Press "Enter" to skip to content

Xırdalanın ən böyük geyim mağazası açıldı – “Azəri still” hər kəsi heyran etdi (VİDEO)

Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.

Milli geyimlərimiz

Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.

İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.

İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.

Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.

Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.

İlk olaraq ətəklər meydana gəlib. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları ələ keçirmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi şalvarlar meydana gəldi.

Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə hesab edilirdi ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.

Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərinin nəticəsində bir çox Şərq geyim üslubları, parçalar və bəzək əşyaları Qərbə yol tapdı.

Milli geyimlər
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.

Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.

XVII əsrdən etibarən Azərbaycan ipəkçilik və parçaçılıq sahəsində məşhur idi. Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.

Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

XVI — XVII yüzilliklərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmiş, milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. Geyimin forması onun yiyəsinin ailə vəziyyətini də əks etdirirdi. Subay qızların geyimləri evli qadınlardan fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.

Bu dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu.

Kişilər ayaqları dar, yuxarı getdikcə enlənən şalvar geyinirdilər. Şalvarların rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə qadınlar da dabana qədər uzanan şalvarlar geyinirdilər. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.

XVIII əsrdə qadın geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Cavan gəlinlər isə daha gözəl və zəngin geyinirdilər.

Kişi geyimləri isə köynək, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. Bir sözlə, geyimlər onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi.

Ləyaqət rəmzi papaqlar
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilirdi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.

Kişilərin isə əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Kişinin başından papağı vurub salmaq onu və bütün nəslini təhqir etmək demək idi. Papağın formasına görə onun sahibinin sosial vəziyyətini müəyyənləşdirmək olardı.

Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab edilirdi.

P.S. Tarixən bütün Şərq ölkələrində insanı geyiminə görə qarşılayıblar. Günümüzdə də bu ənənə bir çox ölkələrdə mövcudluğunu saxlayır. Yalnız bunu nəzərə alsaq, geyimin nə qədər mühüm bir vasitə olduğunu düşünmək yetər.

Mənbə: «Discovery Azərbaycan» jurnalı

Xırdalanın ən böyük geyim mağazası açıldı – “Azəri still” hər kəsi heyran etdi (VİDEO)

Mağazada kişi, qadın, uşaq geyimləri bölümü, yeni doğulmuş körpələr üçün rəngli geyimlər, oyuncaqlar satılan bölüm və ev tekistili satılan bölüm var.

Bu da son deyil uşaqların daha əyləncəli, daha xoşbəxt, qayğısız olması üçün mağazada uşaq əyləncə mərkəzim, kafe bölümü də sizin xidmətinizdədir.

Kişi Bölümündə: istədiyiniz çeşiddə ayaqqabılar, klassik, sport modelli köynəklər, cins şalvarlar, aksesuarlar, istədiyiniz markadan olan parfumlər satılır. Orginal türk istehsallı olan geyimlər həm dəblidir, həm də sərfəlidir.

Qadın Bölümündə: rəngarəng ayaqqabı, cins, köynək çeşidləri, sizi hər zaman özəl göstərən çantalar, aksesuarlar və parfümlər və daha nələr nələr xanımları gözləyir. Gedin, seçin, alın və razı qalın. Bu “Azəristill”in fərqidir.

Uşaq bölümündə: Uşaqlar üçün hər çeşiddə ayaqqabılar, cinslər, dəstlər köynəklər, gödəkçələr mövcuddur. “Azəri still”də uşaqlar üçün oyuncaqları alıb övladlarınızın təbəssümünə səbəb ola bilərsiz.

Alış veriş zamanı uşaqlarınızın və sizin yorulmamanız üçün uşaq əyləncə mərkəzi də xidmətinizdədir. “Uşaqların sevinci bizim sevincimizdir” adı ilə fəaliyyət göstərən uşaq əyləncə mərkəzində dayələr uşaqlarınızı nəzarətdə saxlayacaqlar.

Ev tekstili bölümündə müxtəlif növ, zövqünüzə uyğun divan örtüklərini, hamam dəstlərini, çay dəsmallarını, evinizə yaraşan xalça və divar saatlarını alıb evinizi daha da gözəlləşdirə bilərsiz.

Azəri still sizi düşünürək kafe bölümünü də sizə təqdim edir. Kafedə müxtəlif növ şirniyyatlardan dadaraq, somavar çayından, kofedən dadaraq alış verişin yorğunluğunu çıxarda bilərsiz.

Mağazada real endirimlər də var. Hədiyyə kartlarını əldə edib, alış-verişi daha sərfəli edə bilərsiz.

Azəri still sizə komfort bəxş edən ünvandır. Açılışıla bağlı 10 faiz endirim sizi gözləyir.

Mağazanın açılışında məşhur simalar əməkdar artisti Elnarə Abdullayeva, Emil Bədəlov , Şəbnəm Tovuzlu, Mirələm Mirələmov, meyxanaçı Yaşar, teleaparıcılar Vüsalə Kərimova, Murad Əzimzadə, aktyor Həsrət Həsrətov və Rəsul Abbasov iştirak edib.

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67. Heydər Əliyev parkı ilə üzbəüz.

İnsanın geyim mədəniyyəti necə formalaşır?

Geyimlər insanın daxili aləminin xarici təzahürüdür. İnsanların geyimlərinə baxaraq, onların xarakteri, xasiyyəti, daxili aləmi haqqında ilkin qənaətə gəlmək mümkündür. Amma bəzən daxili aləmlə geyim tərzi üst-üstə düşməyə də bilər. Ataların “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” deyimi lap yerinə düşür.

Psixoloqların fikrincə, seçilən geyimlə xarakterin çox zaman əlaqəsi olmasa da, geyimlər insanlar haqqında müəyyən fikirlərin yaranmasına səbəb ola bilir. Mütəxəssislər insanların geyimlərinin ətrafda yaratdığı təəssürat barəsində müxtəlif fikirlər irəli sürürlər. İşgüzar kostyum insanlarda sizə qarşı inam hissi yaradar. Belə geyimlər, bacarıq və hər bir işin öhdəsindən gəlmə gücünüzü nümayiş etdirir. Modelyer Nərmin İsmayılova məsləhət görür ki, iş görüşmələrinə gedən zaman ancaq ciddi işgüzar kostyumlara üstünlük vermək lazımdır. “Bunu sınamağa dəyər. Ciddi iş geyimləri insanlarda sizə qarşı hörmət hissi də aşılayır. Ciddi geyinmiş insanlara hər kəs dəyər verir. Belə geyimlərdə edəcəyiniz xahişlər çox nadir hallarda reallaşmaya bilər. Enli paltarlar sizi diqqət mərkəzindən kənarda qoyacaq. Siz üstünüzə oturmayan geyimlərdən ancaq evdə istifadə edə bilərsiniz. Belə bir geyimlə siz həyatından bezmiş qadın təəssüratı yaradacaqsınız”.

Müsahibim bildirir ki, hazırda qızlarımızın çoxu moda qurbanına çevrilib. Kim nə istədi, özünə uyğun olsa da, olmasa da geyinir. “Beldən aşağı, enli şalvarlar, qısa topiklər, dizdən çox yuxarı mini ətəklər, çiyni çox açıq köynəklər, başqa ölkələrdə dəbdə olsa da, bizim bəzi qızlarımız belə geyimlərə həddən artıq üstünlük verdiyindən, bayağı bir görkəm yaradırlar. Bəzən görürsən ki, dar dəridən hazırlanmış geyimdə olan bir xanım universitetə gəlir. Müəllim və ya tələbə olmasından asılı olmayaraq, bu insanlarda həmin qadının dərsdən başqa hər şey haqqında düşündüyü fikrini formalaşdırır. Düzünü deyim, qadınlarımız geyim tərzini bilmirlər, hara nə istədilər, onu da geyinirlər. Ya da həddən artıq modaya aludə olub, özlərini klouna bənzədirlər”.

Modelyer məsləhət görür ki, insan hər zaman rahat olduğu geyimlərə üstünlük verməlidir. Geyim seçərkən çalışmaq lazımdır ki, xarakterlə geyim bir-birinə uyğun gəlsin.

19 yaşlı tələbə İlhamə Əliyeva deyir ki, Qazaxdan Bakıya gələndə nə geyinəcəyini çox düşünürmüş. “Düzdür, bizim rayonda da müasir geyinən qızlar var. Amma onlara çox da yaxşı baxmırlar. Universitetə qəbul olandan sonra bir neçə gün geyim barəsində düşündüm. Mən Bakıda nə geyinəcəkdim. Təbii ki, universitetə hər gün geyindiyim güllü ətəyimi və ya enli şalvarımı geyə bilməzdim. Yenilik etmək lazım idi. Bakıya gələn kimi mağazalardan birinə girib, özümə satıcı xanımın məsləhəti ilə geyimlər aldım. Birinci dərs günü hamının nəzərləri məndə idi. Paltarım çox qısa olduğundan, bütün tələbələr mənə baxırdılar. Mənim də fikrim geyimimin yanında qalmışdı. Əlimlə paltarın ətəyini aşağı dartır, dizlərimi örtməyə çalışırdım. İlk dərs günüm bərbad olmuşdu. Evə gələn kimi paltarı çıxarıb, bir kənara atdım. Bu, mənim xarakterimə uyğun deyildi. Kənddə geyindiyim paltarlarda özümü bu qədər narahat hiss etməmişdim. Mənə elə gəlirdi ki, hamı mənə əxlaqsız kimi baxır”.

Azər İsayev isə qadınların geyimindən bəzən çox narazı olduğunu deyir. “Bəzən görürsən 50 yaşında, kök bir qadın zorla əyninə dar şalvarı keçirib. Bədənin artıq hissələri bir kənara, axı, bu geyim onun yaşına da uyğun deyil. Bəzən düşünürəm, görəsən, bu insanlar evdən çıxanda, güzgüyə baxmırlarmı?!”

Nihad Allahverdiyev isə universitet müəllimlərinin və tələbələrinin geyimlərindən narazı olduğunu deyir. “Vallah, qızlar elə geyinirlər ki, dərs düşünmək adamın yadından çıxır. İstər cavan müəllimlərimiz olsun, istər tələbə yoldaşlarım, çox açıq və dar geyimlər geyinirlər. Bu, təkcə mənim deyil, qrupdakı bütün oğlanların fikrini yayındırır. Şəxsən mən bacımı elə açıq geyinməyə qoymaram”.

Sosioloq Yunis Dürüstün fikrincə, geyim mədəniyyətində də əsas faktorlar kimi adət-ənənə, ümumi mühit, dini düşüncə və inanclar, ümumi dünyagörüşü və zəka səviyyəsi, iqtisadi durum və coğrafi şərtlər əsas rol oynayır. Bu amillərin hər biri istənilən toplumun, o cümlədən də bizim cəmiyyətin geyim mədəniyyətini formalaşdırır. Mühit amilinin təsiri də kifayət qədər böyükdür. Ümumi dünyagörüşü və zəka səviyyəsi amili də, həyatın hər məsələsində olduğu kimi, geyim məsələsində şübhəsiz ki, çox mühüm rol oynayır. “Məsələn, bir gənc çevrəsində gördüyü hansısa bir gəncin bahalı bir geyimindən xoşu gəlir və onun şüuraltında həmin geyimdən onda da olması arzusu yaranır. Və ya tutaq ki, adət-ənənələrin geniş təşəkkül tapdığı bir regionumuzun tipik bir ailəsindən olan və təbii ki, geyimi də daha mühafizəkar olan bir qız ali məktəbə daxil olaraq, Bakıya burda yaşamağa başlayır. O, getdikcə mühitin və xüsusilə çevrəsindəki rəfiqə və tanışlarının təsiri ilə zamanla geyimində də onlara oxşamağa başlayır”.

Sosiloqun dediyinə görə, indiki halda mühit amili adət-ənənə amili ilə birbaşa təsirə girmiş olur və mühit amili üstün olmağa başlayır. Yəni, bütövlükdə mədəniyyətin formalaşmasında olduğu kimi, geyim mədəniyyətində də bu amillərin hər biri bir-biri ilə sıx bağlıdır. Konkret bizim cəmiyyətimizdə geyim mədəniyyətində ümumi dünyagörüşü amili ilə yanaşı adət-ənənə, ümumi mühit, dini dünyagörüşü və fikirlər, iqtisadi amil əsas rolu oynayır. “Tutaq ki, daha aqressiv bir xarakterə sahib bir gəncə daha çox özü kimi aqressivliyi ilə fəqrlənən obrazın təsir etmək potensialı daha çoxdur. Və ya daha çox fiziki keyfiyyətlərə önəm verən bir xanıma daha çox elə fiziki özəllikləri ilə ön plana çıxan bir obrazın təsir etməsi daha güclü ehtimaldır. Şəxsən mənim belə bir tezisim var ki, daha savadlı və zəka səviyyəsi daha yüksək insan daha az aqressiv və daha çox realist olur. Daha realist insanların da ətrafdan və mühitdən təsirlənmək ehtimalı daha az olur. Onlar, belə desək, hər bir məsələdə özünəməxsus fikrə, düşüncəyə sahib olduğu üçün geyim mədəniyyətlətlərində də bu, özünü göstərir. Bizdə təəssüf ki, təhsil və elm sahəsində cəmiyyət ümumi olaraq müəyyən böhran içində olduğundan, xüsusən son 15-20 ildə yetişmış gənclər daha zəif zəka və dünyagörüşünə sahibdirlər, öncəki nəsilə görə. Həmçinin də biz qonşu ölkələrdən də bu cəhətdən kifayət qədər geri qalırıq. Dolayısıyla da bizim gənclərin, ətrafından və KİV və internetdən təsirlənməsi daha çox ola bilir. Buna görə də biz əslində müsəlman köklü və özünəxas mental keyfiyyətləri olan cəmiyyət olmağımıza baxmayaraq, bu mental dəyərlərdən çox fərqli xüsusiyyətləri təbliğ edən vasitə və məlumatlar bizə kifayət qədər təsir edə bilir və bu geyim seçimində də öz təsirini gəstərir” deyən həmsöhbətimizin sözlərinə görə, son illər geyim mədəniyyətimizi daha çox hansısa serial və ya şou-biznes qəhrəmanları formalaşdırırlar.

Express.az

Comments are closed, but trackbacks and pingbacks are open.