Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoruna hökm oxunub
Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.
“Azərxalça”nın Qazax filialında keyfiyyətli və gözəl xalçalar toxunur (FOTO)
Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub.
Trend-i buradan izləyin
Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir. Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib.
Trend-in məlumatına görə, Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan “Namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.
Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır.
Bu filial 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Hazırda burada 87 toxucu çalışır. İnzibati-texniki heyətlə birlikdə filial işçilərinin sayı 100 nəfərdir.
Ötən dövrdə xalça istehsalı emalatxanasında 107 xalça toxunub. Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla, işçilərin işə rahat gediş-gəlişi üçün avtobusla təmin edilib.
Filialın direktoru Nazim İbrahimov deyir ki, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Burada xalçaları “gəbə” deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə çevrilir. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində “Ulduzlu Qazax”, “Qarayazı”, “Qaraqoyunlu”, “Ləmbəli”, “Faxralı”, “Çəlikli”, “Karvansara”, “Qaraçöp”, “Çərxi-fələk”, “Namazlıq” kimi xovlu, kilim, palaz, vərni, şəddə, zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin sakinləridir. Burada ərsəyə gətirilən xalçalar isə Qazaxın qədim çeşniləri əsasında toxunur. Filialda indiyədək toxuduğumuz ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın gənc işçiləri toxuyublar. Filialda işləyən toxucuların əksəriyyəti gənclərdir. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün əllərindən gələni əsirgəmirlər.
Burada istehsal olunan ən böyük xalçanın gənc toxucuları Sahibə Xəlilova, Türkan Qasımava, Əfsanə Səməndəri və Gülminə Məmmədova dövlətin onlar üçün yaratdığı şəraitdən minnətdarlıqla danışırlar. Əfsanə Səməndəri deyir ki, onlar xalça toxumağı nənələrindən, analarından öyrəniblər. Ancaq xalçaçılığın sirlərinə “Azərxalça”nın təşkil etdiyi kurslarda yiyələniblər: “Qazaxda bu fabrikin açılmasının çox böyük əhəmiyyəti var. Həm peşəkar toxucular, həm gənclər işlə təmin olunub, eyni zamanda qədim xalçaçılıq ənənələrimiz yaşadılır. Buna görə dövlətimizə minnətdarıq”.
Toxucu Rahilə Əsgərova 40 ildən çoxdur, bu sənətlə məşğul olur. Ötən əsrin 70-80-ci illərində Qazaxda fəaliyyət göstərən xalça fabrikində işləyib. Həmin dövrdə öyrətdiyi toxucular indi “Azərxalça”nın Qazax filialında onunla çiyin-çiyinə çalışırlar. Bu gün də gənclərə toxuculuğun sirlərini eyni həvəslə öyrədir.
“İkinci dəfə dünyaya gəlsəm, yenə xalçaçı olardım” – deyən təcrübəli toxucu bildirir ki, xalçalar insan ömrü yaşayır. Hər bir insan kimi, xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır: “Azərbaycan xalçasına və xalçaçılarına sahib çıxdığına görə hörmətli Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan güc alaraq daha yaxşı işləməyə, daha gözəl xalçalar toxumağa çalışır, bu qədim el sənətimizin, milli dəyərimizin yaşadılması üçün əlimizdən gələni əsirgəmir, xalçanı əzizləyir, ona biz də sahib çıxırıq. Xalça toxunarkən onu toxuyanın hissi xalça üzərində öz əksini tapır. Yaxşı zamanda yaşayırıq. Şükür, heç bir problemimiz yoxdur. Ona görə də toxuduğumuz xalçalardan ancaq xoşbəxtlik enerjisi almaq olar. Yəni bizim toxuduğumuz xalçalar hər bir evə sevinc gətirər, insanlara müsbət enerji verər”.
Toxucu Xalidə Yolçuyeva isə deyir ki, Qazax xalçaları Bakı, Şirvan, Quba, Təbriz xalçalarından fərqlənir. Bu bölgədə toxunan xalçalarda müqəddəs rəmzlər öz əksini tapıb. Ona görə də Qazax xalçaları müqəddəslərin türbələrinə nəzir verilib, onların üzərində namaz qılınıb. Xalçalar üzərindəki ulduz, çərxi-fələk, göz, həyat ağacı, qoç buynuzu, quş, ox kimi naxışlar bütünlükdə insanı qoruyan, onun həyatını mühafizə edən simvollardır. Qazaxın xalçaçılıq ənənələrini yaşatmaq üçün yaradılan şərait, bu fabrikin açılması bütün xalçaçıları sevindirib. Biz indi müasir, işıqlı emalatxana binasında xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizin daha qüdrətli olması üçün hər gün dua edirik.
Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Hazırda 14-cü əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, 18-ci əsrə aid nümunələr Nyu-Yorkdakı “Metropoliten” Muzeyində, Sankt-Peterburqun “Ermitaj”ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət Muzeyində saxlanılır. Qazax filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. Heç şübhə yoxdur ki, bu gün “Azərxalça”nın Qazax filialında toxunan xalçalar da gələcəkdə qiymətli sənət əsərləri kimi, məşhur muzeylərin bəzəyinə çevriləcəkdir.
Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoruna hökm oxunub
Bakı. 18 yanvar. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un Qərb bürosunun məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarına əsasən, R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rektoru olub. Ancaq 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial ləğv edilib. Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Gəncə və qazax filialı hökm
Prezident İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Son xəbərlər
- 10:30 | “Suriya Rusiyanın yeni sərhədlərini tanıyır”
- 10:19 | Rəqqasə Fatimənin köməkçisini maşın vurdu – Vəziyyəti ağırdır
- 10:18 | Naxçıvanda nazir işdən çıxarıldı, yerinə təyinat var
- 10:08 | “CasaMia” Almaniyada “Villeroy & Boch”un 275 illik təntənəli tədbirində – Fotolar
- 10:05 | Rüfət Səfərova küçədə hücum oldu – Saxlanılan var
- 10:03 | Lirə yenə ucuzlaşdı
- 09:56 | Unanyanın yeni vəzifəsi məlum oldu
- 09:55 | “Neftçi” “Kəpəz”ə qarşı
- 09:49 | “Fənərbaxça” “Sevilya”ya qarşı
- 09:39 | Bakı metrosunun iş qrafiki dəyişir
- 09:33 | Evində yanaraq öldü
- 09:24 | Məşhur restoran sahibləri cərimələndi
- 09:19 | Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib – Foto
- 08:01 | Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü
- 07:50 | Bakıda restoranda dava düşdü, ölən və yaralanan var – Yenilənib
- 06:30 | Ürəkdən gedənlər. – Qəfil ölümlərin səbəbi nədir?
- 05:03 | Şimali Koreya yenə bura raket buraxdı
- 04:32 | Dilan Çiçək Dənizə 500 minlik reklam təklifi
- 04:01 | FHN-in ikinci mobil səhra hospitalı Türkiyədən Bakıya qaytarıldı – Video
- 03:33 | Zəlzələləri “yuyan” selin dəhşətli görüntüləri – Video
- 02:39 | Türkiyədə zəlzələ oldu
- 01:54 | “Real” və “Napoli” 1/4 finalda – Video
- 01:31 | Ukrayna Rusiya PUA-sını vurdu
- 01:03 | Rusiya və ABŞ SQ Baş Qərargah rəisləri danışdı
- 00:51 | İsrail İranla bağlı Ukraynaya kömək edəcək
- 00:27 | Ana və övladı seldən belə xilas oldu – Video
- 00:16 | Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb – Yenilənib
- 00:07 | Merkel ekonomla uçdu
- 15.03.2023 23:52 | Dünyada günün xronikası – Fotolarda
- 15.03.2023 23:44 | ÇL matçından öncə Neapol müharibə meydanına döndü – Fotolar
- 15.03.2023 23:31 | Fərda oğluna canlı yayımda kiçik toy edib pul yığdı – Video
- 15.03.2023 22:52 | “ABŞ Ukraynadakı münaqişədə bütün vasitələrdən istifadə edir”
- 15.03.2023 22:38 | “Zirə” “Sabah”a məğlub oldu
- 15.03.2023 22:28 | Naxçıvanla bağlı daha bir dəyişiklik
- 15.03.2023 22:14 | Şoyqu ABŞ-li həmkarı ilə danışdı
- 15.03.2023 22:13 | Putin və Bəşər Əsəd bu məsələləri müzakirə etdi
- 15.03.2023 21:58 | Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi
- 15.03.2023 21:42 | “Məndən bilet istəsələr, “yox” deyəcəyəm” – Qurban Qurbanov
- 15.03.2023 21:22 | İlham Əliyev Ərdoğanla görüşdü – Fotolar+Yenilənib
- 15.03.2023 21:20 | AK Partiya Ərdoğan üçün imza toplamağa başladı
- 15.03.2023 20:51 | Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi – Foto
- 15.03.2023 20:41 | Gəncədə bıçaqlanan şəxs xəstəxanadan qaçdı
- 15.03.2023 20:34 | Zelenski onları vəzifədən azad etdi
- 15.03.2023 20:24 | Vaksin vurduranların sayı açıqlandı
- 15.03.2023 20:23 | Yoluxanların sayı açıqlandı
- 15.03.2023 20:20 | Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq
- 15.03.2023 20:19 | İlham Əliyev Türkiyəyə getdi – Fotolar
- 15.03.2023 20:08 | Finlandiya Prezidenti Türkiyəyə səfər edəcək
- 15.03.2023 20:07 | “Qarabağ” “Sumqayıt”ın 6-nı üstünə “çevirdi” – Video
- 15.03.2023 20:02 | Azərbaycandan Həcc ziyarətinin qiyməti bahalaşdı – Rəsmi
Comments are closed, but trackbacks and pingbacks are open.