Press "Enter" to skip to content

Dayan, umbay

. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Açıq şəkildə desəm, yanlış məlumatl təbliğat edirlər. Burdan da həll etmək mümkündür.

“Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi. ” – Gəncədə şok olay

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il martın 25-də axşam saat 22 radələrində Kəpəz rayonununda baş verib.

Elvin bacısı Nərminin əri Valeh və onun qardaşı Mədətlə mübahisə edib. Mübahisəyə səbəb Mədətin Elvinin bacısı Nərminə vatsap sosial şəbəkəsi vasitəsilə əxlaqsız yazı yazması, eləcə də əxlaqsız təkliflər etməsi olub.

Dava-dalaş zamanı Elvin bıçaqla ilk əvvəl Mədətin bədəninin sinə və çiyin nahiyələrinə zərbələr endirib. Həmin vaxt Elvin Valehə də xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzr təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 25-də axşam saat 21-22 radələrində bacısı Nərmin ona zəng edib və evə çağırıb: “Evə gedəndə səs-küy olduğunu gördüm. Valeh evimizdə ailə üzvlərimlə mübahisə edirdi. Nərmin qaynı Mədətin ona vatsapda əxlaqsız təkliflər etdiyini, özünün yarıçılpaq şəkillərini göndərdiyini dedi. Mədət isə Nərminin ona şər atdığını, mesajları Nərmini yoxlamaq üçün yazdığını bildirdi.

Valeh telefona baxdı, mesajları görəndə telefonu yerə çırparaq sındırdı, qardaşına şər atıldığını dedi. Valeh Nərmini aparmaq istəyəndə atam Sərdar ona mane oldu. Valeh atamı kəllə ilə vurdu və buna görə aramızda mübahisə yarandı. Valeh mənə “gözlə” dedi, sonra getdi. Mən də onun əlində bıçaqla gələcəyini fikirləşdiyimdən evdən çıxanda özümlə mətbəx bıçağı götürdüm.

Təxminən 15-20 dəqiqə sonra Valeh qardaşı Mədətlə yenidən binanın həyətində atamın üstünə gələrək onu vurdu. Bu zaman bıçaqla birinci Mədəti, sonra da Valehi vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra törətdiyi əməlindən peşman olub: “Valeh və Mədətə xəsarət yetirdikdən sonra onlara yardım etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Valehin sözlərinə görə, martın 25-də saat 21 radələrində qayınanası Nəcibə zəng edərək onu yaşadıqları evə çağırıb, qardaşı Mədətin Nərminə mesaj yazaraq əxlaqsız təkliflər etdiyini bildirib, mesajları ona göstərib: “Mesajların qurğu olduğunu, qardaşıma şər atdıqlarını dedim. Buna görə əsəbləşdim. Nərminin telefonunu masaya vuraraq sındırdım.

Nərmini yaşadığımız evə aparmaq istədim. Qaynanam və qayınatam mənə mane olduqlarından aramızda mübahisə yarandı. Qaynım Elvin məni evdən çıxardı. Sonra qardaşım Mədətə zəng etdim, onu çağırdım. Biz birlikdə qayınatamın evinin qarşısına gəldik.

Biz dalaşan zaman qaynım Elvin qardaşımı və məni bıçaqla vurdu. Sonra peşman olaraq bizə yardım etdi və xəstəxanaya yola saldı”.

Digər zərərçəkmiş Mədət bildirib ki, qardaşı arvadı Nərminə vatsapla əxlaqsız təkliflər etməyib, mesajları o yazılmayıb.

Cinayət işi üzrə şahid qismində ifadə verən Nərminin sözlərinə görə, 2021-ci ilin martından başlayaraq qaynı Mədət ona mesaj yazıb: “Mənə əxlaqsız təkliflər etdi, yarıçılpaq qadın şəkilləri göndərdi. Sonra qaynım mənə öz çılpaq şəkillərimi göndərməyimi, yazdığı mesajları silməyimi istədi. Mən Mədətin yazdığı mesajları silmədim. Sübut kimi qalması üçün şəklini çəkərək qohumum Vəfaya göndərdim. Bu barədə anama danışdım. Anam Mədətə irad bildirdi.

Sonra Mədət mənə əxlaqsız təkliflər etmədiyini, mesajları məni yoxlamaq üçün yazdığını söylədi. Sonra Valehi çağırdım, Mədətin yazdığı mesajları ona göstərdik. O da mesajların qurğu olduğunu, qardaşına şər atdığımızı dedi, telefonu sındırdı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hökmdə qeyd olunub ki, Elvin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, həmin dövrdə Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak edib. Bu səbəb onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.

Məhkəmə Elvinin barəsində Cinayət Məcəlləsinin 70.5-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 3 il sınaq müddəti olmaqla 6 il şərti cəza təyin olunub.

Elvinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.

Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulub.

Elvinin davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az

Dayan, umbay!

Görünür, reklam bloklayıcı istifadə edirsən. Biz də edirik ^^. Reklamların cansıxan olduğunu anlayırıq, amma saytın istifadəsi hər kəsə açıq qalsın deyə server xərclərini ödəməliyik. Artıq atamız cibimizə pul basmır. Serverin xərcin çıxartmalıyıq. :’)

getcontact hesab silmək

getcontact hesab silmək

#texniki
Dostlar, salam. Getcontac-dan hesabı necə silə bilərəm?
Mən bir pub və kiçik restoranda müdirəm. Daha doğrusu, maliyyələşdirən mənəm ortaq deyim. Bir müddət öncə “getcontac”dan hesaba baxanda restorana və pub-a ünvanlanmış əsassız sözlər qeyd edilmişdi. Mis.: Cındırxana, qəhbəxana ailəvi restoranı, at əti satan yer, amcıq suyundan piyvəxana * Kimi absurd-absurd şeylər. Hələ bunlar bir azıdır.

Dediyim şey virus söhbətindən bir neçə ay əvvəl olub. Ortada iki yol var: Birincisi, “getcontact premium” hesabı alıb, bu sözləri yazanların nömrələrini tapıb, məhkəməyə vermək, Bir digəri də hesabı silmək. Məhkəmə işi uzundur, həm də kompensasiya tələb etmək kimi fikrim yoxdur. Pul sıxıntısında deyilik. Uzun-uzadı məsələ olacaq məhkəmə o tərəfi də var.

Ya da ki, hesabı silib yola vermək. İndi əsas məsələ mən bu təqləri nə cür silim? Silməyin yolu var?

İki fikir üzərində də məsləhətinizə ehtiyacım var. Bəlkə də, kompensasiya da tələb edə bilərəm.

bu başlıq məsləhətxanada gizlədilib.
sonra > gizli @64613
əjdaha 1 umbay

2. Keçməzdən əvvəl bir-iki şeyim deyim, Açığı, həm böyük qardaşım vəkildir, həm də digər restoran və pub-ın vəkili var. Ola biləcək hər hansı bir kompensasiya məhkəməsində, yəni məsələ sırf pulu almaq olsa, başqa vəkil də tuta bilərik, amma Yenə deyirəm bizə burdan gələn pul lazım deyil açığı. Əgər dediyimiz şey olsa, yaxındakı pub belə hərəkət edibsə, əfsuslar olsun ki, məhkəməyə gedəciyik. Amma fiziki şəxs olsa, yəqin ki, başqa yol izləyəcəyik.

Bəli, mən də belə düşünmüşdüm. Çünki tam olaraq sübut etmək olmur ki, bu səbəbdən göstəricilər azalıb və s. Bu mövzuda mən də sizinlə həmfikir idim. Ancaq məsələ bundan ibarətdir ki, əgər yazılan təqlər yaxınlıqdakı şirkət tərəfindən edilsə, ki bir neçə dəfə bu kimi hallarla rastlaşmışıq. Bu zaman məsələni məhkəməyə daşımaq zərurətdir.

digər tərəfdən baxdıqda belə məsələdə konstitusiyanın 32. Maddəsinin 5-ci müddəasında qeyd edilir ki: Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

Sizin dediyiniz, ki mənim də israr etməyimə səbəb olan qanunun üçüncü maddəsində isə bu qeyd edilir:

. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Açıq şəkildə desəm, yanlış məlumatl təbliğat edirlər. Burdan da həll etmək mümkündür.

Digər tərəfdən cinayət məcəlləsində kiminsə özgənin əmlakını məhv etmək və s. Maddə 221. Xuliqanlıq

221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər.

Bəlkə də, bu yazdıqlarım da keçərli olmaya bilər. Əsas məsələ bunları yazan şəxsləri müəyyənləşdirib, məhkəməyə vermək mümkündür. gizli @64617
əjdaha umbay

3. demeli bele
goturursen kompu bi dene vpn yukleyirsen chormeda var ele girirsen getcontactin saytina ordan asagida bu var http://prntscr.com/s4alp0 girirsen Manage Your Privacy Profile nomre zad sonra ordan telefona parol gonderir ya da orda whatsapp telegram uzerinden gire bilir hesabina
asagida http://prntscr.com/s4ame0 Visibility settings var ordan girib baglayirsan
Visibility: Off
olur
axtarisa verende day bu nomre haqqinda info vermir
ama bundan sonr agetcontact islede bilmirsen bu nomre ile albert einstein @64630
2 əjdaha umbay

4. bu məsləhətdə öyrəndiyim əlaqəsiz şeylər:
1. yazarın hansısa pubın müdiri, investorudu(qaqam pul buraxır)
2. adicə son ayda 17min pul az gəlib(təsəvvür elə də indi sən)
3. Qardaşı vəkildi

qaqaş hər şeyi lap gözəl bilir prosta bu məsləhəti açmaqda məqsədi nədi bilmədim. gizli @64632
əjdaha umbay

5. @6 + mən də gorəndə düşündüm, son aylardakı 17min gəlirin azalmasını get contact’dakı adı ilə əlaqələndirən şəxs, yüksək analtika bacarığı olduğu halda niyə google eləməyi bilmir gizli @64633
əjdaha umbay

6. Cənablar, bunu etdikdə ki, etmişəm. Getcontacda hesabın təqlərini sildim, amma görürsünüz ki, bənzər hal olduğunu qeyd etmişəm.
Bir müddət sonra təqlər önə çəkilərək çıxır. Sanki daha önəmli təqdir. Google-da dəfələrlə axtarış etdim, amma nafilə. Əgər məsələm kiminsə gözünə girmək olsaydı, sizi təmin edirəm ki, “gizli yazar” yerinə öz yazarlığımla yazardım. Məhz bu məsələyə görə yanlış anlaşılmaq istəmədim. Amma baxıram ki, məsələ o deyil -*.

İkincisi də getcontact ömrümdə istifadə etməmişəm. Qarışıq parametrlərə sahibdir. Sözlüyün funksiyasıdır, istifadə edirəm. Burda nə kimi qərəzli mövqe güdmək fikriniz var, anlamıram.

Albert, təşəkkürlər. Hesabın gözükməsi elə də vecimizə deyil. Nəticədə o tərz təqlər yerinə gözükməməsi daha münasibdir. Minnətdaram! gizli @64634
əjdaha umbay

7. taglari silsen de yene gorunur ama visibility baglasan hec gorunmur taglar olmur hec yazir bu nomrenin sahibi gilzi qalmaq isteyir
asagidakui visibilty bagla albert einstein @64635
1 əjdaha umbay

Comments are closed, but trackbacks and pingbacks are open.