Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı təxribatlara kəskin etiraz etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə – kitabxanalara, universitetlərə, arxivlərə və digər yerlərə tədqiqatçıların və oxucuların istifadəsi üçün töhfə olaraq paylayır.
AMEA-nın Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə paylayır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə – kitabxanalara, universitetlərə, arxivlərə və digər yerlərə tədqiqatçıların və oxucuların istifadəsi üçün töhfə olaraq paylayır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu kitabların böyük əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında yazılıb.
İnstitutun bu təşəbbüsündə əsas məqsəd tariximizi ictimaiyyət arasında geniş təbliğ etməkdir. Tarix İnstitutu Lənkəran, Şəmkir, Gəncə, Quba, Qusar, Şəki və digər şəhərlərdəki Heydər Əliyev mərkəzlərində elmi müəssisənin əsərlərindən ibarət fondlar yaradıb. Bundan başqa, institut öz nəşrlərini Prezident Kitabxanasına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Siyasi Sənədlər Arxivinə, ADA Universitetinə, Azərbaycan Milli Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, Milli Arxiv İdarəsinə, Bakı Dövlət Universitetinə, Bakı Slavyan Universitetinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dillər Universitetinə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, Sumqayıt Dövlət Universitetinə və digər müəssisələrə paylayıb.
Qeyd edək ki, Tarix İnstitutu məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə, “Bakı-İstanbul” liseyinə, 313 nömrəli məktəbə və digər orta ümumtəhsil məktəblərinə yüzlərlə kitab hədiyyə edilib.
Hazırda Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır. Son 15 ildə institutda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun elm və təhsil müəssisələrinə payladığı kitabların ümumi sayı onminlərlədir.
Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı təxribatlara kəskin etiraz etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı çirkin təxribatların davam etməsinə kəskin etiraz edib.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı çirkin təxribatların davam etməsinə kəskin etiraz edib.
İnstitutdan Trend-ə daxil olan açıqlamada bildirilib ki, son dövrlərdə internet saytlarında, o cümlədən Vikipediyada Azərbaycan tarixini saxtalaşdıran, xalqımızın görkəmli şəxsiyyətlərinə çirkin iftiralar ataraq gözdən salmağa çalışan və milli-mənəvi dəyərlərimizə qara yaxan məqalələr yazılmaqdadır. Bunlardan biri də “Azərbaycanda LGBT tarixi” adlı vikipediya məqaləsidir.
Bu Vikipediya məqaləsini Azərbaycanın tarixinə, xalqımızın milli-mənəvi dəyərlərinə qarşı xüsusi sifarişlə yazılan növbəti təxribat hesab edən institut öz açıqlamasında bildirir ki, Vikipediya məqaləsində heç bir əsas olmadan, ən qədim zamanlardan başlayaraq son dövrlərə kimi Azərbaycan tarixində homoseksual münasibətlərin mövcud olduğu iddia olunur, görkəmli tarixi şəxsiyyətlərimizə çirkin iftiralar atılaraq gözdən salmağa cəhd edilir: “Qeyd etmək lazımdır ki, son zamanlar görünür xaricdən xüsusi sifarişlə Azərbaycanın görkəmli şəxsiyyətlərini ləkələmək xətti götürülüb. Göstərilən Vikipediya məqaləsi də məhz buna xidmət edir. Məqalənin məzmunundan aydın olur ki, onun müəllifi bu məqaləni xüsusi məqsədlə hazırlamışdır. Çünki müəllif Azərbaycanda homoseksual problemlərin mövcud¬luğunu əsaslandırmaq üçün dövrün tarixi qaynaqlarına deyil, mənbəyi məlum olmayan əsassız internet resuslarına istinad edərək Azərbaycanla heç bir əlaqəsi olmayan faktları Azərbaycanın tarixi şəxsiyyətlərinə sırımağa çalışır. Onun “Gilqameş dastanı”ndan, “Hammurapi qanunları”ndan, ayrı-ayrı xarici ölkə müəlliflərindən gətirdiyi faktların Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Gəncə tarix institutu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə – kitabxanalara, universitetlərə, arxivlərə və digər yerlərə tədqiqatçıların və oxucuların istifadəsi üçün töhfə olaraq paylayır.
Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, bu kitabların böyük əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları ilə yazılıb.
İnstitutun bu təşəbbüsündə əsas məqsəd tariximizi ictimaiyyət arasında geniş təbliğ etməkdir. AMEA-nın Tarix İnstitutu Lənkəran, Şəmkir, Gəncə, Quba, Qusar, Şəki və digər şəhərlərdəki Heydər Əliyev mərkəzlərində elmi müəssisənin əsərlərindən ibarət fondlar yaradıb. Bundan başqa, institut öz nəşrlərini Prezident Kitabxanasına, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına, Siyasi Sənədlər Arxivinə, Azərbaycan Diplomatik Akademiyasına, Azərbaycan Milli Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, Milli Arxiv İdarəsinə, Bakı Dövlət Universitetinə, Bakı Slavyan Universitetinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dillər Universitetinə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, Sumqayıt Dövlət Universitetinə və digər müəssisələrə paylayıb.
Tarix İnstitutu məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə, “Bakı-İstanbul” liseyinə, 313 nömrəli məktəbə və digər orta ümumtəhsil məktəblərinə yüzlərlə kitab hədiyyə edilib.
Hazırda Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır. Son 15 ildə institutda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb.
Comments are closed, but trackbacks and pingbacks are open.