Press "Enter" to skip to content

Xurmanın bilmədiyiniz zərəri

Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı büzüşdürmür. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? – Rəsmi qiymətlər

Oxuculardan Milli.Az-a daxil olmuş məktublarda qeyd edilir ki, ölkə xaricindən internet üzərindən alış-veriş saytları vasitəsilə sifariş edilmiş mallar Azərbaycana gəldikdə “Azərpoçt” nümayəndələri bağlamalar üçün ödəniş tələb edir. Lakin ayrı-ayrı poçt filiallarında tələb olunan məbləğ hər dəfə müxtəlif olur. Bu da alıcılarda müəyyən şübhə və narazılıqlar doğurur.

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az Nəqliyyat, Rabitə və Yüksək Texnologiayalar Nazirliyinə müraciət edib. Nazirlikdən Milli.Az-ın sorğusuna cavab olaraq poçt yolu ilə ölkəyə gələn bağlamalara görə ödəniləcək rüsumların miqdarına və onların təyin edilməsi meyarlarına aydınlıq gətirilib.

NRTYN-dən bəyan ediblər ki, mövcud qanunvericiliyə əsasən, ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır: “Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli CN22 gömrük yarlığı ilə müşayiət olunan çəkisi 2 kq-dək beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşayiət olunan çəkisi 30 kq-dək beynəlxalq bağlamalar aid edilir.

“Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən, beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilib”.

Qeyd edilir ki, tam tarif paketi barədə ətraflı məlumatı “Azərpoçt” MMC-nin www.azerpost.az saytından (www.azerpost.az/Xidmətlər/Poçt xidmətləri/Poçt rabitəsi xidmətləri üçün tariflər) əldə etmək mümkündür.

Nazirlik bildirir ki, sözügedən tariflər tarif paketinin “Digər poçt xidmətləri üçün tariflər” hissəsində (II hissə) “Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) “Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 9.2-ci bəndinin 9.2.1 və 9.2.2 yarımbəndlərində öz əksini tapıb: “Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən, əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi)”.

Poçt şöbəsində aparılmış istənilən ödənişə görə, müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) tələb olunmalıdır. Poçt əməkdaşından ödəniş qəbzinin tələb edilməsi hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.

Həmçinin, qeyd edilir ki, göndərişin əldə olunması bildiriş yazıldığı gündən 5 gün müddətində ödənişsizdir: “Bildiriş yazıldıqdan 5 gün sonra, hər gün üçün sadə və sifarişli məktublara görə 0,10 manat, qiymətli məktub (çəkisi 500 qr-dan artıq), kiçik paket və banderola görə 0,20 manat, bağlamaya görə isə hər gün üçün 0,30 manat tələb olunur”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Xurmanın bilmədiyiniz zərəri

Mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsi xurma böyüklər və uşaqlar tərəfindən eyni dərəcədə sevilir.

Bu şərq meyvəsi ilə bütün dünya 1855-ci ildə amerikalı admiral Metyu Perrinin Yaponiya səfərindən sonra tanış olub. Perri ABŞ-a gələrkən hər kəsin sevdiyi xurma meyvələrini özü ilə gətirib. Latın dilindən xurma “Allah yeməyi” və ya “cənnət meyvəsi” kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Tərkibində artıq miqdarda şəkər olduğu üçün çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

3 yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və sağlamlığa ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies yaratma riski böyükdür.

Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.

Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.

Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı büzüşdürmür. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Əgər xurmanı bütünlüklə dondurmaq istəyirsinizsə, meyvəni əvvəlcə yuyun, sonra tam qurulayın. Hər xurmanı bir neçə qatdan ibarət strec salafana büküb dondurucuya səliqə ilə yığın. (axar.az)

Saglamolun.Az

Göndərilən zərəri hardan bilək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.

Modern.az xəbər verir ki, humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.

Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı – 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.

Comments are closed, but trackbacks and pingbacks are open.