Press "Enter" to skip to content

Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət

I tip diabetdə isə görmənin zəifləməsi illərlə özünü göstərməyə bilər, lakin təxminən 10 ildən sonra özünü göstərə bilər. Təəssüf ki, II tipdə görmə çox tez pozulmağa başlayır.

Şəkərli diabet xəstəliyi və onun müalicəsi üsulları

Endokrin sistemin xəstəliyi olub, orqanizmdə tamamilə və ya hissəvi olaraq, insulin hormonunun çatmazlığı ilə əlaqədardır. İnsulin hormonu isə mədəaltı vəz tərəfindən sintez olunur. Şəkərli diabet zamanı karbohidrat, zülal və lipid mübadiləsi kəskin pozulmuş olur. Şəkərli diabet çox rast gəlinən, lakin diaqnostika baxımdan çox “maskalanan” bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin 10%-i bu xəstəlikdən əziyyət çəkir. Hər 10-15 ildən bir xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, 30-35 % pasientlərdə bu gizli şəkildə getdiyindən gec aşkar olunur.

Diabetin səbəbləri:

  • Genetik meyl
  • Piylənmə
  • İnsulin ifraz edən betta hüceyrələrin zədələnməsinə səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri
  • Virus infeksiyaları: qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər
  • Sinir sisteminin gərginliyi, stress

Yaş həddi. Yaş hər 10 il artdıqca xəstəliyə tutulma ehtimalı da çoxalır.

Diabetin aşağıdakı formaları ayırd edilir:

I tip diabet insulindən asılı diabet və ya, cavan və arıq insanların diabeti. Çox vaxt 40 yaşa qədər insanlarda rast gəlinir. Bu tip insulin çatmazlığı ilə əlaqədardır. Ona görə də insulindən asılı tip adlanır.

II tip diabet və ya insulindən asılı olmayan forma kök və yaşlı insanların diabeti də adlandırmaq olar. 40 yaşdan sonra yaranır. Bu tip diabetdə insulin sintez olunur, lakin orqanizm buna zəif cavab verir və bədəndə insulin çatmazlığı yaranır. II tip diabetin səbəblərinə genetik meyl, piylənmə (çox vaxt normadan artıq yemək nəticəsində meydana çıxan) belə ki, 80-80% bu xəstəlikdən əziyyət çəkənlər artıq çəkidən əziyyət çəkirlər, o cümlədən endokrin sistemin xəstəlikləri, məsələn, hipofiz, qalxanabənzər vəzi, böyrəküstü vəzin qabıq maddəsinin patologiyaları da bura aiddir. Bundan başqa, şəkərli diabet müxtəlif virus xəstəlikləri, qrip, virus hepatiti, herpes, o cümlədən pankreatit və mədəaltı vəzin şişləri nəticəsində də meydana çıxa bilər. İnsulin kifayət qədər sintez olunur, lakin orqanizmin toxumaları insulinə qarşı artıq həssaslığını itirmiş olurlar. İnsulinlə müalicə bütün xəstələrə təyin olunmur, adətən pəhriz və şəkəri salan preparatlar təyin olunur.

Hestasion diabet: hamiləlik zamanı meydana çıxır və çox vaxt doğuşdan sonra ya tamamilə itir və ya yüngülləşmiş formaya keçir. Bu tip diabetin yaranmasının səbəbləri II tip diabetin yaranma səbəblərinə uyğundur. Hestasion diabetin rast gəlmə tezliyi hamilə qadınlarda 2-5% arasında dəyişir. Doğuşdan sonra bu növ diabet tamamilə aradan götürülsə də hamiləlik zamanı bu dölə və ananın sağlamlığına ciddi təhlükə yaradır. Hamiləlik zamanı hestasion diabetin olması qadınlarda II tip diabetlə xəstələnmə risk yardır. Dölə təsiri nəticəsində isə uşağın kütləsinin çox olması, müxtəlif eybəcərlik və inkişaf qüsurları yarada bilər.

Şəkərli diabet xəstəliyinin simptomları: ilk simptomlar qanda qlükozanın artıq miqdarda olması ilə əlaqədar olaraq xəstə tez-tez sidiyə getməsidir ki, bu da öz növbəsində susuzluq yaradır. Bu zaman isə çoxlu miqdarda sidik ifraz etdikdə kifayət qədər çox kalori itirildiyindən aclıq yaranır və xəstədə iştahanın artması müşahidə olunur. Bundan başqa, şəkərli diabet zamanı yuxusuzluq, yorğunluq, aralıq sahəsində qaşınma, görmə itliyinin pozulması, ətrafların soyuğa davamlı olmaması və s. kimi əlamətlər də müşahidə olunur. Şəkərli diabet bundan başqa ağırlaşmalara da gətirib çıxara bilər. Diabetin kəskin ağırlaşmalarına diabetik ketoasidoz, hipoqlikemiya, hiperosmolyar komanı göstərmək olar.

Diabetik asidoz dedikdə, lipid mübadiləsinin aralıq məhsullarının qanda toplanması nəticəsində orqanizmin ağır halı başa düşülür. Çox vaxt yanaşı gedən xəstəliklər, ancaq ən əsas infeksion, travma, əməliyyatdan sonra, düzgün qidalanmamaq nəticəsində meydana çıxır. Huşun itirilməsinə və bəzən də orqanizmin həyati vacib funksiyalarının pozulmasına gətirib çıxarır.

Hipoqlimeya qanda şəkərin miqdarının normadan artıq düşməsinə deyilir, bu isə öz növbəsində şəkəri salan preparatlardan normadan artıq istifadə, adəti olmayan fiziki gərginlik, qidalanmanın düzgün olmaması və sərt spirtli içki qəbulu nəticəsində yarana bilər.

Hiperosmolyar koma əsasən, II tip şəkərli diabetdən əziyyət çəkən yaşlı insanlarda rast gəlinir və çox vaxt güclü susuzluq nəticəsində meydana çıxır. Bu sindrom yaranmamışdan qabaq, poliuriya və polidipsiya bir neçə gündən bir neçə həftəyə qədər müşahidə oluna bilər. Hiperqlikmiya qlükozuriyaya, osmotik diurez, hiperosomolyasiya, hipovolemiya, şok hallarına gətirib çıxarır və müalicə olunmadıqda ölümə girib çıxarır.

Şəkərli diabet zamanı qanda qlükozanın artması müəyyən vaxtdan sonra diabetin ağırlaşmalarına gətirib çıxarır. Bu da öz növbəsində ürək, beyin, göz, böyrək, aşağı ətrafların qan damarlarının zədələnməsinə gətirib çıxarır ki, nəticədə də infarkt, insult, torlu qişada dəyişikliklər (kor olma təhlükəsi), böyrək çatmazlığı, ensefalopatiya, aşağı ətrafların qanqrenası kimi ağırlaşmalar meydana çıxır. Şəkərli diabet gözün torlu qişasını, arteriya, vena, kapillyarları o dərəcədə zədələyir ki, bu tam korluqla da nəticələnə bilər.

I tip diabetdə isə görmənin zəifləməsi illərlə özünü göstərməyə bilər, lakin təxminən 10 ildən sonra özünü göstərə bilər. Təəssüf ki, II tipdə görmə çox tez pozulmağa başlayır.

Damarların zədələnməsi nəticəsində böyrəklərin funksiyası da pozulmağa başlayır ki, nəticədə böyrək çatmazlığı əmələ gəlir, yəni böyrək nə sidik əmələ gətirə bilir, nə də onu xaric edə bilir.

Ayaqlarda qan dövranının pisləşməsi baldırlarda gəzinti zamanı və sakit halda da ağrının yaranması və trofik xoraların əmələ gəlməsinə səbəb olur. Vaxtında buna diqqət yetirilməsə artıq dərmanla müalicə effekt vermir və yalnız cərrahi əməliyyat xəstəni vəziyyətdən çıxarda bilər. Bu simptomları hər bir kəs özündə hiss etdikdə mütləq həkimə müraciət olunmalıdır.

Şəkərli diabet ciddi və təhlükəli bir xəstəlikdir. Diabetin ağırlaşmalarının qarşını almaq üçün qanda şəkərin miqdarını normada saxlamaq lazımdır.

Diaqnoz və müalicə: diaqnostika məlum simptomlar (poliuriya, polifagiya, bədən kütləsinin azalması ) əsasında çətinlik törətmir. Lakin dəqiq diaqnoz qanda qlükozanın miqdarının dəqiqləşdirilməsi ilə qoyulur. Şübhəli hallarda qlükozatolerant testi həyata keçirilir. Sidik analizində isə aseton və şəkərə qarşı müsbət reaksiya özünü göstərir.

Şəkərli diabetin müalicəsi özündə pəhriz, dərman terapiyası, fiziki yüklənməni birləşdirir. Britaniya alimləri hesab edirlər ki, 3 dəqiqəlik gimnastika qanda qlükozanın miqdarını normada saxlayaraq II tip diabetin yaranmasının qarşısını alır. Alimlər apardıqları tədqiqat zamanı insanların özlərini bir neçə saat idmanla məşğul olmağa məcbur edə bilmədiklərini aşkarlayıblar, lakin belə məlum olub ki, hətta bir neçə dəqiqəlik hərəkətlər də yaxşı nəticələr verə bilər. II tip şəkərli diabetlə yer üzündə 246 milyon insan əziyyət çəkir. Ciddi dieta və uzunmüddətli, daimi fiziki gimnastika xəstəliklə mübarizəyə kömək edir, lakin bu metodlar bir çox insan üçün çətinlik törədir.

Tədqiqat zamanı 16 könüllü kişi iştirak edib və onlar həftədə iki dəfə gündə 4 dəfə cəmi 30 saniyə velotrenajorda məşq ediblər. Məlum oldu ki, bu insanlarda 2 həftədən sonra insulin sintezi 23% artmış və bu səviyyə 10 gün ərzində saxlanılır. Beləliklə, alimlər təsdiq edirlər ki, çox qısa müddətli, lakin requlyar edilən idman hərəkətləri şəkərli diabet xəstələrinin sağlamlığına çox müsbət təsir göstərir.

İsveçrə alimləri isə şəkərli diabetdən əziyyət çəkən insanlarda demensiya və ağıl zəifliyinin yaranma riski çox böyükdür. Xəstəlik orta yaşlarda meydana çıxıbsa bu risk bir az da artmış olur.

  • Teqlər:
  • şəkərli diabet
  • , şəkər xəstəliyi
  • , diabet

Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!

Hıçqırıq xüsusilə mədə turşuluğunun artıq olub qida borusuna keçməsi, beyindaxili təzyiqin artması, sidiyin çoxalması və steroid kimi hallarda dərmandan istifadə edən insanlarda daha tez-tez müşahidə olunur.

Nevrologiya üzrə mütəxəssis dr. Şükrü Daloğlu hıçqırığın faydalı fizioloji xüsuyyətinin indiyədək tapılmadığını qeyd edir.

Hıçqırıq hər hansı xəstəliyin də səciyyəvi xüsusiyyəti sayılmır. Ancaq bəzi xəstəliklər zamanı daha tez-tez müşahidə olunur. Əsasən tənəffüs əzələsi və sinə əzələlərinin ani sıxılması və boğazdakı bir qapaqcığın sürətlə qapanması və ya sıxılması nəticəsində meydana çıxa bilər. Bu hal qarın orqanlarında da yaranır.

Lakin hıçqırıq bu kimi xəstəliklər və heç bir səbəb olmadan da yarana bilər.

Hıçqırığın sonlandırılması üçün karbondioksidin artırılmasının lazım olduğunu qeyd edən Daloğlunun sözlərinə görə, kağız paketə nəfəs verərək karbondioksidi almaq və bu yolla da hıçqırığı azaltmaq olar.

Sərbəst şəkildə edilə biləcək əsas üsullardan biri budur. Çox davam edən və keçməyən hıçqırıq varsa, o zaman mütləq həkimə müraciət olunmalıdır.

Davamlı və keçməyən hıçqırıq zamanı bir neçə dərman preparatı təyin olunur, əvvəllər təcrübədən keçirilmiş üsullardan istifadə olunur. Məsələn, nəfəsi saxlamaq, soyuq su içmək, qorxmaq, xarici qulaq yolunu tıxamaq və limon içmək əslində yanlış üsullardır və daha fərqli xəstəliklərə səbəb ola bilər.

Davamlı hıçqırıq tutursa, diqqət!

İrlandiyalı elm adamı heç cür keçməyən hıçqırığın çəki itkisi və udqunmaqda çətinlik kimi əlamətlərlə birlikdə qida borusu xərçənginin göstəricisi ola biləcəyini bildirib.

Dublində James Connolly Xəstəxanasının mütəxəssisi prof. dr. Tom Walsh bir iclas zamanı verdiyi açıqlamada bəzi qida borusu xərçəngi xəstələrinin keçməyən hıçqırıqdan şikayətçi olduqlarını vurğulayıb.

99 xərçəng xəstəsi üzərində aparılan araşdırma zamanı xəstələrin 27 faizinin “inadkar hıçqırıqdan” əziyyət çəkdikləri, 6 faizinin isə hıçqırıq səbəbilə həkimə müraciət etdikləri bildirilib.

Hıçqırmanın bu günə qədər xərçəng əlaməti olaraq qəbul edilmədiyini qeyd edən Dr. Walsh xərçəng xəstələrində keçməyən hıçqırığa diafraqmadakı bir sinirin səbəb olduğunun düşünüldüyünü söyləyib.

Dünyada 6-cı ən geniş yayılmış xərçəng növü olan qida borusu xərçəngi hər il təxminən 400 min insanda aşkar olunur. Siqaret çəkmək və alkoqollu içkilərdən istifadə ən önəmli risk faktorları arasında yer alır.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.