Press "Enter" to skip to content

Görmə məhdudiyyətli gənclərin qarşılaşdığı çətinliklər

Eldar Tanrıverdiyev
AzVision.az

Görmə məhdudiyyətli gənclərin qarşılaşdığı çətinliklər

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə 3-cü-sektor Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Noyabr 21, 2019 – 17:20

!Reklam – Yazi

Fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə “Nar”ın növbəti – “Canlı kitab” layihəsi “Radio Antenn” 101 FM-in efirində artıq ikinci aydır ki, davam edir.

Yenicag.az xəbər verir ki, “Canlı kitab” layihəsində klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri audio-kitablar şəklində yazılır. Görmə məhdudiyyəti olan insanların dünyasına işıq salmaq məqsədilə həyata keçirilən layihə ilə səsli ədəbiyyat kitabxanası yaradılacaq. İndiyədək C. London, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdullanın əsərləri canlı səsləndirilib. Qeyd edək ki, ötən aydan başlayaraq “Radio Antenn” 101 FM-in canlı efirində Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilir. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar şəklində kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Layihənin əsas məqsədi bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlar üçün əlçatan etmək, insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır. Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək “Radio Antenn” 101 FM-in yayımında dinləyə bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,7%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Xankəndi

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının təşkili sahəsində maarifləndirmə işinin aparılması, eləcə də ictimaiyyətin onlara bu işdə anlayış və həssaslıqla yanaşmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Fiziki imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” adlı layihənin icra edib.

AzVision.az xəbər verir ki, martın 7-dən hazırlıq prosesinə başlayan layihə çərçivəsində İctimai Radioda fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqtrasiyası və asudə vaxtlarının təşkili ilə bağlı təhsil, sosial müdafiə, psixoloq, idman, əyləncə, peşə hazırlığı və s. istiqamətdə hər biri 30 dəqiqə olmaqla 4 radio verilişi yayımlanıb.

Qonaqlar millət vəkili Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavini Musa Quliyev, aparıcı- reabiliotoloq Almaz İbrahimova, psixoloq Ramilə Rəhimova və Azərbaycan Respublikası Əlil Qadinlar Cəmiyyətonin prezidenti Məxluqə Rəhimova bu sahədə mövcud durumu analiz etməklə yanaşı maraqlı tövsiyyələr və qarşıda duran planlar haqda danışmışlar. Son vaxtlar paytaxtımızda dayanacaqlarda fiziki imkanları məhdud şəxslərin avtomobilləri üçün park yerlərinin yaradılması və həmin yerlərin digər avtomobil sahibləri tərəfindən tutulmasının qarşısını almaq məqsədilə maarifləndirici məzmun daşıyan posterlər çap edilərək Park Bulvar AVM-də asılıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Görmə məhdudiyyətli gənclərin qarşılaşdığı çətinliklər

Hənifə Ələsgərov və Mərdanov qardaşları küçələrinin kəsişməsində aparılan təmir işləri düzgün icra edilməyib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, küçələrinin kəsişməsində görmə məhdudiyyətli insanlar üçün səkiyə döşənən taktil plitələrin istiqaməti kanalizasiya qapaqlarına görə dəyişib. Eyni zamanda, məhəccərlər piyada zolağının qarşısını bir qədər kəsib.

“Ölkə.Az” xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, qurum səkilərdə iş aparılan zaman kommunikasiya quyuları ilə bağlı bənzər problemlərlə rastlaşır:

“Qeyd edim ki, maksimum dərəcədə çalışırıq ki, ərazidən keçən xəttin aid olduğu qurum tərəfindən köçürülməsinə nail olaq. Bir çox yerlərdə bu mümkün olub. Quyular nisbətən aşağı salınıb və ya yerləri dəyişdirilib. Amma bəzi yerlərdə vəziyyət bir qədər fərqli olur.

Yəni təhlillər aparılır, əgər həmin xəttin dəyişdirilməsi böyük maliyyə və vaxt tələb edirsə, bu halda layihədə dəyişiklik edilir. Bu zaman əsas diqqət piyadaların və xüsusən görmə məhdudiyyəti olan piyadaların hərəkətinin çətinləşdirilməməsinə yonəldilir”.

Comments are closed, but trackbacks and pingbacks are open.