Gəncə şəhəri
Gəncənin ən qədim parklarından olan Xan bağında isti yay günlərində sərinləmək olar. Burada dələlərlə də. Daha ətraflı
ruhu gənc şəhər qədim diyar
Dahi Azərbaycan şairi Nizaminin vətəni olan Gəncə tarixi şəhər olmaqla bərabər, müasir və gənc ruhu ilə seçilir. Bu şəhərdə qədim dövrlərdən qalma abidələrlə yanaşı, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyətinə aid irs də qorunur.
ruhu gənc şəhər qədim diyar
Gənc ruhlu tarixi şəhər
Gəncənin mərkəzində Gəncə Xanlığı, Rusiya İmperiyası və sosialist klassisizm stilindəki gözəl memarlıq nümunələri ilə bərabər, Səfəvilərin hakimiyyəti dövründə tikilmiş qədim məscid və hamamları görə bilərsiniz. Gəncənin zəngin tarixi olsa da, şəhərin insanları öz gənc enerjisi ilə seçilir. Burada şəhərin məşhur qırmızı kərpicdən tikilmiş binalarına heyran olacaq və Şərqdə yaradılmış ilk respublika olan Azərbaycan Demokratik Respublikasının mirası ilə tanış olacaqsınız.
BİLİRSİNİZMİ?
Gəncə maraqlı faktlar
MARAQLI FAKT#1
1804-cü ildən 1918-ci ilə qədər Rusiya İmperiyasının hakimiyyəti illərində Gəncə rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb.
MARAQLI FAKT#2
2016-cı ildə Gəncə “Avropa gənclər paytaxtı” seçilir və beləliklə, bu titula layiq görülmüş və Avropa Birliyinə daxil olmayan ilk şəhər olur. Şəhər həmçinin 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Mədəniyyət paytaxtı” seçilib.
Gəncədə fəaliyyət növləri
Gəncədə qeyri-adi ev önündə foto
Ailəvi istirahət
Gəncədə qeyri-adi ev önündə foto
Gəncədə yerləşən ən qeyri-adi tikililərdən biri butulka evdir. Bu evi öz gözlərinizlə görməklə yanaşı, fotosunu. Daha ətraflı
Gəncədə İmamzadə türbəsini ziyarət
Məscid və türbələr
Gəncədə İmamzadə türbəsini ziyarət
Gəncə şəhərinin yaxınlığında yerləşən İmamzadə məscidi xalqımızın başlıca etiqad mərkəzlərindəndir. İmamzadə yalnız dini məqsədlərlə deyil. Daha ətraflı
Xan bağı və şəhər mərkəzində gəzinti
Məscid və türbələr
Xan bağı və şəhər mərkəzində gəzinti
Gəncənin ən qədim parklarından olan Xan bağında isti yay günlərində sərinləmək olar. Burada dələlərlə də. Daha ətraflı
Dadlı Gəncə nemətləri və mətbəxi
Qida, içki və gecə həyatı
Dadlı Gəncə nemətləri və mətbəxi
Gəncə mətbəxi Azərbaycanda kifayət qədər yaxşı tanınır. Gəncə dovğası, kətəsi və paxlavasını düşünmək belə yetər. Daha ətraflı
Kürün enerjisini hiss edin
Alman irsi
Kürün enerjisini hiss edin
Mingəçevir müasir şəhər olsa da, salındığı ərazi qədim tarixi ilə seçilir. Bu gün bu şəhərdə. Daha ətraflı
“Nur şəhəri”ndə quş müşahidəsi
Ornitoloji turizm
“Nur şəhəri”ndə quş müşahidəsi
Kür çayı sahilində yerləşən Mingəçeviri daha çox sənaye şəhəri kimi tanısaq da, şəhərin yaxınlığında quş. Daha ətraflı
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Təbiət qoynunda istirahət
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev park-kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə. Daha ətraflı
Gəncədə “Əli və Nino” izləri
İncəsənət, mədəniyyət, irs
Gəncədə “Əli və Nino” izləri
Yazıldığı tarixdən yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də sevilə-sevilə oxunan “Əli və. Daha ətraflı
İncəsənətdə yeni nəfəs Gəncəsənət
Təbiət qoynunda istirahət
İncəsənətdə yeni nəfəs Gəncəsənət
Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin vətəni incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasına ev sahibliyi edir. Daha ətraflı
Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik
Rekreasiya
Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik
UNESCO tərəfindən mühafizə olunan Çökək hamamı tarixin səhifələrini özündə yaşatmaqla bərabər, həm də ruhən təzələnmək. Daha ətraflı
Gəncə
- İncəsənət, mədəniyyət, irs
- Qida, içki və gecə həyatı
- Ailəvi istirahət
hotel rezervasiya edin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Macəra yaxındadır
Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.
Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.
Tariximiz
Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərinin ilkin adı Gəncə olsa da 1804-1918-ci illərdə rusların işğalı ilə əlaqədar çar I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol, 1918-1935-ci illərdə yenidən Gəncə, 1935-1989-cu illərdə S.M. Kirovun şərəfinə Kirovabad, 1989-cu ildən isə Gəncə adlandırılmışdır. 1989-cu ildən Respublika tabeli şəhərdir. Gəncə adının mənşəyi barədə elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onu pəhləvi sözü olan “Gəncə” (xəzinə), midiya sözü olan “qauz”, yunan sözü olan “qunicə” kimi izah etməyə çalışsalar da digər qrup araşdırıcılar onu yerli türk dilində “güncək”, “güncü” (günəşdən olan), “gencə” (gen ərazi), habelə qədim türk tayfalarından olan gəncəklərin adı ilə bağlayırlar.
Coğrafi mövqeyi
və təbii şəraiti
Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 363 km ərazidə, Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyində, dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşir. Gəncənin iqlimi mülayim-istidir. Orta temperatur yanvarda 1,1ºC, iyulda isə 25,4 ºC-dir. İllik yağıntı 250-300 mm təşkil edir. Gəncə şəhərində 2 şəhər rayonu, 7 qəsəbə və 4 sahə inzibati ərazi dairəsi vardır.
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Gəncə Şəhəri
Tarixi Məlumat
E.ə. XII-II minilliklər Gəncə və Gəncə ətrafında insanları sosial münasibətlərinin formalaşdığı, mağaralardan çıxaraq düzənliklərdə məskunlaşdığı, iri və daimi yaşayış məskənləri salınmağa başladığı dövrdür. E.ə. VII-VI və e.ə. VI-IV minillikləri əhatə edən Neolit, Eneolit dövrlərinə aid Gəncə yaxınlığında Gillikdağda arxeoloji və etnoqrafik materiallar aşkar edilmişdir. Gəncədə sənətin bütün sahələri inkişaf etmiş, sənətkarların birlikləri (əxi), ayrıca məhəllələri yaranmışdır. Əxi üzvlərinə comərdlər (cavan mərd) deyilirdi. Gəncədə belə comərdlərdən biri, VII əsrdə yaşadığı ehtimal edilən, köhnə Gəncə ərazisində qəbri bu günümüzədək hörmətlə ziyarət edilən Comərd Qəssab olmuşdur. IX əsrdən başlayaraq ərəb Xilafətinin zəifləməsi nəticəsində Xilafətə daxil olan ölkələr içərisində müstəqilliyə meyl daha da artdı. Azadlıq mübarizəsinin yenilənməsi nəticəsində bir sıra müstəqil dövlətlər meydana gəldi. Onlardan biri Gəncənin də daxil olduğu Salarilər dövləti (942-981) idi. Salarilərin Arran valisinin iqamətgahı Gəncədə yerləşirdi. Gəncəni Salari hakimi Əli ət-Tazi idarə edirdi. X əsrin ortalarında Bərdə tənəzzül etdikdən sonra Arranın paytaxtı Gəncəyə köçürüldü. X əsrin II yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Böyük Səlcuq sultanlığının iqamətgahlarından biri də Gəncədə yerləşirdi. XII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi – Azərbaycan Atabəyləri dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəyləri dövlətinin iqamətgah şəhərlərindən biri həmin dövrdə iqtisadi və siyasi cəhətdən yüksək inkişaf dövrünü yaşayan Gəncə şəhəri idi. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində Gəncə böyük dağıntılara məruz qaldı. Tarixçilərin məlumatına görə zəlzələ nəticəsində 200-300 min nəfər həlak oldu. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Göygöl əmələ gəlmişdi. Mxitar Qoşun məlumatına görə gürcü çarı I Demetre (1125-1156) Gəncə hakimi Qarasonqurun Arranda olmamasından istifadə edərək zəlzələ nəticəsində dağılmış və müdafiəsiz qalmış şəhərə hücum etdi. I Demetre şəhəri qarət edərək Gəncə darvazasını da hərbi qənimət kimi Gürcüstana apardı (hal-hazırda həmin darvaza Gürcüstanda Kutaisi şəhəri yaxınlığındakı Helati monastırındadır). 1231-ci ildə Xarəzmşahlara qarşı baş vermiş Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi hesab edilir. Sənətkar Bəndərin başçılığı ilə igid gəncəlilər şəhər hakiminin sarayını dağıtdılar, şəhərdəki Xarəzm qarnizonunu məhv etdilər. XVI əsrdə Azərbaycanda Səfəvilər dövləti yarandı. Mərkəzdən idarə olunan dövlət inzibati cəhətdən 13 bəylərbəyliyə bölünmüşdü ki, onlardan biri də mərkəzi Gəncə olan Gəncə-Qarabağ bəylərbəyliyi idi. Şah I Abbas 1606-cı ildə Gəncə şəhərini köhnə yerindən köçürüb, 7-8 km aralıda olan indiki yerində bina etdirdi. Burada meydan, məscid və karvansara elmi və istedadı ilə dövrünün tanınmış memar alimi olan Şeyx Bəhaəddin Məhəmməd Amilin planı üzrə tikilmişdir. Bu gün müasir Gəncənin mərkəzində yerləşən Baş meydan, onun ətrafındakı Şah Abbas məscidi, Çökək hamam, eləcə də onları dövrələyən xan çinarlar həmin dövrün yadigarlarıdır. XVIII əsrin ortalarında Azərbaycanda yaranan müstəqil feodal dövlətlərindən biri də Gəncə xanlığı idi. Çar generalı P.D.Sisianov 1803-cü il noyabrın 20-də Gəncəyə hücum etdi. Gəncə yaxınlığındakı (Quru Qobu) vuruşmada məğlub olan Cavad xan qalaya çəkilərək çar qoşununa uzun müddət müqavimət göstərdi. Nəhayət, 1804-cü il yanvarın 2-də general Sisianov hərbi şura çağırdı, şəhərə hücum etmək qərara alındı.Yanvarın 3-də böyük ordu və artilleriyanın gücü ilə Gəncə qalasına hücum başlandı.Qeyri-bərabər döyüşdə Gəncə qalası süqut etdi. 1918-ci il mayın 30-da böyük dünya dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında F.Xoyskinin imzası ilə göndərilən teleqramda hökumətin müvəqqəti paytaxtının Yelizavetpol – yəni Gəncə şəhəri olduğu bildirildi. İyunun 16-da yeni hökumət Gəncəyə köçdü. Gəncə 1918-ci ilin iyinun 16-dan sentyabrın 17-nə kimi AXC-nin müvəqqəti paytaxtı olmuşdur. 1993-cü il 4 iyunda Gəncədə vətəndaş müharibəsi baş verib. Milli barışıq, həmrəyliyin təmin olunması məqsədilə Heydər Əliyev iyun ayının 13-14-də Gəncəyə gəldi. Beləliklə, qardaş qırğınının qarşısı alındı, müasir müstəqil Azərbaycan dövləti yarandı.
Gəncə Şəhidlərinin Əziz Xatirəsinə
Müasir Memorial Abidə Kompleksi
- Layihə haqqında
- Tariximiz
- Şəhidlərimiz
© 2020 – 2021 Bütün Hüquqlar Qorunur
Sayt Netqraf Group tərəfindən hazırlanıb
HAQQIMIZDA
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində yerləşir.
Aparılan araşdırmalar Gəncənin 4000 illik tarixinin daha qədimlərə söykənməsini, bəşər insanının ilkin məskunlaşmasını əks etdirən tapıntılar da sübut edir.
Gəncə bu gün əcnəbi qonaqların, dünyanın müxtəlif bölgələrindən gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib.
Füsunkar mənzərəsi, möhtəşəm abidələri, görməli yerləri, yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları, göydələnləri, xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində,hər daşında qədim tariximizin silinməz izləri var.
Nizami Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, ”Zəfər Tağı”, Nizami Gəncəvi muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, Şah Abbas Məscidi, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Göygöl, Maralgöl, Mirzə Şəfi Vazeh Parkı, ”Xəmsə” Parkı, Gəncə filarmoniyası və digər yerlər şəhərin diqqətçəkən görməli yerlərindəndir.
Bu gün isə qədim Gəncə tarixiliyini saxlamaqla daha da müasirləşir.
Qədim Gəncə şəhəri Bakıdan 365 km, Gürcüstanın Tbilisi şəhərindən isə təxminən 200 km məsafədə yerləşir.
Gəncə Beynəlxalq Hava Limanı
Gəncə Beynəlxalq Hava Limanı 2006-cı ildə Azərbaycanın eyni adlı şəhərində tikilmişdir və həmin ildə beynəlxalq hava limanı statusunu qazanmışdır.
Beynəlxalq mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən yeni 3 mərtəbəbəli aerovağzal binası saatda 300 sərnişinə xidmət gösrərir. Bu aerovağzal yeni texnoloji avadanlıqlarla, aviabiletlərin qeydiyatı, gömrük və sərhəd xidməti nəzarət postları ilə təmin edilib.
Uzunluğu 3300 metr olan yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verir. Buradan həm də Avropa və Asiyaya uçuşları həyata keçirən Azərbaycanın və xarici dövlətlərin aviaşirkətlərinin təyyarələri üçün tranzit ehtiyat hava limanı kimi də istifadə ediləcəkdir.
Gəncə Dəmir yolu Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası.
29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Gəncə Beynəlxalq Avtovağzalı
5 hektar ərazidə inşa edilən Gəncə Beynəlxalq Avtovağzalı, gün ərzində 5 mindən çox sərnişinə xidmət göstərmək imkanına malikdir.
Kompleksdə sərnişinlərin tam rahatlığını təmin etmək üçün gözləmə zalı, yeməkxana, ana və uşaq otağı, tibb məntəqəsi, yük saxlama kameraları və ibadət otağı da fəaliyyət göstərir
ƏLAQƏLİ BÖLMƏLƏR
- Rektorun müraciəti
- İdarəetmə
- Rəhbərlik
- Şöbələr
- Elmi şura
- Təşkilati struktur
- Nizamnamə
- Haqqımızda
- Universitetin tarixi
- Rektorlarımız
- Uğurlu məzunlarımız
- Gəncə şəhəri
- Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi
- Anatomiya muzeyi
- Pataloji anatomiya muzeyi
- Şəhadətnamə
- Akkreditasiya haqqında şəhadətnamə
- İSO 21001
- İnkişaf Strategiyası
- Tanıtım materialları
- Əlaqə
Comments are closed, but trackbacks and pingbacks are open.