Press "Enter" to skip to content

İş günlərinin sayını elektron şəkildə necə yoxlaya bilərəm?

İkinci hal. İş vaxtının cəmlənmiş uçotu və ya növbəli (fasiləsiz) iş rejimində çalışan işçilərin tabel uçotuna uyğun olaraq, iş vaxtları altıgünlük iş rejimində ödənişli qeyri-iş günlərinə (23, 29 və 30 may) təsadüf edərsə, o halda həmin işçiyə əlavə hər hansı əmək haqqı HESABLANMIR və işlədiyi günlərə görə istirahət gününün verilməsi nəzərdə TUTULMUR.

Valideyn haqlıdır, yoxsa elektron sistem? – TƏHSİL

1-ci sinfə və ya məktəbəqədər təhsillə bağlı qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Bu məqsədlə tətbiq edilən elektron sistem bəzi valideynlərin narazılığına səbəb olur. Bu məsələdə Elm və Təhsil Nazirliyi ilə həmin valideynlərin mövqeyi isə üst-üstə düşmür.

Artıq bir neçə ildir ki, məktəblərdə 1-ci sinif və məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin yerdəyişməsi elektron qaydada aparılır. Bu sistem özünü doğrultsa da, valideynlərin ciddi narazılığına səbəb olan məqamlar da az deyil.

Məsələn, şikayətlərdən biri belədir: “Övladımı yaşadığım ünvana yaxın olan 5 nömrəli məktəbdə qeydiyyata salmaq istəyirəm. Lakin sistemdə qeyd edilir ki, ya bacı və qardaşı burada oxumalıdır, ya da valideynlərindən biri orada işləməlidir. Mən nə etməliyəm? Evimin yanında məktəb ola-ola övladımı niyə başqa ünvana aparmalıyam?”.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Digərləri bunun əksinə, övladının evinə yaxın ərazidə deyil, kənar məktəbdə oxumasını istəyir, amma yer olmadığına görə qeydiyyat apara bilmədiyini bildirir. Sistem donduğu üçün övladına məktəb seçə bilməməsindən şikayətlənənlər də var.

Üstünlük yaşayış ərazisinə verilir

Problemə münasibət bildirən Elm və Təhsil naziri Emin Əmrullayev deyir ki, 1-ci sinfə qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Nazirin sözlərinə görə, şagirdin qeydiyyatda olduğu ərazidə məktəbə getməyində problem yoxdur: “Sistemin məntiqi budur ki, insan yaşadığı ərazi üzrə qeydiyyatdan keçməlidir. Əgər yaşadığı yer üzrə qeydiyyatı yoxdursa, ilk növbədə qeydiyyatını həll etməlidir. Bu sistemin deyil, fərdlərin problemidir. Həll edə bilmirsə, bizə müraciət edir, buna fərdi qaydada baxırıq”.

Nazir bildirir ki, sistem kifayət qədər liberaldır: “Valideyn övladı üçün mümkün bütün məktəbləri seçə bilir. Biz valideynə nəinki məktəb, müəllimi də seçmək imkanı tanıyırıq. Amma hamı eyni müəllimə gedə bilməz”.

Övladının da işini ləngidən valideynlər

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, bəzən bu narazılıqlar əsassız şəkildə səsləndirilir. Araşdırdıqda problemin qaynağının elektron qeydiyyatı həyata keçirən valideynin özü olduğu aydınlaşır: “Amma valideyni də anlamaq lazımdır. Çünki elektron xidmət anlayışı nəinki təhsilimiz, cəmiyyətimiz üçün yeni anlayışlardır. Bunun vərdiş halına gəlməsi üçün bizə hələ bir neçə il lazımdır. Məsələ ilə bağlı ilk təklifimiz Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyətlərinin yenidən bərpası və gücləndirilməsidir. Elektron qəbulun həyata keçirildiyi ilk ildə Bakı şəhəri üzrə 52 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi (AQM) yaradıldı. AQM-lər valideynləri üzləşdikləri çətinliklərdən xilas edirdi. Sonradan ehtiyac meyarı nəzərə alınaraq, bu mərkəzlərin sayı artırıldı. 2017-2018-ci tədris ilində artıq Bakı şəhəri üzrə 66 məktəbdə AQM fəaliyyət göstərirdi. Məsələnin neqativ tərəfi budur ki, valideynlərə hava-su kimi lazım olan AQM-lər demək olar ki, yalnız paytaxtda vətəndaşlara xidmət göstərirdi. Reallıq budur ki, hazırda texniki bilgiləri o qədər də inkişaf etməyən, xidmətdən düzgün yararlana bilmədiyi üçün övladının da işini ləngidən valideynlər hələ də çoxdur”.

İmtahanlara uyğun alternativ qeydiyyat linkləri

Mütəxəssis vurğulayır ki, ikinci problem texniki göstəricilərin nəzərə alınmamasıdır: “Hər il narazılıqlara səbəb olan ikinci problem texniki nasazlıqlar, donmalardır. Respublikada ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. Ötən il ölkə üzrə birinci siniflərə qəbul olunan şagirdlərin sayı 158.608 nəfər olub. Deməli, ən azı bu qədər valideyn həmin serverdən istifadə edib. Bu qədər təhsilalanın datalarını özündə qoruyub saxlamalı olan bir server texniki cəhətdən də yüksək standarta cavab verməlidir. Müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda müraciətçilərin təxmini statistikasını nəzərə almalıdırlar. Sürət zəif olduqda qeydiyyat növbəsi yaranır ki, belə olan halda saytda müəyyən gecikmələrin baş verməsi normaldır. İmtahanlara uyğun alternativ qeydiyyat linkləri yaradılmalıdır”.

Bəzi məsələlərdə güzəştə gedilməlidir

E.Nurinin sözlərinə görə, ən çox rast gəlinən məsələlərdən biri də mikroərazi prinsipinin tətbiqidir. Qeyd edək ki, bu prinsip bütün ölkə üzrə deyil, yalnız Bakı şəhəri üzrə tətbiq edilib: “Buna səbəb kimi təbəqələşmə, məktəblərdə qruplaşmalar, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmış təsəvvürləri dağıtmaq göstərilirdi. Ötən illər ərzində müşahidə olunan bəzi faktlar göstərdi ki, bu islahat bütün təhsil müəssisələrində birmənalı qəbul edilmədi. Hətta bir sıra təhsil müəssisələri xidməti ərazidə yaşayanların qəbulunda bəzi əngəllər də yaratmağa çalışdı. Məsələn, lisey və gimnaziyalarda ərazi prinsipi ilə sözügedən təhsil müəssisəsinə qəbul olunan uşaqların qarşısına müsabiqə tələbi qoyuldu. Belə faktların olmaması üçün ilk növbədə valideynlər diqqətli olmalıdır”.

Valideynlər üçün güzəştlər

Mütəxəssis vurğulayır ki, valideyn prosesi düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır: “Hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn “müsabiqəyə yazıl” düyməsini seçibsə, bu, onun özünün yaratdığı problemdir. Yaxud valideyn yaşayış yerinin onun arzuladığı məktəbin xidməti ərazisində olduğunu düşünür. Halbuki onun ünvanı həmin xidməti ərazidə deyil. Belə vəziyyət anlaşılmazlıqlara və bu səbəbdən doğan narazılıqlara meydan açır. Yuxarıda sadalanan detallar məsələnin texniki tərəfinə aiddir, amma narazılığa səbəb olan əsas meyarlar sosial səbəblərdir. Bir çox valideyn yaxınlıqdakı məktəbin tədris keyfiyyətinin o qədər də yaxşı olmadığı, yaxud, uzaq məsafədəki hər hansı təhsil müəssisəsində çalışan müəllimin faydalılığını əsas gətirərək övladının məhz həmin məktəblərə qəbulunu tələb edir. Mikroərazi prinsipi qarışıqlığın qarşısını müəyyən qədər alsa da, tətbiqi zamanı bir neçə məsələlərdə güzəştə gedilməsi arzuolunandır. Birincisi, valideynlərin yaşayış yeri ilə yanaşı iş yerlərinin də nəzərə alınmasıdır. Məsələn, valideyn Yasamal rayonu ərazisində işləyirsə, o, təbii ki, övladının həmin ərazidəki məktəbdə təhsil almasına çalışa bilər. Amma mikroərazi prinsipi təəssüf ki, bu istəyi rədd edir”.

Maraqlı Baxılıb: 335 Tarix: 21 may 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

İş günlərinin sayını elektron şəkildə necə yoxlaya bilərəm?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat hazırlayıb. Öncəki yazımızda mks.az saytının ekspertlərinin 8 gün ardıcıl gələn qeyri-iş günlərinin statusu haqqında məlumat vermişdik.

FED.az xəbər verir ki, bu yazıda mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020” kitabının müəllifi Anar Bayramov izahatla bağlı həmkarlarımızdan gələn aktual sualı cavablandırıb.

İşçi qeyri-iş günlərində işə cəlb olunarsa, ona əmək haqqı necə hesablanmalıdır?”

İşəgötürən işçini qeyri-iş günlərində işə dəvət edərsə, bu zaman iki məqama diqqət yetirmək lazımdır.

Birincisi, işçinin hansı tarixdə işləməsi hesablamaya təsir edən məqamlardan biridir. Qeyd etdiyimiz ki, 8 günlük qeyri-iş günləri aşağıdakı formada müəyyən edilib:

Beşgünlük iş həftəsi

Altıgünlük iş həftəsi

Ödənişli qeyri-iş günü
(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Ödənişli qeyri-iş günü
(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Ödənişli qeyri-iş günü
(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Ödənişli qeyri-iş günü
(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Cədvəldən göründüyü kimi, qeyri-iş günlərinin 3 tipi mövcuddur: İstirahət, bayram və ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı).

Bu səbəbdən də işçinin hansı tipə uyğun olan qeyri-iş günündə işləməsi önəmlidir. Misallara keçmədən ikinci məqama diqqət yetirək.

İkinci məqam işəgötürənin tətbiq etdiyi iş rejimi ilə bağlıdır. Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Maddədən göründüyü kimi, Əmək Məcəlləsində bütün işəgötürənlərin tətbiq edəcəyi standart iş rejimi yoxdur. İşəgötürən fərqli iş rejimləri tətbiq edə bilər. Misal üçün, əksər qurumlar adi qaydada, bəzi qurumlar iş vaxtının cəmləmiş uçotu və ya növbəli iş rejimi tətbiq etməklə beşgünlük və altıgünlük iş rejimindən faydalanırlar.

Misallar üzrə 8 günlük qeyri-iş rejimində çalışanlar üçün əlavə əmək haqqının hesablanmasına aydınlıq gətirək:

Birinci hal. Adi rejimdə çalışan işçilər 8 günlük ardıcıl qeyri-iş günlərindən istifadə edəcəklər. İşəgötürən işçini 8 günlük qeyri-iş günlərinə təsadüf edən istənilən gündə Əmək Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, iş vaxtından artıq işlərə yol verilən müstəsna hallarda işə gəlirsə, o zaman işçiyə əlavə əmək haqqı və ya istirahət gününün verilməsi həyata keçirməlidir.

Bir daha xatırladırıq ki, işçinin işə çağırılması qanunvericiliyin imkan verdiyi müstəsna hallarda (dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin edilməsi və s.) mümkündür.

İkinci hal. İş vaxtının cəmlənmiş uçotu və ya növbəli (fasiləsiz) iş rejimində çalışan işçilərin tabel uçotuna uyğun olaraq, iş vaxtları altıgünlük iş rejimində ödənişli qeyri-iş günlərinə (23, 29 və 30 may) təsadüf edərsə, o halda həmin işçiyə əlavə hər hansı əmək haqqı HESABLANMIR və işlədiyi günlərə görə istirahət gününün verilməsi nəzərdə TUTULMUR.

Misal. Altıgünlük və fasiləsiz iş rejimi tətbiq edilən dövlət və ya özəl qurumda növbətçi vəzifəsində çalışan işçinin iş vaxtı 23 və 29 may 2020-ci il tarixlərinə təsadüf edir. Həmin günlər Nazirlər Kabinetinin qərarına əsasən, ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) hesab olunsa da, işçinin işlədiyi günlər adı iş günləri kimi qəbul ediləcək və hər hansı əlavə ödənişlər həyata keçirilməyəcək.

Eyni hal beşgünlük və fərqli iş rejimi tətbiq edilən özəl və dövlət qurumlarına da aiddir. Nazirlər Kabinetinin qərarına əsasən, beşgünlük iş rejimində 29 may tarixi ödənişli qeyri-iş gününə (xüsusi iş(əmək) rejimi ilə bağlı) aid edilsə də, həmin günlərdə çalışan işçilərə hər hansı fərqli imtiyazlar tətbiq olunmayacaq.

Dövlət müəssisələrində iş vaxtı ödənişli qeyri-iş gününə təsadüf edən günlərə təsadüf edən işçilərə də məcburi və ya könüllü hər hansı əlavə imtiyaz nəzərdə tutulmayib. Amma özəl müəssisələrdə işəgötürən həmin günlərdə çalışan işçilər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsində sərbəstdir. İşəgötürən işçiyə həmin günlər üçün əlavə əmək haqqı və ya istirahət günü verərsə, bu hal əmək normalarının yaxşılaşdırılması kimi qəbul ediləcək. Amma işəgötürən həmin günlər üçün işçiyə hər hansı əlavə ödəniş həyata keçirməzsə, bu hal əmək qanunvericiliyinin və işçinin hüququnun pozulması hesab olunmayacaq və işəgötürənə hər hansı cərimə tətbiq edilməyəcək.

Bir məsələni qeyd edək ki, işəgötürən 8 günlük qeyri-iş günlərinə təsadüf edən bayram və ya istirahət günləri işçini işə cəlb edərsə, o halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, əlavə əmək haqqı və ya istirahət günlərinin verilməsini həyata keçirməlidir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2022-ci il 15 dekabr tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gələn il üçün iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq Hüzn Günü;

8 mаrt – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

21, 22 арrеl – Ramazan bауrаmı;

9 may – Faşizm üzərində Qələbə günü;

28 mау – Müstəqillik Günü;

15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

28, 29 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.