Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu
Bu gün – sentyabrın 28-də İrəvanda Erməni İnqilabi Federasiyası – Daşnaksutyun etiraz aksiyası keçirməyə hazırlaşır. Aksiya iştirakçıları Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər.
Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada kiçik mitinq keçirərək “Cavax” adlandırdıqları Samtsxe-Cavaxetiyadakı ermənilərinin “hüquqları uğrunda” mübarizə apardıqlarını söyləyərək “alovlu” çıxışlarda bulunacaqlar.
Daşnaksutyunun Gənclər Təşkilatı aksiya iloə bağlı plakatlar da hazırlayıb. Plakatlara “Cavax!”, “Cavaxa muxtariyyət!”, “Cavaxda erməni dilinə regional dil statusu verilsin!” və “Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!” yazılıb.
“Səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər. Gürcüstanın hakimiyyət dairələrinin indiki siyasətinin davam edəcəyi təqdirdə isə Cavax problemini biz həll edəcəyik”, – təşkilatın funksioneri Edqar Manulyan söyləyib.
Ermənistandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın qənaətinə görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin tələbləri təmin edilməzsə, Tiflis gerçəkdən də ikinci Dağlıq Qarabağla qarşılaşa bilər.
“Rəsmi Tiflis, deyəsən, unudur ki, milli azlıqların problemlərini həll etməsə kiçik müşküllər sonradan onun qarşılaşacağı böyük bəlaya dönə bilər. Gürcü məmurlar və dövlət mənsubları Samtsxe-Cavaxetiyadakı ermənilərin problemlərini görməzdən gəlmək üçün əllərindən gələni edirlər. Belə situasiya isə çox davam edə bilməz”, – S.Minasyan bildirib.
Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.
V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar.
Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınamışdı. Onun sözlərinə görə, V.Çaxalyan erməni katalikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.

Şərhlər
OQTAY 2020-10-05 20:35:25
Caqqalin lehsi,Aslan igidlermizin ayaqinin altinda geberecek,insaallah.
Xalq 2020-10-05 15:08:38
Çaqqalyanı və çaqqal sürüsünü bizimkilər Qarabağda gəbərdəcəklər inşaallah!
Nərminə Şirəliyeva 2020-10-05 14:54:20
Çaqqalyanın gələcəyi varsa görəcəyi də var, inşallah.
Cənubi Qafqazda yeni münaqişə ocağı: Gürcüstan erməniləri separatçı hərəkata start verdi
Dağlıq Qarabağ və ətraf rayonları işğal edərək oranı bölgə xəritəsində “idarəolunmaz qara ləkə”yə çevirən Ermənistan qonşu Gürcüstanda da təxminən eyni ssenarini həyata keçirmək istəyir.
Yeganə fərq odur ki, ermənilər Gürcüstanın rayonlarını aşkar işğal etmək niyyətində deyillər. Hər halda, zahirən belə görünür.
Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşanan hadisələr isə göstərir ki, Tiflis olaylara müdaxilə etməsə, Cənubi Qafqazda yeni münaqişə ocağı yaranacaq.
Ermənilər Cavaxetiyanı tələb edir: daşnaklar plakat yazıb
Bu gün – sentyabrın 28-də İrəvanda Erməni İnqilabi Federasiyası – Daşnaksutyun etiraz aksiyası keçirməyə hazırlaşır. Aksiya iştirakçıları Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər.
Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada kiçik mitinq keçirərək “Cavax” adlandırdıqları Samtsxe-Cavaxetiyadakı ermənilərinin “hüquqları uğrunda” mübarizə apardıqlarını söyləyərək “alovlu” çıxışlarda bulunacaqlar.
Daşnaksutyunun Gənclər Təşkilatı aksiya iloə bağlı plakatlar da hazırlayıb. Plakatlara “Cavax!”, “Cavaxa muxtariyyət!”, “Cavaxda erməni dilinə regional dil statusu verilsin!” və “Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!” yazılıb.
“Səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər. Gürcüstanın hakimiyyət dairələrinin indiki siyasətinin davam edəcəyi təqdirdə isə Cavax problemini biz həll edəcəyik”, – təşkilatın funksioneri Edqar Manulyan söyləyib.
Ermənistandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın qənaətinə görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin tələbləri təmin edilməzsə, Tiflis gerçəkdən də ikinci Dağlıq Qarabağla qarşılaşa bilər.
“Rəsmi Tiflis, deyəsən, unudur ki, milli azlıqların problemlərini həll etməsə kiçik müşküllər sonradan onun qarşılaşacağı böyük bəlaya dönə bilər. Gürcü məmurlar və dövlət mənsubları Samtsxe-Cavaxetiyadakı ermənilərin problemlərini görməzdən gəlmək üçün əllərindən gələni edirlər. Belə situasiya isə çox davam edə bilməz”, – S.Minasyan bildirib.
İllər əvvəl başlanan məkr
Müşahidəçilər hesab edirlər ki, ermənilərin gürcüləri “ikinci Dağlıq Qarabağ”la hədələmələri təsadüfi deyil.
Gürcüstan Siyasi Tədqiqatlar Mərkəzinin direktor müavini Vaxtanq Merabaşvili Milli.Az portalının əməkdaşına müsahibəsində bildirdi ki, Samtsxe-Cavaxetiyadakı ermənilərin “problemləri” məsələsi İrəvandakı hakimiyyət dairələri tərəfindən süni şişirdilərək Tiflisə təzyiq vasitəsi sayılır. “Ermənilər artıq neçə ildir ki, Samtsxe-Cavaxetiyada kompakt yaşayan soydaşlarına erməni dilindən regional dil qismində istifadə etmələrinə şərait yaradılmasını tələb edirlər. Bu tələblərin arxasında nələrin durduğunu biz də anlayırıq. Yalnız ona təəssüflənirik ki, Rusiyanın təzyiq alətinə çevrilmiş Ermənistan hakimiyyəti və ölkədəki siyasi təşkilatlar qonşularına qarşı belə siyasət yürüdür, hansısa dividentlər əldə edə biləcəklərini düşünürlər”, – V.Merabişvili dedi.
Onun sözlərinə görə, əslində regional dil statusunu tələb etməkdə Gürcüstandakı azərbaycanlılar daha çox imkan və hüquqlara malikdir. Çünki Avropa Şurasının milli azlıqların hüquqları və regional dillərin müdafiəsi konvensiyalarına görə, ölkə əhalisinin 20%-ni təşkil edən milli azlıq doğma dilindən təhsil və məhkəmə proseslərində istifadə edə bilər.
Merabişvili haqlıdır: Gürcüstandakı soydaşlarımız oradakı ermənilərdən sayca 3-4 dəfə artıq olsalar da, hüquqlarının təminatı və tələblər baxımından qayət laqeydliklə passivlik nümayiş etdirir.
Ermənilər Samtsxe-Cavaxetiyadakı fəaliyyətlərini daha da aktivləşdirməklə yanaşı, soydaşlarımızın yaşadıqları bölgələrə də əl uzadacaqlar. Bunu onların özləri də deyirlər.
Belə ki, Samtsxe-Cavaxetiyadakı hayların “Virk” təşkilatının sədr müavini Vahan Minasyan “Kvemo-Kartlidəki qədim erməni məskənləri” adlı toplantı keçiriləcəyini bildirib.
Nə “təsadüf”dürsə həmin “qədim məskən”lər azərbaycanlıların kəndlərinin olduğu ərazilərdir.
Tiflis niyə çəkinir?
Gürcüstan prezidenti Mixail Saakaşkvilinin milli məsələlər üzrə müşaviri, erməni Van Bayburtun dediyinə görə, hazırda ölkədəki bəzi radikal və hətta ekstremist qüvvələr ermənilərlə gürcüləri qarşı-qarşıya qoymağa, münaqişə yaratmağa çalışırlar.
“Bu insanlar Gürcüstanın əzəli ərazisi olan Samstxe-Cavaxetiyanın adını dəyişməklə yanaşı, tarix və coğrafiyanı da saxtalaşdırmağa çalışırlar. Belə söz birləşməsindən yalnız bir təşkilat – “Birləşmiş Cavax” istifadə edir. Həmin təşkilatı isə Rusiya maliyyələşdirdiyindən bəzi adamların kimə və nəyə qulluq etdiyi gün kimi aydındır”, – Van Bayburtyan dedi.
O, daha sonra bildirib ki, Gürcüstanda yaşayan ermənilərlə yerli əhali arasında heç bir qarşıdurma yoxdur. “Salkaya gəldikdə isə, bu bölgəyə Ermənistanın ərazi iddiaları ilə çıxış edə biləcəyini istisna edirəm. Ermənistan rəhbərliyi bölgədə yaşanan situasiyanı əla anlayır və buna görə də bəhs etdiyimiz problemin heç vaxt aktual olmadığını deməyə cürət edirəm”, – V.Bayrut bildirib.
Mixail Saakaşvilinin müşaviri bir qədər qeyri-dəqiqdir. Daha doğrusu, həmişəki kimi, ölkədəki soydaşlarının əməllərini ört-basdır etməyə çalışır.
Çünki Samtsxe-Cavaxetiyada vəziyyəti gərginləşdirəyə çalışanlar Gürcüstan prezidentinin milli məsələlər üzrə müşaviri Van Bayburtun, daha doğrusu Bayburtyanın əla bələd olduğu və şəxsən tanıdığı “Virk” Partiyasının rəhbərliyidir. Samstxe-Cavaxetiyada “fəaliyyət” göstərən və bu bölgə üçün ən geniş səlahiyyətlərə malik muxtariyyət tələb edən “Virk” Partiyası Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsə də, geniş fəaliyyət göstərir. Maraqlı da odur ki, rəsmi Tiflis Ermənistanla münasibətləri korlamamaq üçün Cavaxetiyadakı ermənilərin aşkar separatçı hərəkatları və qruplaşmalarını zərərsizləşdirmir, onların ərazi iddialarına çevriləcək tələblərinin qarşısını almır. Bundan başqa, ermənilər neçə illərdir ki, oradakı soydaşlarımıza hücumlar edir, təqiblərə yol verirlər. Məqsədləri məlumdur: azərbaycanlıları qorxudaraq bölgədən çıxmağa vadar etmək.
Uduzan Ermənistan olacaq
“Ermənistanla Gürcüstan rəhbərliyi dost və qardaş ölkələr olduqlarını usanmadan bəyan edirlər. Halbuki bu dövlətlərin münasibətlərində yalnız zahiri görüntüyə hesablanmış ünsürlər həddən ziyadədi”.
Ermənistan parlamentinin deputatı, “Cavax” Yerlilər İttifaqının sədri Şirak Torosyan iddia edir ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqları “mütəmadi pozulur və onların problemləri bitib-tükənmək bilmir”.
“Həmin problemlər arasında ən ciddiləri isə erməni dili, Erməni Apostol Kilsəsinin oradakı statusu, erməni siyasi fəalların təqiblərinə son qoyulması, habelə ermənilərin Gürcüstan-Ermənistan sərhədindəki nəzarət-buraxılış məntəqələrindən rahat keçidinin təminatıdır”, – Torosyan deyib.
Daha sonra isə o, rəsmi Tiflisi hədələyib: “Gürcüstanın hakimiyyət dairələrinin ölkədəki ermənilərlə bağlı yaramaz siyasəti və Cavaxdakı soydaşlarımıza təzyiqlər davam edərsə, günlərin birində həmin bölgə partlayan ikinci Qarabağ olacaq”.
Onun sözlərinə görə, “Cavax” erməniləri muxtariyyət tələbi ilı çıxış etməyə çox yaxındır.
Mərkəzi Axalkalaki şəhəri olan Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan haylar həmin ərazini “qədim erməni torpaqları” elan ediblər.
Onlar “Cavax” adlandırdıqları bölgəyə hələlik mədəni muxtariyyət verilməsini, Ermənistanla heç bir maneə olmadan gediş-gəlişin təminatını tələb edirlər.
Eyni zamanda, onlar Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da sürəkli təxribatları reallaşdırırlar. Ermənistandakı “Cavax”la bahəm, Samstxe-Cavaxetiyadakı ermənilərin “Virk” hərəkatı Kvemo-Kartlidəki azərbaycanlılara “qədərindən artıq güzəştlər” edildiyini vurğulayır, ermənilərin bu bölgədə də bizneslə məşğul olmaları, habelə daşınmaz əmlak və torpaq sahələri almaları üçün tam şərait yaradılmasını tələb edirlər.
Həqiqət isə budur ki, rəsmi İrəvan ermənilərin kompakt məskunlaşdığı Samtsxe-Cavaxetiya bölgəsində vəziyyəti gərginləşdirərsə və orada separatçılığın alovlanaraq “muxtariyyət” tələbləri ilə qarşıdurmalara səbəb olmasına gətirən çıxaran hadisələrə rəvac verərsə – bütün bunlar Ermənistana çox ağır siyasi və iqtisadi zərbələrlə nəticələnəcək.
Tiflisdəki Siyasi Araşdırmalar Fondunun eksperti Nino Qaprindaşvili bildirdi ki, Ermənistanın hazırda Cənubi Qafqazda normal münasibətlərə malik olduğu yeganə ölkə Gürcüstandır.
“Əgər ermənilər Cənubi Osetiya və Abxaziyanın presedentlərindən ruhlanaraq Samtsxe-Cavaxetiyada da eyni oyunu təkrarlamaq fikrinə düşsələr, cavabımız çox sərt ola bilər. Rusiya da ermənilərə yardım edən deyil və belədə, Ermənistan onu Avropa, habelə dünya bazarları ilə bağlayan, elə həmin Rusiyadan hər şeyi idxal etdiyi kommunikasiya və yolları itirə bilər. Ermənistan rəhbərliyinə bütün bunların gərəkli olduğunu zənn etmirəm. Cavaxetiyadakı ermənilərin separatçılığa baş vurmaları Ermənistanla münasibətləri hədsiz dərəxcədə pisləşdirməklə yanaşı, bu ölkənin bölgdəki durumuna da pis təsir edəcək. Ona görə də Ermənistandakı müvafiq dövlət qurumların ölkədəki bəzi qüvvələrin Cavaxetiyadakı erməniləri separatçılığa sövq etməyə yönəlmiş səylərinə son qoymalı, bu istiqamətdəki dağıdıcı fəaliyyəti dayandırmalıdır. Ermənistan onu da anlamalıdır ki, biz Cavaxetiyada vəziyyətin ifrat dərəcədə gərginləşməsinə imkan verməyəcəyik”, – N.Qaprindaşvili söylədi.
O, hesab edir ki, Cavaxetiyada durum ifrat dərəcədə ekstremallaşmayacaq və Gürcüstanda yeni separatçılıq məkanın yaranmasına Qərb də imkan verməyəcək.
Politoloq Revaz Ananiya isə Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində Cavaxetiyadakı ermənilərin separatçılığa sövq edilməsində Ermənistanın kütləvi informasiya vasitələrinin müstəsna “əməyinin” olduğunu vurğuladı.
“Ermənistandakı qəzetlərin demək olar ki, hamısında Samtsxe-Cavaxetiyanın adı erməni versiyası ilə “Cavax” yazılır. Qəzetlərdə guya Cavaxetiya ermənilərinin “hüquqlarının daima və kobud şəkildə pozulması”ndan bəhs olunur, Gürcüstana sürəkli böhtanlar atılır. Ermənistan KİV-i Cavaxetiyanı yeni münaqişə ocağına döndərmək üçün əlindən gələni edir. Onlar nəyin bahasına olursa-olsun Cavaxetiyanın ikinci Dağlıq Qarabağa dönməsinə, “ən yaxşı hal”da isə Gürcüstandan ayrılaraq Ermənistana birləşməsinə çalışırlar”, – R.Ananiya dedi.
Rusiyaya gəldikdə isə, Moskva yaranmış situasiyada bir qədər ehtiyatlı davranmağa üstünlük verir.
Politoloq Andrey Quryev hesab edir ki, Ermənistandakı qüvvələr, xüsusilə də Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Cavaxetiyadakı ermənilərlə bağlı səylərinin intensivliyinin azalmadığını nəzərə alsaq, onların tələbləri məlumdur: “Cavaxetiyadakı erməniləri Gürcüstandan ayrılmağa sövq etmək istəyirlər və bu istiqamətdə Ermənistandakı kütləvi informasiya vasitələri, siyasii qurumlar və ictimai təşkilatların oynadığı rol müstəsnadır. Yaxın vaxtlarda Cavaxetiyanın Gürcüstandan ayrılacağını düşünmürəm, çünkii bunun üçün əlverişli şərtlərdən biri də yoxdur. Ayrılma yalnız Cavaxetiya ermənilərinin mərkəzi hakimiyyətə qarşı silahlı əməliyyatlara başlamasından və ən başlıcası, onların həmin əməliyyatlarda qalib gəlməsindən sonra mümkün ola bilər. Tiflisin isə hadisələrin belə inkişaf məcrasına yol verəcəyini qətiyyən düşünmürəm. Cavaxetiyadakı ermənilər Rusiyanın onlara dəstək verdiyini düşünürlər. Onlara məsləhət görərdim ki, yanılmasınlar”.
Cavaxetiyadakı ermənilər silahlanır
Samtsxe-Cavaxetiyaya gəldikdə isə, oradakı ermənilərin separatçılıq meyllərinin qızğınlaşmasında “Virk” Partiyası, həmin təşkilatın rəhbərləri Vahan Çaxalyan, Yegişe Manuçaryan, Qriqor Minasyan, Sərkis Hakopcanyan, Qrişa Hakopyan və Tatevos Balacanyan xüsusi rol oynayırlar.
Bu şəxslərin hamısının Daşnaksutyunla sıx əlaqələrdə olduğu, məhz daşnaklar vasitəsilə Ermənistanın müxtəlif dövlət strukturlarından maliyyə və silah aldıqları vurğulanır.
Caavaxetiyadakı ermənilər də bundan narahat olublar.
“Həmin şəxslər rəsmi İrəvanın tapşırıqlarını yerinə yetirirlər. Onların əsas məqsədi ilkin mərhələdə Samtsxe-Cavaxetiyaya Gürcüstan tərəfindən muxtariyyət verilməsinə nail olmaqdır. Bunun ardınca isə daşnakların yerli marionetkaları vasitəsilə bölgənin müstəqilliyi uğrunda çıxış edəcəyi şübhə doğurmur. Artıq İrəvanın özündə də bu məqsədlə konkret iş aparan siyasi partiyalar, ayrı-ayrı qeyri-hökumət təşkilatları və şəxslər var”, – cavaxetiyalı erməni Qriqori Badalyan deyir. Cavaxetiyanın mərkəzi şəhəri Axalkalakini üç il əvvəl tərk etmiş Badalyan indi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Vətəninə ölüm təhdidləri ilə üzləşdiyi üçün şəhəri tərk etdiyini deyən Badalyanın geri dönmək fikri yoxdur.
“Ələ silah götürmək və ya Cavaxetiyanın müstəqilliyini tələb edənlərə qoşulmaq fikrim yoxdu. Onlar hər həftənin şənbə günləri yerli erməniləri bir yerə yığmağa, Tiflisə qarşı fəal hərəkətlərə başlamağın vaxtının çatdığını onlara “başa salmağa” çalışırdılar. Cavaxetiyada indi ermənilərin çoxunda silah var. Bu adamlar siqnal gözləyirlər. Hər halda mənə belə gəlir, çünki orada çox pis vəziyyətdir. Mən də bu adamlara qoşulmadığım üçün xəyanətkar sayılırdım. Sonra da məni öldürəcəklərini dedilər. Ailəmi götürüb oranı tərk etdim“, – Badalyan söylədi.
Onun sözlərinə görə, Cavaxetiya ermənilərinə müstəqillik verilməsi tələbləri ilə son 20 ildə Ermənistan tərəfindən bir neçə dəfə cəhdlər göstərilib və təsadüfi deyil ki, bunun nümayişkəranə şəkildə ifadəsi 20-ci əsrin 90-ci illərində ortaya çıxıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın 1991-ci ilin sonlarında Ermənistan rəhbərliyinə Cavaxetiyada yaranmış vəziyyətə görə xəbərdarlıq etməsi də buna sübutdur və bu, ermənilərin indi həyata keçirdiyi kampaniyanın əsasının da məhz həmin dövrdən qaynaqlandığına işarədir.
. Göründüyü kimi, Cavaxetiyadakı ermənilər muxtariyyət sevdasına düşüblər. Onlar dünyanın başqa yerlərində olan bütün soydaşları kimi, “Böyük Ermənistan” xülyasına inanır, həmin istiqamətdə yerimək istəyirlər. Fəqət, uçuruma aparan yolun sonu yaxşı olmur – ermənilər hər dəfə bunu ayaqlarının altından torpaq qaçandan sonra anlayırlar nədənsə.
Həsən Ağacan
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.