Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub
Gəncə. 17 fevral. REPORT.AZ/ Gəncənin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətindən “Report”un Qərb bürosuna verilən məlumata görə, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Azərbaycanın Gəncə şəhəri 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunub. Nizami yurdunun 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimiz, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin sərgilənəcəyini deyən şəhər rəhbəri qeyd edib ki, bu tədbirin beynəlxalq səviyyədə olmağı Gəncə ictimaiyyətinin üzərinə böyük vəzifələr qoyur. Toplantıda bildirilib ki, Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı layihəsinin açılış mərasimi martın 18-də keçiriləcək. İlkin hazırlıq mərhələsinin birinci iclasında 107 nəfərdən ibarət olan qərərgahın üzvləri müəyyənləşdirilib və keçiriləcək 30-a yaxın tədbirə aid dəqiq tapşırıqlar verilib. Qeyd edək ki, layihənin loqotipi isə fevralın 28-də keçiriləcək ikinci iclasda müsabiqə yolu ilə seçiləcək.
“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı – 2017” beynəlxalq layihəsinin rəsmi açılışı olub
BAKI, 18 mart — Sputnik. “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı — 2017” beynəlxalq layihəsinin rəsmi açılışı baş tutub. Sputnik Azərbaycan-ın qərb bürosunun məlumatına görə, ilk olaraq tədbir iştirakçıları tərəfindən Heydər Əliyevin abidəsinin önünə gül çələngləri qoyulub. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Sonra “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı — 2017” beynəlxalq layihəsinin rəsmi açılışı keçirilib. Açılış mərasimi Azərbaycan himninin səsləndirilməsilə başlayıb. İlk olaraq tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdu Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib. Sonra söz Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya verilib. Gəncənin SSSR-i vaxtı əsasən sənaye mərkəzi kimi tanınmasına baxmayaraq, şəhərin tarixi, elm və incəsənətinin daim inkişaf etdiyini bildirən rəsmi qonaq bu şəhərin dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş etdiyini deyərək, elə bu göstəricinin şəhərin mədəniyyət paytaxtı olmasına kifayət etdiyini bildirib.
28 Yanvar 2017, 22:50
MDB-nin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov da tədbirdə çıxış edərək öz təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına inandığını bildirib.
Daha sonra Mixail Şvıdkoy Gəncə şəhərinin 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunması sertifikatını Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edib.
Tədbir çərçivəsində 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə bir qrup idmançı təltif olunub, hədiyyələr verilib.
© Sputnik / Ilham Mustafayev Layihənin açılış mərasimindən sonra Heydər Əliyev Park Kompleksində Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub
Gəncə. 17 fevral. REPORT.AZ/ Gəncənin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətindən “Report”un Qərb bürosuna verilən məlumata görə, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Azərbaycanın Gəncə şəhəri 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunub. Nizami yurdunun 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimiz, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin sərgilənəcəyini deyən şəhər rəhbəri qeyd edib ki, bu tədbirin beynəlxalq səviyyədə olmağı Gəncə ictimaiyyətinin üzərinə böyük vəzifələr qoyur. Toplantıda bildirilib ki, Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı layihəsinin açılış mərasimi martın 18-də keçiriləcək. İlkin hazırlıq mərhələsinin birinci iclasında 107 nəfərdən ibarət olan qərərgahın üzvləri müəyyənləşdirilib və keçiriləcək 30-a yaxın tədbirə aid dəqiq tapşırıqlar verilib. Qeyd edək ki, layihənin loqotipi isə fevralın 28-də keçiriləcək ikinci iclasda müsabiqə yolu ilə seçiləcək.
Azərbaycanın Gənclər Paytaxtı Balakəndən MDB-nin Mədəniyyət Paytaxtı Gəncəyə doğru
2017-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilən Balakən rayonunun məktəblilərindən ibarət qrup “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində martın 16-da respublikamızın qərb bölgəsinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Balakən məktəblilərini yola salmaq üçün Mədəniyyət Mərkəzinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı səyahət arzulayıblar.
Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova çıxış edərək, artıq dördüncü ildir təşkil olunan tur-aksiyanın gənc nəslin vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd olunub ki, Balakən məktəbliləri üçün bu ekskursiya həm də ona görə əlamətdardır ki, tur-aksiya zamanı Azərbaycanın Gənclər Paytaxtının məktəbliləri 2017-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilən Gəncə şəhərini yaxından tanımaq, bu qədim diyarın gəncləri ilə əlaqələr qurmaq imkanı əldə edəcəklər. Məktəblilər dörd gün ərzində Gəncə şəhərinin, həmçinin Şəmkir və Göygöl rayonlarının tarixi məkanları ilə tanış olacaq, görməli yerlərini gəzəcək, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda gedən tikinti-quruculuq işlərinin, sosial-iqtisadi tərəqqinin canlı şahidi olacaqlar.
Balakən şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Rasim Zeynalov, humanitar və texniki təmayüllü liseyin şagirdi Şəhla Hacıxanova və digər məktəblilər tur-aksiyada iştirak etməyin hər bir məktəblinin arzusu olduğunu vurğulayaraq, layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonra 40 məktəbli və 5 nəfər müşayiətçinin daxil olduğu qrup onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.
Comments are closed, but trackbacks and pingbacks are open.