Həyatımda Robert Qrinin Hakimiyyətin 48 qanunu
İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni.
Robert Greene – Hakimiyyətin 48 qanunu
Robert Greene – Hakimiyyetin 48 qanunu
İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin cəzb etmək və hökmranlıq etmək, özünü sevdirmək, başqalarının düşüncələrini, əhval-ruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə sizə kömək edəcək. Bu kitabda toplanmış məsləhətlərə riayət etməklə, siz hər bir təbəssümü, hər bir jesti, hər bir sözü dağıdıcı silaha çevirə biləcək, həm də öz rəhbər və həmkarlarınızın sonsuz etimadına, hörmətinə nail ola biləcəksiniz. Siz hər bir qadını (və ya kişini) məftun edə, eləcə də özünə inamlı, güclü, uğurlu şəxsiyyət ola biləcəksiniz.
Bakı, Qanun Nəşriyyatı, 2012, 212 səh.
Ruscadan tərcümə: Yaşar Əsədov
Nəşriyyat redaktoru: Elsevər Muradov
ISBN 978-9952-26-394-7
6 AZN
Əlaqədar şəxs
Kitabevim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 13.12.2018
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Corc Sonders Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Biznes Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12.8×17,8
Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya
Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3
Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq
MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə
Həyatımda Robert Qrinin “Hakimiyyətin 48 qanunu”
Boş vaxtım olanda, mütaliə etməyi sevirəm, hər mövzuda oxuya bilərəm, bircə detektiv, dəhşət filmləri kimi mövzuya malik olmasın, bir də ki, kitabın əvvəlini oxuyanda sonunu bilsəm, kitab maraqsız gəlir, film də həmçinin.
İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni.
Həmişə eyni şeyi etməyi sevmirəm, darıxdırır fərqlilik olmayanda. Yeniliyə meylliyəm.
Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabını dövlət işində işləyən bir təcrübəli tanışım məsləhət bilmişdi, axtardım, Qanun nəşriyyatının sifarişi ilə tərcümə edilmiş kitabı yeni il ərəfəsində “Soyuq əllər, isti ürəklər” xeyriyyə aksiyası zamanı əldə etdim, peşiman deyiləm. Kim oxumayıbsa, məsləhət bilirəm. Çünki burada dövlət hakimiyyəti deyil, insanın özü həyatı və həyatındakılara da hakim olması qanunlarını öyrədir, yəni ictmai və fərdi düşünmək, təhlil etmək lazımdır.
Qanunlar (bəzi qanunlarda ermənilərin davranışını xatırladım):
- Kölgən heç vaxt hökdarın üstünə düşməsin- yəni ki, hökmdarın üzərində hökmən işıq olmalıdır, kölgədə yox, kölgən düşsə, hökmdarın yadına düşə bilərsən, onu qəzəbləndirə bilərsən;
- Dostlara hədsiz dərəcədə etibar etmə, düşmənlərdən yararlanmağa çalış- fikirlə razıyam, çünki bu günün dostu, sabah yad insana və ya düşmənə çevrilə bilər, düşmənlərindən istifadə etmək lazımdır, düşmənin düşmənlərini bilməklə, onu məğlub etmək olar, düşmənimin düşməni, mənim dostumdur;
- Niyyətlərini gizlət- niyyətlərin məlum olsa, səndən öncə o niyyətini kimsə gerçəkləşdirə bilər, sürpriz olmaz, təəccüb doğurmaz, həm də maraqsız olarsan, sənə lazım olan nəticəni əldə edə bilməzsən;
- Həmişə zəruri olduğu güman ediləndən az danış-;
- İşgüzar nüfuzundan həddən çox şey asılıdır, onu həyatın bahasına qoru;
- Nəyin bahasına olursa olsun, diqqət qazan;
- Başqalarını özünə işləməyə məcbur et və nəticələrindən bəhrələn;
- Adamları sənə yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə et;
- Qələbəyə dəlillərlə yox, əməllərlə nail ol;
- İnfeksiya: Şən olmayanlardan və bəxti gətirməyənlərdən qaç;
- Çalış adamlar səndən asılı olsunlar;
- Qurbanının tərkisilah etmək üçün hərdən düzgünlük və səxavət göstər;
- Kömək xahiş edəndə, insanların şəxsi təmənnasına çağırış et, heç vaxt mərhəmətə və ya genişürəkliliyə çağırış etmə;
- Dost rolunu oyna, xəfiyyə kimi fəaliyyət göstər;
- Düşməni tamamilə darmadağın et;
- Öz yoxluğunu, hörmət və şərəfini artırmaq üçün istifadə et;
- Başqalarını yerdən üzülmüş vəziyyətdə saxla: hərəkətlərinin öncədən deyilməsi mümkün olmayan mühit yarat;
- Özünü müdafiə etmək üçün qalalar tikmə: təcrid olunmaq təhlükəlidir;
- Kiminlə iş gördüyünü bil: Lazım olmayan adamın xətrinə dəymə;
- Heç kim ilə birləşmə;
- Sadəlövhü tovlamaq üçün özünü sadəlövh qələmə ver: Hədəfindən axmaq olduğun təsiri bağışla;
- Kapitulyasiya taktikasından istifadə et: zəifliklərini qüvvəyə çevir;
- Qüvvələrini cəmləşdir;
- Əsl saray əyani kimi davran;
- Özünü yenidən yarat;
- Əllərini təmiz saxla;
- Adamların ehtiyacları üzərində oyna, fanatik tərəfkeşlər ordusunu yarat;
- İşdən tərəddüd etmədən yapış;
- Hər şey lap axıradək planlaşdır;
- Səylərini büruzə vermədən uğur qazan;
- Variantların hamısını nəzarət altında saxla: Qoy başqaları sənin payladığın kartlarla oynasın;
- İnsanların fantaziyaları üzərində oyna;
- Hər bir adamın zəif simlərini bil;
- Öz təbirincə şahanə ol: özünü kral kimi apar və kral kimi qəbul olunacaqsan;
- Vaxtı idarə etmək sənətinə yiyələn;
- Nəyə malik ola bilmirsənsə, ona nifrət et: Saya almamaq, ən yaxşı qisasdır;
- Unudulmaz tamaşalar yarat;
- Nə istəyirsən fikirləş, amma hamı kimi hərəkət et;
- Suyu bulandır ki, balığı tutasan;
- Müftə naharları ikrahla rədd et;
- Dahilərin izləri ilə getməyə çalışma;
- Pastırı sarsıt və pastva dağılaşacaq;
- Ətrafdakıların ürəklərini və beyinlərini qazan;
- Güzgü effektinin köməyi ilə tərksilah et və qəzəbləndir;
- Dəyişikliklərin zəruriliyindən danış, amma islahatlara çox da aludə olma;
- Heç bir halda, həddən artıq müasir olduğun təsiri bağışlama;
- Qarşına qoyduğun məqsəddən uzağa getmə: qələbə qazananda, nə vaxt dayanmalı olduğunu bil;
- Formanın qeyri-müəyyənliyinə yiyələn.
Bir çox qanunlara şəxsən əməl edirəm və bir çoxu ilə tamamilə razıyam. Bu kitabı oxumağa dəyər.
Comments are closed, but trackbacks and pingbacks are open.