Gəncə xanlığının tarixindən elgün babazadə
Sank-Peterburqda hazırlanan bayraq artıq Gəncəyə gətirilib və o, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşünaslıq muzeyində saxlanılacaq.
Mədəniyyət
Qədim Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
Qədim Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.
Bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb. 101.az-ın məlumatına görə, bu barədə “Cavad Xan” Tarix-Mədəniyyət Fondunun virse-prezidenti Müzadil Həsənov bildirib. Onun sözlərinə görə, 174×127 sm ölçüdə, dördkünc formada ipək parçadan olan Gəncə xanlığının bu bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarətdir. Zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılmış və naxışlar verilmişdir.
“Bir müddət əvvəl düzəldilməsini sifariş etdiyimiz Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nüsxəsi nəhayət gəlib çatdı. Bayrağın yuxarı hissəsində günəş formasında qırmızı dairənin içində qızıl hərflərlə yazılmış “ALLAH” sözü oxunur. Bayrağın orta hissəsində qırmızı naxışların içində bir neçə dəfə qızıl hərflərlə “La İlahə İlləlah, Mühəmmədən Rəsullulah” yazısı toxunub. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ “Allahdan başqa Allah yoxdur, Mühəmməd Onun Rəsuludur.” Bayrağın sağ aşağı hissəsində gözəl xəttatlıq üslubu və qızıl hərflərlə Qurani-Kərimdən ən-Nisa Surəsi, Ayə 95 həkk olunub. Bayrağın üzərində, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş orijinal aypara simvolunu görə bilərik. Onun altında Azərbaycan bayrağında öz əksini tapmış səkkiz güşəli ulduz simvolu yer alıb. Qoy Allah hər kəsi sevdikləri və dəyərləri ilə məşhur eləsin!” – deyə Müzadil Həsənov qeyd edib.
Daha sonra bildirilib ki, bayrağın üstündə həkk olunan və savaşa, cihada səsləyən bu ayə, Gəncəmizin dillər əzbəri olmuş əyilməzıiyinin və mübarizliyinin daha bir bariz nümunəsi və izahıdır!
Qeyd edilib ki, rusların məruzəsinə əsasən, 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi. Həmin məruzəyə əsasən bayraqların birinin üzərində Səfəvi və sonraki Azərbaycan türk dövlətlərinin simvolu olan “Şir və Günəş” simvolu əks olunub. Bu isə bayrağın xüsusi önəm daşıdığını vurğulayır.
101.az Şikayət və ya narazılığınız var? – Bizə zəng edin: +994 707 707 101
Gəncə xanlığının tarixindən elgün babazadə
Gəncə xanlığının bayrağının nüsxəsi hazırlanıb.
“Qafqazinfo”nun verdiyi məlumata görə, bu bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayraq əsasında hazırlanıb. Bayraq 174X127 ölçüdədir. Onun yuxarı hissəsində ayə, müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolunu görmək olar. Bayrağın altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz güşəli ulduz simvolu yer alıb.
Sank-Peterburqda hazırlanan bayraq artıq Gəncəyə gətirilib və o, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşünaslıq muzeyində saxlanılacaq.
Son xəbərlər
- 10:30 | “Suriya Rusiyanın yeni sərhədlərini tanıyır”
- 10:19 | Rəqqasə Fatimənin köməkçisini maşın vurdu – Vəziyyəti ağırdır
- 10:18 | Naxçıvanda nazir işdən çıxarıldı, yerinə təyinat var
- 10:08 | “CasaMia” Almaniyada “Villeroy & Boch”un 275 illik təntənəli tədbirində – Fotolar
- 10:05 | Rüfət Səfərova küçədə hücum oldu – Saxlanılan var
- 10:03 | Lirə yenə ucuzlaşdı
- 09:56 | Unanyanın yeni vəzifəsi məlum oldu
- 09:55 | “Neftçi” “Kəpəz”ə qarşı
- 09:49 | “Fənərbaxça” “Sevilya”ya qarşı
- 09:39 | Bakı metrosunun iş qrafiki dəyişir
- 09:33 | Evində yanaraq öldü
- 09:24 | Məşhur restoran sahibləri cərimələndi
- 09:19 | Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib – Foto
- 08:01 | Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü
- 07:50 | Bakıda restoranda dava düşdü, ölən və yaralanan var – Yenilənib
- 06:30 | Ürəkdən gedənlər. – Qəfil ölümlərin səbəbi nədir?
- 05:03 | Şimali Koreya yenə bura raket buraxdı
- 04:32 | Dilan Çiçək Dənizə 500 minlik reklam təklifi
- 04:01 | FHN-in ikinci mobil səhra hospitalı Türkiyədən Bakıya qaytarıldı – Video
- 03:33 | Zəlzələləri “yuyan” selin dəhşətli görüntüləri – Video
- 02:39 | Türkiyədə zəlzələ oldu
- 01:54 | “Real” və “Napoli” 1/4 finalda – Video
- 01:31 | Ukrayna Rusiya PUA-sını vurdu
- 01:03 | Rusiya və ABŞ SQ Baş Qərargah rəisləri danışdı
- 00:51 | İsrail İranla bağlı Ukraynaya kömək edəcək
- 00:27 | Ana və övladı seldən belə xilas oldu – Video
- 00:16 | Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb – Yenilənib
- 00:07 | Merkel ekonomla uçdu
- 15.03.2023 23:52 | Dünyada günün xronikası – Fotolarda
- 15.03.2023 23:44 | ÇL matçından öncə Neapol müharibə meydanına döndü – Fotolar
- 15.03.2023 23:31 | Fərda oğluna canlı yayımda kiçik toy edib pul yığdı – Video
- 15.03.2023 22:52 | “ABŞ Ukraynadakı münaqişədə bütün vasitələrdən istifadə edir”
- 15.03.2023 22:38 | “Zirə” “Sabah”a məğlub oldu
- 15.03.2023 22:28 | Naxçıvanla bağlı daha bir dəyişiklik
- 15.03.2023 22:14 | Şoyqu ABŞ-li həmkarı ilə danışdı
- 15.03.2023 22:13 | Putin və Bəşər Əsəd bu məsələləri müzakirə etdi
- 15.03.2023 21:58 | Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi
- 15.03.2023 21:42 | “Məndən bilet istəsələr, “yox” deyəcəyəm” – Qurban Qurbanov
- 15.03.2023 21:22 | İlham Əliyev Ərdoğanla görüşdü – Fotolar+Yenilənib
- 15.03.2023 21:20 | AK Partiya Ərdoğan üçün imza toplamağa başladı
- 15.03.2023 20:51 | Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi – Foto
- 15.03.2023 20:41 | Gəncədə bıçaqlanan şəxs xəstəxanadan qaçdı
- 15.03.2023 20:34 | Zelenski onları vəzifədən azad etdi
- 15.03.2023 20:24 | Vaksin vurduranların sayı açıqlandı
- 15.03.2023 20:23 | Yoluxanların sayı açıqlandı
- 15.03.2023 20:20 | Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq
- 15.03.2023 20:19 | İlham Əliyev Türkiyəyə getdi – Fotolar
- 15.03.2023 20:08 | Finlandiya Prezidenti Türkiyəyə səfər edəcək
- 15.03.2023 20:07 | “Qarabağ” “Sumqayıt”ın 6-nı üstünə “çevirdi” – Video
- 15.03.2023 20:02 | Azərbaycandan Həcc ziyarətinin qiyməti bahalaşdı – Rəsmi
Gəncə xanlığının tarixindən elgün babazadə
Cavad Xan Tarix və Mədəniyyət Fondu tərəfindən qədim Gəncə Xanlığının 5 tarixi bayrağı tam orijinal görkəmdə bərpa ediləcək.
Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı fondun vitse prezidenti Müzadil Həsənov verib.
Onun sözlərinə görə 1804-cü il işğalından sonra Rusiya qoşunlarının məruzəsinə əsasən Gəncə Xanlığına məxsus 9 bayraq qənimət kimi götürülmüşdür.
M.Həsənov əlavə edib ki, bayraqlardan biri böyük önəmə malik qədim türk rəmzi olan “Şiri-Xurşid”(Şir ilə Günəş) və ələm nişanlı imiş:
“Əfsus ki, hazırda bu tarixi bayraqlardan yalnız 5 ədədinin yeri dəqiqliklə məlumdur. Digər bayraqların da axtarışı davam edir. Əldə olunan beş ədəd bayrağın vizual bərpa prosesi tamamlanmaq üzrədir, daha sonra bayraqların hazırlanması və təqdimat mərasiminin keçirilməsi planlaşdırılır” deyə Həsənov bildirib.
Fondun vitse prezidentin bayraqlardan birinin tam hazır olduğunu və digər 4-nün isə üzərində isə vizual bərpa işlərinin getdiyini vurğulayib:
“Vizual bərpa işlərini fondun üzvü, tanınmış rəssam dizayner Elçin Bayram həyata keçirir. Çalışırıq ki, bayraqlar üzərində olan rəmzlər və şəkillər, o cümlədən həkk olunan yazılar olduğu kimi əksini tapsın. Bayraqlar tam bərpa olunduqdan sonra, işlər bitdikdən sonra bayraqların hazırlanması olacaq. Sonda təqdimat mərasiminin keçirilməsi planlaşdırılır” deyə Müzadil Həsənov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media
Comments are closed, but trackbacks and pingbacks are open.