Press "Enter" to skip to content

Genetika Nəyi öyrənir

Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı. Onların əhliləşdirdikləri yabanı bitki sortlarıyeni şəraitdə inkişaf edib əlavə xassələrdə qazqnsalar da öz əcdadlarının ən mühüm xassələrini qoruyub saxlamış və nəsildən – nəslə vermişlər.Əcdad əlamətlərinin nəsildən nəslə ötürülməsi irsiyyət adlanır. Məsələn, əksər otyeyən heyvanların yeni doğulmuş balalarında çox cəld hərəkət etmək xassəsi vardır. Çünki,bu heyvanların vəhşi halda yaşamış əcdadları yırtıcılardan qorunmaq üçün sürətlə qaçmaq xüsusiyyətinə malik olmuşlar.

Genetika (Dərs Vəsaiti)

Genetika (latın sözü olub geneo-törədirəm) irsiyyət və dəyişkənlik haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. İrsiyyət viruslardan, bakteriyalardan, ali bitkilərə, heyvanlara və insana qədər butun canlı orqanizimlərə xas olan ən mühim xüsusiyyət olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür. İrsiyyətin ən vacib xüsusiyyətlərindən biri onun konservativliyidir. Konservativlik irsi xüsusiyyətlərin bir çox nəsillər boyu saxlanılmasıdır. Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır. İrsiyyətin digər nəzərə çarpan xüsusiyyəti onun dəyişkənliyidir. Əgər konservativlik nəsillər boyu fərdlərin oxşarlığını təmin edirsə, dəyişkənlik canlı həyatın müxtəlifliyini təmin edən bir faktordur. Dəyişkənlik orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri əhatə edə bilir. İrsiyyətin konservatizmi və dəyişkənliyi bib-biri ilə sıx bağlı olub, təkamül prosesinin gedişini müəyyən edir. Genetika elminin əsas predmeti irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsi olan təbii seçmə, iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik. İlk dəfə İ.G.Kelreyter (1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini hibridləşdirərək müəyyən etmişdir ki, hibrid bitkilər öz valideynlərinə nisbətən qüvvətli və davamlı olur. Fransız alimi botanik Şarl Noden (1815-1899) bir-birindən bioloji uzaq növlərin arasında hibridlər almağa çalışmışdır. Onun təcrubələrinin nəticələrindən ibarət əsəri Fransa elmlər akademiyasının qızıl medalına layiq görülmüşdür. Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi Greqor Mendeldən (1822-1884) başlayır. O, ilk dəfə olaraq irsiyyətin öyrənilməsində elmə əsaslanan üsul işləyib hazırlamışdır və bitki hibridlərinin üzərində apardığı öz tədqiqatlarında əlamətlərin irsən keçməsinin ən mühüm qanunlarını müəyyən etmişdir. Mendel öz tədqiqatlarının nəticələri ilə ilk dəfə Brno şəhərində təbiətşünaslar cəmiyyətinin iclasında “Bitki hibridləri üzərində tədqiqatlar” adlı məruzə ilə çıxış etmişdir. Bu əsər 1865-ci ildə həmin cəmiyyətin ”Elmi əsərləri”ndə dərc edilmişdir. Lakin müasirləri bu işə lazımi qiymət verməmişdir. ~ 5 ~ Hazırda genetika elminin inkişafını şərti olaraq beş mərhələyə bölürlər. 1900-1912-ci illər genetika elminin inkişafında şərti olaraq birinci mərhələ sayılır. Bu illər ərzində müxtəlif növ bitki və heyvan növləri üzərində G.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və öz təsdiqini tapmışdır. 1900-cü ildə Q.de-Friz (1848-1935) Hollandiyada, K.Korrens (1864-1933) Almaniyada, E.Çermak (1871-1962) Avstriyada müxtəlif bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il öncə Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. 1906-cı ildə ingilis alimi U.Betsonun (1861-1926) təklifi ilə bu elmə “genetika” adı verilmişdir (latın sözü geneo-törədirəm). U.Betsonun toyuqlar, kəpənəklər, laboratoriya gəmiriciləri üzərində, isveç alimi G.Nilson–Elenin dənli bitkilər üzərində polimeriya və kəmiyyət əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857-1927) qarğıdalı, taxıl bitkiləri üzərində apardığı işlər genetika elminin inkişafında mühüm rol oynamışdır. 1909-cu ildə V.İohansen “gen”, ”genotip”, ”fenotip” terminlərini təklif etmiş, təmiz xətlər və populyasiya haqqında təlim yaratmışdır. Genetikanın inkişafında ikinci mərhələnin (təxminən 1912-1925) əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi ilə səciyyələnir. Burada amerikan genetiki T.Morqan (1861-1945) və onun tələbələri A.Stertevant (1892-1970), K.Bridces (1889-1938) və G.Müllerin (1890-1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həllledici rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi əlamətlərgenlər hüceyrə nüvəsinin xromosomlarında cəmlənmişdir. İrsiyyətin xromosom nəzəriyyəsi genetikanın görkəmli nailiyyətlərindən biri olaraq onun gələcək inkişafında və molekulyar biologiyanın yaranmasında aparıcı rol oynamışdır. Genetika elminin tarixi inkişafnın ücüncü (1925-1940) mərhələsi süni yolla yeni mutasiyaların alınması ilə səciyyələnə bilər.Mutasiya nəzəriyyəsinin əsas müddəalarını hələ genetika elminin yaranmasınin ilk illlərində (1902-ci ildə) Q.de-Friz öz əsərlərində dərc etdirmişdir. 1925-ci ildə Q.A.Nadson və onun şagirdi Q.E.Filippov süni yolla maya göbələyinə radium şüaları ilə təsir edərək onlarda mutasiya dəyişkənlikləri müşahidə etmişlər. 1927-ci ildə ABŞ-da G.Müller drozofil milçəklərinə rentgen şüaları ilə təsir edərək mutasiya dəyişkənlikləri əldə etmişdir.

Yükləməyə Keç [3,81 Mb] [ : 3154] –>

Genetika Nəyi öyrənir

Genetika elmi 100 ildən bir az əvvəl müstəqillik qazandı və hibrid həyat formalarının öyrənilməsi ilə başladı. Müasir genetikanın nəzər mərkəzində canlı orqanizmlərin iki əsas xassəsi var – irsiyyət və dəyişkənlik. Genetik elm adamlarının istifadə etdiyi metodlar canlı orqanizmlərin təkamülü ilə birbaşa əlaqəli olan vacib sualları cavablandırmağa imkan verir. Genetika nəyi öyrənir

Genetika və irsiyyət

Genetika, irsiyyət, canlı orqanizmlərin bəzi vacib xüsusiyyətlər və inkişaf xüsusiyyətləri haqqında məlumatları öz nəsillərinə ötürmək üçün universal qabiliyyəti kimi başa düşülür. İrsiyyət canlı orqanizmlərin növlərinin çox uzun müddətə nisbətən dəyişməz qalmasına imkan verir. Bu nəsillərin davamlılığının ifadəsidir. Bütün orqanizmlər növlər, cinslər və ailələr tərəfindən paylanan sistem vahidlərinə qruplaşdırıla bilər. Planetdəki həyatın belə bir sistematik təbiəti məhz irsiyyət sayəsində mümkün oldu. Bu xüsusiyyət sistemləşdirmə çərçivəsində müəyyən edilmiş ayrı-ayrı qruplar daxilində oxşar və fərqli cəhətlərin xarakterik xüsusiyyətlərini qorumağa imkan verir. İrsiyyətin funksiyalarından biri də ardıcıl nəsillərdən keçən bəzi xüsusiyyətlərin qorunmasıdır. Başqa bir funksiya orqanizmlərin inkişafı prosesində baş verən maddələr mübadiləsinin təbiətini təmin etmək və istənilən inkişaf növünü təmin etməkdir. Canlı bir orqanizmin əmələ gəlməsi bir-birini dəqiq bir ardıcıllıqla əvəz edərək bir sıra spesifik mərhələlərdən keçir. Bu cür inkişaf proqramları da genetikanın maraq dairəsindədir.

Dəyişkənlik genetika mövzusu kimi

Genetikanın öyrənilməsi üçün başqa bir mövzu dəyişkənlikdir. Bu xüsusiyyət nəsildən-nəslə miras qalan xüsusiyyətlərin qeyri-sabit qorunmasını əks etdirir. Dəyişkənliyin səbəbi genlərin dəyişməsi və birləşməsindədir. Bu proseslər orqanizmlərin fərdi inkişafı zamanı baş verir. Varislikdən sonra dəyişkənlik Yerdəki həyatın təkamülünün gedişatını təyin edən ikinci ən vacib amil hesab olunur. Genetika irsiyyətinin tədqiqi həyatın müxtəlif səviyyəli təşkilatlanmasını nəzərə alaraq aparılır. Bu vəziyyətdə analiz xromosomal və hüceyrə səviyyəsində başlayaraq tədricən orqanizmlərə və bütün populyasiyalara yüksəlir. Burada istifadə edilən əsas metod, digər şeylər arasında, riyazi statistikanın elementlərini də əhatə edən genetik analiz adlanır. Canlı orqanizmlərin fərdi inkişafında özünü göstərən genlərin dəyişkənliyi ontogenetika adlı bir elm sahəsi çərçivəsində öyrənilir. Buradakı metodların arsenalı olduqca genişdir, immunoloji reaksiyaların, toxuma transplantasiyasının və hətta hüceyrə nüvələrinin analizini əhatə edir. Müasir genetika yuxarıda göstərilən orqanizmlərin həyat formalarının təkamülünü təyin edən xüsusiyyətlərini öyrənmək üçün təsirli vasitələrlə silahlanmışdır.

Genetika nədir

Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı. Onların əhliləşdirdikləri yabanı bitki sortlarıyeni şəraitdə inkişaf edib əlavə xassələrdə qazqnsalar da öz əcdadlarının ən mühüm xassələrini qoruyub saxlamış və nəsildən – nəslə vermişlər.Əcdad əlamətlərinin nəsildən nəslə ötürülməsi irsiyyət adlanır. Məsələn, əksər otyeyən heyvanların yeni doğulmuş balalarında çox cəld hərəkət etmək xassəsi vardır. Çünki,bu heyvanların vəhşi halda yaşamış əcdadları yırtıcılardan qorunmaq üçün sürətlə qaçmaq xüsusiyyətinə malik olmuşlar.

Lakin unutmaq olmaz ki, əcdad əlamətlərinin heç də hamısı nəsildən – nəsilə verilmir. Yaşayış şəraiti və müxtəlif kənar amillərin təsiri nəticəsində bu əlamətlər dəyişkənliyə uğrayır və sonrakı nəsildə başqa şəkildə üzə çıxır. Beləliklə, bəzi əlamət və xassələrin valideyndən fərqli nəsildə dəyişilmiş halda üzə çıxması dəyişkənlik adlanır. Məsələn, itlərin əcdadları vəhşi halda yaşadıqları zaman səsləri dəqiqliklə qəbul edirdilər, ona görə də onların qulaqları dikolmuşdur. Əhliləşdirildikdən sonra itlərin bəzilərində bu funksiya aradan çıxmış və qulaqları sallaq olmuşdur. Yaxud, qanın laxtalanması xassəsi müxtəlif amillərin təsirindən pozulur və ailədə elə uşaqlar doğulur ki, onların qanı laxtalanmır. Belə uşaqlarda kiçik bir yaralanma qanaxmasına səbəb olur və ölümlə nəticələnir. Bu,dəyişkənlikdir.Müasir genetika elmi bitki və heyvanların məhsuldarlığını artırmaq, sağlamlıq,uzunömürlülük kimi problemin həllinə təkan verir. Bununla da genetika iləseleksiyanın möhkəm əlaqəsi yaranır. Genetika elmi seleksiya ilə birlikdə yeni-yenibitki sortları yaradır.Hazırda genetika elmi böyük yaradıcı qüvvəyə malikdir.

Müasir elmi-texnikitərəqqi dövründə genetikanın bir çox sahələri meydana gəlmişdir. Kosmik genetika,tibbi genetika, sitogenetika, kariosistematika, mutasiya genetikası, mühəndislikgenetikası, davranışın genetikası, pedaqoji genetika, cinsiyyətin genetikası və s. elmsahələri bu qəbildəndir.Həyatın əmələ gəlməsi nəzəriyyəsinin, kənd təsərrüfatı, tibbi elmi, kosmikbiologiya və radiobiologiyanın öyrənilməsi və insanın həyata hərtərəfli təsirininaraşdırılması baxımından genetika mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur. 2005-ci ildə İsveç alimləri gen mühəndisliyi nəzəriyyəsinin köməyi iləlaboratoriya şəraitində 35 kiloqram çəkiyə malik olan “Qreta” adlı toyuqyaratmışdırlar.Valideynlərin əlamət xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsinə irsiyyətdeyilir. Nəsil valideynlərindən əcdadın milyon illər sürən təkamül prosesində(filogeniyasında) qazandığı nə varsa onları hazır şəkildə əldə etmiş olur. İnsan rüşeymi9 ay ərzində bu yolu keçərək formalaşır və dünyaya öz məğrur səsi, gözəl əlamət vəxassələri də gəlir. Buna səbəb irsiyyətdir.Genetika insihalını (sözünü, terminini) ilk dəfə 1906-cı ildə B.Betsonişlətmişdir.Valideyn nəslindən, birinin digərindən bu bə ya başqa əlamətinə görəfərqlənməsinə dəyişkənlik deyilir.Genetika elmi irsiyyət və dəyişkənliyi, onun səbəbini, mexanizmini, onları idarəetmək yollarını öyrənən bioloji fənn kimi meydana gəlmişdir.

Genetika bütün biolojifənnlərlə, o cümlədən kənd təsərrüfatı və tibbi elmləri ilə də sıx əlaqədardır. Bu elminəsas mövzusu olan irsiyyət və dəyişkənliyin öyrənilmə tarixi çox qədim dövrlərəaiddir. Lakin proqramla əlaqədar olaraq mətində yaxın dövrlərin tarixi haqqındaməlumat verilir.Hələ Ç. Darvin 1859-cu ildə göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsiolan təbii seçmə iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik ilk dəfə İ.Q.Kelreyter(1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini çarpazlaşma yolu ilə hibridləralmağa çalışırlar.Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi Çex alimi QreqorMendelin (1822-1884) işləri ilə başlayır. 1900-cu ildə üç alim-hollandiyalı Q.de-Friz,alman K.Korrens və avstriyalı K.Çermaq bir-birindən xəbərsiz bitkilər üzərindəçarpazlaşdırma aparıb, Mendelin kəşflərinə uyğun nəticələr çıxartdılar. Onlar öznəticələrini Mendel qanunları ilə elmə daxil etdilər.Genetikanın inkişafında mühüm mərhələlərdən biridə Amerikan alimi TomasMorqandan (1866-1945) başlayır. O, drozofil adlanan milçək üzərində yenieksperimental işləri apararaq irsiyyətin xromosom nəzəriyyəsini irəli sürdü. Təcrübələrgöstərir ki, irsiyyətin maddi əsasları olan genlər xromosomlarda yerləşir.XX əsrin ortalarında genetik tədqiqatlar daha da dərinləşdirildi.

Elektronmikroskopunun, nişanlanmış atomların və s. genetik tədqiqatlara tətbiqi irsiyyətinmolekulyar səviyyədə öyrənməyə və yeni obyektlər-virus və bakteriyalar üzərindətədqiqat aparmağa imkan verdi. Bu dövrdən genetika, biokimya və mikrobiologiya iləbirlikdə inkişaf etməyə başlayaraq, özünün yeni sahəsini – molekulyar genetikanımeydana çıxartdı.Müasir genetika həyat sirlərini öyrənməkdə nəinki genetik analizdən, həmçininkimyəvi, fiziki, riyazi, kibernetika, biokimyəvi , fizioloji və digər metodlardan genişistifadə edir.Bütün elmlər kimi genetikanın özünəməxsus tədqiqat üsulları vardır.1.Hibridoloji üsul. 2.Sitoloji üsul. 3.Onntogenetik üsul.

Mənbə: Nizami Seyidəliyev.” Genetika, seleksiya və toxumçuluq ” adlı dərs vəsaiti

Comments are closed, but trackbacks and pingbacks are open.