Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

Praktikada belə hallar çox olur. Müəssisənin təsisçisi hüquqi şəxsi yaradır və müəyyən məbləğdə nizamnamə kapitalını formalaşdırır. Növbəti mərhələdə müəssisəsinin tam gücü ilə işləməsi üçün fəaliyyət sahəsindən asılı olaraq müəssisəyə çox hallarda maliyyə vəsaiti tələb olunur. Maliyyə vəsaiti, adətən, aşağıdakı mənbələrdən formalaşdırılır:

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə b

7 Yanvar , 2022 17:34

https://static.report.az/photo/532f64d3-db67-38fa-abe1-ea0bfe429d6d.jpg

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclası keçirilib. Qeyd olunub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış Komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir. İclasda S.Babayev Prezident İlham Əliyevin qeyd edilən Fərmanının müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Fərman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur. 20 min şəxsi əhatə edəcəyi gözlənilən Fərmanın icrası işlərini diqqətə çatdıran nazir qeyd edib ki, I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək. Fərmanın əhatə etdiyi şəxslər təsdiq ediləcək Qaydalarda göstəriləcək sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət alması və ya xəstələnməsi ilə əlaqadar arayış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək. Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək. İclasda Fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

eManat ilə ödəniş – Onlayn ödəmə – Dynamex.az

Türkiyədən sifarişlərdə ödənişi E-manat ilə ödəmək mümkündürmü? eManat ilə təmassız ödənişin üstünlükləri nələrdir? Dynamex hesabıma ödənişi eManat terminalları ilə necə ödəyə bilərəm?

eManat ile odeme | eManat terminal | eManat odenis qaydasi | eManat hesab artirmaq

Hazırda eManat ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 1 700-dən artıq, bütün ölkə ərazisində isə 2 500-dən artıq köşk daxildir.

eManat ilə ödəniş etmək mümkündürmü?

eManat ödəniş köşkləri vasitəsilə dynamex hesabınıza asanlıqla ödənişlər etmək mümkündür. Siz dynamex.az saytında karqo sifarişləri üçün balansınızı eManat terminalları vasitəsilə artıra bilərsiniz. Bununla Dynamex.az şirkəti müştərilərinə karqo sifarişləri üçün 360 dərəcəli ödəniş imkanları təqdim edir.

eManat ile təmassız ödənişin üstünlükləri nələrdir?

Günümüzdə təmassız ödəniş etməyin bir çox üstünlüyü vardır. Tutaq ki, siz Dynamex hesabınız ilə Türkiyədən məhsul sifariş etmək istəyirsiniz. Lakin sizin Dynamex hesabınızda kifayət qədər balansınız olmadığından, balansı artırmaq üçün Dynamex filialına yaxınlaşmalı və ya hesabı bank kartınız vasitəsilə artırmalısınız. Əgər sizin bank kartınız yoxdursa, mütləq şəkildə yol qət edərək filiala gəlməyinizə gərək yoxdur. Siz, vaxtınıza və əlavə yol xərclərinə qənaət edərək, yaxınlıqdakı eManat terminalına yaxınlaşa və oradan Dynamex hesabınıza birbaşa köçürmə edə bilərsiniz.

eManat ilə hesabın artırılması qaydası – Ödəniş təlimatı

Terminal ilə balans artırmaq

Siz eManat terminalı vasitəsilə dynamex.az balansınızı artıra bilərsiniz. Bunun üçün siz eManat terminalında ödənişinizi aşağıdakı təlimat üzrə edə bilərsiniz.

– Terminalda “Digər” bölməsinə daxil olun.

– Açılan pəncərədə “Dynamex” xanasını seçin.

– Burada müştəri kodunuzu yazın. (Müştəri kodunuzu görmək üçün bura klikləyin.)

– Məbləğ hissəsinə yükləmək istədiyiniz məbləği qeyd edin.

– Pulun balansa yüklənməsi üçün təsdiq edin. Əməliyyat bitdikdən sonra dərhal pul şəxsi kabinetinizdə görünəcəkdir.

VERGİLƏR

Sahibkarları, vergi ödəyicilərini maraqlandıran ən aktual məsələlərdən biri də təsisçilərlə olan borclardır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Praktikada belə hallar çox olur. Müəssisənin təsisçisi hüquqi şəxsi yaradır və müəyyən məbləğdə nizamnamə kapitalını formalaşdırır. Növbəti mərhələdə müəssisəsinin tam gücü ilə işləməsi üçün fəaliyyət sahəsindən asılı olaraq müəssisəyə çox hallarda maliyyə vəsaiti tələb olunur. Maliyyə vəsaiti, adətən, aşağıdakı mənbələrdən formalaşdırılır:

  • bank kreditləri hesabına;
  • BOKT-ların ayırdığı kreditlərlə;
  • borc müqavilələri ilə borcverənlərlə;
  • müəssisənin təsisçilərinin ayırdığı maliyyə yardımı (əvəzsiz) hesabına;
  • eləcə də təsisçilərlə bağlanılmış borc müqavilələri ilə əldə etdiyi borclar hesabına.

Təcrübədə bu maliyyələşmələrdən ən çox bank kreditləri və təsisçilərin vergi borcu məbləğləri ilə bağlı suallar yaranır.

Vergi ödəyicilərini daha çox maraqlandıran məsələlər bunlardır:

  • Təsisçi borcu hansı valyuta ilə verməlidir?
  • Dollar ilə borcu verə bilərmi?
  • Borc vəsait ancaq kassaya ödənilməlidirmi?
  • Birbaşa bank hesabına borc vəsaiti təsisçi ödəyə bilərmi?
  • Təsisçinin adından başqa bir şəxs borcu kimi məbləği ödəyə bilərmi?
  • Təsisçinin ödəyəcəyi borcu başqa bir şəxs banka ödəyə bilərmi?

Məsələyə tam aydınlıq gətirmək üçün normativ aktlara müraciət edək.

Mülki Məcəllə, maddə 739. Borc müqaviləsi

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Bundan əlavə, “Valyuta tənzimi haqqında” Qanunda yazılmışdır ki, fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən Azərbaycan Respublikasında əldə etdikləri vəsaiti müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.

Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il № 45/1 “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə qərarında yazılmışdır:

4.1. Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

Yuxarıda göstərilən müddəalara, həmçinin məsələ ilə bağlı digər normativ aktlara əsaəsn bu qənaətə gəlmək olar:

Təsisçilər təsiçisi olduğu müəssisəsyə borc verə bilər və bu zaman borc müqaviləsi bağlanmalıdır.

Müqavilədə borcu həm milli, həm də xarici valyutada əks etdirmək olar. Yəni təsisçi xarici valyutada borc verə bilər. Bundan əlavə, təsisçi borcu birbaşa özü müəssisənin bank hesabına və ya kassasına mədaxil edə bilər.

Misal1: Tutaq ki, “AA” MMC-nin təsisçisi iki fiziki şəxsdir. Onlardan biri 100.000 manat, ikincisi isə 50.000 dollar həcmində borc müqaviləsi bağlamışdır.

Sual: Təsisçilər vəsaiti necə ödəyə bilər və MMC təsisçilərə borcu necə qaytarmalıdır?

Hər iki təsisçi vəsaiti birbaşa kassaya və ya bank hesabına özü ödəyə bilər. Eləcə də hər iki təsisçi etibarnamə və ya qəbul etdiyi qərar əsasında verdiyi borc vəsaitlərini təsisçilərin adından başqa bir şəxs ödəyə bilər.

Təsisçilərə borclar qaytarılanda milli valyuta ilə – manatla ödənilməlidir. Bankla ödənildikdə bank 50.000 dolları təsisçiyə xarici valyutada qaytarmayacaqdır. Belə ki, qüvvədə olan hüquqi tələblərə görə rezidentlərin xarici valyutada olan əməliyyatlarına müəyyən məhdudiyyətlər vardır. Yəni rezidentlərin xarici valyuta ilə aparılan əməliyyatlarnın sırasında rezidentlərə ödənişlərin aparılması yoxdur.
Bu tələb vəsaitin kassadan geri qaytarılmasına da aiddir.

Misal 2: Tutaq ki, “AA” MMC-yə ödənilən 50.000 manatlıq borcu təsisçi yox, başqa bir şəxs ödəmişdir. Amma təsisçi ilə borc müqaviləsi bağlanmışdır.

Sual: Bu halda rəsmiləşdirmə düzgündürmü?

Təsisçi ilə borc müqaviləsinin bağlandığına baxmayaraq, faktiki olaraq borcun başqa şəxsin adından ödənildiyini sübüt edən heç bir sənəd mövcud deyildir.

Təcrübədə təsisçilər vəsaiti kiməsə verirlər və onlar vəsaiti banka birbaşa ödəyirlər. Bu zaman ödəniş qəbzlərində təsisçinin adı deyil, vəsaiti ödəyən şəxsin adı görünür. Ona görə də vəsaiti təsisçinin adından kim ödəyəcəkdirsə, həmin şəxsin adı ya borc müqaviləsində, ya etibarnamədə, ya da təsisçinin qərarında qeyd olunmalıdır.

Yaxşı olardı ki, borc müqavilələrində faizlər də əks olunsun. Əks halda, vergi orqanları yoxlamalar və nəzarət tədbirləri zamanı faizlər və buna uyğun olaraq da vergilər hesablaya bilərlər.

Fəxriyyə İKRAMQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.