Xi-xix əsrlərdə geyim formalarının analizi” mövzusunda magistr dissertasiyasi
XVIII yüzildə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.
“Binə” və “Sədərək”dəki geyimlər və avto ehtiyat hissələri – SƏNƏDSİZ SATILIR – NAZİRLİKDƏN AÇIQLAMA
Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur?
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” və “Oflayn rejimdə”. Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.
İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: “Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır”.
Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, “Binə” və “Sədərək”dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır.
Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: “Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək”.
Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: “Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq”.
Sosial Baxılıb: 3642 Tarix: 19 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Xi-xix əsrlərdə geyim formalarının analizi” mövzusunda magistr dissertasiyasi
qərar tutan əcdadlarımızın yaşı milyon ili ötüb keçir.
Qafqazın dilbər güşəsinin əzəli və əbədi sakini,sahibi olan xalqımız minilliklər
boyu özünün maddi və mənəvi dünyasını yaratmış, yaşatmış və inkişaf etdirmişdir.
Zəngin tarixə gözəl mədəniyyətə malik olan Azərbaycan incəsənətinin ən gözəl nümunəsi olan geyimləri özorijinallığı, estetik görünüşü baxımından dünya geyim mədəniyyətinin özünəməxsus və ayrılmaz tərkib hissələrindənbiridir.
Azərbaycan geyim nümunələri dünya geyim mədəniyyətinin inkişafında həmişə aparıcı rol oynamış, həmçininAzərbaycan geyim dəstlərinin elementləri özlüyündə paraktikliyi, orijinallığı, parlaqlığı, estetik görünüşü,funksionallığı baxımından digər xalqların geyim nümunələrinə də daxil olmuşdur.Azərbaycanın milli geyimləri çox mürəkkəbvəuzun inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətininnəticəsidir. Xalqın tarixi ilə sıx bağlı olan geyimlər, onun tarixi mədəniyyətini bədiidəyərlərini öyrənmək üçünqiymətli mənbələrdən biri hesab olunur. Geyimlər
tarixietnik məsələlərini aydınlaşdırmaqla, xalqlar arasında mədənitarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı rol oynamaqla yanaşı xalqın həmtəsərrüfat sahələrinin səviyyəsindən həm də coğrafi şəraitdən asılı
olmuşdur.Xalqın tarixi,mənəviəxlaqi etnoqrafik və bədii xusüsiyyətləri öz əksini milli geyimlərdə göstərir. Bu xüsusiyyət həmmüəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzəverir. Geyim mədəniyyətinin ilkin izlərinin tarixi qədim daşdövrünə aid edilir. Məlumdur ki, geyim mədəniyyətinininkişafında təbiicoğrafi şərait, xüsusilə iqlimin rolu böyük olmuşdur.
Buraya əhalinin dünyagörüşü, mənəvi-əxlaqi, sosial-iqtisadi durumu da daxildir. Azərbaycan xalqı geyimlərindəistifadə elədikləri materialın rahatlığına,
gözəlliyinə və keyfiyyətinə, həm də geyimlərin funksionallığına xüsusi diqqətyetirirdilər. Elə geyimə göstərdikləri bu diqqətin nəticəsində də Azərbaycan xalqının
geyim sənəti geyim incəsənətisəviyyəsinə qədər yüksəlmiş, tarix boyu öz gözəlliyirahatlığı, rəng seçimi və uyarlılığı ilə hər kəsi valehetmişdir.Geyimlər xalqın tarixi ilə çox sıx əlaqədardır. Azərbaycan milli geyimlərində xüsusilə, biçimlərində,
forma vətikmə elementlərində, bəzək ünsürlərində xalqın dünyagörüşü, estetik
zövqü, uzaq keçmişlərdən gələn adətənənəsiqabarıq şəkildə əks olunurdu.
Bütün bu xüsusiyyətlərsayəsində geyimi geyinənşəxsin yaşını, peşəsinihəmçinin hansı təbəqəyə mənsubluğunu bilmək olurdu.Etnoqrafiya elmi geyimləri və bəzəkləri maddi mədəniyyətinmühüm tərkib hissəsi kimi qəbul edir və öyrənir. Bu sahələrin dəqiqliklə araşdırılması xalqın milli xüsusiyyətlərinininkişaf səviyyəsini,
estetikzövqünü göstərməklə yanaşı, etnik və sinfimənsubiyyətinin müəyyənləşdirilməsindəqiymətli mənbə kimi istifadəolunur.
Təsadüfi deyildir ki, geyim və bəzəklər öz məqsəd, məram və məzmunu etibariləmənəvi mədəniyyətin də tədqiqinə işıq salır, köməklik göstərir. Əsrlərcə arxaikliyini və öz dəyişikliyini qoruyubsaxlayan geyimlər və bəzəklərmüəyyən mənada xalqın etnik məsələsinin öyrənilməsindəyardımçı olur.
İlk baxışdansadə görünsədə, elmi cəhətdən o qədər də maraq doğurmayan geyim və bəzəklər hər hansıbir xalqın mənşəyininaraşdırılmasında, onun mərhələ-mərhələ get-gedə öyrənilməsində mühüm mənbələrdən və əsas qaynaqlardandır.
Geyim hər şeydən əvvəl sağlamlıqdı, cansağlığıdı. İnsanı soyuqdan, istidən qoruyan örtükdü, dondu. Eyni zamandagözəllikdi, mənəvi üstünlükdü.
Abırismətdi, əxlaqi, tərbiyəvi zənginlikdi, zövqüsəfadı, əhvaruhiyyədi, mənalı,məzmunlu dünyagörüşüdü.Təbiətin tacı, yer üzünün əşrəfi insan ilk dəfə dünyaya gələndə əlverişli isti iqlim şəraitinə uyar libasa ehtiyacduymamış, çılpaq gəzmiş, güzəran keçirmişdir. Görünür hələ ibtidai insanın əqli, düşüncə tərzi də gəlib o səviyyəyəçatmamışdır.
Zaman keçdikçə, iqlim dəyişdikcə aqil insan təbiətlə mübarizə aparmaq, soyuqdan qorunmaq məqsədilə geyimdəstini yaratmışdır. Həm də sağlamlıq mənbəyi kimi, ismət örtüyü kimi, estetik-gözəllik rəmzi kimi.Azərbaycandatarixən təbii-coğrafi şərait, bir çox sahələrin: ipəkçilik, pambıq istehsalının inkişafına səbəb olmuşdur. Bu sahələrininkişafı milli geyimlərin də hazırlanmasında əsas rolu olan parçaların istehsalını artırdı və bunun nəticəsində milligeyimlərdə dirçəlmə nəzərə
Ənənəvi milli qadın libasları öz füsinkar gözəlliyi ilə, diqqət cəlb edən naxışlarıyla, zəngin rəng çalarları və qeyri-adiliyi ilə insanı valeh edirdi .
Milli geyimlərin əsas özəyi olan, dekorativ tətbiqi sənət, parçalarda bəzək
nümunələrikimi öz əksini tapırdı. Azərbaycanda gözəl nümunəvi parçaları hazırda
da dünyanın bir neçə məşhur muzeylərindəsaxlanmaqdadır. Azərbaycanınmüxtəlif bölgələridə milli geyimlərin formalaşması və inkişafında böyük roloynamışdır.
Azərbaycanın bölgələrində milli geyimlərin tikilişvəkəsimi öz formasını saxlasada bəzi geyimnümunlərindəartıq nəzərə çarpacaq dərəcədə dəyişikliklər baş
Cavan qızla ailəli qadınlararasında geyinöqteyinəzərdən gözlə görünəcək qədər
fərqlər hiss olurdu. Cavan gəlinləringeyimi daha gözəl vəzəngin olurdu.
Qızlar və yaşlı qadınlar geyimlərində bəzək əşyalarından az istifadə edirdilər.
Kişi geyimləri də qadın geyimləri kimi zonalarda əsasən eyniformada idi. Yaşlıların geyimi ilə uşaqların geyimi oxşarlıq təşkil eləsə də, tikiliş fərqi və elementlərinə görə fərqlənirdi.Şənlik geyimləri əsasən bahalı parçalarla tikilməklə yanaşı
gündəlik geyimlərdən fərqlənərək müxtəlif gümüş, qızılbəzək elementləri ilə adi geyimlərdən seçilirdi.
Azərbaycanın milli geyimləri öz növbəsində əsasən, biçiminə, formasına, tik
iş elementlərinə, bəzəklərinə, yerlixalqının dünyagörüşünə, estetik zövqünə, adət – ənənəsini kəskin şəkildə biruzə verirdi. Və beləliklə, XIX yüzillikdənbaşlayaraq
Azərbaycanın milli geyimləri getdikçə sıradan çıxması və dəyişikliyə məruz qalması ilə səciyyələnir.
Tarixdən də bilindiyi kimi XIX yüzillikdə Azərbaycana xaricdən gətiriən sadə
biçimvətikilişli bəzəksiz geyimlərgetdikcə yayılmış, və tədricən rayonlara,kəndlərə
yayılaraq demək olar milli geyimlərimizin sıradan çıxmasına gətirib çıxarmışdır.
Mövzunu aktuallığı: Azərbaycan milli xalq geyimlərinin təkamülü müəyyən qədər tədqiq edilmişdir. Geyimlərin sağlam və keyfiyətli parçalarla təmin edilməsi, azərabyacanın milli mədəni tarixi olan geyimlərin indiki dövrümüzdədə müəyyən qədər istifadə olunması xalq mədəniyyətimizin göstəricisidir.
Dissertasiya işin strukturu və həcmi:Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısınnan ibarətdir.
“ Geyim xalqın maddi-mənəvi irsi kimi ” adlı I Fəsildə Azərbaycan milli geyimlərinin xronologiyası araşdırılır və geyim materiallarının təhlili açıqlanır.
“ Azərbaycan milli geyim formaları ” adlanan II Fəsildə kişi və qadın geyim formaları, geyimlərdə forma, biçim, tikilişlər və bədii tikmələr araşdırılır.
“ Azərbaycan geyim xüsusiyyətləri ” adlanan III Fəsildə Azərbaycan geyim materiallarının istehsalı və geyimlərin kompozisiya tərtibatında bəzək əşyalarının və bəzək ünsürlərinin rolu təhlil edilir.
I FƏSİL. MİLLİ GEYİMLƏR AZƏRBAYCAN XALQININ MADDİ-MƏNƏVİ İRSİ KİMİ.
1.1 Azərbaycan milli geyimlərin xronologiyası.
Geyimlər xalqların tarixi ilə sıx əlaqəlidir. Xalqın inkişafı geyimlərdə öz əksini tapır. Geyimlər xalqların tarix boyu keçdiyi inkişaf yolunu əks etdirən bir güzgüdür. Azərbaycanın milli geyimləri də uzun və çox mürəkkəb inkişaf yolu keçmişdir. Milli geyimlər xalqın tarixi ilə bilavasitə bağlı olduğu üçün, mədəniyyəti öyrənmək üçün qiymətli mənbələrdən biri hesab edilir. Milli geyimlər xalqların maddi mədəniyyətlərini, milli xüsusiyyətlərini özündə ehtiva edir. Milli geyimlər daha çox sabit etnik əlamətləri özündə əks etdirir.
Azərbaycan təbiətinin əlverişli olması bir çox istiqamətlərlə yanaşı pambıqçılığın və ipəkçiliyin inkişafına öz təsirini göstərmişdir. Bu isə öz növbəsində parça istehsalının geniş vüsat alması deməkdir. Parça istehsalının artması milli geyimlərə də öz təsirini göstərdi və bu zaman kəsimini Azərbaycan milli geyimlərinin dirçəliş dövrü kimi xarakterizə edilə bilər.
Milli geyimlər xalqımızın milli mədəni xüsusiyyətlərini özündə ehtiva edən ən qiymətli mənbədir. Geyimlər özündə – xalq yaradıcılığının bədii xüsusiyyətlərini, onların formalaşma tarixini, bəzək naxışları, toxuculuğun inkişafını əks etdirdiyi üçün unikal bir vasitədir. XVII əsrdə Azərbaycan Yaxın Şərqin inkişaf etmiş bir ipəkçilik ölkəsi idi. Şirvan əyaləti ölkədə ipəkçiliyin inkişafına görə ən ön sıralarda qərarlaşmışdı. Həmçinin Şamaxı, Gəncə, Şəki, Şuşada da ipəkçilik kifayət qədər inkişaf etmişdi. Bu bölgələrdə ipəkdən bəzəkli, naxışlı, zərif qadın baş örtükləri istehsal edilirdi.
Orta əsrlərdə geyim tərzi onun sahibinin yaşını, ailə vəziyyətini əks etdirirdi. Subay qızların geyimləri ilə evli qadınların geyimləri bir-birindən bir çox detalları ilə fərqlənirdi. Gənc qızların geyimlərində daha parlaq parçalardan istifadə edilirdi və bu geyimlər xüsusi zövqlə tikilirdi. Bu dövrdə kişi geyimi sahibinin hansı təbəqəyə aid olduğunu bariz əks etdirirdi. Bu dövrə məxsus uşaq geyimlərində xüsusi fərqlilik gözə çarpır. Uşaq geyimləri forması ilə böyüklərin geyimi ilə eyni olsada, onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda qadın geyimləri alt və üst geyimlərdən ibarət idi. Üst geyimi- çiyinüstü və bel geyimlərindən ibarət idi. Çiyinüstü geyim dedikdə arxalıq və çəpkən nəzərdə tutulur. Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyim növlərindən biri hesab edilirdi. Arxalıq adətən ipək parçalardan tikilirdi. Əslində tikilişdə istifadə olunan parça sahibinin maddı vəziyyətini də göstərirdi. Çəpkən – çiyinüstü, daxili örtməsi olan və yalançı qollara sahib qadın üst geyim formasıdır. Çəpkən tirmədən, yundan, məxmərdən və ipək parçalardan tikilirdi. (şəkil.1)
Ləbbadə – çiyinüstü üst geyimidir. Yaxası açıq tikilirdi. Yundan, məxmər və başqa parçalardan tikilirdi.
Küləcə – qadın çiyinüstü geyimidir. Belə qədər düz, ətəyi isə büzməli olurdu.
Baharı – sırmalı daxili örtməli qadın çiyinüstü geyim növüdür. Əsasən tafta paçalardan tikilirdi.
Kürdü – qadın geyimi. Geyimin tikilişində yundan istifadə olunurdu, xəz dəri və sıx naxışlarla bəzədilirdi.
Eşmek – tirmə və məxmərdən tikilən qadın üst geyimidir Geyimin yaxası, ətəyi və qolları safsar xəz dərisi ilə, qızılı şəbəkə torla və lentlə bəzədilirdi.
Qadın üst geyimi – bir neçə ətəkdən, cüt kənardan və çahçurdan (köhnə qadın enli şalvarı) ibarət idi.Şəhər ərazisində yaşayan qadınlar evdən çıxdıqları zaman ətəyin üstündən çahçur geyinərdilər.
Kişi milli üst geyimi – arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi.
Arxalıq – ipək, atlas, kaşmir, (nazik yun) mahud, (parça növü) atlas və başqa parçalardan tikilirdi. Çiyin üstü geyimdir,uzun və beli ensiz olurdu.
Qaba – kişi çiyinüstü üst geyimidir. Tikilişində tirmədən istifadə edilirdi.
Çuxa – Qoyun dərisindən tikilirdi, içi əsasən tüklü olurdu. Düyməsiz, naxışlı üst geyimidir.(şəkil.2)
Milli geyimlərin tamamlayıcı elementi müxtəlif baş geyimləri və ayaqqabılar hesab olunur. Həmçinin yerli zərgərlər tərəfindən hazırlanmış zərgərlik nümunələri də milli geyimlərin tamamlayıcı detallarlarından biridir. Qadın zərgərlik məhsulları əsasən onların istifadə edilməsi formalarına uyğun olaraq, baş, boyun, sinə, bel, bilək hissələrinə bölünürdülər.
Ornament – Azərbaycan xalqının qədim naxışqoyma sənətinin oxşarıdır. Düz və sınıq xətlər, ziqzaqlar, dairələr, üçbucaqlar, kiçik bərabərtərəfli dördbucaqlı, nöqtə ornamentinə erkən bürünc dövrünə aid bişmiş qablar üzərində rast gəlinir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində yerli istehsal olan qanavuz, darayı, məxmərdə naxış işləmələrindən geniş istifadə edilirdi. Bu parçalar əsasən Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və s şəhərlərdə istehsal edilirdi. Parçaları bəzəmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü metal vallardan istifadə edilərdi. Parçalar bitkilərdən əldə olunan təbii boyalarla rənglənirdi. Azərbaycan naxışlarında ən çox sevilən motivlər- gül, nərgiz, qərənfil, lalə, lili (zanbaq) və meyvə ağaclarının (nar, heyva, ərik) çiçəkləri, həmçinin müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışlarda həndəsi şəkilli bəzəklərdən də istifadə edilirdi. Bu dövrdə naxışlarda quş rəsmlərinə üstünlük verilirdi. Əsasən bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s istifadə olunurdu. Cüt quş təsviri ən qədim və çox istifadə olunan bir naxış növüdür. Quşlar məhəbbət və ayrılıq rəmzi kimi təsvir edilirdilər. Naxışlarda ən çox ceyranlar, tısbağalar, ilanlar, əjdahalar, atlar təsvir edilirdilər. Ev əşyalarının üstləri də naxışlarla bəzədilirdi.
Azərbaycanda bu dövrə aid və çox istifadə olunan tikmə növləri: “qızıl” tikmə, sıx naxışlı tikmə, tambur naxışlı, texnikada “quş gözü”, parlaq bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş ölçülərlə, “kökləmə” ( “qırışıq”), applikasiya, spiral şəkilli tikmələrdir. Tikmənin ən sevilən növlərindən biri sayılan “quş gözü” -ağ və ya rəngli ipək sapla tikilirdi. “Kökləmə” tikməsinə təkkə, namaz xalçalarının, ayrıca yun geyimin bəzədilməsi zamanı rast gəlinir. Adi və su tikişiylə tikilirdi, daxili bağlamayla üz arasına incə yun və ya pambıq qat qoyulurdu. İnci və muncuqla tikmə ən çox istifadə edilən növlərdən biri hesab olunurdu. Bundan əsasən kostyum elementi kimi istifadə olunur və ev əşyalarını və s. bəzəyirdilər. Parlaq bəzəklərlə tikmə – parça üzərində rəngli ipək saplarla çəkilmiş şəklin üzərinin tikilməsi deməkdir. Applikasiya və spiral tikmə digərlərinə nisbətən daha gec yaranmışdır. Şəbəkəli haşiyə naxış növündən çox az istifadə olunub. Əl işinin bu növündən dəsmal və üz üçün örtüklərin bəzədilməsi zamanı istifadə olunub. Qızılla tikiş ən qədim tikmə növü hesab edilir. Bu tikişdən əsasən çox möhkəm parçalarda istifadə olunurdu. Qırmızı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə edilirdi. Bu tikmə növü Güləbatın adlanırdı. Qızılı tikməylə adətən üst qadın geyimini, baş geyimlərini, ev əşyalarını, at üçün bəzəkləri və daha kiçik əşyaları bəzəyirdilər.
Tambur tikiliş rəngli ipək saplarla edilirdi və geniş istifadə olunurdu. Tambur tikmələrinin istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri hesab olunur. Tambur tikmələri əsasən incə, yerli və ya xaricdən gətirilən qırmızı, qara və tünd – göy rəngli məxmər və mahud parçalar üzərində olunurdu. Tambur-parlaq ipək saplardan istifadə edilməklə, mürəkkəb və kobud naxışlı fonda tikilirdi. Dəzgahda dartılmış parça üzərində sənətkarlar əvvəlcə şəklin əsas xətlərini tikir, sonra bütün içini doldururdu. Tambur tikmə ilə qadın geyimləri, böyük yastıq üzləri, hamam xalçaları, örtüklər bəzədilirdi. Bugün Azərbaycanın bir çox şəhərlərində tikiş sahəsində qədim naxış nümunələri unudulmur və onlardan yeri gəldikdə istifadə olunur.
1.2 Azərbaycan geyim materiallarının təhlili.
Erkən orta yuzillərdə cürbəcür rəngli yun parçalar istehsal olunur, geyimlərdə yundan başqa, kətan, ipək və pambıqdan da istifadə edilirmiş. Toxuculuq dəzgahı vastəsilə əvvəlki dövrdən daha zərif və gözəl parçalar toxunurdu. Bu cür parçaların toxunması və zərgərlik əşyalarının hazirlanması üçün şəhərlərdə emalatxanalar fəaliyyət göstərir və burada mahir sənətkarlar işləyirdilər. İncə kətandan toxunmuş bez qizili tikmələr bəzədilirdi.
İplik və parça istehsalının yüksək səviyyədə inkişaf etməsi Azərbaycanin iri şəhərlərinin toxuculuq mərkəzlərinə çevrilməsinə şərait yaratmışdı.
IX-X yüzillərdə marena adlı boyaq bitkisi ixrac olunurdu. Bu rəngin səbəbinə pambıq parçalar yüksək səviyyədə qırmız rəngdə boyadılır. Qumaşın rənglənməsində birinci növ, pambıq və ipəyin rənglənməsində narın döyülmüş, yunun rənglənməsində isə iri döyüumüş manera işlədilirdi. Ölkə əhalisi Hindistanı qırmızı rənglə, Fars, Xuzistan, Genuyanı çoxlu ipəklə təchiz edirdi. Təbriz əhalisinə vergini paltarla da ödədirdilər. Yerli əhali əsasən, ipək, atlaz, xara, zərxara kimi gözəl parçalar istehsal edir, süjetli parçalar hazırlayırdılar. İpək nə qədər zərif və gözəl olsa da, yenə də daş-qaşla bəzədilirdi. Parça istehsalında ən çox istifadə edilən naxış stilizə olunmuş tovuzquşu rəsmi idi. Həndəsi və stilizə olunmuş nəbati ornamentlər qızılı tikmə vasitəsilə icra olunurdu. Təbrizdə əba üçün, habelə saklatun, qumaş, xətai, atlaz, jell, tafta, kəzzkaşidə, diba, camə və başqa parça növləri hazırlanır, buradan bütün gündoğar və günbatar ölkələrə aparılır.
Zadəgan geyimlərində üzəri ornamentlərlə zəngin bəzədilmiş zolaqlı parçalar istifadə olunur, zolaqların içərisində şaquli istiqamətdə qara konturlu, şəkəri rəngli nəbati naxışlar-meynə yarpağı, ləçəklərlə bitən spirallar şaquli simmetrik şəkildə düzülürdü.
XIV-XV yüzillərdə şaquli zolaqlı parçalardan daha az istifadə olunurdu. Geyimlərdə daha çox açıq və xoş rəngli parçalardan istifadə olunurdu.Tünd rəngli parçalardan ancaq geyimlərə verilən əlavə bəzək elementləri, əsasən də yaxalıqlar tikilirdi. Artıq zolaqlı – naxışlı parçalar sıradan çıxmış, onun yerini simmetrik düzülmüş incə nəbati naxışlar əvəz etmişdi. Əsasən qırmızı və çəhrayı rənglərdə olan təntənəli geyimlərin üzərində qızılı saplarla dairə içərisində yerləşdirilmiş qızılgül və qərənfil ləçəkləri tikilirdi.
Səfəvilər dövründə geyim materiallarının və onların rənglərinin dəyişilməsi ilə dəbin dəyişməsi müşahədiə olunur. Dəbdə bu meyl o həddə çatır ki,yerli məhsullar sarayda gedən dəb yarışması üçün azlıq edir, yeni parçalara tələbat yaranır. Xaricdə istehsal olunan parçalar bu tələbatı təmin etməyə xidmət edir və xarici ölkələrlə geyim materiallarının intensiv ticarəti inkişaf edir.
Saray mühitində gümüşü parça, güləbətin tikməli məxmər, al qırmızı, ləl rəngli, yaşıl və qara məxmərlər, yaxşı komnov, kamlot və atlasın bütün növləri, mavi rəngli ipəklər, Holland parçası, qırmızı, bənövşəyi, innabı, qara, şabalıdı rənglər və hər növ London mahudu, kürən-tünd qırmızı, bəbir rəngində, yaşıl, açıq yaşıl və.s rənglərdə parçalar gətirilirdi. İlk dəfə olaraq qara rəngin qızılı (zərli) parça, qızılı (güləbətin) tikməli məxmər, atlas, kamvol, ən çox isə al qırmızı rəngin bütün çalarları ilə birləşməsindən istifadə edirlər.
Baş yaylıqları, pambıq və ipək parçalar qızıl – gümüşlə tikmələnir, xəz geniş şəkildə istifadə edilir. İpək parça üzərində tikmə sənəti də geniş yayılmışdı. Tikmələrdə əsasən güləbətin tikmə texnikası ilə ipək və pambıq saplar istifadə olunurdu.
Getdikcə iri həndəsi ornamentli parçalar dəbdən düşür. Stilizə olunmuş nəbati ornamentlər vasitəsilə miniatürlərdə təsvir olunan personajlar, onları əhatə edən dekorativ tətbiqi sənət nümunələri, məişət əşyaları və interyer bəzədilirdi. Pambıq və ipəkdən şahmat formasında toxunmuş parça bir o qədər incə olurdu ki, bir köynəyi bütünlüklə bir ovucda yığıb gizlətmək olurdu. Belə köynək qışda isti, yay da isə sərin olurdu. Bu dövrdə hakim olan dəbin əsasını fərqləndirmə işarələri – tikmə ilə və qızılla zənginləşmiş tərtibat, zinətə bərabər tutulan qızılı və gümüşü saplarla toxunulmuş, mirvari və qızılla tikmələnmiş parçaların hakimiyyəti başladı.
Erkən orta yüzilliklər dövrünün geyimlərində ilk dəfə olaraq cübbələrə bir neçə cür yaxaliq tikilməsinə rast gəlirik. Geyimin formasında dəyişikliyin materialin biçmi vasitəsilə deyil, əlavə detalların tikilməsi hesabına alınmasının şahidi oluruq.
İnkişaf etmiş orta yüzilliklər dövründə miniatürlər, səyyahların gündəlikləri, nəzəri və faktiki materialların təhlili nəticəsində geyim dəstlərində təkamülün zirvə nöqtəsinə çatdığını müşahidə edirik.Üst geyim həm saya, həm də naxışlı parçadan tikilirdi. Naxışlar çox vaxt qızılı tikmə ilə paltarın qolunun üst hissəsində və ətəkdə yerləşdirilirdi. Geyimlərin formaları uzun müddət dəyişməz qalsa da,monqol işğalı dövründən fərqli olaraq, XIV-XV yüzilliklərdə şaquli zolaqlı parçalardan daha az istihadə olunurdu. Beldə kəmər və ya qurşaqla bağlanmış geniş biçimli üst geyimi beldən aşağıda qırçınlanmış kimi görünürdü. Geyimdə məhəlli xüsusiyyətlər yaranmağa başlayırdı.
Geyim dəbinin bu mərhələsində müşahidə etdiyimiz əsarət ruhu, qapalılığa meyl kəskin surətdə aradan qalxır və geyimlərin formasında inqilabi dəyişikliklər yaranır. Bu mərhələdə artıq geyimlərdə nisbətən daralma hiss olunur, üst geyim alt geyimin üstünü tamamilə qapamır, əksinə üst geyiminin yaxası elə tikilirdi ki, onun altından geyinilmiş geyimlərin hər birinin yaxası görünürdü. Bir neçə geyimin üst-üstə geyinilməsi müşahidə olunurdu. Bu dövr dəbinə edilən ciddi dəyişikliklərdən biri də geyimlərin yaxasına yaxalıqların tikilməsi idi. Geyimlərin biçimində mürəkkəbləşmə nəzərə çarpır, üst- üstə geyinilən geimlərin yaxa kəsikləri bir – birindən fərqli biçilirdi. Qadın geyimlərində dəyişməyən ancaq onun uzunluğu idi, geyimlər yenə də ayaqların üstünü tam örtürdü.
XV yüzildə qadın geyimlərində, əsasən, qırmızı, yaşıl, mavi, yasəməni, şabalıdı və.s rənglərdən istifadə olunurdu. Üst geyimi olan çuxa və cübbə astarlı tikilir, hər birinin üz və astarı müxtəlif rənglərdə olurdu, elə bu səbəbdən də bir geyim dəstində bir neçə rəng görünürdü.
Geyimlərin konstruksiyasında mürəkkəbləşmə nəzərə çarpır, əvvəlki mərhələdən fərqli olaraq geyimlər xeyli dar tikilirdi. Geyimlərə qoyulan yaxalıqlara forma verilir, yaxa kəsikləri üçkünc və ya dairəvi biçilirdi.
Ümumi siluet forması düzbucaqlı formada, daha dəqiq yanaşsaq, düzbucaqlı və onun üst oturacağında qurulmuş azacıq sferik səth olur, yenə də qadın, geyimi vasitəsilə, təbiətdən tam təcrid olunurdu.
Bir dəst geyimində bir neçə materialdan istifadə olunur ki, sanki bu, rəng boluğunu göstərmək məqsədi daşıyırdı.Əsas fərqləndirici xüsusiyyət isə ondan ibarət olurdu ki, üst – üstə geyinilmiş köynək, qaftan, cübbə və çuxanın yaxasına xeyli bəzək vurulurdu və elə tikilirdi ki, hər bir geyimin altından digər geyimin yaxası görünsün. Bu dövrdə əvvəlki mərhələdən fərqli olaraq qaftan, cübbə və çuxaların yaxa kəsiyində tikmələr və bəzəklər tikilməyə başlamışdı. İndi zərif örpəklər geniş şəkildə istifadə olunurdu və örpəklər başda kiçik araxçınlara bənd edilirdi.
Bu dövr memarlıq abidələrində də dəbin bu mərhələsi qapı başlıqlarının xüsusi olaraq bəzədilməsi ilə xarakterizə olunur.
XVI yüzilliyə aid miniatürlər, maddi mədəniyyət nümunələri, elmi və nəzəri araşdırmalar və.s bu dövr geyimləri barədə əsas mənbə kimi istifadə olunmuşdur.
XVI yüzilliyə təsadüf edən növbəti mərhələdə əvvəlki dövrdə olduğu kimi şalvar və çaxçur geyimin əsas tərkib hissəsi olaraq qalır, cübbələrin üstündən bellərinə zərif kəmərlər bağlayırlar. Geyim dəbinin bu mərhələsi ən çox baş geyimləri ilə əvvəlki dövrdən fərqlənirdi. Bu dövr kübar qadınlarının baş geyimi dilimli ləçəklərdən ibarət olurdu. Ayaqlarına merinos yunundan toxunmuş uzunluğu dizdən yuxarı olan corablar, onun üstündən isə incə naxışlı, uzunluğu ayaq biləyindən bir qədər yuxarı olan şalvarlar, zərif qara dəridən yüngül ayaqqabılar geyinirdilər. Evdən bayıra çıxarkən bütün geyimlərin üstündən ya çadra örtür, ya da plaş və üz örtüyü geyinirdilər.
Yüksək mənsəbli qadınlar başlarına tac qoyurdular. Sferik formalı tacın kənarları dişli – çıxıntılı formada bəzədilirdi.
Mədəniyyət
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqcıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında düzəldilmiş qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.
Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır.
XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı, Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: “Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir”. Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.
Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır.
Evliyə Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu.
Təbriz şəhərində ən müxtəlif növlü parça istehsalı mərkəzləşmişdi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keci istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.
Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yüksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.
Beləliklə, XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında “Hacı mənə bax”, “gecə-gündüz”, “gendə dur”, “alışdım yandım”, “küçə mənə dar gəlir” və s. ad altında məşhur idi.
Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaft, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.
Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.
İstər qadın, istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər.
XVI-XVII yüzilliklərdə Azərbaycan geyimləri də zəngin inkişaf yolu keçmişdir.
Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu.
XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi.
Tarixdən məlumdur ki, XVI yüzildə azərbaycanlıları “qızılbaşlar” adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidməçilər isə əmmamənin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər.
Yüksək rütbəli əyanların qoyduqları baş geyimlərinin üstündə bəzən böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş olurdu. Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama işarədir.
Səfəvilər dövrünün baş geyimlərini öyrənən məşhur özbək alimi Q.A.Puqaçenkova və alman alimi H.Hots isbat etmişlər ki, onların baş geyimləri XVI yüzilin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmişdir. Onların qeydinə görə, XVI yüzilin başlanğıcından 1535-ci ilə qədər bu baş geyimləri davam etmiş, XVI yüzilin ikinci yarısından isə azalmağa başlamışdır. XVI yüzilin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, Naxçıvan, Şamaxı şəhərlərində də xüsusilə geniş yayılmışdı.
XVI yüzildə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələr də olmuşdur.
O zaman ən çox yayılmış əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə yaşıl rəngli əmmamə qoyardılar.
XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik şlyapaya bənzər papaqlar da mövcud idi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda bir sıra başqa formalı papaqlar da olmuşdur. Bunların içində qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdır. Bunu əsas etibarilə maldarlıq və qoyunçuluqla məşğul olan ərazilərdə geyərdilər.
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın baş geyimləri də müxtəlifdir. Əldə edilmiş materiallara əsasən demək olar ki, Azərbaycanda həmin vaxt yeddi növə yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar.
XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları.
Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və qarılara icazə verilirdi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri də çox müxtəlif və rəngarəng olmuşdur. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı kimi inkişaf edir. Lakin bu ənənə getdikcə daha da zənginləşmiş, gözəlləşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir. Dəyişiklik əsas etibarilə ayrı-ayrı detallarda, naxış və bəzəklərdə əmələ gəlmişdir.
XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt geyərdilər. Bu xələtlər iki növ olardı. Birinci növ xələtlər məhz çiyinə atmaqdan ötrü idi.
İkinci növ xələt, əksinə ensiz yarımqol olub, əyində nisbətən kip dayanardı.
XVI-XVII yüzilliklərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba da çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu. Bu əsrin miniatürlərində biz belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görürük.
Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyərdilər. Şalvarlar da üst köynəyin malından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu.
Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın üst geyimləri də müxtəlif olmuşdur. Lakin bu geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini xatırladır.
Kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün uzunqollu xələt salarmışlar. Lakin qadın xələtləri daha sadə olub, az naxışlarla bəzənərdi.
XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbisələrindən biri də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.
XVIII yüzildə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.
XVIII yüzildə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı.
XVIII yüzildə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar və hörmətli qocalar geyərdilər.
XVIII yüzildə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.
XVIII yüzildə qadın geyimləri nisbətən daha gözəl və zövqlə hazırlanırdı. Bu əsrin axırlarında Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir.
XVIII yüzildə qadın üst geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi.
Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər.
Bu əsrdə gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi.
Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırcınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu.
Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi.
Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi.
Qadın ayaqqabısı forması bəzi kişi ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (respublikamızın bir çox muzeylərində saxlanılan belə qadın ayaqqabıları buna misal ola bilər).
XVIII yüzillikdə qadın baş geyimləri də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif olmuşdur.
Qadınlar saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə edərdilər. Buna həm də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-Naxçıvanda). Sürüşməsi üçün qüllabıdan — (çəngəl, boğazaltı) əsasən qızıldan hazırlanar, uclarına üstünə qarmaq yapışdırılmış qızıl pul bərkidilərdi. Cuna ağ rəngli pambıq parçadan, çarqat isə narıncı, al çəhrayı rənglərdə və bəzən də saçaqlı olurdu. İpəkçiliyin inkişafı ilə bağlı olaraq əsasən kələğayıdan istifadə olunardı ki, bu baş örtüyü də yalnız azərbaycanlılara xas idi. Orijinal buta naxışlarından istifadə edilərək naxışlanardı. Kələğayının əlvan rənglərinə üstünlük verilərdi.Ləçəyin kələğayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli, eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kələğayı, üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərbab). Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal).
Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək Yolunun meydana çıxması ilə sıx bağlıdır.
Azərbaycan şairlərinin bir çox əsərlərində ipək hökmdarlara layiq parça kimi xatırlanıb, ən zərif hisslər, ən yaxşı insani keyfiyyətlər, qadın gözəlliyi ipəyə bənzədilib. Bu da təsadüfi deyil. Emal olunmuş ipək təbiətinə görə müstəsna xüsusiyyətləri ilə fərqlənir. İpək sap çox incə, amma eyni zamanda çox davamlıdır, yüngüldür, hava kimidir, amma ondan toxunmuş parçalar qalın, ağır və sərt ola bilir. İnanmaq çətindir, amma ipək soyuqda adamı isidir, istidə sərinlədir, çürümür, uzunömürlüdür və möhkəmdir.
İpək parça rəngdən-rəngə keçməsi, bir qədər tutqun parlaqlığı ilə göz oxşayır, insana rahatlıq gətirir, xışıltısı isə hissləri oyandırır, xəyallara qanad verir.
Geyimdə və interyerdə ipəkdən istifadə olunması incə zövq və firavanlığın əlamətidir.
Azərbaycanda ipəkdən hazırlanan məmulatların içərisində kəlağayı xüsusi yer tutur.
Bu kvadratşəkilli ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Baş örtüyünün kəlağayıya çevrilməsi üçün bu şərtlər vacibdir. Kəlağayı həm də böyük etik-estetik potensiala malik bir simvoldur.
Hansı xalqın həyat tərzinə nəzər salsaq, mütləq ənənəvi qadın obrazları və geyimləri ilə rastlaşırıq və şübhəsiz ki, bu geyimlərin vacib elementlərindən biri də baş yaylıqlarıdır. Bəzi qadınlar yaylıqdan başlarını örtmək üçün istifadə edir, digərləri onu çiyninə atır, bəzi hallarda isə yaylıq qumaşa çevrilərək universal şəkil alır, yəni həm başı, həm çiyinləri, həm də bədəni örtür.
Azərbaycan qadınlarının ənənəvi geyimlərində artıq üç əsrdən çoxdur ki, unikal bir element var – adına qədim dövrlərin rayihəsi hopmuş “Kəlağayı”.
Unikal və ənənəvi qadın baş örtüyü olan “Kəlağayı” təxminən 300 il əvvəl meydana çıxıb. Alimlər Azərbaycanın İsmayıllı rayonunun qədim Basqal kəndində qorunub saxlanılmış naxışvuran dəzgaha məhz bu qədər yaş verirlər. Qaynar rənglər və mumla naxışların salınması üçün istifadə olunan forma və matrissaların isə 200 illik tarixi var.
XIX-XX əsrlərin kəlağayılarında ən çox yayılan süjetlər tovuz quşu rəsmləri, mürəkkəb həndəsi naxışlarla uzlaşmış yarpaq və gül şəkilləridir.
Azərbaycanın müxtəlif regionlarında istehsal olunan kəlağayılar bir-birindən ornamentlərinə görə fərqlənir: Abşeron və Şəki üçün iri naxışlar xarakterikdir, Şamaxıda xırda naxışlardan, Gəncə, Qazax və Qarabağ regionlarında isə iri və xırda naxışların kombinasiyasından istifadə olunur.
Hər bir Azərbaycan sakini kəlağayını uşaq yaşlarından tanıyır. Nənələrimizin mütləq bir neçə ipək yaylığı olub. Zərif ipəyin üzərinə salınmış sehrli naxışlar uşaqların diqqətini cəlb edib, onları milli kolorit və ritmlərə yaxınlaşdırıb.
Bu gün kəlağayıya yeni nəfəs verilir. Kəlağayı müasir və dəblə geyinən qadınların qarderobuna elə uyğunlaşıb ki, bütün modelyerlərimiz kolleksiyalarında ondan istifadə edirlər. Qadınlarımız bu təkraredilməz gözəlliyə malik ənənəvi baş yaylığını böyük məmnuniyyətlə alır və örtürlər. Kəlağayı ən adi paltara belə yaraşıq verir, onun məğzinə çevrilir.
Azərbaycan milli geyimləri özünəməxsusluğu və bənzərsizliyi ilə seçilir.Bu mənada dünyanın diqqətini özünə cəlb etməyi bacardı. 2014-cü ildə Azərbaycandan UNESCO-nun qeyri mədəni irs siyahısına qadın baş örtüyü kələğayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi kimi daxil edilib.
Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araqçın idi. Lakin bu araqçınlar XVI-XVII yüzilliklərdəki araqçınlardan arxa tərəfdə hörük torbasının olmaması ilə fərqlənirdi.
XVIII yüzildə və sonralar Azərbaycanda “təsəkqabağı” adlı parçadan tikilmiş baş geyimi də geniş yayılmışdı. Daha çox qadınların alnını bəzəyən bu baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər hazırlayırdılar.
Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş yayılmışdı.
XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşşaqin və Q.Q.Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir.
Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tərixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi.
Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər.
Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.
Uşaq geyimləri forma etibarilə yaşlıların geyimi ilə eyni olub, yalnız ölçüləri və yaş xüsusiyyətinə uyğunlaşma elementləri ilə fərqlənirdi.
Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi.
XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar.
Qadın üst geyimləri üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi.
Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksərən düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altında adətən başqa rəngli parçadan xişdək qoyulurdu. Köynək boyun hissədə bir düymə ilə düymələnirdi. Üst köynəyi adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, mədaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi.
Çəpkən üst köynəyin üstündən geyilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlçək ilə bitən qondarma qolları olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qola düymələr də tikilirdi. Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu.
Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olurdu.
Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilirdi. Arxalıqların yaxası açıq olurdu. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi. Bəzi arxalıqların yaxası düymələnmirdi. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilirdi, sarıma və cürbəcür baftalarla bəzədilirdi.
Ləbbadə sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.
Eşmək sırıqlı üst geyimidir. Eşməyin döşü və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilirdi. Eşmək tikmək üçün əsasən tirmə və məxmərdən istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər tikilirdi.
Kürdü qolsuz və sırıqlı qadın geyimidir. Yaxası açıqdır. Yan tərəflərdə çapıqları vardır. Kürdü tirmə və məxmərdən tikilirdi. Yaxasına, ətəyinə və qoluna xəz tikilirdi. Bundan əlavə əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən bu kürdülər tünd sarı rəngli dəridən hazırlanır, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi.
Baharı sırıqlı və astarlı qadın geyimidir. Bel hissəyə qədər bədənə kip oturan baharıya, xırda büzməli uzun ətək tikilirdi. Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Baharını əsasən məxmərdən tikirdilər. Baharının yaxasına, ətəyinə və qolunun ağzına müxtəlif bafta, köbə və zəncirlər tikilirdi.
Küləcə belə qədər düz ətəyi büzməli olan qadın üst geyimidir. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilirdi.
Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi.
Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar — sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcud idi. Bunlardan əlavə qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu.
Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.
Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kəlağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.
Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araqçın qoyardılar. Çox vaxt bu araqçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər.
Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
XIX əsr Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi.
Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.
Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.
Arxalıq beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Arxalıqları kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və s. parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar.
Çuxa kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.
Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi.
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikirdilər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər.
Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi.
Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu.
Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesab olunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər.
Azərbaycanda toxunmuş yun corablar ən geniş istifadə olunan geyimlərdəndir. Corablar ipək və yun saplardan toxunurdu. Azərbaycanda toxunmuş corablar həm incə və gözəl naxışına və həm də saplarının rənglərinə görə fərqlənirdi. Onların naxışı xalça, tikmə, basma və parçalarda olan naxışların eynidir. Corablar dizə qədər uzun və topuğa qədər qısa şəkildə toxunulurdu.
Azərbaycanda müxtəlif rəngli tumaşdan tikilmiş ayaqqabılar çox geniş yayılmışdı. İstər qadın və istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaqlar hesab olunurdu.
Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr də geyirdilər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyirdilər. Kənd yerlərində isə xam göndən tikilmiş çarıqlar daha çox yayılmışdı. Çarıqların bağları yun ipdən toxunulurdu.
Müxtəlif bəzək şeyləri geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən düzəldirdilər. Qiymətli qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulatı mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin istehsal etdikləri gümüşdən qayrılmış qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı.
Azərbaycan qadınları bəzəkləri çox sevir, onlardan geniş və bacarıqla istifadə edirdilər.
Qadınların istifadə etdikləri bəzək şeylərinin dəstinə imarət deyirdilər. Bura müxtəlif çeşidli baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxildir.
Comments are closed, but trackbacks and pingbacks are open.