Press "Enter" to skip to content

Əgər patogen orqanizmə daxil olarsa, onu necə tanıya bilərik?

– Sarımsaq qoxusu sevməyənlər üçün xren, turpun istənilən növü

Çox xəstəliklərin səbəbi budur – Orqanizmin göbələk və kiflə zədələndiyini necə bilmək olar?

Hər bir insan orqanizmində göbələk var. Göbələklər – çox qədim sivilizasiyadır, insandan əvvəl yaranıb, amma insan orqanizmini çox sevir. Biz çox şeyləri ətrafımızdan təmizləyə bilərik, amma göbələkdən yaxa qurtarmaq mümkün deyil. əgər bir insanın bədənində göbələk kökünü atıb, məskən saldısa, deməli, səhhəti ilə bağlı problemlərə hazır olmalıdır.

Göbələklər müxtəlif olur: aşağı, zəif dərəcəli – bunlar kif adlanır. 50-dən çox növü olan göbələklərin genetik kodu var, onlar koloniya şəklində yaşayır. Yəni yanaşı bir neçə göbələk və artmağa, yayılmağa meyillidirlər. Bir göbələk digər göbələk elementi ilə seqment bağlılıqdadır. Əgər siz orqaznizminizi göbələklərin əsiri etmək istəmirsizsə, bunun bir yolu var: göbələyi ac saxlamaq, onu qidalandırmamaq.

Məsələn, çörək qabında köhnə çörək var, o kiflənib. Əgər siz çörəyi götürsəz, qabın dibində kif qalığı qalsa, bir neçə müddətsən sonra bu kif quruyub gedəcək. əgər çörək qalsa, o çörəyi yeyərək artacaq, güclənəcək.

Göbələk və kif zülal tərkibli qidalar yeyir, çünki ona ən çox amin turşuları lazımdır.

İstənilən mayalı məhsul kif təhlükəsidir. Kif göbələkləri bir-birinə bağlıdır və eyni mühitdə bir neçə növü rahatca arta bilər.

İnsan üçün ən patogen kif -kandidadır.

Lakin ondan da təhlükəliləri var: aspirqirus, qara kif, mukurusumusuz.

Kif əslində bir neçə göbələklərin birləşmiş formasıdır.

Dırnaqlarda, ayaqlarda olan göbələk də bir növdür.

Elə göbələklər var limfatik düyünləri zədələyir, eləsi var döş qəfəsində olur, eləsi də var yalnız dırnaq dibində yaşayır.

Stomatit ağız boşluğunda yayılan göbələkdir, vaginit cinsi orqanda yaşayır. Bəzi göbələklər dəridə piy vəzidə artır, ekzema, psoriaz, neyrodermit yaradır – bunlar yüksək sinif A klas göbələklərdir.

Orqanizmə göbələk hansı yolla düşür?

– Xarab olmuş, keyfiyyətsiz qida ilə

-Köhnə parça əşyalardan, geyimlərdən

-Kiflənmiş istənilən meyvə-tərəvəzdən

-Əgər meyvə, tərəvəz, çörək qabında azca kif varsa, deməli orda olan hər bir ərzaqda artıq göbələk var.

İnsanın orqanizmində ağızla yeyilərək keçən qidada olan göbələkləri zərərsizləşdirməyə müdafiə faktoru mədə şirəsidir. Əgər həzmetmə yaxşıdırsa, kif və göbələklər digər orqanlara keçə bilməz. Kif yalnız dəri ilə rahat keçə bilir.

Ayaqyalın gəzdiyimiz yerdə, çimdiyimiz hamamda, nəmişlik, rütubət, yağlı, çirkli səthlərdən, hətta torpaqdan da keçə bilər.

Əgər dəridə, barmaq arasında çat, cızıq, zədə varsa, göbələk ordan içəri keçir. Dəri baryerini keçməsi kifayətdir ki, o asanlıqla yayılıb yerini möhkəmlətsin.

Orqanizmində göbələk olduğunu bildirən əlamətlər:

-İstənilən nahiyədə istənilən qaşınma

-Çatlar, dəridə qabarcıqlar, dəridə sürtünmə

-Ovucda, qolaltında, büküşlərdə qızartı, ağ kütlə

-İstənilən kəsmiyə bənzər axıntı: istər ağızdan, istər bronxlardan, istər udlaqdan, istər uşaqlıq yolundan – hamısı göbələk əlamətidir.

-Dilin üzərində ağ, qatı, iri kütlə

-Dəridə olan istənilən törəmə əgər ağrılı deyilsə, o göbələyin nəticəsidir. Çünki göbələklər sinir uclarını yeyib, həmin nahiyəni hissiyatsız edir. Ona görə başı, bədəni psoriazlı olan xəstə ağrı hiss etmir. Əgər göbələklər ağrı versəydi, onda insan hər gün ağrı çəkib, ağrı şokuna dözməyib ölərdi.

-Dəridə olan istənilən dəyişiklik – qabarıqlıq, qabıqlanma, çökək, halqavari qızarma, qaşınma – göbələyin əlamətidir. Göbələklər əsasən böyük limfa düyünlərinə yaxın hissədə özünə qəsr qurur. Bəli, onların daxildə öz imperiyaları var.

-Göbələklər olan yerdə müharibə gedir, limfa sistemi yüklənir. By müharibədə qalib olmaq üçün insan ilk növbədə göbələklərin yediyi, sevdiyi qidaları kəsməli, yəni onları yedizdirməməlidir və onlarıməhv edən qidalar, bitkilər seçməlidir.

Hər gün heç olmasa 1-2 növ antiparazitar, göbələk və virus əleyhinə qida, ərzaq yeməli.

-sarımsaq, istiot – günə 3-4 ədəd əzib yeyin. Əgər hər gün istiot, sarımsaq bol yesəz, diareya, ishal dayanacaq.

– qreypfrut, çay ağacının efir yağı

– cəfəri şirəsi və ya özünü yeyin

– Küncüt yağı- salatlara qatıb yeyin, gündə 1 qaşıq için. Fərqi yoxdur, eyni dərəcədə antiparazitar təsir göstərir.

– Sarımsaq qoxusu sevməyənlər üçün xren, turpun istənilən növü

– Propolis – arı – aptekdən alıb damcı şəklində qəbul edin və ya özündən bir az dil altına qoyub əridin.

– Ədviyyatları bol edin – sarıkök, zirə, cirə, zəncəfil, toxumlar.

Bir şərtlə ki, bunlardan az azı 2-sini hər gün, fasilə vermədən qəbul edəsiz.

Göbələklər nəyi sevir: tərkibində maya olan istənilən qidanı, çörək, un məmulatlarını, kartofu, xamanı- kif ata biləcək hər şeyi.

Heç görmüsüz ədviyyat kif atsın, ya sarımsaq kiflənsin, ya efir yağı kif atsın. Kif atmayan nə ərzaq varsa, çəkinmədən qəbul edin. Digər yeməklərinizi yeyə bilərsiz, amma mütləq göbələk, parazit əleyhinə hansısa ərzaq olsun.

Əgər orqanizmdəki göbələk və parazitlərlə müharibədə qələbə sizin olsa, yəni immunitetə dəstək olsaz, əmin edirik ki, 50-60% xəstəliklərdən uzaq olacaq, çox xəstəlikləriniz sağalacaq. Dəri, qan, infeksiya, iltihab, haymorit, bronxit kimi problemlər aradan qalxacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Əgər patogen orqanizmə daxil olarsa, onu necə tanıya bilərik?

Insulinin yeridilmə texnikası

Dəməli şəffaf insulin məhlulu olan flakonu göturməklə, siz məhz aktropidi götürmüsünüz.

Insulinin sorulmasi
Insulinin sorulmasi asilidir:

1.Yeridildiyi yerden: qarina yeridildikden 10-15 deq, bazuya yeridildikden 15-20 deq, buda yeridildikden 30 deq sonra preparat oz tesirini gostermeye başlayir.

2. Fiziki fealiyyetden:eger siz insulini buda yeritmisinizse ve sonra qaçişla ve ya velosiped surmekle meşgul olmusunuzsa, onda insulin kresloda oturub televizora baxdigniz ve ya qezet oxudugunuz veziyyete nisbeten qana defelerle çox tez daxil olacaq.

3.Bedenin temperaturundan:eger siz isti vanna qebul etmisinizse insulin suretle, yox eger uşuyursunuzse onda leng menimsenilecekdir.

4.Inyeksiya nahiyesinde mikrosirkulyasiyani yaxşilaşdiran mualice proseduralarindan:bele proseduralara masaj,hamam, sauna, qizdirici fizioproseduralar aiddir.

5. Orqanizmde mubadile ve elektrolit pozgunlugunun olmasi. Meselen qanin kimyevi terkibinin turşuluga teref deyişmesi(asidoz),hipoqlikemiya, insulinin sorulmasini pozur.

Bilmek lazimdir ki, insan insulini heyvan menşeli insulinden tez sorulur. En yaxşi konsentrassiyasi yuksek ve neytral insulinler sorulur.
Başlanğıca

INSULININ DOZASININ ARTIQ OLMASI.
Hələ Samodji posthipoqlikemik hiperqlikemiya fenomeni, yəni hipoqlikemik reaksiyadan sonra
qanda qlükozanın artma fenomenini təsvir etmişdi. Orqanizm üçün agır stress olan kəskin hipoqlikemiyaya cavab olaraq, əks idarəetmə mexanizmleri aktivləşir, ketaxolaminlərin, kortizolun,qlükaqonun,STH-nun qana keçməsi baş verir, bunun
ardıyca isə qara ciyər tərəfindən qlükoza ifrazı artır. Beləliklə orqanizm özü mustəqil hipoqlikemiyanın öhdəsindən gəlir. La-
kin çox vaxt belə reaksiyadan sonra normaqlikemiya yox, hiperqlikemiya əmələ gəlir.
Bu qismən lipolizin aktivləşməsindən, ketogenezin yüksəlməsindən, keton cisimciklərinin
Konsentrassiyasının artmasından baş verir ki, buda insulinrezistentliyin inkişafına gətirib çıxarır. əgər xəstə hipoqlikemiya simptomlarını hiss etmirsə və ya onlar gəcə xəstənin oyanması üçün kafi qədər deyildirsə, onda o hiss edilməz qalır. Və bu zaman hipoqlikemiyadan sonra acqarına və ya digər vaxt qanda şəkərin yüksək səviyyəsi qeyd olunur. Buradan da elə bil ki, güya düz olan –qəbul olunan insulinin dozasının az olması nəticəsi çıxarılır və doza artırılır, bu isə vəziyyəti daha da pisləşdirir. Belə mentiqsizlik xəstəliyin əhəmiyyətli qeyri stabil gedişi və dekompensassiyası fonunda insulinin xroniki olaraq dozasının artıq təyin olunmasına gətirib çıxarır.
Belə insulinterapiyanın ağırlaşmalarının klinik şəkli polimorfdur. Bu halda gizli hipoqlikemiyaları aşkar etmək üçün mükəmməl müayinə və müşahidə lazımdır. Qəfləti və yeməkdən sonra keçib gedən zeiflik və başgicəllənmə tutmaları, baş ağrıları hipoqlikemiyanın yeğanə simptomları ola bilər. Gecə hipoqlikemiyaları dəhşətli yuxugörmə, yuxunun pozulması, baş ağrıları, tərləmə, oyandiqdan sonra isə gün ərzində əzginlik, yuxululuq ilə muşahidə oluna bilər.
əhval-ruhiyənin tez-tez dəyişməsi, əsəbilik,depressiya, ağlağanlıq, uşaq və yeniyetmələrdə isə aqressivlik, neqativizm, yeməkdən imtina etmə halları da tez-tez rast gəlinir.
Somodji sindromu çox vaxt uşaqlarda, yeniyetmə və gənc yaşlarında yüksək doza qebul edən xəstələrdə inkişaf edir. Uşaqların boyu və cinsi inkişafı ləngiyir, onlarda hepatomeqaliya qeyd olunur. Vacib simptom odur ki, şəkərli diabetin daimi dekompensassiyasına baxmayaraq,
xəstələr ariqlamır, əksinə bəzilərinin çəkisi hətta artır.
Insulinin dozasının xroniki artıq olması sindromunun əsas təzahürləri bunlardır :
1) şəkərli diabetin hədsiz labil gedişli olması,sutka ərzində qlikemiyanın kəskin tərəddüd etməsi və ketoza meyillilik ;
2) tezləşmiş aşkar və gizli hipoqlikemiyalar ;
3) xəstəliyin xroniki dekompensassiyasına baxmayaraq, bədən çəkisinin artması ;
4) Insulinin dozasını artırdıqda şəkərli diabetin gədişinin pisləşməsi və insulinin dozasını əhəmiyyətli azaltdıqda kompensassiyanın alınması.
Samodji fenomenini saat 4-6 arsınnda, sübh vaxtı kontrinsulyar hormonların (adrenalin, qlükaqon, kortizol və xüsusilə də somototrop hormon)sekressiya ritmi ilə əlaqədar qlikemiyanın səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan ‘sübh şəfəqi’ fenomeni ilə diferensassiya etmək lazımdır. Bu fizioloji xüsusiyyət həm sağlam insanlarda, həm də şəkərli diabetlə xəstə insanlarda
müşahidə olunur. Səhər hipoqlikemiyanın səviyyəsinin yüksəlməsi şəkərli diabetlə xəstələrdə
yalnız « subh şəfəqi » sindromu ilə yox, ola bilər ki, gecə hipoqlikemiyası ilə əlaqədar arta bilər, bunu da gecə saat 2.00-3.00 arasında xəstənin qanında qlükozanın səviyyəsini təyin etməklə bilmək olar.
Insulinin dozasının xroniki artıqlığının mualicəsi insulin dozasının korreksiyasından ibarətdir. Samodji sindromuna şübhə olduqda xəstəni diqqətlə müşahidə etməklə insulinin sutkalıq dozası 10-20% azaldılır. Insulinin dozası 2 üsulla azaldılır –dozenı 2-3 ay müddətində azaldırlar və doza 10-14 gün ərzində azaldılır. Intensiv insulinterapiyada dozanın adekvat korreksiyası tez və asan tapılır.

İnsulin pompası nədir?
İnsulin pompası – bu balaca, batareya ilə işləyən, diabetli xəstələrin qanına insulin yeridən, mədəaltı vəzin funksiyasını yerinə yetirən cihazdır. Pompa insulinin orqanizmə daim daxil olmasını təmin etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini normada saxlamaq üçün, orqanizmın insulinə olan təlabatından asılı olaraq pasient özü bu cihazda dozanı nizamlamalıdır.

İnsulin pompası neçə işləyir?
Pompa kartridj/flakondan rezervuara yığılan insulini pasientin orqanizminə göndərir, rezervuar isə pompanın korpusunun arxa divarındaki boşluğa yerləşdirlir. Rezervuar nazik plastik borucuqla insulini pasientin orqanizminə göndərən kateterlə birləşdirilir.İnsulin kateterin axrınçı hissəsi olan nazik,elastik kanyula vasitəsilə xüsusi gurğunun- serterin hesabına tamamilə agrısız dərialtı- piy toxumasına yeridilir. Çox vaxt kateterin kanyulasını qarın nahiyəsinin dərisinə bərkidirlər.İnsulin işləndikçə xəstələr müstəqil olaraq rezervuarı təzəsi ilə əvəz edir və həmçinin hər 2-3 gündən bir kateteri dəyişirlər. Pompa asan proqramlaşdırılır və avtomatik olaraq orqanizmin təyin olunmuş düzgün doza ilə təmin edir (bazal doza),buda yemək arası və gecə qlükozanın səviyyəsini normada qalmasına kömək edir. Müalicə həkiminin köməyi ilə pasient bazal dozanın onun orqanizminə lazım olan müəyyən parametrlərini düzəldə bilər.Pasient həmcinin onun fiziki aktivliyinin dərəcəsindən və qəbul etdiyi qidadan asılı olaraq çox asan yeridilən insulinin dozasını dəyişə bilər.

Pompa insulinterapiyası sadə işləyir.Pompanın işinin prinsipi – qlükozanın səviyyəsini yemək qəbulundan sonra, yemək arası fasilələrdə və yuxu zamanı normada saxlamaq üçün orqanizmin təbii funksiyası olan, insulinlə qanı müntəzzəm təmin etməkdən ibarətdir.

Pompa qlükozanın səviyyəsinə “ciddi nəzarətə” nail olmağa kömək edir.

Pompanın köməyi ilə diabetli xəstələr yeridilən insulinin dozasının qlükozanın səviyyəsini normada saxlamaq üçün dəyişə bilərlər. Bu ciddi ağırlaşmalar törədə bilən hiperglikemiyanın əmələ gəlməsini qarşısını alır, həmcinin sağlamlıq üçün çox təhlükəli ola bilən, xüsusi ilə də gecə vaxtı baş verə biləcək hipoqlikemiyanın da qarşısını alır.

İnsulin pompası fasiləsiz olaraq orqanizmi çox dəqiq lazım olan dozada insulinlə təmin edərək mədəaltı vəzin funksiyasını maksimal dəqiq realizə edir. Normal fəaliyyət göstərən mədəaltı vəzi hər 12-14 dəqiqədən bir qana insulin göndərir.Pompada həmçinin xəstənin fərdi tələbatlarından asılı olaraq müxtəlif bazal dozaları təyin etməklə, müntəzzəm olaraq orqanizmi insulinlə təmin edir.

Pompa dəqiq və səhfsiz işləyir.İnsulin pompası insulini 0,1 və 0,05 vahid dəqiqliyinə qədər göndərir. Belə dəqiqlik çox saylı inyeksiyalarla müalicədə mümkün deyildir.

Pompadan istifadə edərək siz öz həyatınızı sərbəst yaşaya bilərsiniz. Ənənəvi üsullarla müaliçə olunan və ciddi gün rejiminə əməl etməyə məcbur olan şəkərli diabetli xəstələrdən fərqli olaraq, pompa insulinterapiyasına keçənlər ciddi qida qəbulu və fiziki fəaliyyət qrafikindən azaddırlar. Öz tələbatlarından və ya qəbul etdikləri qidadan asılı olaraq xəstə özü müstəqil insulinin dozasını elə dəyişə bilər ki, qlükozanın səviyyəsi normada qalsın.
İnsulin pompasından necə istifadə etməli

İnsulin pompası insulinin fasiləsiz rejimlə yeridilməsi üçün nəzərdə tutulmuşdur.

İnsulin flakon/kartridjdən rezervuara yığılır, oradan kateterin borucuğu ilə plastırla dəriyə fiksasiya olunan kanyula vasitəsi ilə dəri altına batırmaqla (serter) dəri altı toxumaya

Comments are closed, but trackbacks and pingbacks are open.