Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlanıb
14:48 14 Mart 2023
Gəncə xanlığı
Gəncə xanlığı – XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biridir. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi.
Əhalinin məşğuliyyəti
Gəncə xanlığının təsərrüfatında maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük, bostançılıq əsas yer tuturdu. Toxuculuq, xalçaçılıq, zərgərlik, boyaqçılıq, dulusçuluq kimi sənət sahələri inkişaf etmişdi. Əhalidən malcəhət, bəhrə, darğalıq və s. vergilər toplanırdı.
Gəncə xanlığının yaranması
1736-cı il Muğan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı.Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan tapdılar. Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur. O, Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakli 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760-1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu. Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir.
İkikahimiyyətlilik dövrü
1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı. Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi.İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü.
Müstəqillik uğrunda mübarizə
Gəncə xanlığında ikihakimiyyətliliyə son qoymaq üçün 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan başladı və hakimlər Gəncədən qovuldu. 1784-cü ilin payızında II İrakli polkovnik S.Burnaşovun başçılıq etdiyi rus qoşunu ilə birlikdə Gəncəyə hücum etdi. Lakin Dağıstan hakimlərinin köməyi ilə Gəncə xanlığı yenə təcavüzdən xilas oldu.
Yerli əyanlarının bir hissəsinin Şuşa qalasında həbsdə olan Məhəmməd xanı yenidən Gəncə taxtında görmək istəyinin həyata keçirməsinə mane olmaq üçün İbrahimxəlil xan onu edam etdirdi. Lakin onun qardaşı Rəhim bəy (1785-1786) Şuşa qalasından Gəncəyə qaçaraq hakimiyyəti ələ almağa nail oldu. Bundan narazı qalan İbrahimxəlil xan II İrakli ilə birlikdə Gəncəyə hücum təşkil etdilər və müəyyən məbləğdə xərac ödəməyə razı olan Cavad xan (1786-1804) hakimiyyətə gəldi.
Lakin o, 1795-ci ildə bu xəracı verməkdən imtina etdi. Cavad xan bu asılılğa son qoymaq məqsədilə Cavad xan 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflisə hücüm edəndə ona qoşun və ərzaqla yardım etmişdi. 1796-cı ildə V.Zubovun Cənubi Qafqaza hücumu zamanı bundan istifadə edən Cavad xan nümayəndəsi Məhəmmədqulu bəyi onunla danışığa göndərdi. II Yekaterinanın ölümündən sonra rus qoşunu geri çağrıldı. Cavad xan rus qoşunları Azərbaycanı tərk etdikdən sonra, Nadir şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Borçalı mahallarını geri aldı. Bu məqsədlə o, gürcü şahzadəsi Aleksandrı himayə etdi. Gəncə xanlığı ilə Gürcüstan və Rusiyanın münasibətləri kəskinləşdi, rusların Gəncəni tutmaq planı reallaşdı.
Gəncə xanlığının ruslar tərəfindən işğalı
Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir. Rus ordusunun komandanlığı Gəncəni “İranın şimal əyalətlərinin açarı” adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.
Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də General Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanın almağı çətin olduğunu başa düşən Sisianov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində yaralılardan savayı, iki mindən çox adam həlak olmuşdu, on səkkiz minədək adam isə əsir tutulmuşdu.Bu işğaldan sonra Gəncə xanlığı ləğv olundu və adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu. Xanlığın yerində Yelizavetpol dairəsi yaradıldı.
Gəncə xanlığının inzibati bölgüsü
Araşdırmalar nəticəsində «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272). Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272).
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır (ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9-15).
1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir (ЦГИААР. Gəncə. 1817 в. 1-267).
1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:
- 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;
- 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;
- 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
- 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
- 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
- 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı (Обозрение…ч. ЫЫ, с.355-356.). Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.
Gəncə xanlığının mahalları
- Samux mahalı
- Kürəkbasan mahalı
- Dağlıq mahalı
- Şamxor mahalı
- Ayrım mahalı
Gəncə xanları
- Qara Piri bəy Qacar
- Rüstəm bəy Qacar
- Sərdar bəy Bəydili-Şamlı
- Şahverdi sultan Ziyadoğlu-Qacar 1551-1568
- İbrahim sultan Ziyadoğlu-Qacar 1568-1570
- Yusif xəlifə Ziyadoğlu-Qacar 1570
- Peykər sultan Ziyadoğlu-Qacar 1570-1577
- İmamqulu xan Yıva-Qacar 1577-1587
- Hüseyn xan Ziyadoğlu-Qacar 1587
- Gəncə-Qarabağ əyaləti
- Məhəmməd xan Ziyadoğlu-Qacar1606-1616
- Mürşüdqulu xan Ziyadoğlu-Qacar 1616-?
- Məhəmmədqulu xan Ziyadoğlu-Qacar?-1626
- Davud xan Undiladze1626-1633
- Məhəmmədqulu xan Ziyadoğlu-Qacar1633-1642 İkinci dəfə
- Mürtəzaqulu xan Ziyadoğlu-Qacar 1642-1664
- Uğurlu xan Ziyadoğlu-Qacar 1664-1666
- Abbasqulu xan Ziyadoğlu-Qacar1666-?
- Kəlbəli xan Ziyadoğlu-Qacar?-?
- II Uğurlu xan Ziyadoğlu-Qacar1730-1738
- Hacı xan Camışgəzəki1738-1747
1747ci ilə qədər bəylərbəyi
- Şahverdi xan Ziyadoğlu-Qacar – 1747-1760
- Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar, (1760-1780)
- Məhəmməd xan Ziyadoğlu-Qacar, (1742-1785)
- Məhəmmədrəhim xan Ziyadoğlu-Qacar
- Cavad xan Ziyadoğlu-Qacar, (1749-1804)
Gnc xanlığının tarixindn elgün babazad
12:55 10 Mart 2023
Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq
14:44 08 Mart 2023
Şuşa Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb
17:22 24 Fevral 2023
Xalq artisti Ramiz Novruz “Qurd qapısı” qəbiristanlığında dəfn edilib – FOTOSESSİYA
15:58 21 Fevral 2023
Əməkdar artist Tünzalə Əliyeva dəfn edilib – FOTO
12:50 23 Yanvar 2023
Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaq
17:59 22 Yanvar 2023
Əməkdar artist Tünzalə Əliyeva vəfat edib
12:39 22 Yanvar 2023
Vaxtanq Kikabidze Tbilisidə dəfn olunub – FOTO
16:06 19 Yanvar 2023
Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınmasına başlanıb
11:50 19 Dekabr 2022
“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi elan edilib
11:25 08 Dekabr 2022
“Xəmsə”dən seçilmiş əlyazmalar kitabı BMT Baş Katibinə təqdim edilib
10:13 24 Noyabr 2022
Fikrət Əmirovun 100 illiyi münasibətilə məzarı ziyarət olunub – FOTO
13:45 22 Noyabr 2022
Şuşada məscidlərin bəzisi bərpadan sonra muzey kimi fəaliyyət göstərə bilər
12:15 22 Noyabr 2022
“Həyat, deyəsən, gözəldir” filmi Korkut Ata Film Festivalında mükafata layiq görülüb
14:10 06 Noyabr 2022
Anar: “Elə bir kitab yazıram ki, bomba kimi partlayacaq” – MÜSAHİBƏ
14:11 03 Noyabr 2022
Bıçaqlanandan sonra Salman Rüşdinin bir gözü görmür, bir əli hərəkətsiz qalıb
19:26 23 Oktyabr 2022
Xanəndə Süleyman Abdullayev vəfat edib
11:03 23 Oktyabr 2022
XIV Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı Şuşa, Bakı, Gəncə, Bərdə və Ağcabədidə keçiriləcək
17:08 11 Sentyabr 2022
AYB-nin qurultayının vaxtı məlum olub
16:48 19 Avqust 2022
Mehriban Əliyeva Müslüm Maqomayevlə bağlı paylaşım edib
10:30 17 Avqust 2022
SON XƏBƏRLƏR
15:28 15 Mart 2023
15:06 15 Mart 2023
13:25 15 Mart 2023
11:55 15 Mart 2023
18:11 14 Mart 2023
17:34 14 Mart 2023
14:48 14 Mart 2023
12:58 14 Mart 2023
12:50 14 Mart 2023
11:45 14 Mart 2023
11:35 14 Mart 2023
14:51 13 Mart 2023
13:26 13 Mart 2023
13:11 13 Mart 2023
11:42 13 Mart 2023
11:20 13 Mart 2023
18:17 10 Mart 2023
15:26 10 Mart 2023
14:34 10 Mart 2023
12:55 10 Mart 2023
12:40 10 Mart 2023
11:20 10 Mart 2023
13:24 09 Mart 2023
12:30 09 Mart 2023
11:42 09 Mart 2023
11:19 09 Mart 2023
10:54 09 Mart 2023
10:38 09 Mart 2023
20:06 08 Mart 2023
18:55 08 Mart 2023
18:25 08 Mart 2023
17:25 08 Mart 2023
16:41 08 Mart 2023
15:55 08 Mart 2023
15:13 08 Mart 2023
14:44 08 Mart 2023
13:20 08 Mart 2023
12:40 08 Mart 2023
12:11 08 Mart 2023
10:54 08 Mart 2023
10:00 08 Mart 2023
18:50 07 Mart 2023
15:12 07 Mart 2023
13:50 07 Mart 2023
12:30 07 Mart 2023
11:16 07 Mart 2023
17:01 06 Mart 2023
13:19 06 Mart 2023
13:11 06 Mart 2023
11:45 06 Mart 2023
10:40 06 Mart 2023
13:50 03 Mart 2023
12:17 03 Mart 2023
11:30 03 Mart 2023
11:14 03 Mart 2023
18:32 02 Mart 2023
17:38 02 Mart 2023
15:30 02 Mart 2023
14:51 02 Mart 2023
13:20 02 Mart 2023
© 2019 – 2023 Bütün müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlandı (FOTO)
Rusiyanın Sankt-Peterburq şəhərində qədim Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.
Bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.
Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Belə ki, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.
174 x127 sm ölçüdə, dördkünc formasında, ipək parçadan olan Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşunaslıq muzeyində saxlanılacaq. (oxu.az)
Həmçinin oxuyun
Həcc ziyarətinin qiyməti bahalaşdı
Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. QMİ-dən verilən …
Comments are closed, but trackbacks and pingbacks are open.