Gənc Davudun nəhəng Qolyatı necə məğlub etdiyi
Bildirilir ki, gənc qadın əvvəlcə binanın damına çıxmağa cəhd edib. Lakin sonra blokdan eyvana çıxıb.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir.
Trend-i buradan izləyin
Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır.
Bu gün Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır.
Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar.
Azərbaycanın bu gün məhz həmin prinsiplərə söykənən dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər sahəsində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. 2018-ci ildə gənclər siyasətinin inkişafına xidmət edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ötən il üçün nəzərdə tutulan müddəaları icra edilib, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda, onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub.
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında etdiyi çıxışı zamanı da bu məqamlara diqqət çəkib. O bildirib: “Biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.
İntiqam Babayev: Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoyub
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, aparılan tədbirlər nəticəsində bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib.
Bu gün Azərbaycanda gənclər hərəkatının dinamik inkişaf dövrünü yaşadığını deyən nazir müavini hesab edir ki, ölkəmizdəki gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoyub.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə edilən hər yeni dəyişikliyin dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verdiyini söyləyib.
İ.Babayevin sözlərinə görə, bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə – ictimai, elm, mədəni və s. – yüksəksəviyyəli kürsülərdə təmsil edirlər.
İ.Babayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir.
O deyib ki, artıq bır sıra beynəlxalq qurumlar da Azərbaycanın gənclərin sabahına hesablanmış dövlət siyasəti həyata keçirdiyini etiraf edirlər: “Bu gün Azərbaycanın gənclərlə bağlı modeli digər ölkələr üçün nümunə göstərilir”.
“Gənclərin milli ruhda tərbiyə alması çox vacibdir”
Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.
Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var:
“Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub”.
Bakıda gənc qadının özünü 18-ci mərtəbədən atması ilə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI – VİDEO
Bina sakinləri Publika.az-a bildiriblər ki, özünü ataraq həyatına son qoyan 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı həmin binada yaşamayıb. Hadisədən əvvəl o, təxminən yarım saat binanın blokunda dayanıb və kiminləsə telefonla danşıb.
Daha sonra blokun eyvanına çıxan 30 yaşlı qadın intihar etmək istədiyini nümayiş etdirib.
Həyətdə olan şəxslər 18-ci mərtəbədəki şəxsin intihar etmək istədiyini görərək polis çağırıblar. Lakin bir neçə dəqiqə sonra S.Qurbanova özünü binadan atıb. O, həyətdə park edilmiş avtomobilin üzərinə düşüb və yerindəcə keçinib.
Bildirilir ki, gənc qadın əvvəlcə binanın damına çıxmağa cəhd edib. Lakin sonra blokdan eyvana çıxıb.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi və hüquqi qiymtin verilməsi üçün faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı qadının üzərinə düşdüyü avtomobilə külli miqdarda ziyan dəyib. Avtomobil sahibi sığorta şirkətinə müraciət edib.
Gənc Davudun nəhəng Qolyatı necə məğlub etdiyi
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Siyasət Dağlarda döyüş: 21 nəfər gənc bolşevik ordusunu necə məğlub edib?
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 09, 2018 – 17:20
!Reklam – Yazi
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə minlərlə Azərbaycan ziyalısı sorğu-sualsız güllələndi. Bolşeviklər işğaldan sonra ziyalılarla birlikdə gəncləri hədəfə götürmüşdülər.
Səbəb aydın idi. İki il azadlıq şərbətini dadan bir xalqın düşüncəli gənclərini məhv etməklə məğlub etmək olardı. 1920-ci il işğalından sonra Azərbaycanda bolşeviklərə qarşı onlarla gizli təşkilat quruldu. Bu təşkilatları quran gənclərin çoxu bolşevik-erməni xəfiyyələri tərəfindən məhv edilirdi. 1922-ci ildən başlayaraq xüsusi xidmət orqanları Bakıda və bölgələrdə gizli qurulan təşkilatların üzvlərini məhv etməklə məşğul idi. Lakin xüsusi xidmət orqanları gənclərdən qurulan bir şəbəkənin üzvlərini ələ keçirə bilmirdi. Xüsusi xidmət orqanları yalnız bu təşkilatın “İldırım” adlandığını bilirdilər. Çünki həbs edilən digər gizli təşkilatın üzvləri “İldırım” təşkilatın üzvlərini tanımırdılar. Bu təşkilatda 100-ə yaxın gənc var idi. Bu gənclərin böyük hissəsi Azərbaycan işğal edildikdən sonra yeni qurulan strukturlarda çalışır və təşkilata müxtəlif vasitələrlə kömək göstərirdilər. Təşkilatın gizli qalmasının əsas səbəbi, üzvlərin biri-birini tanımaması, başçılarının kim olduğunu bilməməsi idi. Gizli təşkilat 3-lü sistemlə işləyirdi. Bu o demək idi ki, təşkilata üzv olan şəxs yalnız 3 nəfəri tanıyırdı. Bu sistemi quran isə təşkilatın rəhbəri “İldırım” ləqəbi verilmiş Əhəd Əlizadə idi. Bütün güc strukturlarının axtardığı Əhəd Əlizadə kim idi? Yenicag.az bu igid eloğlunun keçdiyi çətin həyat yolunu təqdim edir: Əhəd Əlizadə 1903-cu ildə Qubadlı rayonunun Xalac kəndində dünyaya göz açmışdı. İlk təhsilini kənddəki molladan alan Əhəd Əlizadə hələ kiçik yaşlarından ərəb dilini mükəmməl öyrənir. Astronomiya elminin sirlərini öyrənən Əhəd 13 yaşında Naxçıvanda 1 il rus dilinin incəliklərinə yiyələnir. O, məhz Naxçıvanda yüksək fikirli ziyalılarla tanış olur. Onların sayəsində müsavatçı gənclərlə tanış olur. Bu tanışlıq onun gələcək həyatında mühüm rol oynayır. Hələ kiçik yaşlarından atasından atıcılığın sirlərini öyrənən Əhəd Əlizadə öz ötkəmliyi ilə seçilirdi. 28 May 1918-ci il Azərbaycan Demokratik Respublikasının qurulmasından sonra Əhəd bəy Şuşa şəhərində oxumağa göndərilir. Kursu müvəffəqiyyətlə başa vuran Əhəd bəy müxtəlif bölgələrdə müəllim işləyir. 1919-cu ildə o bir müddət Gəncədə müəllimlik edir. Burada Gəncənin bir çox ziyalıları ilə tanış olur. Güclü yaddaşa və fiziki gücə malik olan Əhəd bəy dostları arasında xüsusi hörmətə malik idi. 17 yaşlı gəncin savadı, yüksək dünyagörüşü onu tanıyanları heyran 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə Əhəd Əlizadə Zərdabda idi. 1920-ci ilin mayında Əhəd Əlizadə dostlarının çağırışı ilə Gəncəyə gedir. Gəncədə bolşeviklərə qarşı böyük bir savaşın olacağını eşidən Əhəd Əlizadə bu savaşda iştirak etmək üçün xüsusi hazırlaşır. 1920-ci il mayında Gəncədə başlayan üsyanda iştirak edən Əhəd Əlizadə üsyan yatırıldıqdan sonra gizli yolla Bakıya gəlir. Bakıda vəziyyətin olduqca gərgin olduğunu görən Əlizadə öz işi ilə məşğul olmağa başlayır. O, Bakıda müəllimlik edirdi. Lakin içindəki azadlıq eşqi onu 1921-ci ildə ən yaxın dostları ilə gizli təşkilat qurmağa sövq edir. 1921-ci ilin aprelində “İldırım” gizli təşkilatı yaradılır. Təşkilatın rəhbəri olan Əhəd bəyə “İldırım” ləqəbi verilir. Tezliklə təşkilata yüzlərlə yüksək təhsilə malik gənc üzv olur. Təşkilat 7 il ərzində öz məxfiliyini qoruya bilir. Rusların aramsız axtarışları öz nəticəsini vermir. Yalnız 1928-ci ildə təşkilatın 20-dən artıq üzvü həbs edildikdə Əhəd Əlizadə dostlarından da bir neçəsini götürərək Qubadlıya gedir. Lakin onların hər yerdə axtarıldığını başa düşən Əhəd bəy 1928-ci ildə dağlara çəkilərək qaçaqlıq etməyə başlayır. Əhəd bəy qaçaqlıq etdiyi dövrü öz xatirələrində belə qeyd edib: “1928-ci ildən 1930-cu ilədək dağlarda ruslara və ermənilərə qarşı savaşdıq. Bizim dəstədə 21 nəfər var idi. Ruslar demək olar ki, bizimlə bacarmırdı. Onların silahlı dəstələrini dağlarda bir neçə dəfə ağır məğlubiyyətə uğratdıq”. Bu məğlubiyyətlər rusların səbr kasasını daşırırdı. 1929-cu ilin dekabrında rusların böyük dəstəsi qaçaqlarla döyüşə girir. Ruslar aldadılaraq tələyə salınır və bu döyüşdə 70-dən artıq əsgər itirirlər. Qəzəblənmiş rus ordusu 1930-cu ildən bu dəstəni mühasirəyə salmaq və məhv etmək üçün xüsusi əməliyyat planı hazırlayır. Qaçaq dəstəsi Cəbrayıl rayonu ərazisində mühasirəyə alınır. Ağır döyüşdə dəstənin başçısı Əhəd Əlizadə ağır yaralanır. Lakin dəstə yerli əhalinin köməkliyi ilə Araz çayını keçərək İran ərazisinə daxil olur. 1 il İranda yaşayan Əhəd bəy 21 sadiq dostu ilə Türkiyəyə keçir. Əhəd bəy Tükiyə hökumətindən onun Van şəhərində yaşamasına icazə verilməsini istəyir. Onun istəyi yerinə yetirilir. Əhəd bəy Türkiyədə özünə Ural soyadını götürür. Van şəhərində məskunlaşan Əhəd bəy burada ailə qurur. 5 övlad atası olan Əhəd Ural Türkiyədə uzun illər iqtisadiyyat sahəsində çalışır. Ancaq Əhəd Ural burada da öz dostlarını unutmurdu. Mütamadi onlarla əlaqə saxlayırdı. Məşhur Azərbaycan şairi Almaz İldırım Türkiyəyə mühacirət etdikdə məhz onun evində qalıb. 1934-cü ildə 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Almaz İldırım Elazığa yollanır. Van şəhərində mühasib kimi çalışan Əhəd Ural 1977-ci il dekabrın 20-də vəfat edir. Cəsur eloğlumuz Akköprü qəbiristanlığında dəfn edilib. Qoşqar Salmanlı
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.