Press "Enter" to skip to content

Gündüz ismayilov tolerantlıq bildiklərimiz və bilmədiklərimiz

Ön sözün müəllifi : Mübariz Qurbanlı
Redaktor:
Nahid Məmmədov
G.İSMAYILOV
TOLERANTLIQ:
BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014, 240 s.
Kitabda tolerantlıqdan, xüsusilə onun mahiyyətindən və tarixindən,
eləcə də tolerantlığa dair beynəlxalq sənədlərdən geniş bəhs olunmuş və
qloballaşma dövründə dini dözümlülüyü zəruri edən şərtlər ətrafl ı izah
edilmişdir. Eyni zamanda Azərbaycanın tolerantlıq tarixi, xalqımızın to-
lerantlığının səbəbləri, buna zəmin yaradan əsas amillər araşdırılmış, ən
mükəmməl tolerantlıq nümunələri təqdim olunmuşdur.
Müstəqilliyini bərpa etdikdən sonra dini dözümlülük ənənələrinin,
dinlərarası dialoqun bərpası, təbliği və təşviqi istiqamətində Azərbaycan
hökumətinin ölkə daxilinə və beynəlxalq aləmə yönəlik fəaliyyəti kitab-
da geniş işıqlandırılmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-490-19-0
© G.İsmayılov, 2014

Tolerantliq kitab-15. indd

Ön sözün müəllifi : Mübariz Qurbanlı
Redaktor:
Nahid Məmmədov
G.İSMAYILOV
TOLERANTLIQ:
BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014, 240 s.
Kitabda tolerantlıqdan, xüsusilə onun mahiyyətindən və tarixindən,
eləcə də tolerantlığa dair beynəlxalq sənədlərdən geniş bəhs olunmuş və
qloballaşma dövründə dini dözümlülüyü zəruri edən şərtlər ətrafl ı izah
edilmişdir. Eyni zamanda Azərbaycanın tolerantlıq tarixi, xalqımızın to-
lerantlığının səbəbləri, buna zəmin yaradan əsas amillər araşdırılmış, ən
mükəmməl tolerantlıq nümunələri təqdim olunmuşdur.
Müstəqilliyini bərpa etdikdən sonra dini dözümlülük ənənələrinin,
dinlərarası dialoqun bərpası, təbliği və təşviqi istiqamətində Azərbaycan
hökumətinin ölkə daxilinə və beynəlxalq aləmə yönəlik fəaliyyəti kitab-
da geniş işıqlandırılmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-490-19-0
© G.İsmayılov, 2014

3
MÜNDƏRİCAT
Ön söz . 6
I FƏSİL
TOLERANTLIQ: KEÇMİŞDƏN BU GÜNƏDƏK
Tolerantlıq və tarixi . 12
Tolerantlıq nədir? . 13
Tolerantlıq anlayışının yaranma səbəbləri. 16
Tolerantlıq anlayışının yaradıcıları . 20
Tolerantlığa dair beynəlxalq sənədlər . 24
Qloballaşma: tolerantlıq və dinlərarası dialoq . 30
Qloballaşma dövründə tolerantlığın zəruriliyini
şərtləndirən əsas amillər . 33
Hədəfl ər . 37
Nümunəvi gerçəkliyin tətbiqi və beynəlxalq təşkilatların
bu prosesə cəlb olunması . 40
Din xadimlərinin və ictimai təşkilatların
imkanlarının səfərbər edilməsi . 43
II FƏSİL
AZƏRBAYCANIN TOLERANTLIQ TARİXİ
Azərbaycanda dinlər . 48
Azərbaycan – ilk insan məskənlərindən biri . 48
Zərdüştilik . 51
Yəhudilik . 54
Dağ yəhudiləri . 56

4
Gündüz İsmayılov
Gürcü yəhudiləri. 59
Avropa yəhudiləri (aşkenazilər) . 62
Xristianlıq . 66
Alban kilsəsi . 66
Pravoslavlıq . 73
Katoliklik . 77
Protestantlıq . 79
Xristian təriqətçiliyi . 83
İslam. . 85
Azərbaycan xalqının tolerantlığının səbəbləri . 96
Etnik amil . 97
Coğrafi amil . 101
İqtisadi-siyasi amil . 103
Dini-mədəni amil . 106
Azərbaycanın tolerantlıq modeli: fərqli və üstün cəhətləri . 113
Azərbaycanın seçilmiş tolerantlıq nümunələri . 119
Kürmükoba bayramı . 119
Atəşgah məbədinin inşası . 121
Müsəlmanların kilsə inşa etməsi . 123
Qırmızı qəsəbə – Qafqazın Yerusəlimi . 125
Dini konfessiyaların bir-birilərini dəstəkləməsi . 129
Kiş məbədi . 131
III FƏSİL
TOLERANTLIQ – AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİ
Keçmişini bilməyən gələcəyini qura bilməz . 136
Uğurun başlanğıcı . 140

5
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Milli-mənəvi dəyərlərə qayıdış . 143
Tolerantlıq ənənələrinin qorunub-saxlanılması . 152
Tarixi-dini abidələrin bərpası . 160
Yeni mərhələ – sürətli inkişaf . 169
Dövlətin din siyasətinin əsas mahiyyəti və məqsədi . 171
Qanunvericilik bazası . 172
Ölkə daxilinə yönəlik fəaliyyət . 177
Tolerantlığın təşviq olunması . 177
Dini abidələrin bərpası və yeni ibadət evlərinin inşası . 181
Vicdan azadlığının təmin olunması, dini ekstremizmə
və ra di kalizmə qarşı mübarizə, dini qurumların
fəaliyyətinin dəstək lənməsi . 187
Beynəlxalq aləmə yönəlik fəaliyyət . 195
Heydər Əliyev Fondu və “Tolerantlığın ünvanı – Azərbaycan”
layihəsi . 204
ƏLAVƏ
TOLERANTLIĞA DAİR ƏSAS BEYNƏLXALQ SƏNƏDLƏR
Dinə və etiqada əsaslanan dözümsüzlüyün və
ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması
haqqında Bəyannamə . 214
Dözümlülük prinsipləri haqqında Bəyannamə . 220
Dözümlülük prinsipləri haqqında Bəyannamənin həyata
keçirilməsi . 227
Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi
haqqında Qətnamə . 229
İstifadə edilmiş ədəbiyyat . 234

Gündüz ismayilov tolerantlıq bildiklərimiz və bilmədiklərimiz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” adlı kitab nəşr olunub.

DQİDK-nın sədri Mübariz Qurbanlının ön söz yazdığı kitab üç fəsildən ibarətdir. Birinci fəsildə tolerantlığın tarixi, qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər, dinlərarası dialoqa din xadimlərinin, ictimai təşkilatların cəlb edilməsi və digər məsələlər ətraflı işıqlandırılıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitabın ikinci fəsli Azərbaycanın tolerantlıq tarixinə həsr olunub. Azərbaycanda dinlərin tarixi, mövcud dinlər, xalqımızın tolerant xarakterini səciyyələndirən etnik, coğrafi, iqtisadi-siyasi, dini-mədəni amillər geniş təhlil olunub. Eyni zamanda, Azərbaycanın tolerantlıq modeli, ölkəmizin seçilmiş tolerantlıq nümunələri, tarixi-dini abidələr, dini konfessiyaların qarşılıqlı münasibətləri bu fəsildə öz əhatəli təsvirini tapıb.

Kitabın üçüncü fəslində tolerantlığın Azərbaycanın dövlət siyasətinə çevrilməsi, bu siyasətin ölkə daxilinə və beynəlxalq aləmə yönəlik fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışının əsasları, tolerantlığın qorunub saxlanması, təşviqi, dini etiqad azadlığının təmin olunması istiqamətində dövlətin yürütdüyü siyasi kurs, görülən işlər təqdim olunub. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini dözümlülük ənənələrinin, dinlərarası dialoqun bərpa edilməsi, təbliği və təşviqi istiqamətində Azərbaycan hökumətinin ölkə daxili və beynəlxalq aləmə yönəlik fəaliyyəti, xüsusilə, ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətə xüsusi yer ayrılıb. Eyni zamanda, Heydər Əliyev Fondu və “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verilib.

Qeyd olunan tədqiqat materialları ilə yanaşı, kitaba tolerantlığa dair əsas beynəlxalq sənədlər də əlavə olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tolerantlıq və multikulturalizm sahəsində tədqiqat aparan mütəxəssislərə, o cümlədən tarixçilər, dinşünaslar və politoloqlar üçün faydalı ola bilər.

Gündüz İsmayılov: “Tolerantlıq Azərbaycanın milli-mənəvi dəyəridir”

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. “Report” xəbər verir ki, Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutub. DQİDK-nin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqidir: “Tolerantlıq bizim milli-mənəvi dəyərimizdir. Azərbaycan xalqının genetik yaddaşına hopmuş bir dəyərdir. Biz bu tədbirdə həmin dəyərləri gənclərin gözü ilə görməyə çalışırıq. Mənəvi irsimiz keçmişdən gələcəyə ötürülür. Bu ötürücülər də Azərbaycan gəncləridir”. Tədbirdə həmçinin 6-16 yaş arasında olan Azərbaycanın gənc rəssamlarının tolerantlıqla bağlı sərgisi də təşkil olunub. Sərgidə 60-a yaxın tablo nümayiş etdirilib. Eyni zamanda, gənclərin əl işlərindən ibarət foto-albom da nəşr olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.