ay 5 manat verib diplom alırıq”.

Valideynlər bildirirlər ki, bununla bağlı məktəb direktoruna narazılıq etsələr də, direktor bu özbaşınalığa son qoymur. Çarəsiz qalan valideynlər bununla bağlı Təhsil Nazirliyinə müraciət ediblər.

Məsələ ilə bağlı 307 saylı məktəbin direktoru Rövşən Qasımovla əlaqə saxladıq. Direktor məktəbdə şagirdlərə təltifnamə verildiyini təsdiqləsə də, buna görə pul tələb olunduğunu inkar edir.

INDIGO

Diplom, fərman və sertifikatlar uzun müddətdir ki, korporativ həyatın tərkib hissəsinə çevrilib. Müasir zamanda demək olar ki, heç bir mərasim, korporativ hadisə və tədbir diplom və fəxri fərmansız keçmir. Diplom və fərmanlar musabiqə və yarışların qaliblərini, uğurlu həmkar və partnyorları, seminar və sərgilərin qaliblərini qeyd edir. Fərmanlar, diplomlar, təşəkkürnamələr rəsmi sənədlərdir, amma zarafat şəklində də hazırlana bilər. Əgər siz dostlarınız arasında yarış təşkil edirsinizsə, o zaman diplom və fərmanlar daha rəngarəng və şən olmalıdır, amma korporativ tədbirlər üçün nəzərdə tutulmuş diplom və fərmanlar isə ciddi üslubda olmalıdır. Diplom və fəxri fərmanların çapı poliqrafiya mütəxəssisindən xüsusi ustalıq tələb edir. İlk növbədə diplom və fərmanların hansı kağızda çap olunacağını qərarlaşdırmaq lazımdır. Adətən bu A4 formatında olan dizayn və ya təbaşirli kağız olur.

Biz fərman və diplomları aparıcı dünya standartlarına uyğun hazırlayırıq. Onların müasir tələblərə cavab verən professional Avropa avadanlıqlarında çap edilir. Bizim dizaynerlərimiz tərəfindən hazırlanan diplom və fərmanlar öz üslub və zərifliyi ilə heyran edən poliqrafiya sənətinin mükəmməl nümunələrinə çevrilirlər. Bizim hazırladığımız mükafat diplomlarını və fəxri fərmanları verməklə siz həqiqətən təkrarolunmaz, orijinal və gözəl üslublu diplom və fərmanlar vermiş olacaqsınız. “İndigo” sizin üçün uzun müddət bizim vizit kartımıza çevrilmiş yüksək keyfiyyətlə diplom və fəxri fərmanların çapını həyata keçirə bilər. Klassik, müasir, qeyri-adi, orijinal üslublu diplomlar, fərmanlar – biz sizin üçün poliqrafiya sənətinin əsl şah əsərini yaradacağıq. Bunun üçün “İndigo”ya – təmtəraqlı poliqrafiya yaradıcılarına zəng etmək kifayətdir.

  • B.Məcidov küç., 44/46
  • (994 12) 596-17-12/13/14
  • [email protected]

© All Rights Reserved İndigo | Site by Studio De-mar

Comments are closed, but trackbacks and pingbacks are open.