Press "Enter" to skip to content

Premyer Liqa: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edirlər

Şam ağacları quraşdırılır, işıqlı tağlar hazırlanır, binaların küçələrə baxan tərəfləri rəngarəng işıqlarla bəzədilir. Havanın soyuq və çiskinli olmasına baxmayaraq ərazi ağacların qurumuş yarpaqlarından təmizlənir.

Paytaxtın hansı küçələrində sıxlıq var? – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

6. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika dairəsi” istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Zərifə Əliyeva küçəsində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

13. “20 Yanvar” dairəsində;

14. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Premyer Liqa: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edirlər

Premyer Liqa: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edirlər Azərbaycan Premyer Liqasında XXVII turun mübarizəsi davam edir.

16 Mart , 2023 07:30

https://static.report.az/photo/4efb2f45-0df8-3338-9f3b-7884d10ff741.jpg

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir. “Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. Hər iki görüşdə paytaxt təmsilçisi bölgə komandasını qəbul edəcək. Günün ilk qarşılaşmasında autsayder “Səbail” debütant “Turan Tovuz”la üz-üzə gələcək. Bakılılar bu matçda həm rəqibi üzərində ilk qələbəsini qazanmağa, həm də turnir cədvəlinin son pilləsindən qurtulmağa çalışacaqlar. Tovuz təmsilçisi isə ilk “dördlüy”ə iddiasını davam etdirmək üçün mütləq qalib gəlməlidir. Hazırda “Turan Tovuz” 27 xalla altıncı pillədə qərarlaşırsa, sonuncu yerdəki “Səbail”in aktivində 17 xal var. 55 xalla üçüncü sırada yer alan “Neftçi” uzun zaman sonra Premyer Liqada çıxışını bərpa etmiş “Kəpəz”i sınağa çəkəcək. “Ağ-qaralar” son beş dueldə məğlub etdiyi rəqibi önündə yenə favoritdir. Gəncəlilər isə 6 ildən sonra ilk dəfə “Neftçi”yə qalib gəlməyə çalışacaqlar. “Kəpəz” axırıncı dəfə 2017-ci ilin aprelində bakılıları məğlub etməyi bacarıb. Tərlan Əhmədovun kollektivi hazırda 21 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alır. Premyer Liqa
XXVII tur
16 mart (cümə axşamı)
16:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena” 19:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena” Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0, “Sabah” isə “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Tura martın 17-də keçiriləcək “Qəbələ” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.

Gnc ilk paytaxt kimi

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bu münasibətlə hər il olduğu kimi paytaxt küçələrində şam ağacları (“yolka”) qurulur, yarmarkalar təşkil edilir.

BAKU.WS-in əməkdaşı şəhərin mərkəzi küçələrini gəzib, yeni il hazırlıqları ilə yaxından tanış olub.

Hazırda bu istiqamətdə Bakı Bulvarında ciddi işlər görülür.

Şam ağacları quraşdırılır, işıqlı tağlar hazırlanır, binaların küçələrə baxan tərəfləri rəngarəng işıqlarla bəzədilir. Havanın soyuq və çiskinli olmasına baxmayaraq ərazi ağacların qurumuş yarpaqlarından təmizlənir.

Elə burada təşkil olunan bayram yarmarkasında da böyük hazırlıq işləri gedir. Saat 11:00-dan sonra fəaliyyətə başlayan yarmarkada stendlərin yerləşdirilməsi prosesi aparılır.

Bulvar ərazisində “2023” yazılan işıqlı bəzəklər, evciklər, “şaxta baba” oyuncağı, gələn ilin simvolu olan dovşan füqurlu işıqlı bəzəklər və uşaqların əylənməsi üçün müxtəlif dekorativ əşyalar quraşdırılıb.

Neftçilər prospekti də öz növbəsində şəhərin gözəlliyinə əlavə bir rəng qatır. Bura başdan-başa rəngarəng işıqlarla bəzədilib.

“Azneft” meydanında isə hündürlüyü ilə MDB ölkələrinin paytaxtlarında qurulmuş ən böyük küknar ağacları sırasında ilk onluqda yer alan “yolka” qoyulub.

Ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” yarmarkası təşkil olunub ki, bura da yerli sakinlərin və turistlərin marağındadır. Meydanın mərkəzi yeni il atributu olan şam ağacı ilə taclandırılıb.

Tarixlə bu günün vəhdəti olan “Köhnə Bakı”ya daxil olarkən bizləri girişdə ucaldılan böyük bayram “yolka”sı qarşılayır.

Qız Qalasına doğru uzanan körpü də bəzəkli işıqlarla yeni ilə tam hazırdır.

Comments are closed, but trackbacks and pingbacks are open.