Press "Enter" to skip to content

Xoş Gəlmisiniz

Vladimir Putin deyib ki, bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb. APA-nın məlumata görə, Rusiya prezidenti Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: “Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur”. Foto APA
V.Putin hesab edib ki, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir. İclasda birliyin 2018-ci il üzrə fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib. V.Putin gələn il yanvarın 1-dən quruma sədrliyin Tacikistana keçəcəyini bildirib. Sammitin sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

Tarixçə

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusun rəhbərləri – B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan 1993-cü ilin sentyabrından təşkilatın üzvüdür. MDB – bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnaməyə görə, qurumun əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Gorus MDB-nin mədəni paytaxtı elan olundu


Sammitdə 18 sənəd imzalandı
“Müstəqil Dövlətlər Birliyi Ermənistanın Gorus şəhərini gələn il özlərinin mədəni paytaxtı elan edib”. Bunu oktyabrın 11-də Ermənistanın prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində Müstəqi Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bəyan edib. Sammitdə Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan prezidentləri və Qırğızıstanın baş naziri iştirak edib.
Vladimir Putin: “İqtisadi mövzulara xüsusi diqqət yetiriləcək”
Sammiti Rusiya prezidenti Vladimir Putin açıb. Azadlıq Radiosunun məlumatına görə, Rusiya prezidenti əsasən dövlətlərarası iqtisadi problemləri müzakirə etdiklərini bildirib: “Biz MDB daxilində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, MDB-nin və onun qurumlarının səmərəsinin artırılmasını müzakirə edəcəyik. İqtisadi mövzulara xüsusi diqqət yetiriləcək. İnvestisiya və ticari əlaqələrin gücləndirilməsi, malların və xidmətlərin hərəkətində maneələrin aradan qaldırılması müzakirə olunacaq. Sammitdə iqtisadi və mədəni sahələrdə 18 sənəd qəbul olunur. Bu sammitdən əvvəl Ermənistan mediasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşüb, Qarabağ münaqişəsini müzakirə edəcəkləri barədə məlumat yayılmışdı. Amma sammitin keçirildiyi günün sonuna qədər İlham Əliyevlə Serj Sarkisyanın görüşü haqqında hər hansı rəsmi məlumat verilməyib”.

Ticarət dövriyyəsi artıb

Vladimir Putin deyib ki, bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb. APA-nın məlumata görə, Rusiya prezidenti Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: “Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur”. Foto APA
V.Putin hesab edib ki, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir. İclasda birliyin 2018-ci il üzrə fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib. V.Putin gələn il yanvarın 1-dən quruma sədrliyin Tacikistana keçəcəyini bildirib. Sammitin sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

Tarixçə

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusun rəhbərləri – B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan 1993-cü ilin sentyabrından təşkilatın üzvüdür. MDB – bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnaməyə görə, qurumun əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Panoya kopyala Kopyala
Ana səhifə ▸ Xəbərlər ▸ Gorus MDB-nin mədəni paytaxtı elan olundu

Xəbərlər

  • Təsərrüfatçı: “30 ildir mal-qara saxlamaqla yaşayırıq” 15 Mart 2023
  • Tarixçi alim: “Ramiz Mehdiyevə korrupsiyadan şikayət etdik, o da belə əncam çəkdi…” 15 Mart 2023
  • İqtisadçı prezidentin xarici iş adamları ilə görüşünü “səmərəsiz” adlandırdı 15 Mart 2023

Dəstək verin

Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.

Xoş Gəlmisiniz

Ən böyük və ən kiçik ölkələr Dünyanın ən böyük ölkəsi Rusyadır. Paytaxtı Moskvadır. Onun ərazisi 17 milyon kvadrat kilometrdən bir qədər çoxdur və bu ərazi yer səthinin 10%-dən çoxdur. Bu ölkənin sərhədləri Avropadan başlayıb Şərqdə sakit okeana qədər uzanır. Rusiyanın bir tərəfində gündüz olanda, o biri tərəfində gecə yarısı olur. Ölkə ərazisinin böyük hissəsi iynəyarpaqlı meşələrlə örtülüdür. Təbii ehtiyatlar baxımından ən zəngin ölkə sayılir. Rusiyada 122 milyon nəfər əhali yaşayır ki, onların az qala üçdə biri müsəlmandır. Ən çox sayda müxtəlif xalqların yaşadığı ölkələr siyahısında Rusiya başçılıq edir. Bu ölkədə yuzdən çox xalq yaşayır. Dünyada ən kiçik müstəqil dövlət isə Romada yerləşən və 0,33 kvadrat kilometr ərazisi olan Vatikandır. Ərazisi çox kiçik olsa da, Vatikan dünya katoliklərin mərkəzi hesab olunur. Çünki katolik kilsəsinin rəhbəri olan Roma papasının baş qərargahı Vatikand a yerləşir.

Dəvəquşu

Dəvəquşu El arasında belə bir məsəl var: Allah-Təala bir yandan alanda, o biri yandan verər. Ucsuz-bucaqsız Afrika çöllərinin gözəli-dəvəquşunun həyatına baxanda bu məsəl bütün aydınlığı ilə göz önünə canlanır. Dəvəquşu quşların ən böyüyüdür, bir az da dəvəyə oxşadığından adının əvvəlində “dəvə” kəlməsi var. Quş olmağına quşdur, amma uça bilmir. Quş da ki, uça bilmədi, vay halına, tez bir zamanda çöllərdə dolaşan çox sayda ovçu heyvanlardan birinin yeminə çevriləcək. Amma bir iş də var ki, Allah-Təala dəvəquşuya uçmağın əvəzində sürətlə qaça bilmək qabiliyyəti verib, həm də elə bir sürətki, heç bir heyvan ona çata bilməsin. Uzun ayaqları və güclü əzələləri sayəsində dəvəquşu saatda 70 kilometr məsafə qət edə bilir. Dəvəquşunun hündürlüyü 3 metrə, çəkisi 60-70 kiloqrama çatır. Ən böyük quş yumurtası da elə dəvəquşu yumurtasıdır: 1,5 kq.

Gəncədə MDB-nin “Mədəniyyət paytaxtı” layihəsinin açılış mərasimi

Xəbər verildiyi kimi, Gəncə şəhəri 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “Mədəniyyət paytaxtı” elan olunub. Martın 18-də şəhərdə layihənin təntənəli açılış mərasimi olacaq.
Tədbirlərin keçiriləcəyi əsas məkan olan Heydər Əliyev Mərkəzində və Park kompleksində də hazırlıq işləri başa çatıb.
Kompleksin Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanın sağ və sol hissələrində 25 pavilyon quraşdırılıb. Xarici ölkə nümayəndələrinin də iştirak edəcəyi mərasimdə qonaqlara pavilyonlarda Gəncə şəhərinin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri nümayiş olunacaq. Gəncə mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və müxtəlif şirniyyatlar təqdim ediləcək. Mərasimdə şəhərin bütün idarə, təşkilat və müəssisələri hər biri ayrıca guşə ilə təmsil olunacaq.
Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri tədbirin daha da yaddaqalan olması üçün səhnələşdirilmiş musiqi proqramı ilə çıxış edəcəklər.

Bu kateqoriyaya aid digər yazılar

Comments are closed, but trackbacks and pingbacks are open.