Press "Enter" to skip to content

Sayt açmaq

– Cinsi problemlərin müalicəsi necə aparılır?

Seksoloq: Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik – MÜSAHİBƏ

Müxtəlif ölkələrdə mütəxəssislər ailələrin seksual münasibətləri üzərinə araşdırmalar aparırlar. Araşdırmaların nəticələrinə görə, xarici ölkələrdən qadın və kişilərin az hissəsi – əhali sayına görə 5-6 faizi seksual həyatdan narazı qalırlar. Bunun səbəbi isə həmin ölkələrdə seks anlayışının normal formalaşmasıdır.

Azərbaycanda isə ailələrdə arvadın öz ərindən utanması, seksual həyatları bir kənara, ixtisas olaraq seksologiya belə normal inkişaf etməyib. Cəmiyyət bunu qəbul etmək istəmir və xəstəliyi olan insanlar müalicə üçün müraciət etmir.

Bu səbəbdən hər gün ailələrdə xəyanət, atanın öz qızını cinsi istismar etməsi, qardaşın bacını zorlaması kimi xoş olmayan hadisələrin şahidi oluruq. Bəs bunun səbəbi nədir? Niyə xəyanətlərin sayı artıb? Cəmiyyətdə insanları narahat edən seksual pozuntuları olan şəxslər niyə həkimə müraciət etmir? Azyaşlı uşaqları pedofillərdən necə qorumaq olar? Ümumiyyətlə, cütlüklər arasında seksual münasibətlər necə olmalıdır?

Oxu.Az-ın bu və digər suallarını isə klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə cavablandırıb:

– Əvvəlcə seksologiya haqqında qısa məlumat verərdiniz. Bu profilə hansı problemlər daxildir?

– İlk olaraq onu demək istərdim ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, bu sahə hələ də Azərbaycanda normal inkişaf etməyib. Eyni zamanda, cəmiyyət tərəfindən də digər ixtisaslar kimi qəbul edilməyib. Mən Tehranda Əllamə Təbatəbai adına dövlət universitetində təhsil almışam. Həmin zamanlar “Tehran Sex Clinic” adlı mərkəzdə çalışırdım, amma sonra adını dəyişdirib “İran Sex İnstitute” qoydular.

Hazırda həmin mərkəzin Azərbaycanda koordinatoruyam. Bu gün də bu profilin adlandırılmasında çətinlik çəkirəm. Seksoloq deyəndə həkimlər deyir, “Sən tibb üzrə təhsil almısan, niyə özünə seksoloq deyirsən?”, seksterapevt deyəndə “Profil olaraq terapevt deyilsən, niyə özünü elə təqdim edirsən?” deyib irad tuturlar. İngilis dilində bu profil “Sex Theraphy” gedir və bir çox ölkələrdə bu profildə çalışan psixoloqları seksoloq adlandırırlar.

Seksologiya psixogen mənşəli cinsi problemlərin müalicəsini əhatə edir, fiziogen yox. Seksologiyaya insanın psixo-cinsi inkişafı, yəni onun cinsiyyəti, cinsi kimliyi, cinsi orientasiyası, cinsi rolu və cinsi davranışlarından bəhs edir. Sadaladığım bölmələrin birini cinsi davranışlarda cinsi disfunksiyalar və parafiliyaları (anormal cinsi davranışlar) əhatə edir.

Bu pozuntuların əhatə etdiyi problemlərə – hər iki cinsə aid edilə biləcək cinsi disfunksiyalar var. Cinsi əlaqədə (yəni qarşılıqlı cinsi əlaqə və ya tək cinsi akt zamanı (masturbasiya zamanı) müşahidə edilən zəiflik, cinsi ehtirassızlıq, istəksizlik, fobiya, orqazm ola bilməmək və s. daxildir. Qadınlarda vaginizm, kişilərdə isə elektil cinsi disfuksiya (cinsi orqanın bərkiməsi), tez boşalma və gec boşalma problemi və s. daxildir.

– Azərbaycanda ən çox hansı problemlə bağlı müraciət edirlər?

– Kişilərdə daha çox rast gəlinən erkən boşalma və ereksiya, qadınlarda isə vaginizmdir.

– Bəs bu kimi problemlər qarşı tərəfə nə kimi təsir edir?

– Belə izah edim ki, misal olaraq əgər cinsi münasibətdə olan iki nəfərdən birində vaginizm xəstəliyi müşahidə edilirsə, bir neçə müddətdən sonra artıq qarşı tərəfdə cinsi istəksizlik yarada bilir. Əslind, bu pozuntular insanların özündən asılı olmur. Həyəcan, qorxu, stress nəticəsində cinsi orqan ətrafındakı əzələlər gərilir və vaginizm dediyimiz pozuntu ortaya çıxır.

Vaginizmdən əziyyət çəkən qadınlar, əslində, seks istəyir, sadəcə olaraq, müəyyən travmalardan və fobiyalardan dolayı istədikləri cinsi əlaqəyə girə bilmirlər. Seks istəmədikləri halda, bu artıq başqa problemə – aseksuallığa tərəf irəlləyir.

– Bəzən eşidirik ki, insanlar pedofiliya kimi anormal cinsi davranışlara yol verirlər. Bu, xəstəlik hesab edilirmi?

– Bəli, bunlar fetişizm, pedofiliya, vuayerizm (digər insanların cinsi əlaqəsini gizli izləmək), eksqibinizim (cəmiyət içərisində bədənini açmaq), frotterizm (avtobus ya metrolarda insanlara sürtünərək cinsi ehtiras yaratmaq), sadomazoxizmdir. Maraqlı məqam budur ki, biz bu insanlara parafiliyaya yol verdiklərini, bunun bir pozuntu, problem olduğunu onların özünə sübut edə bilmirik.

Onlar heç vaxt bununla bağlı mütəxəssisə müraciət etmirlər. Çünki psixoloji olaraq bunu özlərində pozuntu hesab etmirlər. Bu etdikləri anormal cinsi hərəkətlər onları bezdirəndə və həyatlarını iflic etdikdə mütəxəssisə müraciət edirlər.

Misal olaraq, sadizmlə məşğul olan şəxs öz mazoxist partnyoruna qarşı artıq sadistik davranışlar etmədikdə partnyoru şikayət olaraq mütəxəssisə müraciət edir ki, partnyorum artıq mənə qarşı əvvəlki hərəkətləri etmir. Sadomazoxist olduqları üçün bu davranış onlar üçün nornaldır. Əlbəttə, bu davranışlar uşaqlıqda baş verən travmaların nəticələridir.

– Cinsi problemlərin müalicəsi necə aparılır?

– Biz seksoloqlar cinsi psixoterapiyalar zamanı dərman preparatlarından istifadə etmirik. Ümumiyyətlə, psixoloqların dərman preparatlarını təyin etmə hüququ yoxdur. Gəlin, ardıcıllıqla danışım, daha aydın olsun. Bizə müraciət edən pasiyentlər ilə kliniki müayinə aparılır. Daha sonra test üsulu ilə yoxlama təşkil edilir.

Əvvəlcə onlardan bütün problemləri olduğu kimi danışmalarını tələb edirik. Sona qədər dinlədikdən sonra onlara fərdi şəkildə verilən suallar əsasında hansı problemdən əziyyət çəkdiklərini aydınlaşdırmağa çalışırıq. Seksual problemlərin müalicə prosesi olduqca ağır və incə prosesdir. Xüsusilə anormal seksual davranışların müalicəsi çətin prosesdir. Çünki burda birbaşa insanın həzz almasından söhbət gedir. İnsan həzz aldığı şeylərdən isə asanlıqla əl çəkə bilmir. Problem və səbəbi tam aydınlaşdıqdan sonra isə hər pasiyentə uyğun individual cinsi psixoterapiya proqramı qururam və tətbiq edirəm.

– Ümumiyyətlə, seksual asılılıq insana nə kimi mənfi təsir edə bilir?

– Ümumiyyətlə, hər hansı bir asılılıq normal hal deyil. Normadan artıq olan hər şey özü ilə bərabər problem gətirir. Seksual fetişizm və ya masturbasiya zamanı asılılıq daha tez-tez müşahidə edilir. Bu, artıq o dərəcəyə çatır ki, insan gün ərzində 10-15 dəfə masturbasiya edir. Hətta özünə bunu borc bilir. Təbii olaraq, bu asılılıq insanın həm işinə, həm də gündəlik həyatına mane olur. Psixoloji olaraq o hər şeydən təcrid olunur və bütün fikrini həzzə kökləyir, artıq elə həddə çatır ki, həzzdən çox əziyyət çəkir.

Və ya çox zaman kişilərdə rast gəldiyimiz fetişizmi götürək. Kişilər hündürdaban ayaqqabıya, müəyyən növ corablara baxaraq özlərini ehtiraslandırırlar. Bunu kişilərdə daha çox qadınlar müşahidə edir. Praktikamda olub ki, qadın hündürdaban ayaqqabı geyinmədiyi zaman kişinin onu saymadığını, ona yaxın getmədiyini deyib. Bu da seksual asılılıqdır.

Transvestit fetişizm hər iki cinsin nümayəndəsində müşahidə edilir. Amma daha çox oğlanlarda rast gəlinir. Qarşı cinsin paltarında cinsi əlaqəyə girmək. Bəzən cütlüklər bunu fantaziya kimi qiymətləndirir, lakin bu, davamlı olaraq olsa, artıq seksual pozuntu sayılır. Bu, xüsusilə gənc yaşlarda masturbasiya zamanı oğlanların özünü qadın geyimləri ilə ehtirasa gətirməsi ilə meydana gələn problemdir, sonradan asılılıq halına gəlir.

Bu tip və ya digər anormal cinsi davranışların hər biri – uşaq və yetkin yaşlarından alınan travmalar, ilk cinsi münasibət zamanı yaşanan uğursuz hallar onların yaddaşında elə həkk olur.

– Pornoqrafik filmlər?

– Bəli, bu da səbəb ola bilər. Bunun müsbət və mənfi tərəfləri var. Təəssüf ki, psixoloji cəhətdən zəif olan insanlara bu məzmunlu görüntülər pis təsir edir və asılılıq halı yarada bilir.

– Bəs cinsi disfunksiya problemlərinin müalicəsi varmı?

– Əlbəttə, var. Sadəcə olaraq, bizim əhali arasında bu pozuntuları heç kim ciddi qəbul etmir və vaxtında mütəxəssisə müraciət etmirlər. Bəzən elə hallar olur ki, 5-6 il sonra cütlüyün uşaqları olmur. Ailədən kimsə onları həkimə müraciət etməyə məcbur edir, nəticədə, məlum olur ki, tərəflərdən heç biri artıq cinsi əlaqəyə girmək istəmir. Onlarda cinsi disfunksiya olur.

– Ailə yaxınlarının bu cür problemi bilməsi müalicə perioduna mənfi təsir etmir?

– Əslində, çox yaxşı məqama toxunursunuz. Bu problem psixoloji olaraq həmin şəxslərə əlavə təzyiqdir. Bəzən görürəm ki, dayı, əmi, bibi, xala, ana, ata – hamısı qoşulub gəlib klinikaya. Misal olaraq qadında vaginizm problemi var, anası, atası, qayınana, qayınata, dayısı, əmisi düşüb qabağa gətirir.

Bu, adi boğaz ağrısı xəstəliyi deyil axı. Qətiyyən düzgün deyil. Ananı, qayınananı başa düşmək olar. Amma tövsiyə edirəm ki, xəstələr ailə içi və iki nəfərin arasında olan məsələni belə ictimailəşdirməsinlər. Bu, müalicə zamanı onların özlərinə mənfi təsir edir və daim pasiyenti stressdə saxlayır.

– Rayon yerlərində hələ də mentalitetin tələbi olan yengə problemi. Necə düşünürsünüz, buna ehtiyac var?

– Artıq paytaxtda bu kimi adətlərin qalmadığına ümid edirəm. Çünki yengə məsələsi olduqca ciddi travma yarada bilər. Bu, kişilərin, eləcə də, qızların psixologiyasına çox daha ağır zərbədir. Rayon, kənd yerlərində hələ də toy olan kimi, bütün kənd camaatı sabah səhər gələcək xəbəri gözləyir. Bu kimi məqamlar qarşı tərəfə mənfi təsir edir və insan cinsi həyatına travma ilə başlaya bilər. Bu da kişilərdə erektil disfunksiya və qadınlarda vaginizmin başlanğıcı ola bilər. Psixoloji cəhətdən zəif insanlar bu prosesdən sonra ciddi travma ala bilər.

– Homoseksuallıq sağalan “xəstəlik”dir? Ümumiyyətlə, orientasiya problemi xəstəlikdir, yoxsa seçim?

Homoseksuallıq orientasiyaya aiddir və cinsi orientasiyalar pozuntu sayılmır. Yəni heteroseksual, homoseksual və biseksual orientasiyaların heç biri psixoloji pozuntu, ya xəstəlik sayılmır. Amma bu məsələdə ilk olaraq psixoloji yoxlanış aparılır. Sübut olunduqdan sonra ki həmin adam homoseksualdır, daha sonra onun dərəcəsi müəyyənləşdirilir.

Müalicə ilə müəyyən dərəcədə dəyişiklik etmək olur. Lakin əvvəlcə nəzərə alırıq ki, onların belə qalması yaxşıdır, yoxsa heteroseksuala (əks cinsə qarşı cinsi meylin olması) çevirmək olar. Çox vaxt klassik homoseksualları elə olduğu kimi saxlayırıq. Klassik homoseksual, yəni heç bir travma və seksual təcrübə olmadan insanın seksual fanraziya və cinsi istəyinin öz cinsinə qarşı olmasıdır. Çünki onu müalicə etmək mümkün deyil.

Biz onları aldada bilmərik ki, sən nə vaxtsa düzələcəksən və heteroseksual orientasiyaya sahib olacaqsan. Biseksuallar (həm öz, həm də qarşı cinsin nümayəndəsinə cinsi meylin olması), lezbiyanlar (qadın homoseksuallığı), geylər (kişi homoseksuallığı) – bu insanların özlərindən asılı olmayan prosesdir. Bəzən seçim deyirlər, insanları təcrid edirlər. İnsaniyyət cəhətdən onların heteroseksuallardan heç bir fərqləri yoxdur.

Əksinə, biz Tehranda bu istiqamətdə araşdırma aparmışdıq. İnsani keyfiyyətlərinə, İQ səviyyəsinə, yəni emosionallıq baxımından homoseksuallar heteroseksuallardan kifayət qədər fərqli və yüksək nəticələr əldə etmişdilər. Bunu normal qəbul etməyən insanlar var, lakin tibb və elm homoseksualları normal şəkildə qəbul edir. Ola bilər homoseksuallar davranışlarında bir qədər qadınları xatırladır, oğlanlara “padxod” etməyə çalışır və s. Amma onlar cəmiyyətdə az olduqları üçün bu vəziyyət tez gözə dəyir.

– Bu problemlər uşaq yaşlarından yaranır?

– Bəli. Bu problemlər məhz uşaq yaşlarından yaranır. Hər bir uşaq beş yaşına kimi bilməlidir ki, o oğlandır, yoxsa qız. Bunu şüurlu şəkildə dərk etməlidir. Əgər bunu dərk edə bilmirsə, artıq onda seksual pozuntu var deməkdir. Bu, artıq cinsi kimlik pozuntusuna aparan yol ola bilər. Bəzən valideynlər buna fikir vermir. Cinsi kimliyin formalaşması önəmlidir. Hərdən valideynlər bunu özü edir. Praktikamda çox olub ki, ana öz oğlunu götürüb gəlib ki, bəs özünü qız kimi aparır.

Söhbət edən zaman məlum olub ki, ata işdə olub. Qadın özü hara gedib, oğlunu da aparıb. Uşaqlıqda oğluna qız paltarları geyindirib. Qadınların içərisində böyüyüb və bu uşaq davranışda qadına bənzəyən oğlan olub. Bunu bəzən homoseksualla səhv salırlar. Burda cinsi rol pozulub. Soruşanda da deyirlər ki, mən bilmirdim, belə olar. Ola bilər ki, cinsi orientasiyasında pozuntu olmasın. Əks cinsin nümayəndələrinə meyilli olsun. Amma hərəkətlərində artıq kişi hərəkətləri müşahidə edilmir.

Bəzən də analar azyaşlı uşaqlarının yanında soyunurlar. Bu, çox ciddi problemdir. Üç yaşından sonra uşaq cinsi dərk edir. Nə olsun ki cinsi istəyi formalaşmayıb? Bütün bunlar uşaqların gələcəkdə seksual pozuntuların yaranmasına səbəb olur.

– Bu sadaladığınız məqamları transseksuallara aid etmək olar?

– Xeyr. Transseksuallıq orientasiya deyil, o, cinsi kimlik bəhsinə aiddir. Bu, pozuntu sayılır. Onun müalicəsi ya psixoterapiya aparıb öz cinsindən razı salmaqdır və ya cinsini dəyişməkdir. Çünki transseksuallar artıq öz bədənindən razı olmayıb, bunu seçim edərək dəyişənlərdir. Bəzən qadın geyimi ilə gəzən, lakin kişi bədəninə sahib insanlara da transseksual deyirlər. Amma onlar tam olaraq transvistit adlandırılır.

Tehranda transseksualları məcburi şəkildə iki illik müalicəyə cəlb edirlər. Bunun səbəbi isə odur ki, cinsini dəyişmək istəyən şəxs ani verilən qərardan sonra peşman ola bilər. Çünki cinsini dəyişib, bununla yaşaya bilməyib intihar edən şəxslər az olmayıb. Həkim psixiatrlar və klinik psixoloqlar bu iki il ərzində onları ciddi müşahidə edirlər. Qeyd edim ki, iki il həmin şəxslər əks cinsin paltarında gəzməli və onların həyat tərzi ilə yaşamalıdır.

Məsələn, bir kişi cinsini dəyişmək istəyirsə, iki il müddətinə yalnız qadın geyimlərində, qadınların həyat tərzi ilə yaşamalıdır. Cəmiyyətdə qadın və kişi olmağın nə demək olmasını bu üsulla insanlara izah edirlər. Bizim Tehrandakı klinikamızın həkiminin dediyinə görə, 700-dən çox cinsiyyətin dəyişdirilməsi əməliyyatını aparmışdı.

– Dünya ölkələri arasında cinsiyyət dəyişdirilmə əməliyyatı üzrə ilk pillələrdə yer alan hansıdır?

– Bu məsələdə Tailand birinci yerdədir. Onlar cinsiyyətini çox dəyişir. İki, ya üçüncü yerdə İran qərarlaşır. İranlılar da cinsiyyətini dəyişməkdən çəkinmirlər. İran İslam Respublikası olmasına baxmayaraq, dində cinsin dəyişdirilməsinin günah olması barəsində müəyyən bir sübut yoxdur. İranda bu şəxslər qəbul edilir. Hətta onların şəxsiyyət vəsiqələri də dəyişdirilərək əks cinsin vəsiqələri ilə əvəz edilir. Həmin şəxslər hicab örtərək, bütün qaydalara əməl edərək yaşayırlar.

Bu, qəti problem olmur, çünki onlar onsuz da qadın kimi yaşamağı arzulayırlar. Lakin homoseksuallıq İranda cinayət sayılır və edam hökmü var. İran psixiatrları homoseksualları edam hökmündən yayındırmaq üçün homoseksualığı psixi xəstəliklər siyahısında saxlayıblar.

– Praktikanızda hansı maraqlı hadisəni bölüşə bilərsiniz?

– Əslində, pasiyentlərim haqqında danışmağı sevmirəm. Çünki bu, etik deyil. Üstəlik, onlar çox həssas olurlar və oxuduqları bənzər məlumatları özlərinə qəbul edə bilirlər. Amma bizim Tehranda tanıdığımız bir nəfər vardı, o, həyat hekayəsini motivasiya kimi bölüşürdü. Kişi olaraq dünyaya gəlsə də, həyatına qadın kimi davam edirdi. Əsgərlik çəkmişdi. Daha sonra cinsiyyətini dəyişmək qərarına gəlmişdi. Hətta çox gözəl qadın olmuşdu deyə bilərəm. Bir dəfə müsahibələrindən birində danışmışdı ki, ona nişan gələndə atası səhvən deyib ki, qızımız əsgərlik də çəkib.

Oğlan evi də məsələni bilmirmiş, elə gəldikləri kimi də durub gediblər. Amma sonra fikirlərini dəyişib yenidən elçi gəlirlər və qızı alırlar. Yəni transseksualların hamısı bunu biznes üçün etmir. Normal həyat tərzinə davam etmək istəyənlər də var. Təbii ki, cinsiyyət tam dəyişir. Kişi cinsiyyət orqanı çıxarılır və müəyyən əzələlərdən süni qadın cinsiyyət orqanı düzəldilir (və ya əksinə, süni kişi cinsiyyət orqanı). Lakin onlar normal kişi və ya qadın orqanizminin yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmirlər. Hər şey beyində başlayır və beyində bitir. Onlar, əsasən, psixoloji həzz alır.

– İkili cinsiyyət orqanı ilə doğulan insanlar var. Bu zaman sizə müraciət ediləndə müalicə məsələsi necə olur?

– Biz ona elmi dildə hermofrodit deyirik. On mində bir nəfərdə rast gəlinir. Nadir haldır. Onlarda həm qadın cinsiyyət orqanı var, həm də kişi. Bu, uşaq yaşlarından müalicə olunmalıdır. Bəzən gözləyirlər, müəyyən yaşa çatsın. Artıq onda da psixoloji travma yaranır. O, artıq bilmir ki, qızdır, yoxsa oğlan. Həkimlər hormonları yoxlayır və hansı cinsi orqan daha çox inkişaf edibsə, onu saxlayıb digərini cərrahi üsulla götürürlər. Müəyyən yaş, əlbəttə ki, lazımdır ki, orqanizm inkişaf etsin.

– Bəs normal cütlüklər arasında cinsi əlaqə üçün limit varmı?

– Cinsi münasibətlərdə limit yoxdur. Sadəcə olaraq bu insanın rutin həyatına mane olmursa, orqanizmə heç bir ziyanı yoxdur. Seksoloq məsləhətinə qaldıqda, biz cütlüklərə həftə ərzində 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik. Tibbi cəhətdən bu orqanizmin seksual ehtiyaclarını tam olaraq qarşılayır. Lakin insanların seksual istəkləri də fərqli olduğu üçün həftədə 3-4 dəfə cinsi münasibəti çox sayanlar da olur, az hesab edənlər də. Başqa bir məqam seks asılılığıdır. Bu, artıq müntəzəm olaraq cinsi əlaqəyə meyil deməkdir ki, bu da cinsi pozuntuya aparır.

– Bütün bu problemlər yalnız kişilərə aiddir, yoxsa qadınlara da şamil edilə bilər?

– Bu, hər iki cinsin nümayəndəsinə şamil edilə bilər. Bəzən kişilərlə yanaşı, qadınlarda da cinsi istəklər normadan artıq olur.

– Bəzən insanlar həyat yoldaşlarını bürclərə görə seçir. Belə bir fərziyyələrin əsası varmı?

– Əlbəttə ki, yox. Bu problemlər, sadəcə olaraq, insanlar arasında şəxsiyyət tiplərinə uyğun olaraq aparılır. İnsanlar arasında cəmi 10 şəxsiyyət tipi var. Onların hər birinin fərqli cinsi istəkləri var. Əsasən “A”, “B”, “C” qrupu olmaqla, üç yerə ayrılır. “A” qrupuna daxil olan insanların cinsi istəkləri orta, “B” qrupuna daxil olan insanların cinsi istəkləri daha çox, “C” qrupuna daxil olan insanların isə cinsi istəkləri olduqca orta-zəif olurlar.

– Cəmiyyəti narahat edən əsas məqamlardan biri də azyaşlıların zorlanması, atanın qızına, qardaşın bacısına təcavüz etməsinə dair xəbərlərdir.

– Bilirsiniz, əslində, onlar bunu özləri seçmir. Özlərini də xəstə hesab etmirlər. Tez-tez eşidirik ki, azyaşı uşaqlar zorlandı, valideyn öz övladına təcavüz etdi. Bunlar hər biri pedofiliya əlamətidir. Onlar nə vaxtsa uşaq vaxtlarında təcavüzə uğramış və bunun travması ilə böyüyən şəxslərdir. Müşahidə etsəniz, onlar öz hədəflərini seçərkən beş yaş fərqə diqqət edirlər.

Məsələn, pedofilin 20 yaşı varsa, o, özünə 15 yaşında uşaq seçəcək. Pedofillər, əsasən, seçdikləri qurbanlarla daimi münasibət saxlasa da, 18 yaşı olandan sonra onu atır və başqa birini axtarırlar. Əslində, onlar uşaqları şirin dillə ələ alırlar. Pedofiliya psixoloji pozuntudan əlavə, həm də birbaşa cinayətdir. Və təəssüf ki, pedofillərin heç biri sağalmır. Onlar həbsə düşüb çıxdıqdan sonra belə, öz əməllərini davam etdirirlər.

– Yazını oxuyanları təlaşlandırdınız. Bəs bu kimi hallardan uşaqları necə müdafiə etmək olar?

– Təlaşlanmalı bir məqam yoxdur. Bu, tək Azərbaycanda deyil. Amerikada pedofillər daha çoxdur və mübarizə üsulu da var. Bizdə valideynlər azyaşlı uşaqlarla küçəyə çıxanda, kimsə uşaqları əzizləyəndə, öpəndə bunu nazlama və tərif kimi qəbul edə bilər. Buna şərait yaradırlar və uşaq da yad insanın ona toxunmasının icazəli olduğunu sana bilər. Əslində, bu olmaz.

Amerikada siz heç kimin uşağını əzizləyə, toxuna bilməzsiniz. Eyni zamanda, Avropa ölkələrində əgər hər hansı küçədə daha əvvəl pedofilliklə həbs edilən şəxs yaşayırsa, ərazidə hər kəsə bu barədə məlumat verilir. Bildirilir ki, sizin qonşular arasında pedofil var, uşaqlarınıza diqqət edin. Azərbaycanda da valideynlər övladlarına qarşı bir az diqqətli olmalıdırlar.

Uşaqlar cinsi tərbiyə almalıdır. Uşaqlara izah edilməlidir ki, küçədə yad insanlarla ünsiyyətə girmək olmaz. Onlardan heç nə qəbul etmək olmaz. Cinsi orqana yalnız həkim və ya valideyn zərurət olan halda baxa bilər və s. Adətən, cinsi zorakılığa məruz qalanlar və ya pedofillərin qurbanı 8-14 yaş arası olur.

– Təəssüf ki, sizin profilə daxil olan problemlər insanları xəyanətə sürükləyir və ailələr dağılır.

– Baxın, bu xəyanət məsələsinə yanaşma tərzi yanlışdır. İnsanı xəyanətə sürükləyən cinsi həyatın normal olmamasıdır. Kim deyirsə ki, ailəmiz belə hörmət, sevgi kimi dəyərlər üzərində qurulub, bu, sadəcə, özünü aldatmaqdır, bunu nə vaxtsa anlayacaqlar. Bəli, ailə seksə görə qurulmur, amma ailəni ayaqda saxlayan əsas amil seksdir.

Cinsi həyat qaydasında olarsa, partnyorlar bir-birinin seksual ehtiyaclarını tam qarşılayarsa, onların arasında baş verə biləcək istənilən problem həll yolunu tapacaq. Amma normal olmayanda, bəli, artıq tərəflər istəklərini qarşılaya biləcək şəxsləri kənarda axtarmağa başlayırlar. Seksual cəhətdən hər şey əla olanda, qadın süfrəyə yanmış yemək belə qoysa, kişi onu bəh-bəhlə yeyəcək. Kişilərin 90 faizi, qadınların da 10 faizi partnyorlarını dəyişməyə meyillidirlər. Amma psixologiyadan yanaşsaq, bunu qəbul etmək bir qədər asan gəlir. Çünki biz onların şəxsiyyət tiplərini bilirik.

Ümumiləşdirsək, xəyanətə səbəb cinsi münasibətdə tərəflərin bir-birini qane etməməsidir. Bizim insanlar isə bu məsələni böyük ayıb bilirlər. Ər-arvad bir-birindən utanır. Nə istədiklərini deməyə çəkinirlər. Başa düşürsünüz? Bu, düzgün deyil. İnsanın heyvani hisslərinin büruzə verildiyi məqamlardan biri də seksdir. Onu mədəniləşdirmək olmaz. Ailə, cütlük onu ürəyindən gəldiyi kimi yaşamalıdır. Əks təqdirdə, ailədə, xüsusilə də cinsi münasibətlərdə problem yaranacaq. Və bu, bütün münasibətlərə təsir edəcək.

Xəyanətə görə adam öldürmək, video çəkmək, qadının saçını qırxmaq və s. insanların cahilliyidir. Çünki xəyanət bizim profildə ailədən kənar əlaqələr adlanır və seksologiyaya aiddir. Ailədə xəyanət varsa, demək ki, tərəflərdən hər ikisinin həmin xəyanətdə payı var.

Bəs masturbasiya məsələsi? Bəzən həkimlər bunun ziyanlı olduğunu deyir.

– Masturbasiya məsələsinin heç bir ziyanı yoxdur. Təbii ki, asılılıq halına gətirilmədiyi müddətcə. Hərdən deyirlər ki, kişilərin bədəndən tez-tez sperm atması ziyandır. Amma bu da əsassızdır, çünki onsuz da hüceyrələr müəyyən müddətdən bir yenilənir. Qadınlar üçün də ziyanı yoxdur, bu nə bakirəliyin pozulmasına, nə də gələcəkdə ana olmalarına heç bir problem yaratmır.

– Psixoloji cəhətdən bəylər üçün bakirəlik nə deməkdir?

– Bu, hələ də öz cavabını tapmayan bir sualdır. Psixoloji yükü yoxdur, sadəcə, sosial problem, mentalitet. Amma düşünürəm ki, kişilər, sadəcə, cəmiyyətin qınağından qaçdıqları üçün evlilik qərarı alanda bakirə olmasını önəmsəyirlər. Diqqət etsəniz, ikinci evlilik zamanı və ya gec ailə quran kəslər buna çox diqqət yetirmir. Qadınlar da bununla müqayisədə, ilk evlilik zamanı oğlanın əvvəl ailə qurmamasını istəsə də, müəyyən yaşdan sonra artıq ailəli olub ayrılmasına, hətta övlad sahibi olmasına da fikir vermir.

Bəzən isə deyirlər ki, bakirə ilə ailə qurmaq ona görə lazımdır ki, çoxsaylı seksual partnyoru olan qadın və ya daha əvvəl bir neçə dəfə ailə qurmuş qadın orqanizmində həmin kişilərin genini daşıya bilir. Təbii ki, bu, tam təsdiqini tapmayıb, amma xarici mənbələrdə buna rast gələ bilərsiniz.

– Ümumi olaraq pasiyentlərə nə tövsiyə edirsiniz?

– Cəmiyyətdə seksə hörmətlə yanaşılması yaxşı olardı. Seksi həddən artıq böyütmək və qloballaşdırmağa ehtiyac yoxdur. Bu, həm insanların şəxsi həyatlarında yaşadıqları problemləri yüngülləşdirəcək, həm də seksual problemləri olan insanların həkimə, ya seksoloqa müraciət etmələrinin qarşısını alan kompleksi aradan qaldıracaq.

Cəmiyyətdəki aqressivliyin bir səbəbi də qınaq obyekti olmamaq üçün bu kimi problemlərin aradan qaldırılması üçün heç nə edə bilməməkdir.

Sayt açmaq

Sayt açmaq üçün nələr lazımdır gəlin nəzər yetirək. Əvvəla qeyd etmək lazımdır ki, əgər hər hansısa bir proqramlaşdırma bilginiz yoxdursa hazır platformlardan istifadə etməyinizi məsləhət görəcəyik. Yeni bir sayt açmaq üçün vaxtınızı buna geniş ayırmalısınız. Əgər vaxt məhdudiyyətiniz varsa saytların hazırlanması xidmətini bizə həvalə edə bilərsiniz və biz sizin üçün ən uyğun qiymətə bunu edəcəyik.

Proqramlaşdırma bilgisi olmadan sayt açmaq

Əvvəlcədən qeyd etdiyimiz kimi əgər hər hansısa bir proqramlaşdırma bilginiz yoxdursa sayt açmaq üçün hazır platformalardan istifadə etməyiniz məsləhətdir.

WordPress ilə sayt açmaq

Bəli, wordpress ilə bir sayt açmaq mümkündür! WordPress ilə düşünə biləcəyiniz hər hansı bir sayt modelini asanlıqla quraşdırmaq da mümkündür! Və işin ən yaxşı tərəfi bilirsiniz nədir? Yaradacağınız saytdan asılı olmayaraq wordpress ilə istənilən saytı açmaq mümkündür. Gəlin bunun necə edə biləcəyimizi bir yerdə öyrənək. Verdiyimiz keçiddən istifadə edərək dərsi uğurla tamamlayın. Ücretsiz WordPress Eğitimi – Uzmanından Ücretsiz WordPress Eğitimi

Joomla ilə sayt açmaq

Joomla bir mükafatlandırılmış Məzmun İdarəsi Sistemidir (CMS). Sizə imkan verir ki, güclü onlayn vebsaytlar hazırlayasınız . Eyni zamanda onun sadə istifadə üsulu və post yazma qabiliyyəti, Joomlanı ən populyar Veb-sayt skripti edir. Ən yaxşısı budur ki, Joomla açıq qaynaq proqramdır (Open source). Joomla-nın faydaları nələrdir:

  • Asan Quraşdırılma
  • Sadə vebsayt açmaq üsulu var
  • Təhlükəsiz və stabildir
  • Güclü əlavələr (ödənişsiz) və kommersiya üçün (əlavələri) var
  • Çoxlu sayda şablon seçimi vebsaytınızı daha müasir edəcək

Yaxşı bəs joomlanı hardan öyrənə bilərəm deyirsinizsə aşağıdakı keçidə daxil olub kursu tamamladıqdan sonra asanlıqla joomla ilə sayt yarada biləcəksiniz Joomla Sistem Uzmanlığı Eğitimi

Wix ilə sayt açmaq

Wix ilə sayt açmaq bəlkədə dünyada ən asan işdir. Bunu haradan bilirik? Gəlin bir yerdə araşdıraq əvvəla wix.com saytına daxil olun Daha sonra wix – dən qeydiyyatdan keçin. Qeydiyyatdan keçdikdən sonra saytınızı bəzəmək üçün sizi çoxlu sayda alətlər qarşılayacaq. Bu alətlər ilə nələr edə bilərsiniz?

Özəlləşdirilmiş anketlər əlavə edə bilərsiniz

Ziyarətçilərinizin sizinlə əlaqə qurmalarını və fikirlərini form vasitəsi ilə daha asanlaşdıracaqsınız.

Google üzərindən asanlıqla tapılacaqsınız

Güclü SEO alətləri ilə saytınızı google və digər axtarış motorlarında asanlıqla müştərilərin tapmasını təmin edəcəksiniz.

Məhsullarınızı yerləşdirəcəksiniz

Virtual mağaza yaradın və hərtərəfli e-ticarət platformamızla məhsullarınızı satmağa başlayın.

İstənilən vaxt görüş əlaqə yaradın

Müştərilərinizə 7/24 çat əlavə edin. Daha çox pul qazanın və işinizi daha yaxşı idarə edin.

Tədbirlərinizi təşviq edin

Ziyarətçilərinizi güclü bir təqvimlə qarşıdan gələn hadisələr barədə məlumatlandırın.

Daha çox abunəçi alın

Müştərilərinizi artırın və asanlıqla bir klikə saytınıza abunə olunsun.

Nəyə görə veb sayt açmaq bu qədər vacibdir?

Smartfonların geniş yayılması nəticəsində insanlar indi internet üzərindən əldə etmək istədikləri məlumatları tez əldə etmək istəyirlər. Bir mövzu, məhsul, marka, müəssisə və ya şəxs haqqında məlumat əldə etmək istədikdə axtarış motorları vasitəsi ilə saytlara daxil olurlar.

Sosial media hesablarından geniş istifadə olunsa da, etibarlı bir mənbə kimi veb saytlar daha təsirli bir üsuldur. Bu mənada veb saytı olan bir marka, şəxs və ya bir şirkət, peşəkar imic təmin etmək baxımından veb sayt olmayan rəqiblərindən daha üstündür. Prestij və ya peşəkarlıq baxımından daha yaxşı olduğu görüntüsünü təqdim edir.

Yalnız hədəf auditoriyaya və ya potensial müştərilərə deyil, həm də qarşılıqlı əlaqədə olan hədəf auditoriyaya (cari müştərilər və ya izləyicilər) təklif olunan veb sayt nüfuz baxımından rəqabətdə xal qazanır.

İndiki veb saytlar, müəssisələri, markaları, xidmətləri və ya şəxsləri virtual mühitdə təmsil etmək üçün ən təsirli vasitələrdən birinə çevrilmişdir. Məhsul satan bir mağaza üçün, fiziki mağazadan daha çox satan bir mühit yaratdı. Veb sayt açmaq, bir məkan və zaman məhdudiyyəti səbəbiylə fiziki olaraq çata bilmədikləri bir marka və ya bir şəxsi hədəf auditoriyaya çatdırmaq üçün təsirli bir vasitədir. Veb sayt açmaq həm hədəf auditoriyasına həm də axtarış sıralarında olmağı təmin edən ikitərəfli bir vasitədir. Üstəlik, veb saytında verilən məlumatlar veb sayta sahib olan qurumun və ya şəxsin təşəbbüsünə uyğun olaraq yaradılır. Məqsədləri və kimləri haqqında məlumat veb sayt vasitəsilə daha effektiv şəkildə izah edilə bilər.

Bu gün bir çox müəssisə fərdi və ya marka veb saytları sayəsində hədəf auditoriyasını genişləndirir və SEO xidməti və internet reklamları vasitəsilə hədəf auditoriyalarına daha təsirli və az xərclərlə çatır.

Bir Veb sayta sahib olmağın üstünlükləri; Klassik metodlardan (broşura, kataloq və s.) Nisbətən daha qənaətlidir. İnternetdə daha az xərclə daha çox insana çatmaq imkanı təmin edir. Saytda verilən məlumatlar, sayt sahibi məqsədəuyğun hesab etdiyi qədər tez-tez yenilənə bilər.

Veb sayt sahibinin veb saytın domen adındakı genişləndirmə ilə (məs : info@development.az) e-poçt ünvanı açmaq imkanı olacaq. Bu şəkildə bir elektron poçt ünvanı açmaq, Hotmail, Gmail, Yandex kimi məşhur poçt xidmətləri tərəfindən təqdim olunan poçt ünvanlarından daha ciddi və korporativ bir görüntü təqdim edir.

Sayt yaratmaq sizə gəlir gətirir

Bir veb sayt yaratmaq lazım olduğunun vacibliyini başa düşmək üçün bir veb sayt yaratmaq istəyənlər tez-tez verdiyi suallar var. Bu suallardan bəziləri;

  • Veb saytın əhəmiyyəti nədir?
  • Niyə veb sayt yaratmaq lazımdır?
  • Niyə bir veb səhifə yaratmaq lazımdır?
  • Veb dizaynı niyə vacibdir?
  • Veb sayt açmaq niyə vacibdir?
  • web sayt açmaq niyə lazımdır?

Bu suallarınızdan birinə cavab axtarmağınıza əsaslanaraq bir veb sayt yaratmaq istəyirsiniz və onun sizə verəcəyi faydalarla maraqlanırsınız.

Bu yazıda ağlınızda qaranlıq heçnə qalmayacaq və veb sayta sahib olmağın gözəlliklərini tapacaqsınız.

Veb saytın əhəmiyyəti nədir?

Veb saytın əhəmiyyəti haqqında onlarla məqalə yazmaq olar, ən gözə çarpan səbəbləri sizinlə bölüşəcəyik.

Veb sayt yaratmaq rəqəmsal dünyaya qədəm qoymaq deməkdir və rəqəmsal dünyada olmaq sizi hər yerdən əldə etmək imkanı yaradır. Bu, işinizi, məhsullarınızı və xidmətlərinizi hər kəsə asanlıqla təqdim etməyə imkan verir.

Niyə veb sayt yaratmaq lazımdır?

Niyə veb sayt yaratmaq bu qədər vacibdir? Sizin üçün 6 fərqli cavab və izahat hazırladıq. Bir veb sayt yaratmağın əsas səbəbləri budur;

  1. Onlayn olmaq
  2. Məhsul və xidmətlərinizi tanıtmaq
  3. Prestij və etibarın artması
  4. 7/24 əlçatan olmaq
  5. Rəqəmsal dünyada mövcudluq
  6. Xərcləri azaltmaq, gəlirinizi artırmaq

1. Onlayn olmaq

Bir veb saytın olması avtomatik olaraq onlayn mövcud olmağa imkan verir. İnternetdə axtarılmağaq və tapılmağa şərait yaradır. Beləliklə, dünyanın hər hansı bir yerindən görünə bilərsiniz.

2. Məhsul və xidmətlərinizi tanıtmaq

Məhsul və xidmətlərinizi veb saytınızda çox detallı bir şəkildə yayımlaya bilərsiniz və potensial müştərilərə sizi niyə seçsin deyə məlumat verə bilərsiniz.

3. Prestij və etibarın artması

Bir veb saytın olması sizə əlavə prestij və etibar verir. Kimin nə deməsindən asılı olmayaraq, veb saytı olan şirkətlər həmişə olmayanlardan 1-0 qabaqdadır. Şirkətinizə və ya markanıza xas bir veb saytın olması və özəl şirkət poçtu istifadə etmək, həmişə işiniz üçün müsbət bir dəyərdir.

Sizi axtarmaq istəyən potensial müştərilər şirkət, məhsul və xidmət məlumatları, keyfiyyət siyasəti və sairəni veb saytınızdan öyrənə bilərsə, sizə və seçiminizə güvənərək veb saytı olmayan və ya düzgün hazırlanmamış rəqiblərinizdən sizi öndə tutacaq.

4. 7/24 əlçatan olmaq

Fiziki iş yerinizdə müəyyən iş saatları var. İş vaxtından qaçırdığınız imkanlar haqqında nə demək olar? Bu anda veb sayt insanların hər zaman sizinlə əlaqə qurmağını təmin edir. Mağazanız və ya ofisiniz bağlandığında veb saytınız sayəsində təklif etdiyiniz məhsullar / xidmətlər və şirkətiniz haqqında məlumat əldə edə bilərlər. Həm də poçt və ya mesajla sizinlə əlaqə qura bilərlər. Beləliklə, iş vaxtından kənarda olsanız da hər zaman mövcud olacaqsınız.

5. Rəqəmsal dünyada mövcudluq

İndi iki dünya var, fiziki dünya və rəqəmsal dünya. İnternetin yayılması ilə insanların çoxu öz ehtiyaclarını internetdən ödəməyə başladılar və indi demək olar ki, bazara da çıxırıq. Bu vəziyyətdə, veb saytınız yoxdursa, rəqəmsal dünyada deyilsiniz. Sosial media və s. Yolları olsa da, heç veb sayt qədər effektiv deyil. Bir veb sayt yaratmaq ilə, hətta dünyanın ən ucqar nöqtəsindən də insanlara əlaqə qura bilərsiniz.

6. Xərcləri azaltmaq, gəlirlərinizi artırmaq

Bəli, xərcləri azaltmaq və qazancınızı artırmaq, necə? Yəni, fiziki iş yeriniz olmadan evinizdən təklif edə biləcəyiniz məhsul və ya xidmətlərə sahib ola bilərsiniz. Məsələn; Hüquqşünas, Mühasib, Təlimçi, Təmirçi, Dizayner və s. İşinizi insanlara təqdim etmək üçün bir mağaza və ya ofis açmağınız lazım deyil, bunu evdə edə bilərsiniz.

Beləliklə, əlavə vergi, faktura və s. Bənzər xərclərdən qurtula və gəlirinizi artıra bilərsiniz. Və ya şəxsi bir bloq yaratmaq ilə məqalə yaza, reklam gəlirləri qazanaraq saytınıza trafik yarada bilərsiniz. Bütün bunları veb saytınızdan edə bilərsiniz.

Saydığımız və saya bilmədiyimiz bir çox üstünlüklərə sahib olaraq veb sayt yaratmaq xidmətini sizə təqdim edirik. Bir veb sayt yaratmaq və bütün bu imkanlardan faydalanmaq üçün indi sayt sifarişi edin. Development.az sizin üçün əla sayt paketləri yaradaraq 599 azn-dən başlayan qiymətlərlə sayt açmaq təklifləri edir.

Niyə veb sayt yaratmaq lazımdır?

Gördüyünüz kimi sayt açmaq bunlarla kifayətlənmir nəyinki prestijiniz baxımından əgər ayaqda qalmaq istəyirsinizsə mütləq və mütləq bir veb sayt yaratmaq lazımdır. Bir sayt yaratmaq üçün aşağıda sadalanlarada eyni zamanda sahib olmaq lazımdır
Hostinq
Domen adı

Beləliklə sayt açmaq və sayt yaratmaq başlıqlı yazımızın sonuna gəldik hər birinizə xoş günlər arzu edirik 🙂 Hörmətlə : Development.az Team

Kişilərin xəyanət etməsini necə bilmək olar.

Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib.

Mehmet Başkakın sadaladığı həmin 12 əlaməti təqdim edirik.

1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri, bədənində cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu. Səhər başqa alt paltarıyla gedib axşam başqasıyla dönənlər. Xüsusən də bütün bunlar bir dəfədən çox baş veribsə.

2. Xarici görünüşünə həddindən çox fikir verir? Bəlkə, daha yaxşı geyinir, bəlkə, birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri qəfil dəyişir, geyim tərzi başqalaşır.
Heç adətkarı olmadığı zamanlarda evə gəlib çimməsi, ya da yatağa girmədən öncə duş alması da başqa bir ipucudur. Bunu digər qadının qoxusu üstündən getsin deyə edə bilər. Bundan başqa, digər qadına aid hər hansı bir izin qalmaması üçün də maşınını daha tez-tez təmizləyə bilər.

3. Birdən-birə ərinizin iş saatı artır, hətta bəzən iş gərəyi səyahət etmək məcburiyyətində qalır. Bəzən bir neçə gün gecələri sizdən ayrı keçirir? Ərinizin gündəlik məsrəflərində ciddi bir artım olursa. Bunlar ərinizin gecələri başqasıyla keçirdiyinin açıq dəlilləridir.

4. İş yerindəki yoldaşına qarşı marağı birdən-birə artır. Əvvəllər heç olmadığı qədər tez-tez ondan bəhs edir və ona kömək etmək istəyir. Hətta bu qadına həddindən çox kömək edir. Belə vəziyyətdə siz özünüzü əzilmiş hiss edirsiniz.

5. Yanınızdadır, amma sizinlə deyil. Hər nə qədər fiziki olaraq yanınızda olsa da, əriniz öz dünyasında yaşayır və əslində həqiqətən də sizinlə bərabər deyil.

6. Sizi artıq gözü görmür. Başınıza papaq əvəzinə bir çanta qoysanız belə, bunu fərq etməyəcək durumdadırsa. Gerçək mənada sizin yanınızda olmaq üçün ciddi cəhd göstərsə də, əslində sizin fərqinizdə deyilsə.

7. Əriniz sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır. Qabaqdangəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.

8. Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir. Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Bu, e-mail-lərə də aiddir. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını ələ verəcək hansısa ipucu paylaşmaz.

9. Birdən-birə ortaya çıxan aşırı mədəni davranışlar. Televizorda nəyə baxmaq istəsəniz, icazə verir, sizə hədiyyələr alır, ən çox bəyəndiyiniz restorana yeməyə aparmaq istəyir. Əvvəllər problem yaradırdısa, indi məsələn, rəfiqələrinizlə görüşməyə icazə verir. Bu durum iki səbəbdən ola bilər. Həyat yoldaşını aldadan kişilərdən bəziləri digər münasibətlərindən dolayı daha xoşbəxt olmağa başlayırlar. Bəziləri isə xəyanət etdiyinə görə özünü günahkar sayar və bu cür jestlərlə sanki günahlarını yumağa çalışırlar.

10. Bəlkə də, tam tərsidir, əriniz daim sizdə qüsur tapır və ya onu aldatdığınızı düşünür. Xəyanət edən kişi bəzən belə də fikirləşir: “Mən onu hiss etdirmədən aldada bilirəmsə, bəlkə, elə o da məni eyni şəkildə aldadır?”

11. İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir. Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeyləri bilirlər.

12. Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır. Bəlkə, bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu anlamına gəlməz.

Bütün bu maddələrdən sadəcə bir, ya da ikisi tək başına bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını sezmisinizsə, deməli, xəyanətin ciddi işarələrini əldə etmisiniz.lent.az

Comments are closed, but trackbacks and pingbacks are open.