Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? QIZIL MƏSLƏHƏTLƏR
Müəllimlərindən kömək istəyin
Uşaqlarda davranış pozuntuları: valideynlər nə etməli? – Psixoloq rəyi
Lakin, İngiltərədə psixiatrik istifadəsi daha məhduddur. Çox vaxt sözü edilən davranış və ya “hərəkətin” ictimai və etik nöqteyi-nəzərdən qiynətləndirilməsi həyata keçirilir.
Beləcə “davranış” termini bəzi uşaqlarda nəzərə çarpan üsyankar, təcavüzkar (aqressiv) davranış, oğurluq və məktəbdən qaçma simptomları ilə təzahür edən bir psixiatrik pozuntu kateqoriyası üçün istifadə edilməkdədir. Davranış pozuntusu uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını əməllərinə köçürməsi nəticəsində ortaya çıxır. Hər 10 uşaqdan 7-də davranış pozuntusuna rast gəlinir.
Daha çox 3-6 yaş dövründə olan uşaqlarda müşahidə edilir. Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin “mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur. Ona görə də, bu yaş dövründəki uşaqlara daha çox diqqət göstərilməli, davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir. Davranış pozuntuları müxtəlifdir və uşaqlarda 13 yaşa qədər ortaya çıxır. Bu tip uşaqlarda yeniyetməlik çətin keçir, pis vərdişlərə meyillik müşahidə olunur.
Ən çox rast gəlinən davranış pozuntuları:
– Uzun müddət davam edən aqressiv davranışlar
– Yalanlar və yaxud hadisələrin şişirdilməsi
– Qaydaları pozmaq
– Heyvanlara, əşyalara zərər vermə
– Təcavüzkar davranışlar
– Uyğunsuz ifadələrin işlədilməsi
– Dırnaq yemə və barmaq əmmə
– Əssasız qorxular
– Aşırı hərəkətlilik
– Kaprizlər
Davranış pozuntularının əsas səbəbləri:
– Diqqət çəkmək istəyi
– Özünü təsdiq etmə istəyi
– Valideynlərdən intiqam alma istəyi
– Özünü xatırlatma
Diqqət çəkmək istəyi – uşaqlar hər zaman diqqət mərkəzində olmaq istədiyi üçün ailədən lazım olan qayğını ala bilmədikdə bəzən mənfi yollara əl atırlar. Məs: əşyaları yerə atma, aqressiv davranış, qışqırma, özünə zərər vermə və s.
Özünü təsdiq etmə istəyi – Bəzən valideynlər uşağa həddindən artıq diqqət göstərir və ya aşırı qadağalar qoyur. Hətta uşağın etməli olduğunu özləri edirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiq etmə istəyi ortaya çıxır. Bunun əsas səbəbi azyaşlılarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur.
Valideynlərdən intiqam alma istəyi – Bu əsasən diktator tipli ailələrdə yaranan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət göstərmir. Belə halda uşaqda valideynlərindən intiqam almaq istəyir formalaşır və sadaladığımız davranışlar ortaya çıxır.
Özünü xatırlatma – Bu davranış özünü ən çox mühafizəkar ailələrdə biruzə verir. Belə olan halda uşağın şəxsiyyətində inkişaf ləngiyir və özünə inamsızlıq yaranır. Azyaşlı daim özünü mənfi davranışlarla xatırladır.
Davranış pozuntusu olan uşaqlarla daha çox vaxt keçirmək, sevgi göstərmək, özünə inam hissini aşılamaq, problemləri ilə maraqlanmaq xüsusilə vacibdir. Davranış pozuntusu aşkar edildikdə uşaq psixoloquna və ya psixoterapevtə müraciət etmək mütləqdir. Çünki, kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası daha asan olur.
Milli.Az
Leyla Əli, uşaq psixoloqu
Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? – QIZIL MƏSLƏHƏTLƏR
Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər.
Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir.
Hətta bəziləri istəksizliyini “məktəbə getmək istəmirəm” deyə ifadə etmək yerinə “ayaqqabım sıxır”, “qarnım ağrıyır” kimi bəhanalər səsləndirirlər.
Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər.
Medicina.az bildirir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər.
Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı?
Məktəb bazarlığını birlikdə edin
Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.
Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın
Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.
Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin
Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın.
Müəllimlərindən kömək istəyin
Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun.
Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın
Əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər. Buna görə uşaqdan məktəbdə zövq aldığı dərsləri, nüansları öyrənin. Uşaqdan cavabını ala bilmədiyiniz “dərslər necə” keçdi kimi suallar soruşacağınıza, “idman dərsində nə oynadınız” kimi şeyləri soruşun. Uşaq bu suallara zövqlə cavab verəcək. Bununla uşağın məktəbin əyləncəli tərəflərini görməsinə şərait yaradacaqsınız.
Bir problem olduğunun fərqinə varmısınızsa, mütəxəssisdən yardım almaqdan çəkinməyin
Uşaqların sadaladığımız bu problemləri əslində bir neçə həftə içərisində həll olmalıdır. Lakin hər hansı dəyişiklik olmursa, uşaq yenə eyni əhval-ruhiyyədədirsə, bəhanələr səsləndirirsə, mütəxəssisə müraciət edin.
Xüsusi qeyd: mükəmməl uşaq anlayışı ilə qiymətləri çox yaxşı olan uşaq anlayışını qarışdırmayın.
Aşağıda yazılanları mütləq edin!
– Məktəbdən gələndə uşağınızdan gününün necə keçdiyini soruşun.
– Bütün suallarına sıxılmadan cavab verin.
– Bəzi məsələlərdə ondan fikrini soruşun.
– Uşağınızla iş birliyi edin.
– Uşağa hansısa iş verib, məsuliyyət yükləməkdən qorxmayın.
– Sözlə də, hərəkətlə də ona dəyərli olduğunu hiss etdirin.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.