Press "Enter" to skip to content

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən söhbət açıb.

H.əliyev tədbir

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naftalan şəhərində il ərzində həyata keçiriləcək Tədbirlər Planı əsasında hazırlanmış Təqvim Planına uyğun olaraq GRMİ-nin Naftalan şəhər Heydər Əliyev Mərkəzində ”Ulu Öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri, Naftalan ŞİH-nin, GRMİ-nin Naftalan şəhərində fəaliyyət göstərən müəssisələrinin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şuranın sədri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Daha sonra Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.

Çıxış edən digər natiqlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu iştirakçıların diqqətinə çatdıraraq qeyd ediblər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Tədbir məktəblilərin hazırladıqları “Tarixi Şəxsiyyət və tarix yaradan Şəxsiyyət” adlı kompozisiya ilə sona çatıb.

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə ölkə daxilində və Azərbaycanın hüdudlarından kənarda zəngin və çoxşaxəli tədbirlər keçiriləcək. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində fevralın 8-də Lənkəranda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Lənkəran rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl Heydər Əliyev muzeyi ilə tanışlıq olub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən söhbət açıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rüfət Quliyev, YAP Lənkəran rayon təşkilatı 5 saylı ərazi partiya təşkilatının sədri Elman Rzayev, partiya veteranı İbrahim Quliyev, YAP Lənkəran rayon təşkilatının fəal üzvü Nərgiz Həsənzadə çıxışlarında vurğulayıblar ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

H.əliyev tədbir

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində 6 nömrəli məktəb liseyin şagird-müəllim kollektivinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə və Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən slayd-şou və videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.

Sonra məktəb-liseyin şagirdləri Nəzrin Hüseynova, Əhməd Qasımbəyov, müəllimə Təranə Səmədova və məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, onun 6 nömrəli məktəb-liseydəki tədbirlərdə iştirakından, Prezident İlham Əliyevin bu məktəbdə təhsil alması illərindən və prezidentliyi dövründə məktəb kollektivi ilə görüşlərindən danışdılar. Məktəb şagirdlərinin ifasinda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirildi.

Sonda məktəb-liseyin müəllim və şagird kollektivinin məktəbin fəxri məzunu, Prezident İlham Əliyevə minnətdarlıq məktubu oxundu.

Comments are closed, but trackbacks and pingbacks are open.