Press "Enter" to skip to content

Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün Reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunması vacibdir – vitse-spiker

Bu barədə Milli Məclisdəki mənbələrdən məlumat əldə edilib.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir

Bu məsələ parlamentin Səhiyyə komitəsinin sentyabrın 13-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasda Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə olunacaq.

Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunması vacibdir – vitse-spiker

Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunması vacibdir.

“Reproduktiv sağlamlığın təmin olunması təkcə Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi ən ciddi problemlərdən biridir”, – bu barədə şənbə günü parlamentdə “Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda keçirilən ictimai dinləmələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un məlumatına görə, şənbə günü parlamentin Sosial-siyasət daimi komissiyasının təşəbbüsü və BMT-nin Əhali Fondunun, Avropa Şurasının, Avropa Parlamentlərarası Forumun dəstəyi ilə Cənubi Qafqazda gənclər üçün reproduktiv təşəbbüsü layihəsi çərçivəsində “Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirələr keçirilib.

Muradova qeyd edib ki, reproduktiv sağlamlıq yalnız tibbi deyil, sosial, iqtisadi, ekoloji və siyasi problemdir: “Ailənin planlaşdırılması, reproduktiv sağlamlığın təmin olunması çox ciddi məsələdir və bu problem hansısa qanunun ayrı-ayrı maddələri ilə tənzimlənə bilməz. Ona görə də, bu sahəyə aid ayrıca qanunun qəbul olunması vacibdir”.

Avropa Parlamentlərarası Forumun baş katibi Nil Datta bildirib ki, reproduktiv sağlamlıq gələcək nəsillərə təsir göstərir, ona görə də bu sahəyə ciddi diqqətin göstərilməsi vacibdir.

“Azərbaycan özünün milli xüsusiyyətlərinə və adət-ənənələrinə uyğun olan qanun qəbul etməlidir. Qanun hazırlanan zaman milli xüsusiyyətlərin və adət-ənənələrin nəzərə alınması onun gələcəkdə həyata keçirilməsi baxımından vacib məsələdir”, – deyə o əlavə edib.

Parlamentin Sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, reproduktiv sağlamlığın və ailə planlaşdırılmasının hüquqi tənzimlənməsi vacibdir. Onun sözlərinə görə, parlamentdə yaradılan işçi qrup artıq reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi üzərində işi yekunlaşdırıb. “Qanun layihəsi Parlamentin payız sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub”, – deyə Rəcəblı bildirib.

Qanun layihəsinin müəllifi, Sosial-siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova bildirib ki, əhalinin sağlamlığının, o cümlədən reproduktiv sağlamlığın qorunması tibbi məsələ olmaqla yanaşı, eyni zamanda hüquqi vasitələrlə tənzimlənməsi zəruri olan dövlətin sosial siyasətinin tərkib hissələrindən biridir: “Bu sahədə ciddi hüquqi tənzimləmə olmadan problemlərin həllinə tam şəkildə nail olmaq mümkün deyil. Bu qanunun qəbul olunması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, təhlükəsiz reproduktiv həyat yaşamasına, istənilən vaxt və istənilən sayda sağlam və arzuolunan uşağın doğulmasına imkan yaradır”.

Onun fikrincə, bu sahədə olan problemlərə kompleks yanaşmanı nəzərdə tutan qanunun olmaması sosial sahədə ciddi boşluqlar yaradır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

“Əhalinin sağlamlığının qorunması haqqında” qanun dəyişdirilir

Bu barədə Milli Məclisdəki mənbələrdən məlumat əldə edilib.

Layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun 1997-ci ildə qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı: Fransa XİN bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli mövqe nümayiş etdirməkdə davam edir

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Bu barədəAzərbaycan R.

Müdafiə Nazirliyi: Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini bir daha təsdiq edir

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni.

Azərbaycan XİN Ermənistanın təxribatları barədə məlumat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatla.

Comments are closed, but trackbacks and pingbacks are open.