Gəncə və qazax müəllimlər institutu hökm
Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Bu dövrdə teatr və kinonun, milli musiqinin, rəssamlığın nailiyyətləri də misilsiz olmuşdur. Bu illərdə Dövlət Akademik Dram Teatn (1924), Azərbaycan Dövlət Opera və Balet teatrı (1924), Gənc Tamaşaçılar Teatrı (1928), Azərbaycan Kukla Teatrı (1930), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) yaradılmışdı. 1940-cı ildə Azərbaycanda 18 teatr fəaliyyət göstərirdi.
Azərbaycanda milli musiqinin inkişafında xalqımızın görkəmli oğlu Üzeyir Hacıbəyovun müstəsna xidmətləri olmuşdu.
Sovet dövründə Azərbaycanda kinofilmlərin çəkilməsi ilk dəfə 1923-cü ildən başlanmışdı. Bu illərdə «Qız qalası» (1923), «Söz üçün göz» (1924), «Bismillah» (1925), «Gilan qızı» (1927), «Hacı Qara», «Sevil», «Lətif» (1929), «26-lar» (1931), «İsmət» (1933), «Almaz» (1935), «Bakılıllar» (1938), «Kəndlilər» (1939), «Yeni üfüq» (1940) kinofilmləri çəkilmişdi.
Beləliklə, XX əsrin 20 — 30-cu illərində Azərbaycanda əsil nıənada mədəni inqilab baş verdi. Azərbaycanda da kamil sovet təhsil sistemi yaradıldı, elm, ədəbiyyat və incəsənət inkişaf etdirildi. Azərbaycan mədəni inkişaf dərəcəsinə görə qabaqcıl ölkələr səviyyəsinə çatdı. Bütün bunlar sovet hakimiyyətinin Azərbaycana gətirdiyi töhfələr idi.
Bununla yanaşı, Azərbaycanda da geniş miqyaslı mədəni quruculuq çoxlu səhv və nöqsanlarla müşahidə olunmuşdu. O, sovet Rusiyasının imper siyasətinə xidmət etmişdi. Milli mədəni və mənəvi dəyərlər, ənənələr nəzərə alınmamışdı. Onlara etinasızlıq göstərilmişdi. Hətta xalqın milli mədəni və mənəvi dəyərləri məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Din əleyhinə mübarizə şüarı altında islam dininə və islam mədəniyyətinə qadağalar qoyulmuşdu. Dinsiz, allahsız cəmiyyət qurmaq uğrunda mübarizə getmişdi. Din xadimlərinə divan tutulmuş, yüzlərlə məscidlər dağıdılmış, anbar, klub və kitabxanalara çevrilmişdi. Vaxtaşırı olaraq «Rədd olsun çadra!», «Rədd olsun papaq!», «Rədd olsun tar!», «Rədd olsun kamança!» və s. şüarlar altında mədəni yürüşlər keçirilmişdi.
Sovet hakimiyyəti illərində Azərbaycan əlifbası iki dəfə dəyişdirilmişdi (1929, 1939-cu illərdə). Bu da, Azərbaycanda kütləvi savadsızlığa, xalqın tarixi kökündən, elmi və ədəbi mənbələrindən məhrum olmasına səbəb olmuşdu. Azərbaycan daim sovet milli siyasətindən əziyyət çəkmişdi. Bolşeviklər, «Millətlərin öz müqəddəratını təyin etmək hüququ»nu elan etməsinə baxmayaraq sovet formasında müstəmləkəçilik siyasətini yeritmişdi. Rus dili
Azərbaycanda da dövlət dili elan edilmişdi. Milli kadrların çatışmaması bəhanəsilə kənardan Azərbaycana rus dilli kadrlar gətirilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən) olan kadrların əlində cəmləşmişdi. 1934-cü ilə kimi Azərbaycan K (b) P MK-nın birinci katibi qeyri millətlərin nümayəndələrindən (İ,Naneyişvili, Y.D.Stasova, V.Y.Dumbadze (Lado), Q.N.Kaminski, S.M.Kirov, D.Mirzoyan, N.F.Giqalo, V.İ.Polonski, Ruben) olmuşdu. Bakı partiya təşkilatının rəhbərliyi isə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət və ənənələri, milli dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın, Kirovun fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.
Azərbaycanda sovet milli siyasətinin bir istiqaməti də milli kadrlara inanmamaqdan, Bakını Azərbaycandan ayırmaq, onu bütovlükdə Azərbaycana qarşı qoymaqdan, «parçala, hökm sür» siyasəti yürütməkdən ibarət idi. B.Lominadze hələ 1920-ci ilin oktyabrında AK (b) P-nin II qurultayındakı çıxışında bildirmişdi ki, «müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».
Cənubi Qafqazda sovet milli siyasətinin ikibaşlılığı bu illərdə də ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək iştahasını artırmışdı. Ermənistan hələ Xalq Cümhuriyyəti dövründə «mübahisəli» ərazilər kimi Naxçıvan, Zəngəzur, Qarabağ, Şərur-Dərələyəz kimi əzəli Azərbaycan torpaqlarını özünə birləşdirmək niyyətində idi. Sovet Rusiyası ,da bu məsələlərdə ikibaşlı siyasət yürüdürdü. Məsələn, mərkəzdən səlahiyyətli hüquqlar alan S.Orconikidze 1920-ci ilin iyulunda Çiçerinə göndərdiyi teleqramda yalnız Zəngəzurun «mübahisəli» ərazi olduğunu, qalan ərazilərinsə Ermənistana birləşdirilməsini təklif etmişdi. O, bildirmişdi ki, «müəyyən siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər».
Bundan istifadə edən ermənilər hücum edərək Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kəndi dağıdıb yandırmışdılar.
Ermənilər XI Qırmızı Ordunun köməyilə 1921-ci ilin iyulunda Zəngəzurun yuxarı hissəsini (Qərbini) zəbt etmişdilər. Onun şərq hissəsində isə 1923-cü ildə Azərbaycanın tərkibində Kürdüstan qəzası yaradılmışdı. Zəngəzurun cənub-qərbində Ermənistana «bağışlanılmış» torpaqlar əsasında 1929-cu ildə Mehri rayonu təşkil edilmişdi. Bununla Naxçıvan materikdən ayrı düşmüşdü. O, Azərbaycanın digər rayonları ilə quru sərhədlərindən məhrum olmuşdu.
Növbəti addım Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək cəhdi olmuşdu. Ermənistan 1921-ci ilin iyununda Dağlıq Qarabağı özünün tərkib hissəsi elan etmişdi. Lakin bu Azərbaycan tərəfindən rədd edilmişdi.
1921-ci il iyulun 4-de RK (b) P-nın Qafqaz bürosunun plenumu əksər səslə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə qərar qəbul etmişdi. Lakin o, N.Nərimanovun qəti etirazı ilə qarşılaşmışdı. 1921-ci il iyulun 5-də bu məsələ yenidən müzakirə olunmuşdu. Bu dəfə əksəriyyət Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması təklifinə səs vermişdi. Həmin qərara «Mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi» maddəsi de salınmışdı. Azərbaycanın etirazlarına baxmayaraq S.Orconikidzenin təkidi ilə 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunmuşdu. Bu da sonralar Ermənistanın və onu himayə edənlərin Azərbaycana qarşı Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə, Dağlıq Qarabağda separatçılığın vaxtaşırı qalxmasına zəmin olmuşdu.
Sosialist islahatlarının və yenidənqurmaların nəticəsi olaraq Azərbaycanda da sovet cəmiyyəti yaradıldı. Sənaye və kənd təsərrüfatı dövlətin əlində cəmləşdi. Bütün sahələrdə ciddi mərkəzləşmə bərqərar oldu. Siyasi sahədə kommunist partiyasının rəhbər rolu olmazın dərəcədə yüksəldi. Hər şey partiyanın iradəsinə tabe edildi. Azərbaycanda da inzibati amirlik rejimi bərqərar oldu. Azərbaycan Mərkəzdən başlanan inzibati amirlik rejimi nərdivanın pillələrindən birinə çevrildi. Azərbaycanda da hadisələr mərkəzdəkinə oxşar, hətta ondan da ifrat şəkildə cərəyan etməyə başladı. Burada da Mərkəzə oxşar totalitar-avtoritar rejim formalaşdı. Azərbaycanda azad, müstəqil fikirliliyə qarşı kütləvi repressiyalar başlandı. Burada, o zaman Azərbaycan K (b) P MK-nın birinci katibi M.C.Bağırovun ətrafına toplanınış ermənilər xüsusi canfəşanlıq göstərmişdilər. Türklərin genetik düşmənləri olan Sumbatov-Topurudze, Qriqoryan, Markaryan, Malyan və b. ermənilərin fitvası ilə on minlərlə azərbaycanlı məhv edilmiş və uzaq sürgünə göndərilmişdilər. 1937 — 1939-cu illərdə bütün həyatım sovet hakimiyyətini yaratmağa və möhkəmlətməyə həsr etmiş yüzlərlə azərbaycanlı dövlət və partiya xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, Q.Vəzirov və b. məhv edilmişdilər.
Azad düşüncəli, istedadlı Azərbaycan ziyalılarına da divan tutulmuşdu. 1937 — 1938-ci illərdə H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, V.Xuluflu, Yusif Vəzir Çəmənzəminli, B.Çobanzadə və b. repressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam repressiyaya məruz qalmışdı.
Azərbaycan Sovet rejimi şəraitində
XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Azərbaycanda da Rusiyasayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Torpaq, neft sənayesi, Xəzər ticarət donanması, balıqçılıq və digər sənaye sahələri milliləşdirildi. Onlar dövlətin mülkiyyəti elan olundu. Zəruriyyət olmadan 1920-ci ilin yayından 1921-ci ilin yazına kimi Azərbaycanda da hərbi kommunizm siyasəti tətbiq olundu. 1922-ci ilin yazından etibarən isə Azərbaycanda yeni iqtisadi siyasət həyata keçirilməyə başladı.
Yeni iqtisadi siyasət şəraitində neft hasilatı 2 dəfə artdı. Kənd təsərrüfatında dirçəliş baş verdi. Əkin sahələri 2 dəfə çoxaldı. Kənddə təbəqələşmə gücləndi. Varlı və ortabab kəndlilərin sayı artdı. Onlar kəndlilərin yarıdan çoxunu təşkil edirdilər.
20-ci illərin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının əməli olaraq sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sosialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi həyata keçirməyə başladı. Bakıda neft sənayesinin inkişafı yeni vüsət aldı.Tezliklə Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz və b. yeni neft yataqları istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə çıxdı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76 faizini Azərbaycan verirdi.
Neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirildi. Gəncədə toxuculuq kombinatı, Gəncədə, Ucarda, Yevlaxda pambıq təmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq 30-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsullarının 95%-dən çoxunu XX əsrin 20 — 30-cu illərində tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
Bu illərdə Bakı-Batumi neft kəmərinin, Ələt-Culfa dəmiryolu xəttinin çəkilməsi başa çatdırıldı. 1926-cı ildə SSRİ hüdudlarında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti istifadəyə verildi.
Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Bu dövrdə teatr və kinonun, milli musiqinin, rəssamlığın nailiyyətləri də misilsiz olmuşdur. Bu illərdə Dövlət Akademik Dram Teatn (1924), Azərbaycan Dövlət Opera və Balet teatrı (1924), Gənc Tamaşaçılar Teatrı (1928), Azərbaycan Kukla Teatrı (1930), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) yaradılmışdı. 1940-cı ildə Azərbaycanda 18 teatr fəaliyyət göstərirdi.
Azərbaycanda milli musiqinin inkişafında xalqımızın görkəmli oğlu Üzeyir Hacıbəyovun müstəsna xidmətləri olmuşdu.
Sovet dövründə Azərbaycanda kinofilmlərin çəkilməsi ilk dəfə 1923-cü ildən başlanmışdı. Bu illərdə «Qız qalası» (1923), «Söz üçün göz» (1924), «Bismillah» (1925), «Gilan qızı» (1927), «Hacı Qara», «Sevil», «Lətif» (1929), «26-lar» (1931), «İsmət» (1933), «Almaz» (1935), «Bakılıllar» (1938), «Kəndlilər» (1939), «Yeni üfüq» (1940) kinofilmləri çəkilmişdi.
Beləliklə, XX əsrin 20 — 30-cu illərində Azərbaycanda əsil nıənada mədəni inqilab baş verdi. Azərbaycanda da kamil sovet təhsil sistemi yaradıldı, elm, ədəbiyyat və incəsənət inkişaf etdirildi. Azərbaycan mədəni inkişaf dərəcəsinə görə qabaqcıl ölkələr səviyyəsinə çatdı. Bütün bunlar sovet hakimiyyətinin Azərbaycana gətirdiyi töhfələr idi.
Bununla yanaşı, Azərbaycanda da geniş miqyaslı mədəni quruculuq çoxlu səhv və nöqsanlarla müşahidə olunmuşdu. O, sovet Rusiyasının imper siyasətinə xidmət etmişdi. Milli mədəni və mənəvi dəyərlər, ənənələr nəzərə alınmamışdı. Onlara etinasızlıq göstərilmişdi. Hətta xalqın milli mədəni və mənəvi dəyərləri məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Din əleyhinə mübarizə şüarı altında islam dininə və islam mədəniyyətinə qadağalar qoyulmuşdu. Dinsiz, allahsız cəmiyyət qurmaq uğrunda mübarizə getmişdi. Din xadimlərinə divan tutulmuş, yüzlərlə məscidlər dağıdılmış, anbar, klub və kitabxanalara çevrilmişdi. Vaxtaşırı olaraq «Rədd olsun çadra!», «Rədd olsun papaq!», «Rədd olsun tar!», «Rədd olsun kamança!» və s. şüarlar altında mədəni yürüşlər keçirilmişdi.
Sovet hakimiyyəti illərində Azərbaycan əlifbası iki dəfə dəyişdirilmişdi (1929, 1939-cu illərdə). Bu da, Azərbaycanda kütləvi savadsızlığa, xalqın tarixi kökündən, elmi və ədəbi mənbələrindən məhrum olmasına səbəb olmuşdu. Azərbaycan daim sovet milli siyasətindən əziyyət çəkmişdi. Bolşeviklər, «Millətlərin öz müqəddəratını təyin etmək hüququ»nu elan etməsinə baxmayaraq sovet formasında müstəmləkəçilik siyasətini yeritmişdi. Rus dili
Azərbaycanda da dövlət dili elan edilmişdi. Milli kadrların çatışmaması bəhanəsilə kənardan Azərbaycana rus dilli kadrlar gətirilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən) olan kadrların əlində cəmləşmişdi. 1934-cü ilə kimi Azərbaycan K (b) P MK-nın birinci katibi qeyri millətlərin nümayəndələrindən (İ,Naneyişvili, Y.D.Stasova, V.Y.Dumbadze (Lado), Q.N.Kaminski, S.M.Kirov, D.Mirzoyan, N.F.Giqalo, V.İ.Polonski, Ruben) olmuşdu. Bakı partiya təşkilatının rəhbərliyi isə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət və ənənələri, milli dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın, Kirovun fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.
Azərbaycanda sovet milli siyasətinin bir istiqaməti də milli kadrlara inanmamaqdan, Bakını Azərbaycandan ayırmaq, onu bütovlükdə Azərbaycana qarşı qoymaqdan, «parçala, hökm sür» siyasəti yürütməkdən ibarət idi. B.Lominadze hələ 1920-ci ilin oktyabrında AK (b) P-nin II qurultayındakı çıxışında bildirmişdi ki, «müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».
Cənubi Qafqazda sovet milli siyasətinin ikibaşlılığı bu illərdə də ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək iştahasını artırmışdı. Ermənistan hələ Xalq Cümhuriyyəti dövründə «mübahisəli» ərazilər kimi Naxçıvan, Zəngəzur, Qarabağ, Şərur-Dərələyəz kimi əzəli Azərbaycan torpaqlarını özünə birləşdirmək niyyətində idi. Sovet Rusiyası ,da bu məsələlərdə ikibaşlı siyasət yürüdürdü. Məsələn, mərkəzdən səlahiyyətli hüquqlar alan S.Orconikidze 1920-ci ilin iyulunda Çiçerinə göndərdiyi teleqramda yalnız Zəngəzurun «mübahisəli» ərazi olduğunu, qalan ərazilərinsə Ermənistana birləşdirilməsini təklif etmişdi. O, bildirmişdi ki, «müəyyən siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər».
Bundan istifadə edən ermənilər hücum edərək Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kəndi dağıdıb yandırmışdılar.
Ermənilər XI Qırmızı Ordunun köməyilə 1921-ci ilin iyulunda Zəngəzurun yuxarı hissəsini (Qərbini) zəbt etmişdilər. Onun şərq hissəsində isə 1923-cü ildə Azərbaycanın tərkibində Kürdüstan qəzası yaradılmışdı. Zəngəzurun cənub-qərbində Ermənistana «bağışlanılmış» torpaqlar əsasında 1929-cu ildə Mehri rayonu təşkil edilmişdi. Bununla Naxçıvan materikdən ayrı düşmüşdü. O, Azərbaycanın digər rayonları ilə quru sərhədlərindən məhrum olmuşdu.
Növbəti addım Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək cəhdi olmuşdu. Ermənistan 1921-ci ilin iyununda Dağlıq Qarabağı özünün tərkib hissəsi elan etmişdi. Lakin bu Azərbaycan tərəfindən rədd edilmişdi.
1921-ci il iyulun 4-de RK (b) P-nın Qafqaz bürosunun plenumu əksər səslə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə qərar qəbul etmişdi. Lakin o, N.Nərimanovun qəti etirazı ilə qarşılaşmışdı. 1921-ci il iyulun 5-də bu məsələ yenidən müzakirə olunmuşdu. Bu dəfə əksəriyyət Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması təklifinə səs vermişdi. Həmin qərara «Mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi» maddəsi de salınmışdı. Azərbaycanın etirazlarına baxmayaraq S.Orconikidzenin təkidi ilə 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunmuşdu. Bu da sonralar Ermənistanın və onu himayə edənlərin Azərbaycana qarşı Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə, Dağlıq Qarabağda separatçılığın vaxtaşırı qalxmasına zəmin olmuşdu.
Sosialist islahatlarının və yenidənqurmaların nəticəsi olaraq Azərbaycanda da sovet cəmiyyəti yaradıldı. Sənaye və kənd təsərrüfatı dövlətin əlində cəmləşdi. Bütün sahələrdə ciddi mərkəzləşmə bərqərar oldu. Siyasi sahədə kommunist partiyasının rəhbər rolu olmazın dərəcədə yüksəldi. Hər şey partiyanın iradəsinə tabe edildi. Azərbaycanda da inzibati amirlik rejimi bərqərar oldu. Azərbaycan Mərkəzdən başlanan inzibati amirlik rejimi nərdivanın pillələrindən birinə çevrildi. Azərbaycanda da hadisələr mərkəzdəkinə oxşar, hətta ondan da ifrat şəkildə cərəyan etməyə başladı. Burada da Mərkəzə oxşar totalitar-avtoritar rejim formalaşdı. Azərbaycanda azad, müstəqil fikirliliyə qarşı kütləvi repressiyalar başlandı. Burada, o zaman Azərbaycan K (b) P MK-nın birinci katibi M.C.Bağırovun ətrafına toplanınış ermənilər xüsusi canfəşanlıq göstərmişdilər. Türklərin genetik düşmənləri olan Sumbatov-Topurudze, Qriqoryan, Markaryan, Malyan və b. ermənilərin fitvası ilə on minlərlə azərbaycanlı məhv edilmiş və uzaq sürgünə göndərilmişdilər. 1937 — 1939-cu illərdə bütün həyatım sovet hakimiyyətini yaratmağa və möhkəmlətməyə həsr etmiş yüzlərlə azərbaycanlı dövlət və partiya xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, Q.Vəzirov və b. məhv edilmişdilər.
Azad düşüncəli, istedadlı Azərbaycan ziyalılarına da divan tutulmuşdu. 1937 — 1938-ci illərdə H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, V.Xuluflu, Yusif Vəzir Çəmənzəminli, B.Çobanzadə və b. repressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam repressiyaya məruz qalmışdı.
- Teqlər:
- Azərbaycan tarixi
- , Sovet dövrü
Xankəndi
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Təhsil Nazirliyinin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.
Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilmiş və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu
Qori Müəllimlər Seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyasının) Azərbaycan şöbəsinin 1879-cu ildə Qori şəhərində açılması təhsil tariximizdə xüsusi bir mərhələdir. Bu seminariya XIX əsrdə (1918-ci ilədək) müəllim kadrların hazırlanmasında mühüm işlər görüb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi isə tarixi bir hadisəyə çevrilib. Firudin bəy Köçərlinin tarixi xidməti sayəsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazax şəhərində müstəqil müəllimlər seminariyası kimi fəaliyyətə başlayıb.
AZƏRTAC Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu haqqında məqaləsini təqdim edir.
Məqalədə bildirilir ki, 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyini elan edib. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini yaradıb, ictimai-siyasi quruluşun müvafiq modelini qurub. Həmin dövrdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun kökündən dəyişdirilərək milli mənafelərə uyğun milli köklər üzərində yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına yönəlmiş tədbirlərin görülməsi məqsədilə AXC-nin parlamenti və hökuməti tərəfindən müvafiq qanun və qərarlar qəbul edilib, həmin qanun və qərarlara uyğun olaraq Xalq Maarifi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Сümhuriyyət dövründə Xalq Maarif Nazirliyinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilməsi olub. Yenicə istiqlala qovuşmuş AXC hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işinin geniş yayılmasına nail olmaq idi. Lakin ölkədəki kəskin müəllim qıtlığı problemini həll etmədən təhsilin və maarifin yayılması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması üzrə qarşıda duran mühüm vəzifələri yerinə yetirmək mümkün deyildi. AXC hökuməti ölkədə yaşanan kəskin müəllim qıtlığı problemini qismən də olsa həll etməkdən ötrü qısamüddətli pedaqoji kursların açılması və Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülməsi haqqında qərarlar qəbul edib. Hökumətin qəbul etdiyi həmin qərarlar ölkəmizdə aparılan yeni məktəb quruculuğu işində olduqca əhəmiyyətli idi. Qazaxa köçürülmüş Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsi əsasında yaradılmış müstəqil Qazax Müəllimlər Seminariyası xalqımızın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevrildi. Cümhuriyyət hökumətinin və Xalq Maarif Nazirliyinin respublikamızda ciddi səylə həyata keçirdiyi yeni məktəb quruculuğu işində, eləcə də ölkəmizdə pedaqoji kadrların hazırlanmasında Azərbaycanın görkəmli ziyalısı, maarifçi-pedaqoq, ictimai xadim Firidun bəy Köçərlinin rəhbərlik etdiyi Qazax Müəllimlər Seminariyası əhəmiyyətli rol oynadı. Həmin dövrdə Qazax Müəllimlər Seminariyası ölkəmizdə milli müəllim və pedaqoji kadrlar hazırlayan ilk milli tədris ocağına çevrildi. Qazax Müəllimlər Seminariyasının ölkəmizdə savadsızlığın aradan qaldırılması, maarif, mədəniyyət və təhsilin inkişaf etdirilməsi sahəsindəki xidmətləri danılmazdır. Milli təhsil tariximizdə Qazax Müəllimlər Seminariyasının mühüm yeri və rolunu nəzərə alaraq, arxiv sənəd və materiallarına, eləcə də digər tarixi mənbələrə əsaslanaraq Qazax Müəllimlər Seminariyasının yaradılmasına aparan tarixi yola nəzər yetirək.
İlk növbədə, qeyd edək ki, Rusiya imperatoru II Aleksandr Zaqafqaziya Müəllimlər Seminariyasının təsis edilməsi haqqında 1875-ci il aprelin 8-də fərman imzalayıb. Həmin fərmanla seminariyanın əsasnaməsi də təsdiqlənib. Bu əsasnamənin birinci bəndində qeyd edilirdi: “Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir”. Əsasnamənin birinci bəndinin qeyd hissəsində isə bildirilirdi: “Müsəlmanlar üçün xüsusi məktəb açılanadək onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir”. Fərman imzalandıqdan sonra seminariyanı qısa müddətdə açmaq mümkün olmayıb. Bu təhsil ocağı yalnız 1876-cı ilin sentyabrından etibarən fəaliyyətə başlayıb.
Zaqafqaziya Müəllimlər Seminariyası Rusiyanın qabaqcıl təhsil müəssisələrindən biri sayılırdı. Seminariyada və onun nəzdində yaradılmış üç ibtidai məktəbdə – rus, gürcü və erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin yoxluğu müsəlman-azərbaycanlı uşaqların böyük əksəriyyətinin rus məktəblərinə cəlb olunması işini ləngidirdi. Ana dilində savada yiyələnmək istəyi müsəlman-azərbaycanlı uşaqlarını ənənəvi məktəblərə cəlb edirdi. Azərbaycanda getdikcə genişlənməkdə olan milli dünyəvi məktəb uğrunda hərəkat çarizmin maarif sahəsində yeritdiyi ruslaşdırma siyasətinə qarşı çevrilmişdi. Bu hərəkatın mahiyyətini anadilli məktəblərin yaradılması, yenilikçilik və müasirlik uğrunda mübarizə təşkil edirdi. Həmin mübarizənin nəticəsi idi ki, Qafqaz canişini ilk dəfə Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) bölməsinin yaradılmasına razılıq verdi və həmin şöbə 1879-cu ilin sentyabrından etibarən Qori şəhərində fəaliyyətə başlayıb. Xeyli müddət sonra Rusiya imperatoru II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan) bölməsinin fəaliyyəti rəsmən qanuniləşdirilib.
Şamaxıda kasıb rus ailəsində doğulub boya-başa çatmış Aleksey Çernyayevski Azərbaycan bölməsinə inspektor təyin edilib. Azərbaycan bölməsinin açılmasına baxmayaraq, ilk vaxtlarda orada oxumaq üçün ərizə verənlərin sayı çox az olub və bu, şöbənin gələcək fəaliyyətini şübhə altına alıb. Bölmənin fəaliyyətini təmin etmək məqsədilə A.Çernyayevski savad almaq istəyən azərbaycanlı uşaqların axtarışına çıxıb. O, belə axtarışları İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbənddə aparıb, kəndbəkənd gəzib qəza məktəblərində seminariyaya uşaq toplayıb. A.Çernyayevski uşaqların valideynlərinə təhsilin, maarifin nə demək olduğunu izah edərkən məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaq olduğunu bildirir və tövsiyə edir ki, onlar balalarını bu işığı yandırmaqdan məhrum etməsinlər.
A.Çernyayevskinin axtarışları nəticəsiz qalmır və onun bu yolda çəkdiyi zəhmət özünü doğruldur. Belə ki, Qori seminariyasına təhsil almağa gələn azərbaycanlı uşaqların sayı ildən-ilə artmağa başlayır. Çox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfəndiyev A.Çernyayevskinin ümidlərini doğruldular. Firudin bəy Köçərli hələ tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini, sonralar isə A.Puşkin, M.Lermontov, A.Koltsov və A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F.Axundovun “Aldanmış kəvakib” əsərini rus dilinə tərcümə etmişdi. O, həmçinin Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etmişdi. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə “Xəzineyi-əxbar” adlı ensiklopedik kitab tərtib etmişdi. Təhsilini ilk buraxılışda əla qiymətlərlə başa vurmuş Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dilindən dərs demək üçün saxlayıblar. Seminariyanın Azərbaycan bölməsini bitirmiş məzunların böyük əksəriyyəti ucqar qəzalara, kəndlərə gedib orada pedaqoji fəaliyyət göstərir, xalq kütlələri arasında maarifi yayır, onları cəhalətin, geriliyin əlindən qurtaqmağa çalışırdılar. Bölmənin çar hakimiyyəti tərəfindən mürtəce məqsədlə açılmasına baxmayaraq, Qori seminariyası Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynayıb. Qeyd etmək kifayətdir ki, bu təhsil ocağının Azərbaycana verdiyi kadrları çar Rusiyası dövründə heç bir məktəb verməyib.
Qori seminariyasının məzunu, böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: “Qori seminariyasının Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin “Vətən dili” bizim məktəblərdə yeni bir dövr açdı”.
Yarandığı ilk gündən AXC xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirib. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə burada uzun illər xalq maarifi işini məhdud çərçivədə saxlayıb, zorla ruslaşdırma siyasəti yeridib, təhsil əsasən rus dilində aparılaraq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törədib ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdı. Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Dövrün tanınmış maarif xadimi Rəşid bəy Əfəndiyevin qardaşı pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev Parlamentin 1918-ci il dekabrın 26-da keçirilən beşinci iclasındakı çıxışında mövcud vəziyyəti belə qiymətləndirmişdi: “. Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacatın fövqindədir. Ümumi fəlakətlərin birinci səbəbi maarif yoxluğudur. Şimdiki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir. ”
Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, eləcə də məktəblərin milliləşdirilməsi və məktəb islahatlarının aparılması bir vəzifə olaraq hökumətin qarşısında dayanırdı. Bununla bağlı Azərbaycan dilində dərs deyə biləcək müəllim qıtlığı problemi də həll edilməli və bacarıqlı müəllim kadrlarının sayı artırılmalı idi. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına beş min rubl pul vəsaiti ayrılıb. Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilib və burada fəaliyyətini davam etdirib. Azərbaycan xalq maarif naziri N.Yusifbəylinin 1918-ci il 12 oktyabr tarixli əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli həmin il oktyabrın 1-dən seminariyanın direktoru təyin edilib.
Firidun bəy Köçərli “Аzərbaycan” qəzetinin (rus dilində) 1918-ci il 13 oktyabr tarixli nömrəsində dərc etdirdiyi “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında” sərlövhəli məqaləsində qeyd edirdi: “1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında . tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 1918-ci il 10 iyun tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərara gəlmişlər. Tatar (Azərbaycan) bölməsinin əmlakının daşınması Xalq Maarif Naziri tərəfindən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir.
Qazax Müəllimlər Seminariyası kimi vacib bir pedaqoji məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməkliyi əsirgəməyəcəkdir. Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik”.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Gürcüstanın mərkəzində mövcud olduğu 40 il ərzində tədris dairəsi rəhbərlərinin yürütdükləri ruslaşdırma tendensiyasına baxmayaraq, seminariyanın yetirmələri istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşlar. Sonrakı illərdə isə həmin bölmə Qori şəhərindən Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilmiş Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb kimi tanınıb. Qazax Müəllimlər Seminariyasının fəaliyyətinin təmin edilməsi məsələsi daim Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyinin diqqət mərkəzində olub. Hökumətin 1918-ci il 21 oktyabr tarixli iclasında bir il ərzində Qazax Müəllimlər Seminariyasının pansionu və onun şəxsi heyətinin saxlanması üçün 177.892 rubl məbləğində kreditin ayrılması haqqında xalq maarif nazinin məruzəsi dinlənilib və qərara alınıb ki, iki ay yarım – 1918-ci il oktyabrın 15-dən 1919-cu il yanvarın 1-dək olan müddətdə həmin seminariyanın pansionu, şəxsi heyətinin saxlanması və digər xərclər üçün 90.962 rubl 25 qəpik məbləğində kredit ayrılsın və məhsulların ucuz qiymətə verilməsi nəzərdə tutulsun.
Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80 nömrəli məlumatı məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər seminariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiqlənmək üçün Bakıya, Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi haqqında məlumat verib. Xalq Maarif Nazirliyinin 1918-ci il 28 oktyabr tarixli əmri ilə həmin heyət təsdiqlənib və əmrə uyğun olaraq oktyabrın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilib:
– İsfəndiyar bəy Vəkilov – rus dili və təbiət elmləri; Yusif Qasımov – tarix fənləri; Əli Hüseynov – tarix və coğrafiya; Məhəmməd Hüseynzadə – riyaziyyat; İbrahim Əfəndi Qayıbov – ana dili.
Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilib və bu təhsil ocağında dərslər də elə həmin gündən etibarən başlanıb. Seminariyanın açılışında yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq məktəbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və s. iştirak ediblər.
Açılışda toplaşanları salamlayan İbrahim Əfəndi Qayıbov çıxışında gənc dövlətin pedaqoji təhsilə böyük ehtiyacı olduğunu qeyd edib. Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək onları və Qazax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik edib və müəllimlərin cəmiyyətdəki roluna yüksək qiymət verərək deyib: “Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xoşbəxt, güclü və qüdrətli olması mümkün deyildir”.
Səbri bəyin ardınca Camal bəy toplantıda iştirak edən şagirdləri təbrik edərək onları Vətən naminə məhsuldar çalışmağa səsləyib. Eyni zamanda, gənc tələbələrə xatırladıb ki, Vətən təkcə iti qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş ağılla da müdafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaq üçün fədakarlıqla çalışmaqlarını arzulayıb. Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd edib ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olub, fəaliyyəti dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda müəllimlər hazırlayıb. Vətəndən ayrı düşmüş müsəlman gəncləri milliliyinin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan – R.S.) bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılmasının mühüm amillərindən birinə çevriləcək bu yolda var qüvvəsi ilə çalışacaq.
Müəllimlər seminariyasının mövcud proqramının dəyişdirilməsinə dair hazırlığın görülməsi haqqında xalq maarif nazirinin müavini H.Şahtaxtinskinin Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərliyə göndərdiyi 1919-cu il 27 mart tarixli məktubda deyilir: “Şübhəsizdir ki, müəllim seminariyalarının mövcud olan proqramı hazırkı vaxtda yararlı sayıla bilməz. Həyat yubanmadan proqramı az yararlı, lazım olmayan, gərəksiz materiallardan təmizləyərək onun zəmanəyə uyğun yeni, təzə elementlərlə təkmilləşdirilməsini və yeni proqram ilə əvəz edilməsini tələb edir. Bu, əlbəttə ki, çətin və məsuliyyətli bir işdir və tək adamın öhdəsindən gələsi bir məsələ deyildir. Bu məsələ kifayət qədər nəzəri və praktik hazırlığı olan mötəbər qüvvədən ibarət bütöv bir komissiyanın müzakirə predmeti ola bilər. Bu məsələ təcili öz həllini tələb etdiyi üçün bizdə mövcud olan qüvvə ilə hazırlaşmalı və materiallar toplandıqca ümumi qüvvə ilə onun yerinə yetirilməsinə başlanmalıdır.”
H.Şahtaxtinskinin seminariyanın mədəni fəaliyyətinə görə 1919-cu il aprelin 6-da F.Köçərliyə göndərdiyi təşəkkür məktubunda qeyd edilirdi: “Sizin gənc seminariyanın mədəni fəaliyyəti nazirliyi fərəhləndirir. Nazirlik sizə və sizin seminariyaya təşəkkür edir”.
Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin Gürcüstanın Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili, sonrakı dövrlərdə isə onun Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilməsi XIX əsrin sonu XX əsrin birinci yarısında azərbaycanlı müəllim və pedaqoji kadrlarının hazırlanmasında mühüm mərhələdir. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil alıblar. Ölkədə pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin bütöv bir dövrü məhz Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin, sonrakı dövrdə isə Qazax Müəllimlər Seminariyası məzunlarının fəaliyyəti ilə bağlı olub.
Qori seminariyası mövcud olduğu 40 il ərzində Azərbaycan məktəbi üçün 250-dək müəllim – Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Əli Qəmərli, Ə.Seyidov, Şıxlinskilər və başqalarını hazırlayıb ki, onlar da öz növbəsində Azərbaycanda milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynayıblar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dilində dərsliklərin hazırlanmasında vaxtilə Qori seminariyasının Azərbaycan bölməsini bitirmiş məzunlar fəal iştirak ediblər. Onlar Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə aparıblar.
Xalqımızın təhsil tarixində əhəmiyyətli dərəcədə xidməti və rolu olmuş təhsil ocaqlarının təcrübəsini öyrənmək və gənc nəslin elmi-pedaqoji biliyinin artırılmasında, onların vətənpərvər ruhda tərbiyəsində ondan istifadə etmək bu gün də aktualdır.
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Fərhad Ağazadə kimi görkəmli şəxsiyyətləri yetişdirmiş Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan bölməsinin, eləcə də sonrakı illərdə Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirmiş Qazax Müəllimlər Seminariyasının fəaliyyəti gənc nəsillər tərəfindən öyrəniləcək, onların elmi-pedaqoji biliklərinin artırılmasında həmin tədris ocaqlarının zəngin təcrübəsindən istifadə ediləcək.
Fotolar Azərbaycan Respublikasının Kino-Foto Sənədlərı Arxivindəndir.
Comments are closed, but trackbacks and pingbacks are open.