Press "Enter" to skip to content

Gülüstan cəfəri on üç yaşında yeklə

ONUNCU MADDƏ

Sədi Şirazi GÜLÜstan

Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Sədi Şirazi də dünya
mədəniyyət xəzinəsində özünə məxsus yer tutan cahanşünas və görkəmli
şairlərdəndir.
Faydalı nəsihəətlər, zərbüməsəllər, nəcib duyğularla zəngin olan inun
«Gülüstan» və «Büstan» əsərləri Yaxın və Orta Şərq xalqları rasında xüsusi
şöhrətə malikdir.
Sədinin «Gülüstan» əsəri 1962-ci ildə görkəmli Azərbaycan şərqşünas
alimləri R.Sultanov və M.Sultanov tərəfindən tərgüm və nəsr edilmişdir.
Oxucuların rəğbətini qazanmış bu əsəri müəlliflər onun elmi-tənqidi mətni
əsasında daha da təkmilləəşdirən 1987-ci ildə yenidən nəşr etdirmişlər.
Oxuculara təqdim olunan yeni üçüncü nəşri qabaqkı nəşrdə yol verilən
bəzi çatışmamazlıqlar (çətin fars və ərəb sözlərinin lüğət bəhsinə əlavəsi,
günün təlbinə uyğun bir sıra ifadə və tarixi rəqəmlərin düzəlişi) aradan
qaldırılmışdır.

1

Sədi Şirazi və onun «Gülüstan» əsəri

Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən
Firdovsi Xəyyam, Nizami, Hafiz və Füzuli kimi əsərləri bütün dünya
mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. O, hələ öz zəmanə-
sində Hindistandan tutmuş Misrə qədər Yaxın və Orta Şərqin bütün
xalqları arasında böyük şöhrət qazanmışdır. Sədi «Gülüstan» əsərinin
müqəddiməsində
1
«öz adının dillərdə əzbər olduğunu, sözlərinin
bütün dünyanı tutduğunu» qeyd edir.
Sədi Şirazinin tərcümeyi–halı haqqında qısaca olaraq aşağıdakı
ları demək olar:
Müşərrəf ibn. Müsləhəddin Abdulla, «Sədi» təxəllüsünü Şiraz
hakimi Atabəy Əbubəkr Səd ibn Zənginin
2
adı ilə əlaqədar qəbul et-
mişdir. Sədi təqribən 1184–cü miladi ilində İranın qədim mədəniyyət
mərkəzlərindən biri olan Şiraz şəhərində bir ruhani ailəsində anadan
olmuşdur. Bəzi mənbələrin göstərdvyinə görə, məşhur münəccim və
böyük alim Qütbəddin Şirazi Sədinin dayısıdır. Sədi kiçik yaşlarında
ikən atası Müsləhəddin vəfat etmişdir. Atasının ölümü Sədiyə böyük
təsir etmiş, onun kədərlənməsinə səbəb olmuşdur. O, atasının
xatirəsini uzun zaman unuda bilməmişdir. «Bustan» və «Gülüstan»da
atasına həsr edilmiş bir sıra təsirli şerlər bunu açıq sübut edir. Sədi
hələ gənc yaşlarında ikən monqol hücumları başlamış və bütün Yaxın
Şərq, o cümlədən şairin vətəni olan Şiraz da təcavüzlərə məruz
qalmışdır. Bu dövrdə şair öz vətənini tərk edib İraqi–Ərəbə, Bağdada
getmiş, orada məşhur «Nizamiyyə» məktəbində öz dövrünün böyük
alimləri Əbu İshaq Şirazi, Əbülfərəc Əbdürrəhman ibn Cövzi və
sonra Şəhabəddin Söhrvərdidən dərs almış, ərəb dilini və öz
dövrünün başqa elmlərini mükəmməl öyrənmişdir. Coşğun qəlbə
malik olan bu istedadlı gənc, müəllimlərinin təlimi və Bağdadın ab–
havasilə kifayətlənməyib Yaxın və Orta Şərq ölkələrini diyar–diyar
dolaşmaq qərarına gəlmiş, Azərbaycan, Kiçik Asiya, Həbəşistan, Mi-
sir, Suriya, Fələstin, Hindistan və İran torpağını əksərən piyada sə-
yahət etmiş, Xəlici–fars, Ümman dənizi, Hind okeanı və Aralıq də-
nizini ticarət gəmilərində keçmişdir.
Buna görə də bəzi mənbələr Sədini eyni zamanda orta əsrin
böyük səyyahlarından biri hesab etmişlər.
Sədi öz səyahəti zamanı müxtəlif vəziyyətlərə düşmüş, gah dər-

2
viş libasında yazdığı şerləri oxuyaraq, xalqa xeyri–şəri başa salmağa
çalışmış, gah şeyxlərə, sufilərə qoşulmuş, gah azadixahlarla oturub
durmuş, bəzən karvana qoşulmuş, bəzən muzdla xurma dərmiş, su
paylamış., bir sözlə o, müxtəlif sənətə malik olan şəxslərlə, alim və
avamlarla, dövlətli və yoxsullarla, mülkədar və kəndlilərlə oturub
durmuş, onlarla yaxından tanış olmuşdur. Bu səyahət Sədinin dünya-
görüşündə böyük dəyişiklik yaratmışdır. Şairin itigörən nəzəri xalqlar
arasında mövcud olan əlaqələri, bu xalqların adət və ənənələrini
bütün dərinliyi ilə görmüş, əsərlərində onlardan yeri gəldikcə istifadə
etmiş və hikmətli nəticələr çıxarmışdır. Sədi səyahətləri zamanı
Şərqdə davam edən səlib müharibələrindən birində iştirak edərək əsir
alınmış və bir təsadüf nəticəsində ölümdən xilas olmuşdur.
Vətənini qıın məhəbbətlə sevən, həmişə vətən həsrətilə yanan
şair deyir: «Mən istərdim ki, Bəsrədə və ya Bağdadda qalım, lakin
Rüknabad suyu və Şiraz torpağı məni özünə tərəf çəkir».
Arasıkəsilməz səyahətdən yorulan Sədi nəhayət XIII əsrin orta-
larında vətəni Şiraza döndükdə artıq böyük həyat təcrübəsinə malik,
kamil bir şair idi. Bu zaman monqol istilasının ağır, dağıdıcı hücum-
ları sakitləşmiş
;
Atabəy Əbubəkr Səd ibn Zəngi Şirazda hakimiyyət
başında qalmışdı. O, monqol sərkərdələrinə bac–xərac verib, ölkəni
və əhalini qətl və qarətdən xilas etmiş və beləliklə, çoxlarının; o cüm-
lədən vətənpərvər şairin də rəğbətini qazanmışdı. Buna görə də şair
özünün məşhur «Gülüstan» əsərini ona ithaf etmişdir.
Sədi tarix üçün misilsiz qiymətə malik olan əsərlər yadigar qoy-
muşdur. O, şahların qəzəbindən, hökmdarların zülmündən qorxmaya-
raq öz əsərlərində müstəbidlərə qarşı çıxmış, məzlumların tərəfini
saxlamış, ədaləti tərənnüm etmiş, heç bir bəxşiş və mükafat qarşısın-
da həyatının sonuna qədər bu mövqeyini, əldən verməmişdir. Onun
qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən
ibarət olmuşdur.
Sədi ömrünün son günlərini kuşənişinliklə keçirərək, Şirazın şi-
mal–qərbində bir dağ ətəyindəki xanəqahda yaşamış və ölməz əsər-
lər, qəzəllər, qitə və rübailər yazıb yaratmışdır. Təsadüfi deyildir ki,
onun şairlik şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən
Sədinin ziyarətinə gəlmiş, ona qiymətli hədiyyələr gətirmişlər. Lakin
Sədi dünya malı toplamamış, əksinə, əlinə düşənləri ehtiyacı olanlara
paylamışdır. Xalq arasında Sədi haqqında belə deyilirdi: «Sədi»nin
bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara

3
paylanır». Mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq
1291–ci miladi ilində vəfat etmişdir.
Sədinin vəfatından təqribən 30 il sonra onun əsərlərini Əli ibn
Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas toplayıb nizama
salmışdır. Bistun topladığı əsərlərin hamısını «Külliyyat» şəklində
tərtib edərək ona geniş bir müqəddimə də yazmışdır. O, Sədinin
əsərlərini əlifba üsulu ilə düzdüyünü və onu bir necə kitaba ayırdığını
bu müqəddimədə qeyd edir. Bistunun tərtib etdiyi «Kül–liyyat»
1791–ci ildə Hindistanın Kəlküttə şəhərində daş çapı ilə nəşr
edilmişdir. Bu «Külliyyat»ın əvvəlində Sədinin müxtəlif mövzuda 6
risaləsi də vardır. «Külliyyat»da bu risalələrdən sonra Sədinin ən
qiymətli və şah əsəri olan «Gülüstan» və «Bustan» gəlir. «Gülüstan»
8, «Bustan» isə 10 babdan ibarətdir.
Sədinin bu iki əsəri ona dünya şöhrəti qazandırmışdır. Bu əsərlər
yeddi əsrə yaxın bir müddətdə dünyanın bütün mədəni xalqlarının
sevə–sevə oxuduğu kitablardır. «Gülüstan» latın, ingilis, fransız,
alman, ərəb, türk, rus və MDB ölkələri xalqlarının əksərinin dillərinə
təkrar–təkrar tərcümə edilmişdir. «Gülüstan» 100 dəfədən artıq çap
edilmişdir. Bu əsərlərin sürətlə artan şöhrətini görən şairlər bu
kitablara bir çox nəzirələr yazmışlarsa da onlardan heç biri bu
səviyyəyə qalxa bilməmişlər. Sədinin həmin əsərləri Avropa dillərinə
tərcümə edildikdən sonra bu ölkələrin bəzi məşhur şairləri öz
əsərlərində Sədinin ifadə və fikirlərindən istifadə etmişlər. Misal
olaraq Volter, Lafonten, Göte kimi adı dünya şöhrəti qazanmış böyük
şairləri köstərmək olar.
Sədinin «Külliyyat»ında «Gülüstan» və «Bustan» əsərlərindən
sonra, şairin ərəb və fars dilində yazdığı qəsidələr dərc edilmişdir. Bu
qəsidələr, yuxarıda deyildiyi kimi, poeziyada klassik ənənənin əksinə
olaraq, mədhnamədən çox didaktik məzmuna malikdir. Sədinin elə
bir qəsidəsi yoxdur ki, orada o şahlara və görkəmli saray xadimlərinə
nəsihətlər verib, onları ədalətə cağırmasın.
«Külliyyat»da qəsidələrdən sonra Sədinin qəzəliyyatı gəlir. Bu
qazəliyyat isə «Təyyibat», «Bədaye», «Xəvatim» və «Qəzəlliyati–
qədim»–deyə dörd hissəyə bolünür. Qəzəliyyatdan sonra Sədinin
monqol hökmdarı Abağa xanın vəziri olan məşhur Şəmsəddin sahibi–
divanın adı ilə baqlı olaraq yazdığı «Sahibiyyə» (və ya «Sahib
namə») adlı şerləri, sonra şairin «Məsnəvilər»i, «Qitələr»i,
«Rübailər»i və «Müfrədlər»i toplanmışdır.

4
Sədinin qəzəlləri haqqında da olduqca yüksək fikirlər
söylənmişdir. Tədqiqatçıların fikrincə Sədinin qəzəlləri olmasaydı,
fars ədəbiyyatında Hafiz Şirazi kimi lirik şairlər yetişə bilməzdi.
Hafiz özü Sədini qəzəl ustadı adlandırmışdır. XIII əsrin məşhur hind
şairi Əmir Xosrov Dəhləvi də öz müasirləri Sədi Şirazi və Hümam
Təbrizini qəzəl ustadı adlandırmışdır. Sədinin qəzəlləri özündən
qabaqkı şairlərə nisbətən daha çox lirik, daha çox insan duyğularını
tərənnüm edən, bədii əsərlər idi. Demək olar ki, o, qəzəli əsl
mənasında özünə məxsus bir ğövqeyə yüksəltmiş, ona nikbin əhvali–
ruhiyyə vermişdir. Burada təbiət təsvirləri, məhəbbət və eşqin
ülviyyəti çox yüksək zövq ilə tərənnüm edilmişdir. Onun müxtəlif
şöbələrdə toplanmış olan qəzəlləri əsas etibarilə bir–birindən
fərqlənmirlər. Bistunun fikrinə görə, qəzəllərin belə qruplaşması,
onların müxtpəlif dövrlərdə (gənclik, qocalıq) yazılması ilə
əlaqədardır. Məzmuna qalinca, Sədinin qəzəllərinin hamısı
insanpərvər bir duyğu ilə yazılmışdır. Onun qitələri, rubailəri və
müfrədləri də didaktik mahiyyət daşıyaraq şairin əsas dünuagörüşü
ilə bağlıdır. Təsadüfi deyildir ki, ərəblər Sədini öz dahi şairi Əl–
Mütənnəbbi, ingilislər isə öz dahi dramaturqu Şekspir ilə müqayisə
etmişlər. Çünki bu şairlərin əsərlərində də insan müqəddəratı, həqiqət
əsas yer tutmuşdur. Şekspirin dramlarda irəli sürdüyü ideyaların
çoxunu Sədi qısa hekayə və qitələrdə məharətlə ifadə etmişdir.
Şərq ədəbiyyatında Sədiyə qədər «Bustan»a bənzər əsər tapmaq
mümkünsə də, «Gülüstan»a oxşar əsər tapmaq çətindir.
Sədi «Gülüstan»ı son dərəcə mahiranə bir surətdə həm nəsr, həm
də şerlə yazmışdır. Demək olar ki, bu, Sədinin öz yaradıcılıq
ixtirasıdır. «Gülüstan» əsəri elə məharət və qüdrətlə yazılmışdır ki,
istər onun nəsr hissəsi, istərsə Şer hissəsi füsünkar bir qələmin
məhsulu kimi nəzərə çarpır. Burada dil sadəliyi, məzmun dərinliyi,
yığcamlıq, zərbəni düz hədəfə vurmaq qabiliyyəti özünü bütün
parlaqlığı ilə köstərmişdir. «Gülüstan» əsərinin belə aləmşümul
şöhrət qazanması təkcə onun məzmununa görə deyildir. Bu əsər eyni
zamanda ustalıqla yazılmış, sadə və bədii ifadələri, təşbih, məcaz,
səc, kinayə, istiarə və başqa bədii ifadə tərzləri ilə də özündən
qabaqkı va sonrakı əsərlərdən çox fərqlənir.
Təsadüfi deyildir ki, məhz Sədinin «Gülüstan» əsəri bütün
dünyada fars dili öyrənmək istəyənlərin ilk dərs kitabı olmuşdur.
Yaxın Şərqdə fars dilində təhsil alan uşaq hər şeydən qabaq

5
«Gülüstan» əsəri ilə tanış olur və ömrünün sonuna qədər bu kitabdan
ayrıla bilmirdi.
Sədi öz nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki, ondan
həm hakim, həm məhkum, həm alim, həm cahil, həm zahid, həm də
rind ibrət dərsi götürə bilir. Buna görə də sonra gələn şairlər
«Gülüstan»a bənzər əsərlər yazmağa çox çalışmışlar. Məşhur
Əbdürrəhman Cami «Baharistan», Məcdəddin – «Xaristan», Qaani –
«Pərişan», Sünbüli – «Gəndistan»
3
adlı əsərlərini «Gülüstan»a nəzirə
olaraq yazmışlar, lakin onların hər biri «Gülüstan» zirvəsinə yüksələ
bilməmişdir.
Təsadüfi deyildir ki, məşhur hind şairi Həsən Dəhləvi
«Gülüstan» əsəri haqqında demişdir:
«Həsən Sədinin «Gülüstan»ından bir gül dərib gətirmişdir.
Çünki məna əhli ancaq bu Gülüstandan gül dərər».
Sədi ilə yaxından dost olan Azərbaycan şairi Hümam Təbrizi də
Sədinin şairlik qüdrətini çox yüksək qiymətləndirib onu özünə ustad
hesab etmişdir.
Sədinin «Gülüstan» əsərinin getdikcə daha çox yayılmasının,
müxtəlif dillərə təkrarən tərcümə edilməsinin əsas səbəbi şübhəsiz ki,
onun insanlar arasında sülhü, dostluğu və proqressiv fikirləri təbliğ
etməsidir. Sədinin əsərləri Yaxşı adamlara məhəbbət, pis adamlara
nifrət, hissilə doludur. Böyük hümanist şair insanın zahiri
gorünüşünü deyil, onun mənəviyyatını nəzərə alır. Şairin fikrincə
paltar, mal, dövlət, vazifə, rütbə insanlıq şərəfi deyildir. İnsanlıq
şərəfi xalqa xeyirli olmaqdadır.
«Gülüstan» əsəri müqəddimədən və kitabın yazılma səbəbindən
sonra – hökmdarların rəftarı, dərvişlərin əxlaqı, qənaətin fəziləti,
susmağın faydaları, eşq və cavanlıq, zəiflik və qocalıq, tərbiyənin
təsiri, söhbət qaydaları – başlıqları ilə səkkiz fəslə bölünür.
«Gülüstan» əsərinin lap birinci fəslində Sədi şahlardan bəhs edir.
Bu fəsildə Sədinin ictimai və siyasi görüşləri oz ifadəsini tapmışdır.
O, burada şahlara nəsihət vermiş, onları ədalətə, düz yola
çağırmışdır:
O, bir qitəsində:

«Əmirin, vəzirin və hökmdarın
Səbəbsiz dolaşma ətrafında sən».

6
deyərək saraylardan ehtiyat etməyi məsləhət görür» Başqa bir
Şerində zülmkar şahlara xitab edərək deyir:

Şahlara yaraşmaz zülm etmək bir an,
Qurddan ola bilməz sürüyə çoban.
Padşah zülm etsə xalqına əgər,
Özü öz mülkünü tarümar edər.

Şair qorxmadan şahlara, sultanlara xatırladır ki, onlar öz
xalqlarına zülm etsələr, xalq da onlardan üz döndərər.
Şair düzgün dərk edir ki, şahların rəiyyətə etdiyi balaca
ədalatsizlik böyük fəlakətlərə səbəb olar. Şah rəiyyət bağından bir
alma dərsa, onun adamları ağacları kögündən qoparar.

Şah rəiyyət bağından bir alma dərsə, həmən –
Nökərləri çıxarar ağacları kögündən.
Beş yumurta alıb şah zülm eyləyən zamanda,
Qoşunu min toyuğu şişə çəkər bir anda.

Monqol istilasının ağır illərində şahlara nəsihət etmək o qədər də
asan deyildi. Sədi isə belə bir cəsarətə malik şairlərdən olub onlara
həqiqəti demakdən, doğru yola dəvət etməkdan qorxmurdu. Çünki
Sədi özü deyirdi: «O adam şahlara nəsihət verə bilər ki, öz başından
qorxmasın və şahlardan qızıl ummasın».
Sədinin nəzərində şahlar xalqa xidmət üçündür. Xalq şahların
qulluğunda deyil, şah xalqın qulluğunda durmalıdır. O, bu fikri
«Gülüstan» əsərinin bir hekayətində çox közəl ifadə etmişdir:

Padişah yoxsulun pasibanıdır,
Nə qədər olsa da güclü hökmran.
Qoyunlar çobanın malı deyildir,
Qoyuna baxmaqçın qoyulur çoban.

Sədi şahlara, əmirlərə moizə və nəsihətin təsir etmədiyini
gördüyü zaman onları məzlumların odlu ahı və qiyamət gününün
haqq hesabı ilə qorxudurdu.
Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə Sədi
demişdir: «Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas olasan».

7
Şairin fikrincə: «öz ölkəsində xalqı ədalətlə idarə edən
hökmdarın başqa ölkələri müharibə yolu ilə almağa ehtiyacı yoxdur».
Sədi həmişə sülh tərəfdarı olaraq ölkələri xarabazara çevirən
muharibələri rədd etmişdir.
O, deyir: «Bir məsələni ki, sülh ilə həll etmək mümkündür, onu
müharibə yolu ilə həll etmək ağılsızlıqdır». Şairin bu sözü hələ bu
gün də yüksəkdən səslənməkdədir.
Sədi hər yerdə, hər şəraitdə belə nəsihətlər verməkdən
çəkinmirdi. Lakin orta əsr feodalizm əsarətinin hökmran olduğu bir
dövrdə şərin xeyrə qalib kəldiyini görən Sədi, öz zəmanəsindən acı
acı şikayət etmişdir. Monqol istilaları əlindən baş götürüb dünyanı
diyar–diyar gəzən şair Yaxın və Orta Şərqin hər yerində zəhmətkeş
xalqın ağır və fəlakətli halına qəlbən açımışdır. Sədi orta əsr
feodalizm dövründə biri dikərinin hesabına yaşayan sinifləri aydın
görə bilmirdi. Ona elə gəlirdi ki, şah ağıllı olsa və ya ağıllı adamların
sözünə baxsa, ölkədə ədalət və firavanlıq hökm sürər.
Bununla birlikdə Sədi həmişə öz hekayələrində zəhmətkeşlərin
tərəfində olmuşdur. Bu cəhətdən Sədinin insanpərvərliyi və xəlqiliyi
təqdirə layiqdir. O, əsərinin bir yerində birlik və ittafaq məsələsinə
böyük əhəmiyyət vermiş, adi insanlar əl–ələ versə, ağır fəlakətləri
aradan qaldıra biləcəklərini onlara başa salmağa çalışmışdır.
Sədi qüvvətli zülmkarlara qarşı birlik, vəhdət, ittifaq və
qardaşlığın gücünü obrazlı olaraq belə təsvir edir:

Fildə çox olsa da, qüvvət, cəsamət,
Hünülər birləşsə yıxarlar yəqin.
İttifaq bağlasa qarıncalar da,
Dərisin deşərlər qızmış şirlərin.

Sədinin dini əqidəsi də onun belə realist fikirlər söyləməsinə
mane ola bilməmişdir. Çünki ömrünün böyük və şüurlu hissəsini
səyahətdə keçirərək, xalqların acınacaqlı məişətlərini müşahidə edən
mütəfəkkir şair istər–istəməz onları birliyə çağırmış, həqiqəti olduğu
kimi dərk etməyə çalışmışdır. O, ölkəni, cəmiyyəti sağlam ağıl və
idrakla idarə etməyi lazım bilmiş, insanların bərabər hüquqda
yaşamaq ixtiyarı olduğunu irəli sürmüşdür. Sədi bunun neçə və hansı
vasitələrdə əldə edilməsini bilməsə də, hər halda o dövr üçün olduqca
cəsarətli və mütərəqqi bir addım atmışdır.

8
Sədi şahların və saray xadimlərinin çirkin sifətlərini aydın
gördüyü üçün, onların qarşısında qul kimi əli qoynunda durmağı
pisləmişdir. Bu nöqteyi–nəzərdən «Gülüstan»dakı iki qardaş hekayəti
çox maraqlıdır.
«İki qardaş var idi, birisi şah sarayında qulluq edər, o birvsi öz
zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşına dedi
nə uçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan?
Qardaşı dedi: «bəs san nə üçün işləmirsən ki, qulluq fəlakətindən
xilas olasan. »
Ümumiyyətlə Sədi əməkçi xalqı cəmiyyətin ən şərəfli və nəcib
üzvləri hesab edərək, onları ciddi müdafiə etmişdir.
Onun aşağıdakı kiçik hekayətinə diqqət edin:
«Hatəmi–Taidən soruşdular: dünyada özündən səxavətli bir
adam görüb eşitmisənmi?
Dedi:
–Bəli, bir gün qırx dəvə qurban kəsib ərəb əmirləri ilə səhranın
bir guşəsinə çəkilmişdim. Meşədən şələ bağlayıb aparan bir odunçu
gördüm. Dedim:
–Nə üçün Hatəmin qonaqlığına getmirsən, bu saat bütün xalq
onun süfrəsi başına toplanmışdır.
Dedi:

Kim öz əməyilə dolansa, əlbət,
Hatəmi–Taidən götürməz minnət.

İnsafla demak lazımdır ki, mən onu özümdən daha səxavətli və
mərd gördüm».
Sədi feodalizm dövrünün məhdudiyyətindən yaxa qurtara
bilməyib təvəkkül, qismət, səbr, tale, bəxt kimi səfsətələrə inanmışsa
da, eyni zamanda insanın tale və bəxtə qarşı fəal rolunu da qəbul
etmişdir.
Məsələn, şair deyir:

Mağara içində nə tapar arslan,
Uçmayan qartala ovmu gələcək?
Kim evdə oturub ruzi gözləsə,
Axırda o dönüb olar hörümçək.

9
Buna görə də Sədi boş–boşuna dolanıb havayı ruzu axtaranları
cəmiyyətin, xalqın canına daraşmış tüfeyli hesab edir, tüfeyli
olmamaq uçün isə ancaq elmə, sənətə sahib olmağı irəli sürür.
Atanın adına və dövlətinə arxalanıb heç bir elm və sənət
öyrənməyən oğulları Sədi çox haqlı olaraq bədbəxt və avara
adlandırır. O, deyir:
«Böyük adamların səfeh oğulları vətəndə bekar qalar, qürbətdə
avara». Onun bir kiçik hekayəti bu fikri daha çox məharətlə ifadə
edir: «Bir alim uşaqlarına nəsihət verirdi ki, ey əzizlərim, bir sənət
öyrəniniz ki, dünyanın mal və dövlətinə arxalanmaq olmaz. sənət
isə qaynar bulaq və tükənməyən xəzinədir. Əgər sənət sahibi
kasıblığa düşsə, qorxusu yoxdur, çünki sənətin özü ona dövlətdir.
Sənət sahibi haraya getsə hörmət görər. sənəti olmayan isə hara
getsə gədalıq edib çətinlik çəgər. »

Nakanan Şamda bir iğtişaş düşdü,
Hərə baş götürüb qaçdı bir yana.
Elmli, kamallı kəndli övladı,
Gedib vəzir oldu şaha, sultana.
Lakin fərasətsiz vəzir balası,
Kəndlərdə diləndi hey yana–yana.

Sədi bilik və ləyaqətə də şəxsi məsələ kimi baxmır, onun
fikrincə, cəmiyyətin ləyaqətli üzvü olan hər kəs özünə səadət təmin
etdiyi kimi, cəmiyyətə də xeyir verməlidir. Çünki, özünü
sevməyənlər, öz həyatını qiymətləndirməyənlər cəmiyyətin də halına
qalmaz, bəlkə ona bir yük olarlar. Deməli, elm və sənətə sahib olmaq
ən vacib məsələlərdəndir. Eyni zamanda elmə söykələnənlər onu
əməldə göstərməli və həyata tətbiq etməlidirlər. Bilik onun üçün əldə
edilir ki, o cəmiyyətə, xalqa xeyir versin. Xeyirli işə sərf olunmayan
bilik əldə edilməsə daha yaxşıdır.
Sədi deyir:

Biliyin olsa da bir Ümman qədər, –
Nadansan əməlin olmasa əgər,
Eşşəyə yüklənsə bir neçə kitab

10
Nə alim olar o, nə də süxənvər.
Başı boş o yazıq heyvan nə bilsin
Dalında odundur, ya kitab–dəftər.

Sədi hansı peşə ilə məşğul olmağından asılı olmayaraq bütün
insanları düzlüyə çağırmışdır. Onun fikrincə düzlüklə çalışan adama
zaval yoxdur. Əyri işlərlə məşğul olan adamlar isə hər şeydən qabaq
özlərinə pislik etmiş olurlar.
O yazır:

Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.

Başqa bir qitəsində demişdir:

Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eyləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa çırpılar natəmiz paltar.

Gülüstan» əsərində dostluq məsələsinə də çox yer verilmişdir.
Sədi o adamı yaxşı dost hesab edir ki, o dostunun nöqsanını uzünə
deyir və bu qüsurların aradan qalxmasına kömək edir. Şair nöqsanı
gizlədən dostdansa, nöqsanı göstərən düşməni üstün tutur.

O dostdan həmişə şikayətim var,
Ki, yaxşı deyələr pisimə onlar

Sədinin fikrincə düz sözdən, şirin dildən daha təsirli bir vasitə
ola bilməz.
O deyir:

. Kimin olsa əgər bir şirin dili.
Tük ilə çəkər o, dalınca fili.

Eyni zamanda Sədi başqası danışanda onun sözünü kəsməyi
tərbiyəsizlik hesab edir və öyrədir ki, ağıllı adamlar məclisi sakit
görməyincə dil acmaz. İnsan hər bildiyi sözü də hamıya söyləməyə

11
borclu deyildir.
Təsadüfi deyildir ki, «Gülüstan»ın bir çox şerləri sonralar
zərbülməsəl kimi dillər əzbəri olmuşdur. Tarixdə hələ heç bir kitab
bu qədər zərbülməsələ çevrilməmişdir.
Sədi «Gülüstan»ın əbədi qalacağına əmin idi.
Doğrudan da qərinələr keçdi, şahlar, xaqanlar gəlib getdi, ali
saraylar tikildi, dağıldı, dünya dəyişdi, lakin Sədinin «Gülüstan»ı
getdikcə daha çox təravətlə ətir saçdı, onun əlvan gülləri heç zaman
solmadı.
Burasını da demək lazımdır ki, Sədinin verdiyi tərbiyə dərsi
bütün dövrlərə eyni dərəcədə aid ola bilməz. Orta əsr feodalizm
dövründə mövhumat və cəhalətin hökm sürdüyü bir zamanda Sədinin
əksər fikirlərinin mütərəqqi olmasına baxmayaraq, onun
yaradıcılığında, dünyagörüşündə məhdudiyyət və ziddiyyətlər də
olmuşdur. Xüsusilə çətinliyə dözüb daima səbr etməyi, təvəkkülə,
bəxtə, taleyə inam, müəyyən irqlərə mənfi münasibət, pislik edənlərə
də yaxşılıq etmək, kuşənişinliyi təbliğ və sairə, şübhəsiz ki, Sədi
yaradıcılığında kölgəli cəhətlərdən hesab edilməlidir.
Azərbaycan xalqı bütün dünya xalqlarının, o cümlədən qonşu
fars xalqının mütərəqqi yazıcı və sənətkarlarını həmişə sevmiş və
onların yaradıcılıqlarını yüksək qiymətləndirmişdir. Sədinin əsərləri
600 ildən artıqdır ki, Azərbaycanda geniş yayılmış və öyrənilmişdir.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Respublika
əlyazmaları fondunda böyük qayğı ilə mühafizə edilən «Bustan» və
«Gülüstan» əlyazmaları. Azərbaycan xalqının bu əsərləri nə qədər
dərin bir məhəbbətlə sevdiyini nümayiş etdirir.
«Bustan» və «Gülüstan» əsərlərinin bir çox nüsxələri Azərbay-
canın Şamaxı, Qazax, Təbriz, Ağdaş və Qarabağ xəttatları tərəfindən
nəfis surətdə köçürülmuş və bəzi beytləri Azərbaycan dilinə tərcümə
və şərh edilmişdir. Orta əsr təhsil mədrəsələrində ilk dərs kitabla-
rından biri həmişə «Gülüstan» əsəri olmuşdur. Şairlik qüdrəti imta-
han edilərkən Nizami və Xaqani ilə yanaşı Sədinin «Bustan» və «Gü-
lüstan» əsərlərindən də tərcümələr əsas yer tutmuşdur. Təsadüfi
deyildir ki, XIX əsrin məşhur müəllim şairi Seyid Əzim Şirvani gələ-
cəyin böyük satarik şairi Mirzə Ələkbər Sabirə dərs verərkən, onun
şairlik qüdrətini yoxlamaq üçün məhz ona Sədinin şerlərindən bədii
tərcümə etməyi taşpırmış və tərcümənin dürüstlüyünə mükafat olaraq
ona Nizaminin «Xəmsə»sini bağışlamışdı.

12
Fars dilindən Azərbaycan dilinə tərcümə edilən əsərlər içərisində
Sədinin «Bustan» və «Gülüstan» əsərləri də mühüm yer tutur. «Gü-
lüstan» əsəri təqribən 70 il bundan qabaq Mirzə Sadıq Rahil tərə-
findən tərcümə və şərh edilərək «Bəhr ül–həqayiq» adı ilə çap edil-
mişdir. Bundan sonra Seyid Zərgər təxəllüslü şair Mirzə Əbdülvahab
tərəfindən «Bustan» əsəri «Miyzan–ül–ədalət» adı ilə tərcümə və
nəşr edilmişdir. Doğrudur bu əsərlərin hər ikisində ciddi təhriflərə yol
verilmişdir, lakin hər halda bu tərcümələr Sədi yaradıcılığına olan
hüsn–rəğbəti aydın surətdə ifadə etməkdədir.
1958–ci ildə «Bustan» əsərindən seçilmiş parçalar şair Mir
Mehdi Seyidzadə tərəfindən tərcümə və nəşr edilmişdir.
Azərbaycan alimi Rüstəm Əliyev «Gülüstan» əsərinin elmi–
tənqidi mətnini hazırlamış və Sədi yaradıcılığı üzrə mühüm tədqiqat
işi aparmışdır.
Əməkdar elm xadimi, professor Rəhim Sultanov «Sədi yaradıcı
lığında «Gülüstan»» adlı kitabında «Gulüstan» əsərini ətraflı surətdə
təhlil etmişdir.
«Gülüstan»ın oxuculara təqdim edilən bu tərcüməsinin orijinala
mütabiq olmasına ciddi səy göstərilmişdir.
M. SULTANOV.

Xankəndi

Bu gün Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən Gülüstan müqaviləsinin imzalanmasından 201 il ötür. 1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü.

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

AzVision.az həmin müqavilənin mətnini təqdim edir:

Qadir Allah Naminə

İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə

ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:

ƏLAHƏZRƏT Bütün Rusiya İmperatoru – ÖZ General-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs Əzabkeş və Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət İran şahı isə – özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş, öz padşahından brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və brilyantlarla zinnətləndirilmiş at bəzəkləri dəstindən ibarət fərqləndirici lütf görmüş, öz Padşahının ən yaxın Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran Sarayında ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli Mirzə Həsən Xanı: bu səbəbdən də BİZ, yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər birimizə öz tərəfindən bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik.

BİRİNCİ MADDƏ

İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy İMPERATOR ƏLAHƏZRƏTLƏRİ Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, Taxtlarının Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah razılıq olsun.

İKNCİ MADDƏ

Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə (……………) yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları silsiləsi ilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (………….) əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf ( …………..) əsasında təminat verəcək.

ÜÇÜNCÜ MADDƏ

Şah Əlahəzrətləri ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA səmimi dostluq hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.

DÖRDÜNCÜ MADDƏ

ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU ƏLAHƏZRƏT İran Şahına ÖZ qarşılıqlı dostluq hisslərini ifadə etmək və İranda – ONA qonşu olan bu Dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, bununla, ÖZ adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə, əgər İran Dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.

BEŞİNCİ MADDƏ

Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq – əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.

ALTINCI MADDƏ

Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

YEDDİNCİ MADDƏ

Bütün yuxarıda deyilənlərə əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda, Əlahəzrətlərin İqamətgahlarına göndərilən, ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin, Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.

SƏKKİZİNCİ MADDƏ

Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.

İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.

İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.

DOQQUZUNCU MADDƏ

Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.

ONUNCU MADDƏ

Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə qanuni rüsumlar yığılsın.

ON BİRİNCİ MADDƏ

Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.

Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.

İMZALAMIŞLAR:

Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev

Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan

Gülüstan cəfəri on üç yaşında yeklə

Gülüstan və Türkmənçay müqavilələri

O vaxtdan bəri tariximizin hər səhifəsində erməni qanının izi var

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi- hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.

Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sulh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.

1722-cü ildə Qarabağdakı erməni məliklər I Pyotru Qafqaza çağırırlar. Bu çağırışdan sonra Pyotr Xəzərsahili torpaqlara işğalçı yürüş edir və həmin əraziləri rus imperiyasına birləşdirir. 1724-cü il noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Rusiya Asiyada maraqları kəsişən Böyük Britaniya və Fransa ilə birləşərək Osmanlı imperiyasının və türk dünyasının şöləsini söndürmək üçün erməniləri alətə çevirdi.

1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.

Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.

1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münastibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün “xoş xəbər”i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Bu, o Qriboyedovdur ki, 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. 1821-ci ildə İrana qayıtdıqdan sonra general A.Yermolovun komandanlıq etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir. 1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv etdiyindən günahı sübuta yetirilmir. Bu səbəbdən də azadlığa buraxılır və yenidən Qafqaza qayıdaraq burada diplomatik işdə çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, Rusiyanın İranda səfiri təyin edilir.

Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.

Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.

Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünrki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”.

O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı “sülh müqaviləsi” olsa da, Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.

Azərbaycan.- 2011.-13 fevral.- S. 5.

Comments are closed, but trackbacks and pingbacks are open.