Press "Enter" to skip to content

İsveçin Azərbaycandakı səfiri: Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: “İndi Gəncə sanki Cənnəti xatırladır”. XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054- cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.

Tarixi

Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə., əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır. VII əsrin birinci yarısında Gəncə İranlılar tərəfindən, ikinci yarısında isə Ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə Ərəblərlə Xəzərlərin döyüş meydanına çevrilmişdir. Azərbaycanın ərazisi aramsız olaraq bir birinin ardınca olan hücumlara məruz qalmış və əlbəttə ki, bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basğınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır. Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur.

O zamanlarda pul vahidi olaraq Ərəb dinarları və dirhəmlər istifadə edilirdi. X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur. I Fəzlunun (895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: “İndi Gəncə sanki Cənnəti xatırladır”. XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054- cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq Türklərinə məğlub olana, yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildə Monqol basqınına məruz qalaraq yenidən dağıdılmışdı. XV əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir.
XVI əsrdə isə şəhər Səfəvilər tərəfindən zəbt edilmişdi. 1606-cı ildən 1804-cü ildə Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826-cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayıda erməni, rus, alman köçkünləri burada yerləşdirilmiş. Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. “Gəncə” toponimi dərmanla əlaqədar olmayıb, kökünü “Gəncək” tayfalarından götürür. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa emiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər Gəncə adını daşıyır.

İsveçin Azərbaycandakı səfiri : “Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir”

İsveçin Azərbaycandakı səfiri : “Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir” Gəncə. 26 sentyabr. REPORT.AZ/ İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman Gəncədə olub.

26 Sentyabr , 2018 11:04
https://static.report.az/photo/9340e174-441c-4cc7-bdf9-e7f5e3794a1f.jpg

Gəncə. 26 sentyabr. REPORT.AZ/ İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman Gəncədə olub. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersmanı qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. N.Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz tövhələr verib. 2016-ci ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əlasinin 3-də bir hissəsini gənclər təşkil edir. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Gəncə Avtomovil Zavodu, “Det-AL” Alüminium MMC kimi iri səneyə müəssisələri fəaliyyət göstərir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli ölkə başçısı Prezident İlham Əliyev tərəfindən qoyulub”. İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman səmimi qəbula görə təşəkkürünü bidirib. O qeyd edib ki, səfərinin məqsədi Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır. Gəncədən əvvəl Naxçıvan MR və Şəkidə olduğunu deyən səfir, Gəncənin zəngin mədəni irsini xüsusi qiymətləndirib: “Mənim fikrimcə Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”. O Gəncəyə ilk dəfədir ki, səfər etdiyini və iki gün ərzində burada bir çox yerlərlə tanış olduğunu qeyd edib. Səfir xanım İnqrid Tersman Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində olub, Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusi ilə xoş təəssürat yaradıb. Qonaq Miniatür Kitab Müzeyinin Gəncə filialı və Gəncə şəhər MKS-nin Uşaq Kitabxanası ilə də tanış olub. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. İnqrid Tersman bildirib ki, xüsusi ilə mədəniyyət sahəsində müəyyən addımlar atıla bilər: “Buna misal olaraq deyə bilərəm ki, biz Uşaq Kitabxanasında olarkən onlarla bir razılığa gəldik. Tərəfimizdən kitabxayana İsveçin məşhur uşaq yazarı Astrid Lindqrenin 9 kitabı hədiyyə edilicək. Bununla yanaşı musiqi sahəsində də əməkdaşlıq mümkündür”. İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub.

Link kopyalandı
Valeh Dadaşov
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Qədim Gəncə: zəngin tarix yaşamış və yaşayan şəhər

Bakıdan 363 kilometr qərbdə Kiçik Qafqaz Dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu olan Gəncəçayın hər iki sahilində, Bakı-Tiflis dəmir yolu üzərində yerləşən Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, Fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak kimi işlənir. Bu toponim adı bəzi qaynaqlarda “gen yer” mənasında izah olunur. Rəvayətə görə, şəhərin adının “xəzinə” kimi izahı da var. Bəzi alimlər şəhərin yaranmasını e.ə. VII əsrə, bəziləri isə orta əsrin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu şübhəsizdir.

Dədə Qorqud dastanında Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində Bəkil oğlu İmranın mülkü olaraq Gəncənin də adı çəkilir. X əsrdə (944-cü ildə) Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən onun yerini X əsrin ikinci yarısında Arran vilayətinin mərkəzinə çevrilən Gəncə tutdu. Şəhərgahda aşkara çıxarılmış maddi-mədəniyyət qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi kimi VI-IX əsrlərə deyil, daha uzaq dövrlərə aid edir.

IX-X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda müstəqil feodal dövlətləri olan Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər yaranmağa başladı. X əsrin ortalarında Gəncə Səlarilərin hakimiyyəti altında olub, daha sonra isə Şəddadilərin paytaxt şəhərinə çevrilib. Şəddadi hökmdarı Fəzlin (895-1030) zamanında Gəncə tərəqqi dövrünü yaşayıb. Bu dövrdə şəhər ölkənin sosial-iqtisadi və mədəni həyatında mühün rol oynamağa başlamışdır. Şəhərin həyatında sənətkarlıq və ticarət mühüm yer tuturdu. Dəmir, mis, aliminun və digər mədənlər Gəncənin ətraf ərazilərində fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdi. Gəncə paytaxt şəhər kimi əsas diqqəti hərbi qüvvəsinin gücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları daha da möhkəmləndirilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edildi və burada pul kəsilməyə başlandı. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu məhşur Gəncə darvazalarını düzəltdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də böyüyərək genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların rəğbətini qazandı.

Gəncədə pambıq parçalarla yanaşı, atlas, zərxara kimi bahalı parçaların istehsalı inkişaf etmişdi. Bu şəhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, “əl-Gəncə” və “əl-kutni” (pambıq) adlanan paltarlara ölkədə və onun hüdudlarından kənarda geniş tələbat vardı.

XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı.

XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər səbəbindən ləngidildi. Dövrün tarixçisi İbn əl-Əzraqın “Məyyəfariqinin tarixi” əsərində xəbər verdiyi kimi, birinci zəlzələ 1122-1123-cü illərdə baş vermişdi. Zəlzələ nəticəsində Gəncə tamamilə dağılmışdı.

Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir qədər Şərqdə yenidən tikilib. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri mühüm ticarət mərkəzlərindən birinə çevirmişdi. Bu dövrdə dünyada Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə Sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus saraylar, imarətlər həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqəli olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri idi.

Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175) və Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi və iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi şair və mütəfəkkirlər yaşayıblar.

XII əsrdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri idi.

Bu şəhər həm də Azərbaycanın və Yaxın Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Burada bütün Şərqdə məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər fəaliyyət göstərirdi.

Çar Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahatlar nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişməsində yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələr qurmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən də 1883-cü ildə Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi və mədəni mərkəzə çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm dəmir yol daşımaları, şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi.

XX əsrin əvvəllərində Gəncə Azərbaycanın ikinci ticarət-sənaye mərkəzi idi.

1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cumhuriyyətinin mərkəzi oldu. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilən zaman Gəncə ölkədə bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının mühüm mərkəzinə çevrilmişdi. Mayın 25-26-da Gəncədə general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımzadənin baçılığı altında yeni hökumətə itaətsizlik göstərən Azərbaycan Milli ordusunun üsyanı başladı. Gəncə üsyanının Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri var. Bu müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri üçün örnək rolu oynadı.

Hal-hazırda Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhərdir.

Nizami məqbərəsini Gəncə şəhərinin simvolu hesab etmək olar. Dünya ədəbiyyatının korifeyi, Gəncədə anadan olan Nizami Gəncəvinin qəbri üzərindəki türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Hazırki məqbərə isə 1990-91-ci illərdə yenidən qurularaq, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilib.

Səlim karvansarası, Şah Abbas məscidi, Cavad xan küçəsi, Çökək hamamı, Xan bağı, Göygöl, Maralgöl və s. Gəncənin tarixi və görməli yerlərindəndir.

2017-ci ildə Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb ki, bunlardan da 288-i dövlət tərəfindən qorunur.

Sevinc Fədai

Comments are closed, but trackbacks and pingbacks are open.