Press "Enter" to skip to content

Mək Qanunvericiliyinə aid 10 TEST

ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;

Ədəbiyyat testləri

İmtahana hazırlaşanların çətinlik çəkdiyi fənlərdən biri də ədəbiyyatdır. 7 ədəbiyyat kitabını öyrənmək, yüzlərlə yazıçı və şairin həyat və yaradıcılığı haqqında məlumat sahibi olmaq, bədii nümunələrin hamısının gedişatına bələd olmaq heç də asan iş deyildir. Hətta ədəbiyyat fənninin dərinlikləri ucbatından 3-cü qrup sevdasından əl çəkib xəyalını qurduğu ixtisası əvvəldən itirənlər də az deyildir. Bəs doğrudanmı ədəbiyyat çətin və dözülməz fəndir? Əlbəttə, xeyr. Hər şey sizin yanaşmanızdan asıldır. Ədəbiyyata səyahət kimi yanaşsanız, hər əsəri bir diyar kimi öyrənsəniz, digər fənlərin ağırlığından yorulmuş beyniniz ədəbiyyat oxuyarkən bayram edər, dincələr. Əmma ədəbiyyata çətin və yorucu bir fənn olaraq yanaşsanız, bütün əzbərlənməli materiallar çiyninizdə dağ kimi yığılar. Öyrənmə yoluna yanaşmanızı dəyişərək başlamağa qərar verdinizsə, oxuyan.az komandasının ədəbiyyat testləri, ədəbiyyatı rahat öyrənmə üsulları haqqında yazdığı bu bloqu oxumağa başlaya bilərsiniz. ��

“Ədəbiyyat fənni çətindir, öyrənə bilmirəm…”

“Çətin deyil” desək, yalan olar. Əlbəttə, gözəl bir mənzərəni görmək o qədər asan başa gəlmir, uzun, məşəqqətli yolları keçmək mütləqdir. Yolu dəyişə bilmədiyimizə görə vasitələri, yaraq-yasaqlarımızı və ən əsası özümüzü dəyişə bilərik. Yanaşmamızı dəyişərək başladıq. Daha sonra öz yol xəritəmizi hazırlaya bilərik. Ədəbiyyat proqramını uzun bir yol kimi görüb, necə qısa müddətdə, hansı vasitələrlə öyrənə biləcəyimizi planlaşdırmağa başlamalıyıq. Bəzi insanların vizual yaddaşı güclüdür, gördüklərini yaddan çıxarmırlar. Belə şagirdlər proqramı dəfələrlə təkrar-təkrar oxuyaraq beyinlərinə həkk edə bilərlər. Elə şagirdlər var ki, yazaraq daha yaxşı mənimsəyir. Əgər siz də belələrindənsinizsə, özünüzə gözəl bir bloknot və rəngli qələmlər alın və oxuduqlarınızdan ən önəmli məqamları qeyd tutun və mütəmadiyən o qeydlərə göz gəzdirin. Eşitdiklərini unutmayan şagirdlər əsərlərin audi versiyalarını dinləyə, onlayn dərs videolarını və video test izahlarını dinləyə bilərsiniz. Öyrənmə üsulundan asılı olmayaraq ən gözəl öyrənmə metodu isə öyrəndiklərini başqalarına öyrətməkdir. Öyrəndikcə öyrəndiklərinizi öyrənməkdə çətinlik çəkən sinif yoldaşlarınıza, arxadaşlarınıza danışsanız öyrəndiklərinizi mükəmməl mənimsəyəcəksiniz. Danışarkən xatırlaya bilmədikləriniz oxuyarkən diqqət etmədiyiniz məqamlardır, o hissələri danışarkən kəşf edəcəksiniz. Kitab əlinizdə olsun və elə məqamları tapan kimi kitabı açıb təkrar baxın. Bu məlumatlar əksər humanitar fənlərə aiddir. İndi isə daha konkret ədəbiyyat fənnini necə öyrəcəyimiz haqqında danışaq.

Ədəbiyyat fənnini necə öyrənmək lazımdır?

Özünəinam və əlinizdə ədəbiyyat proqramını planlaşdırma vərəqiniz varsa, yolu yarılamısınız, deməli. Planı hazırlayarkən nəzərə alın ki, ədəbiyyat üçün ayırdığınız vaxtı iki istiqamətə bölməlisiniz, proqramı oxuyub öyrənmək və testlə biliklərinizi avtomatikləşdirmək.

Ədəbiyyat proqramını 3 hissədə öyrənməyiniz məsləhətdir.: Ədəbiyyat nəzəriyyəsi, Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyat.

Öyrənməyə ədəbiyyat nəzəriyyəsi ilə başlamağınız məsləhətdir. Siz nəzəriyyəni öyrəndikcə ədəbiyyat və janrlar haqqında kifayət qədər məlumat səhibi olacaqsınız. Siz təkcə nəzəriyyəni bilməklə, ilk dəfə gördüyünüz şeirlərin belə janrlarını, bədii xüsusiyyətlərini çox rahatlıqla tapa biləcəksiniz. Qeyd etmək lazımdır ki, hər ədəbiyyat imtahanında nəzəriyyədən bir neçə tapşırıq verilir. Nəzəriyyəni beləmək bir neçə sualı rahat cavablandırma qarantiyası verir.

İkinci mərhələdə şifahi xalq ədəbiyyatını yaxşıca öyrənin. Şifahi xalq ədəbiyyatı çox qısa bölmədir, amma bütün xırdalıqlara qədər hər bir cümləyə diqqət etməlisiniz.

Növbəti mərhələdə yazılı ədəbiyyat nümunələrinə başlaya bilərsiniz.

Proqramı və nəzəriyyəni öyrənmək üçün bir vəsait seçin. Qəbul imtahanlarını DİM təşkil etdiyi üçün Dim-in öz vəsaitindən və sinif kitablarından oxumaq ən ideal seçimdir. Qeyd edək ki, bütün vəsaitlər eyni proqrama əsaslanır. Təkrar üçün bir neçəsindən istifadə edə bilərsiniz.

Proqramda olan bütün mövzularla tanışlıq üçün bir dəfə oxuduqdan sonra hər mövzunu öyrənmək üçün xüsusi vaxt ayırın. hər mövzudan sonra o mövzuya aid test işləmək mütləqdir. Ədəbiyyat elə fəndir ki, oxuyarkən mövzuya fokuslanırıq, nələrdən sual düşəcəyini fikirləşmirik. Ona görə bir dəfə mövzunu oxuyub sonra testlərə baxıb yenidən diqqətlə oxumaq lazımdır.

Ədəbiyyat testləri

Ədəbiyyat testləri və Ədəbiyyat sınaq imtahanları

Təsəvvür edin ki, siz maşın sürməyi öyrənirsiniz. Bütün yol hərəkətini əzbər bilirsiniz. Heç maşın sürməmisiniz, ancaq nəzəriyyəsini bilməklə siz yola çıxıb 3 saat tıxacda gedə bilmərsiniz. Eynilə ədəbiyyat da belədir, siz nəzəriyyəni və proqramı mükəmməl bilərsiniz, ancaq test işləmədən imtahana getmək biliklərinizi riskə atarsınız.

Mütləq özünüzə test bankı seçin. Hər bir mövzunu əvvəl öyrənin, daha sonra testini işləyin. Bütün test nümunələrinin düzgün variantının niyəsini öyrənin, testi başqasına izah edə biləcək qədər yaxşı işləyə bilirsinizsə, deməli artıq möhtəşəm öyrənmişsiniz. Bütün proqramı bir test bankından bitirdikdən sonra başqa test banklarına başlayın, beləcə həm təkrar etmiş olacaqsınız, həm də müxtəlif tipli testlərlə tanış olacaqsınız.

Mütəmadiyən imtahanlarda iştirak edin. İmtahanlarda etdiyiniz səhvlər sizin boşluqlarınızdır, onları müəyyən edin və daha yaxşı öyrənin. Təkcə ədəbiyyat imtahanı ilə də ədəbiyyatdakı boşluqlarınızı, zəif nöqtələrinizi tapa bilərsiniz. Bu yolda isə ən yaxşı arxadaşınız oxuyan.az oolacaq, çünki heç bir yerə getmədən, əlavə vaxt itirmədən ədəbiyyat testləri işləyə, onlayn ədəbiyyat imtahanında iştirak edə bilərsiniz.

Ədəbiyyat testləri yaddaş və diqqət tələb edir. Nə qədər çox ədəbiyyat testləri işləsəniz, o qədər vərdiş edərsiniz və qısa müddətdə testlərdə ustalaşa bilərsiniz.

3-cü qrup şagirdləri üçün ədəbiyyat fənni

Ədəbiyyat fənni ixtisas qruplarının 3-cü qrupunkı fənlərdən biridir. Blok imtahanında ədəbiyyat fənnindən 30 test tapşırığı təqdim olunur. Ümumilikdə 100 bal ədəbiyyat suallarına verilir.

Ədəbiyyat dərsdən ziyadə bir fəndir. Siz ədəbiyyat fənninin sayəsində sağlam düşüncə tərzi, dünyagörüşü və bədii, estetik zövq qazanacaqsınız. Həmçinin nitqinizi və yazı tərzinizi ədəbiyyat fənni sayəsində inkişaf etdirəcəksiniz.

MİQ imtahanlarına hazırlaşanlar üçün ədəbiyyat fənni

Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirmiş müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanında mütləq ədəbiyyat fənnindən imtahan verməlidirlər. Qeyd edək ki, həm universitetlərə qəbul imtahanında, həm də MİQ imtahanında ədəbiyyatdan testlər 11 illik tədris proqramına əsaslanır. Siz tədris proqramını planlı bir şəkildə oxuyub öyrənməklə və çoxlu testlər işləməklə imtahanlarda uğur qazana bilərsiniz. Testləri DİM nəşrlərindən işləməyiniz məsləhətdir. Ədəbiyyat testləri çətin deyil, diqqət və vərdiş tələb edir. Çoxlu test işləməyi və beyninizi məşq etdirməyi unutmayın.

Əmək Qanunvericiliyinə aid 10 TEST

a) işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.

b) işəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.

c) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

2. Kollektiv müqavilə nə deməkdir?

a) işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.

b) işəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.

c) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

3.Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər :

a) hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

b) hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;6 aydan staji olanlar

c) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.məhkəmə hakimləri

4. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi hansıdır?
a). Əmək münasibətləri şifahi formada əmək müqaviləsi bağlandıqda yaranır.

b). Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilə bilər.

c). Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.

5. Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydalarından hansı səhvdir?

a). Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

b). Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtdan 1 həftə sonra hesablanır.

c). İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

6. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

b) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı ala bilməz

c) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb edə bilməz;

7. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

b) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini yeri gələndə poza bilər; əmək qanunvericiliyinin tələblərinə əməl etmək məcburiyyətində deyil.

ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirə bilməz;
8. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları pozulmuşdur:

a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək olmaz;

b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;

ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;

9. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri aşağıdakılardır:

a) bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirə bilməz;

b) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

c) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək məcburiyyətində deyil;

10. İşəgötürən aşağıdakı halda məsuliyyətə cəlb edilə bilər:

a)İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 18 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

b) İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 20 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

c)İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

Testlər

1. Dərs hazırlayarkən əsas başlıqlara
a)Heç vaxt fakir vermirəm.
b)Bəzən diqqət yetirisəm də,bəzən diqqət yetirmirəm.
c)Həmişə diqqət yetirirəm.Hətta lazımim gəlsə,qeyd aparıram.

2. Bilmədiyi bir sözlə qarşılaşsam…
a)Heç vaxt lüğətə baxmıram.
b)Bəzən baxsam da,bəzən baxmıram.
c)Həmişə lüğətə baxıram.Sonra da o sözü yadımda saxlamağa çalışıram.

3. Ev tapşırıqlarımı…
a)Heç vaxt qeyd etmirəm.
b)Bəzən qeyd etsem də,bəzən qeyd etmirəm.
c)Həmişə qeyd edirəm.Hətta bunun üçün xüsusi tapşırıq dəftəri də tuturam.

Çaşdırıcı

  • Testlər
  • 13 avqust 2013, 13:53

Şəkildə neçə taxta var?

Fəlsəfə sualları

  • Testlər
  • 21 iyul 2012, 17:29

A) Aksiologiya, elm, təbiət, cəmiyyət, insan.
B) Sosiologiya, idrak, şüur, cəmiyyət, aləm.
C) Qnoselogiya, siyasət, məkan, zaman, varlıq.
D) Ontoloji, qnoseoloji, sosioloji, praksioloji, aksioloji.
E) Praksiologiya, ideologiya, siyasət, din, elm.

2.Qədim Misirdə fəlsəfi fikirlər hansı mənbələrdə öz əksini tapır?

A) “Arfaçının mahnısı”, “Bibliya”, “Min bir gecə”.
B)”Ağanın qul ilə söhbəti”, “Ölümün tərənnümü”, “Avesta”.
C)”Müdrik Axikar haqqında”, “Min bir gecə”, “Ölümün tərənnümü”.
D) “Avesta”, “ Astiyaq”, “ İsida və Osiris haqqında”.
E) “İsida və Osiris haqqında”, “Arfaçının mahnısı”,”Ölümün tərənnümü”.

Biologiya testləri-7

  • Testlər
  • 25 aprel 2012, 23:08

600. Orta beyində hansı sinirlərin nüvələri yerləşir?
1- blok siniri
2- üz siniri
3- əlavə sinir
4- azan sinir
5- aparıcı (uzaqlaşdırıcı) Sinir
6- gözün hərəki siniri
7- üçlü sinir
A) 1,6
B) 1,7
C) 6,7
D) 2,4,6
E) 1,3,4.
Ardı →

Leksika testləri

  • Testlər
  • 10 dekabr 2011, 20:01

1. Dilimizin imkanları hesabına yaranmış yeni söz
a) spiker
b) durum
c) davraniş
d) qaimə
e) uçuş
Davamı →

Fonetika testləri -2

  • Testlər
  • 22 noyabr 2011, 13:08

1. Hansı sözlər hecalara düzgün ayrılmayıb?

a) A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız
b) Sev- dik-lə-ri-mız-dir, o-dun-çu-lar
c) Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər
d) Na-mə-lum, mü-şa-hi-də
e) Mu-si-qi-şü-nas, mü-ka-li-mə
Ardı →

Biologiya testləri-6

  • Testlər
  • 21 noyabr 2011, 21:07

500. Tonik lifləri olan əzələlər hansı variantda düzgün xarakterizə olunmuşlar
A) təqəllüsünün inkişafı ləng gedir,boşalma da ləng inkişaf edir, hərəki aksonu sinir liflərinin membranı ilə çox sayda sinaptik kontaktlar əmələ gətirir
B) tərkibində oksigeni birləşdirmək qabiliyyətinə malik olan mioqlobin vardır, çox sayda mitoxondrilərə malikdir, tünd qırmızı rəngdədir,pozanın saxlanmasında iştirak edir,gec yorulur,neyromotor vahidində çoxlu sinir lifləri vardır.
C) cəld təqəllüsləri yerinə yetirir,çox sayda mitoxondriləri hesabına çoxlu ATF əmələ gəkir, yorulma baş vermir,neyromotor vahidində sinir lifləri azdır, mioqlobini olmadığı üçün ağ rəngdədir
D) liflərində ATF qlikoliz hesabına əmələ gəlir,tez və güclü təqəlüsləri həyata keçirir,lakin tez yorulurlar,bir və ya bir neçə uc lövhəciyi olan akson xarakterdir
E) ağ əzələlər adlanır, yorulma tez baş verir,mioqlobin adlanan zülala malikdir, ATF qlikoliz hesabına baş verir.
Ardı →

Biologiya testləri-5

  • Testlər
  • 18 noyabr 2011, 22:28

401. Orta beynin funksiyası hansı sırada düzgün verilib?
A) Əzələ tonusu və bədənin vəziyyəti, eşitmə və görmə orqanlarının qabıqaltı mərkəzlərində
B) Tənəffüsün və sidik ifrazının tənzimində
C) Sidik ifrazı, əzələ tonusunda
D) Əzələ tonusu, tənəffüsdə
E) Əzələ tonusu, sidik ifrazında
Ardı →

Biologiya testləri-4

  • Testlər
  • 9 noyabr 2011, 21:51

300. Tər vəziləri dəridə hansı sıxlıqda yerləşir və nisbi sakitlik vəziyyətində sutkada orta hesabla nə qədər tər ifraz olunur?
A) 1 sm2 dəridə 300-400 tər vəzi yerləşir, 1 sutkada 500 ml tər ifraz olunur
B) 1 sm2 dəridə 1000-1500 tər vəzi yerləşir, 1 sutkada 300 ml tər ifraz olunur
C) 1 sm2 dəridə 500-1000 tər vəzi yerləşir, 1 sutkada 500 ml tər ifraz olunur
D) 1 sm2 dəridə 300-400 tər vəzi yerləşir, 1 sutkada 300 ml tər ifraz olunur
E) 1 sm2 dəridə 500-1000 tər vəzi yerləşir, 1 sutkada 300 ml tər ifraz olunur
Ardı →

Nevrologiya 3

  • Testlər
  • 8 okyabr 2011, 12:41

201) Aşağıda sadalananlardan hansı patologiya üçün görmə sinirləri diskləri ödeminin mövcudluğu səciyyəvi əlamətdir ?
A) Miqren
B) Parkinson xəstəliyi
C) Xoşxəssəli kəllədaxili hipertenziya (pseudotumor cerebri)
D) Yan amiotrofik skleroz
E) Normotenziv hidrosefaliya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. — 4-е издание, перераб. и доп. — М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 133

Comments are closed, but trackbacks and pingbacks are open.