Hadı rəcəbli
“Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”.
«XARİCİ KƏŞFİYYATIN İŞİDİR. » – Hadı Rəcəbli özünə qarşı hücumlara cavab verib (Video)
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli son günlər özünə qarşı ünvanlanan qınaq və ittihamlara cavab verib. “AzPolitika.info”nun məlumatına görə, deputat, jurnalist Xalid Niyazovun İTV-də yayımlanan proqramında bu barədə danışıb.
Xatırladaq ki, H.Rəcəblinin report.az saytına müsahibəsindəki bəzi fikirlər onlayn media və sosial şəbəkələrdə ciddi etiraz dalğasına səbəb olmuşdu. Söhbət deputatın Qarabağ əlillərinə imtiyazla bağlı aşağıdakı fikirlərindən gedir:
“Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”.
H.Rəcəbli bu fikirlərinə görə onun hədəfə götürülməsini xarici kəşfiyyatın işi adlandırıb. Deputatın İTV-dəki çıxışının videoyazısını təqdim edirik.
Qlobalinfo
Hadı Rəcəbli xalqı təhqir etdi – “Xalq mənim … yeyir”
Deputatlığa namizəd Hadı Rəcəbli xalqı təhqir edib.
Secki.net xəbər verir ki, bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib. Onun “Facebook” hesabından yazdığı statusu olduğu kimi təqim edirik:
“Haqqımda Azərbaycan Xəbərləri Birliyi saytında çıxan məqaləyə cavab olaraq deyirəm – Burada qeyri-adi bir şey yoxdur, Hadı Rəcəblinin düşməni yox rəqibiyəm və bu normaldır. O ki qaldı yazılara, bəli, əvvəllər ona simpatiyam var idi və ona inanırdım, onu söyüb təhqir edənlərə də irad tuturdum ki, onu söyməsinlər. Amma atamla yaxın olduğunu göstərən Hadı Rəcəbli şəxs onun ölümü üstə belə gəlmədi amma yenə də onun üzünə vurmadım. Hadı Rəcəbli indi bu yazıları verməklə özünü bir daha gözdən saldı .Əgər yazılara qalsa onda, o da keçmişdə kommunist idi və Azərbaycan xalqına qarşı olub. İndi bu yazıları üzə çıxarmaq nə dərəcədə doğrudur? Bəli, mən namizədliyimi Hadı Rəcəblidən tez vermişəm, lakin o sonra məni yanına çağırdı ki, namizədliyimi geri götürüm ancaq mən götürmədim. Mən ona deyəndə ki, axı xalq mənə imza verib. O da cavabında (üzr istəyirəm) ” Xalq mənim s….i yeyir” dedi, utanmadan. Odur ki mən də tüpürüb çıxdım. Mənim yazılarımı məndən icazəsiz yayan Hadı Rəcəblini və Azərbaycan Xəbərlər Birliyi saytını da məhkəməyə verəcəm”.
Hadı Rəcəbli: Təhqirdən yorulmuşuq
Ölkədə əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qeyd edək ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında məlumat verilib.
Qeyd edilib ki, qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bununla yanaşı, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, əlilliyin müəyyənləşdirilməsi məsələsi üzərində də işlər davam etdirilir:
“Bir ildir ki, bu məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir. Çox müxtəlif variantlar irəli sürülür. Hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Hazırda müvafiq qurumlar, nazirliklər bu işlərlə məşğuldurlar.
Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Bizi artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi çatdırılmalıdır”.
Kamil HƏMZƏOĞLU
Comments are closed, but trackbacks and pingbacks are open.