Hamilə qalmaq istəyənlərin NƏZƏRİNƏ! Bunları bilmədən hamilə qalmaq OLMAZ
Uşaqlığın fibromasının böyüməsi düyünün ayaqcığının burulması, düyünün (əsasən submukoz və ya interstisial) nekrozu, qansızmalarla müşayiət olunur. Fibromanın ayaqcığının burulması «kəskin qarın» simptomatikası ilə gedir. Nekroz zamanı ağrılar, qızdırma, düyünün yumşalması və ağrılı olması izlənilir. Uşaqlığın fibromasının maliqnizasiya ehtimalı 1%-dən çox deyil. İfadəli qanaxmalar anemiyalara gətirib çıxarır.
Hamiləlik zamanı ağrıların SƏBƏBLƏRİ
Hamiləlik zamanı qadınların bir çox hissəsi ağrılarla üzləşir. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.
Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir.
Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu kimi hallarla mübarizə aparmaq üçün qadın hamiləlik zamanı düzgün qidalanmalı, gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etməlidir və kifayət qədər su içməlidir. Bundan əlavə hamilə qadın mümkün qədər çoxlu gəzməli və fiziki hərəkətlər etməlidir ki, bağırsaqların fəaliyyəti yaxşılaşsın.
Ağrıların digər səbəbi – uşaqlığı saxlayan bağların dartılmasıdır. Döl böyüdükcə uşaqlığın da ölçüləri artır ki, nəticədə bağlar daha da dartılır. Bağların dartılması ilə bağlı olan ağrı kəskin və cəld hərəkətlərdən, asqırmaqdan, ağır əşyaların qaldırmasından sonra daha güclü ola bilər. Ağrı bu zaman kəskin olsa da qısamüddətli olur. Ağrısızlaşdıran preparatlardan istifadə etmək tövsiyə edilmir. Sadəcə qadın daha asta hərəkət etməli və özünü bir qədər qorumalıdır.
Güclü fiziki gərginliklər də qarın əzələlərin həddən artıq gərginləşməsinə səbəb olaraq ağrılara gətirib çıxara bilər. Bu halda sadəcə uzanmaq və bir qədər dincəlmək lazımdır.
Saglamolun.az bildirir ki, əgər qarında olan ağrılar yüksək hərarət, ürəkbulanması, başgicələnməsi ilə müşayiət olunursa, tez bir zamanda “təcili yardım” çadırmaq lazımdır. Bu simtomlar appendisit, pankreatit, bağırsaq keçməməzliyi və s. təhlükəli xəstəliklərin simptomları ola bilər.
Təəssüf ki, hamiləlik zamanı qarında olan ağrılar ginekoloji problemlərə də işarə edə bilər. Bu ağrı hamiləliyin pozulmasının təhlükəsindən xəbər verə bilər. Bu halda ağrılar sızıldayan olur, bel nahiyəsinə yayılır və doğuş sancılarını xatırladır. Belə ağrılar cinsiyyət yollardan gələn ifrazatlarla (ifrazatların rəngi aşıq qəhvəyidən qırmızıya qədər ola bilər) müşayiət oluna bilər. Belə simptomlar meydana çıxandıqda dərhal həkimə müraciət etmək lazımdır. Qadın “təcili yardım” çağırmalı, özü isə uzanmalı və sakitləşməyə çalışmalıdır. Lazım olduqda qadın xəstəxanaya yerləşdirilə bilər.
Ağrıların səbəbi o cümlədən uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu səbəbdən hamiləliyin erkən müddətlərində USM-dən keçmək lazımdır ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun. USM zamanı hamiləliyin təxminən 4-cü-5-ci (bəzən 6-cı) həftələrində (axırıncı menstruasiyanın birinci günündən sayılır) uşaqlıq boşluğunda döl yumurtası izlənilməlidir. Döl yumurtası izlənilmirsə, uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olur. Bu halda qadına təkrar USM təyin olunur. Uşaqlıqdan kənar hamiləlik qadının səhhəti və bəzən hətta həyatı üçün ciddi təhlükə yaradır və bu səbəbdən aşkar olunduqdan sonra mütləq pozulmalıdır. Bunun üçün xüsusi dərman preparatları və ya nadir hallarda cərrahi üsullar tətbiq oluna bilər.
Hamiləlik zamanı bir çox qadınlar baş ağrılarından əziyyət çəkir. Baş ağrısı başının bir hissəsində yarana bilər (miqren tutması) və ya yayılmış xarakter daşıya bilər (gərginlik baş ağrıları). Adətən bu hallarda həkimlər, xüsusən hamiləliyin əvvəlində, heç bir dərman preparatları təyin etmir və sadəcə daha çox dincəlmək və açıq havada olmaq məsləhət edirlər. Lakin bəzən hamilə qadında olan baş ağrıların səbəbləri daha ciddi olur – beyin qan dövranının pozulmaları, arterial təzyiqin qalxması, böyrək xəstəlikləri, ağır toksikozlar. Bu xəstəliklər və pozulmalar hamiləlik və bəzən hətta qadının həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən hamiləlik zamanı baş ağrıları ilə üzləşdikdə mütləq həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçmək lazımdır.
Hamiləlik zamanı süd vəziləri böyüyür və onlarda müəyyən ağrılar və diskomfort yarana bilər. Məsələ burasındadır ki, hamiləlik zamanı süd vəzilərində dərin struktur dəyişikliklər baş verir ki, nəticədə süd vəziləri laktasiyaya (əmizdirmə) hazırlaşır.
Bu ağrılarla “mübarizə aparmaq” mümkün deyil. Lakin diskomfort hissiyyatı azaldmaq üçün ölçülərinizə uyğun olan rahat sıxmayan büstqalter taxın və qollar və çiyinlər üçün olan asan fiziki hərəkətlər edin (bu süd vəziləri saxlayan əzələ və bağları möhkəmləndirir).
Hamilə qadınların əksəriyyəti (xüsusən hamiləliyin axırıncı aylarında) bel nahiyəsində olan ağrılardan əziyyət çəkir. Bu qadının onurğa sütununa olan gərginliyin artmasından və qarın əzələlərinin zəiflənməsindən irəli gəlir. Adətən bel ağrıları hamiləliyin 5-ci ayından sonra başlayır və yalnız doğuşdan sonra yox olur. Bəzən ağrı ayağa da yayılır (“vurur”) və adətən fiziki gərginlikdən, uzun müddət ərzində gəzmək, ayaq üstə durmaq və ya oturmaqdan sonra daha da şiddətlənir. Belə ağrılar hamiləlik üçün heç bir təhlükə yaradmasa da hamilə qadını çox narahat edir. Həkimlər kalsiumla zəngin olan məhsullarını qəbul etmək, bel nahiyəsini mümkün qədər “qorumaq” (kəskin əyilməmək, ağır əşyaları qaldırmamaq və s.), ortopedik döşəkdə yatmaq, qarın və bel əzələlərini möhkəmləndirən xüsusi fiziki hərəkətləri etmək, üzgüçülük və akva-aerobika ilə məşğul olmaq tövsiyə edirlər.
Bel nahiyəsində olan ağrılar hərarətin qalxması, ödemlərin əmələ gəlməsi, baş ağrılar və arterial təzyiqin qalxması, tezləşmiş sidik ifrazı ilə (sidik bulanlıq, iyli, qan və irin qarışıqlı ola bilər) müşayiət olunursa, bu böyrək xəstəlikləri ilə bağlı ola bilər. Hamiləlik zamanı böyrək xəstəliklərinin inkişaf etməsi və ya kəskinləşməsi hamiləlik üçün təhlükə yaradır. Bu səbəbdən qadın dərhal həkimə müraciət etməlidir.
Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir. Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm, qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.
Saglamolun.Az
Hamilə qalmaq istəyənlərin NƏZƏRİNƏ ! Bunları bilmədən hamilə qalmaq OLMAZ
Bu suala cavab verməmişdən əvvəl mayalanmanın necə baş verdiyini və cinsi hüceyrələrin mayalanmada iştirak etmək şansının nə qədər olduğunu anlamaq lazımdır.
Qadın cinsi hüceyrəsi yumurtlamadan (ovulyasiyadan) sonra 12-24 saat müddətində mayalana bilər. Əgər mayalanma baş vermirsə qadın cinsi hüceyrəsi degenerasiyay uğrayır, yəni məhv olur.
Kişi cinsi hüceyrəsi isə qadın orqanizminə daxil olduqdan sonra 3-5 gün ərzində mayalandırma qabiliyyətini saxlayır. Lakin kişi cinsi hüceyrəsinin mayalandırma qabiliyyəti qazanması üçün qadın orqanizminə düşdükdən sonra 10 saat vaxt keçməsi lazımdır.
Hamilə qalmağın uyğun vaxtları- ovulyasiyadan əvvəlki 5 gün, ovulyasiya baş verdiyi andan etibarən bir gündür. Yəni cəmi 6 gün. Bu 6 gün təbabətdə fertilizasiya pəncərəsi adlanır.
Ovulyasiyanın baş verdiyini necə təyin etməli?
1-Menstrual siklin neçə gün davam etdiyini təyin edin 28-35 gün (bunun üçün bir neçə ay hesablamaq lazımdır siklin davametmə müddətini, əgər həmişə eyni müddət qədər davam etmirsə sizin üçün uyğun variant deyil). Siklin davametmə müddətini təyin etdikdən sonra hımin rəqəmdən 14 gün çıxılır və neçənci gün alınarsa bu sizin ovulyasiya gününüzdür.
2-Ovulyasiya ağrısı- bu qarnın aşağı nahiyyəsində yumurtalama zamanı yaranan birtərəfli ağrıdır (qadın bunu hiss etməyə də bilər)
3-Sevikal seliyin xüsusiyyəti- ovulyasiya zamanı o maksimal dərəcə uzanmaq qabiliyyətinə malik olur, sürüşkən və daha şəffaf olur.
4-Ovulyasiya testlərindən istifadə etmək- burada əsas məqsəd bədən mayelərində ovulyasiya zamanı baş verən dəyişiklikləri təyin etməkdir (məs.- LH lüteinləşdirici hormon).
5-Bazal temeperatur- qadında bazal temperatur ovulyasiyadan sonra 0.5-1.1 dəyişir və bunu dəqiq təyin etmək üçün, bir neçə sikl təkrar etmək lazımdır. Dəqiq metod deyil, çünki bunun üçün tam stressdən kənar, rahat yuxu almaq şərtdir.
6- USM də ovulyasiyanın baş verməsini təyin etmək olar.
Əgər hamilə qalmaq şansını itirmək istəmirsinizsə yadda saxlayın-
Stressdən kənar olmaq
Cinsi əlaqəyə yalnız hamilə qalmaq fikri ilə daxil olmamaq (qadın orqazmı hamiləqalma shansını artırır)
Həftədə orta hesabla 3 dəfə cinsi əlaqədə olmaq
Cinsi əlaqə zamanı aktiv poza almamaq
Cinsi əlaqədən dərhal sonra vertikal vəziyyət almamaq
Cinsi əlaqəni təkcə ovulyasiya gününə saxlamamaq lazımdır.
Yadda saxlayın ki, ovulyasiya hər ay eyni vaxtda baş verməyə bilər.
Əgər sizdə bir il ərzində hamiləlik baş verməzsə, yaşınız 35 dən yuxarıdırsa 6 ay ərzində baş veməzsə müayinə olunmaq məsləhətdir.
Ailə və Uşaq Baxılıb: 38124 Tarix: 28 oktyabr 2016
Digər yazılar
Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu
Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö
Nişan üzüyünün tarixi
Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir
Gəlinlik niyə ağ rəngdədir?
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d
Kişilərin seksual istəyinin pik nöqtəsi – saat neçədə olur?
ABŞ-ın Verciniya Universitetinin alimlərinin qadınların seksual istəklərinin pik nöqtəsi barədə araşdırmaları barədə artıq məlumat vermişdik. Bu məlumatın böyük marağa səbəb olduğunu nəzərə alaraq, oxucularımızı kişiləri
Zinadan törəyən uşağın hökmü nədir?
Vələdüz-zinanın (Qeyri-qanuni cinsi əlaqədən doğulan uşağın) hökmü nədir?. Quran ilə fiqh mənbələri arasındakı müqayisə. 1.Ənənəvi fiqh kitablarında qeyri-qanuni cinsi əlaqədən doğulan uşağın hökmü nədir?. Qeyri-qanuni cins
Cinsi gücü artırmaq üçün BU QİDALARI YEYİN – SİYAHI
Aile. afrodizyak təsiri olan və cinsi gücü artıran qidaların siyahısı ilə sizi tanış edir. Çuğundur yarpağı. Çuğundur yarpağının afrodizyak təsiri əsrlərdir məlumdur. Tünd yaşıl yarpaqlı bu bitkinin tərkibində olan minera
Körpələrə və uşaqlara yatmağı öyrətmək mümkündürmü?Analar üçün dəyərli MƏSLƏHƏTLƏR
Yuxu dərin və yüngük formada olmaqla iki cür olur.qadınsaytı.az xarici mətbuata istinadən xəbər verir ki, yuxunun yüngül formasında hamımız yüngülcə oyanıb təkrar oyanırıq. Körpələrdə isə vəziyyət fərqlidir. Dövr 45 dəqiqə
Seksdən daha çox zövq almaq üçün seks etdiyiniz saatın, günün və zamanın da əhəmiyyətli ola biləcəyini bilirdinizmi? MÜTLƏQ OXUYUN
Hansı gün və hansı saatda seks etdiyiniz aldığınız zövqə təsir edərmi? Daha yaxşı bir seks həyatı üçün nə zaman yatağa etməlisiniz?. qadınsaytı.az xarici mətbuata istinadən xəbər veriri ki, seksdən daha çox zövq almaq üçü
Analara psixoloqdan XƏBƏRDARLIQ ! Uşağınız yemək yemirsə.
qaynarsaytı.az “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edir. Analar uşaq dünyaya gəldiyi andan onların yemək və gigiyenik normalarına diqqət yetirirlər
Uşaqlığın fibroması
Uşaqlığın fibroması – birləşdirici toxuma strukturuna malik xoşxassəli şişdir. Patologiyanın klinik təzahürləri: aybaşının pozulması, qarnın aşağı hissəndə ağrı və təzyiq hissi, dizurik pozğunluqlar, qəbizlik, bel nahiyəsində ağrı şişin ölçülərindən birbaşa asılıdır. Diaqnoz ginekoloji baxış, USM, US-histerosalpinqoskopiya, KT və MRT-nin nəticələrinə əsasən qoyulur. Uşaqlığın fibromasının müalicəsi konservativ (medikamentoz), cərrahi (orqanqoruyucu və ya radikal), az invaziv (endovaskulyar) ola bilər.
- Uşaqlığın fibromasının növləri
- Uşaqlığın fibromasının yaranma səbəbləri
- Uşaqlığın fibromasının əlamətləri
- Uşaqlığın fibroması və hamiləlik
- Uşaqlığın fibromasının diaqnostikası
- Uşaqlığın fibromasının ağırlaşmaları və proqnozu
- Uşaqlığın fibromasının profilaktikası
Uşaqlığın fibroması barədə ümumi məlumat
Fibroid tipli şişlər müxtəlif orqanlarda yarana bilər, əksər hallarda yumurtalıqlar, uşaqlıq, süd vəziləri, dərinin fibromasına rast gəlinir. Uşaqlığın fibroması tək və ya çoxsaylı düyün şəklində olub, simptomsuz və tədricən böyüyür. Şişin ölçüləri 1mm-lə 20-30sm arasında dəyişə bilər. Uşaqlığın fibromasının maliqnizasiyaya meylli deyil.
Uşaqlığın fibromasının növləri
Fibromanın təsnifatı şişin lokalizasiyasına əsaslanır. Submukoz fibromalar selikaltı qişada yerləşərək, uşaqlıq boşluğuna doğru böyüyür. Submukoz fibroma inkişaf etdikcə spazm və ağrılar yaranır, çox zaman güclü qanaxmalar müşahidə olunur. Subseroz fibroma uşaqlığın xarici qatında lokalizasiyalaşır. Bu tip şişlər qonşu orqanların fəaliyyətini pozan ölçülərə çatana qədər heç bir əlamətlə özünü büruzə vermir.
Uşaqlığın interstisial fibroması orqanın divarında əmələ gəlir. Ginekologiyada fibroid şişlərin bu növü daha çox izlənilir. İntraliqamentar fibromaların böyüməsi uşaqlığın ölçülərinin artmasına gətirib çıxarır. İntraliqamentar fibroma uşaqlığı fiksasiya edən bağlar arasında yerləşir. Belə fibroid şişlərin xaric olunması digər orqanlar və ya qan damarlarının yüksək zədələnmə riski ilə müşayiət edilir.
Uşaqlığın saplağabənzər fibroması subseroz şişin ayaqcığının yaranması nəticəsində inkişaf edir. Saplağabənzər fibromanın böyüməsi ayaqcığın burulması və güclü ağrılarla təzahür edir. Uşaqlığın parazit fibromaları nadir rast gəlinən formalardan olub, fibroid şişin digər orqanlara birləşməsi ilə xarakterizə edilir. Bəzi hallarda uşaqlığın boyun hissəsinin fibromasına rast gəlinir.
Uşaqlığın fibromasının yaranma səbəbləri
Uşaqlığın fibromasının etiologiyası dəqiq müəyyənləşdirilməmişdir. Əksər tədqiqatçılar uşaqlığın fibroması ilə estrogenlərə qarşı yüksək həssaslıq və irsi meyllilik arasında əlaqənin olmasını irəli sürürlər. Lakin bu amillərin olması hər zaman fibromaya gətirib çıxarmır.
Menarxenin gec başlanması, hamiləliyin süni yolla pozulması, 30 yaşa qədər doğuşun olmaması, ağırlaşmış doğuşlar, tez-tez təkrarlanan diaqnostik qaşımalar, klimaksın müalicəsi və ya kontrasepsiya məqsədilə estrogen tərkibli hormonal vasitələrin qəbulu, cinsiyyət sisteminin yanaşı gedən xroniki xəstəlikləri, müntəzəm cinsi həyatın olmaması uşaqlığın fibroid şişlərinin yaranmasına səbəb olur. Əksər hallarda artıq çəki, arterial hipertenziya, piylənmə, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, hipodinamiya, stresslər və s. uşaqlığın fibromasının inkişafı üçün ekstragenital fon rolunu oynayır.
Avropoid irqə aid qadınlarla müqayisədə neqroid irqin nümayəndələri fibromalara daha çox meylli olur. Uşaqlığın fibromasının rastgəlmə tezliyi yaşa mütənasib olaraq artır: 20 yaşdan kiçik qadınlarda fibroid şiş 20%, 30 yaşa qədər – 30%, 40 yaşa qədər isə 40% hallarda qeydə alınır.
Uşaqlığın fibroması hormondan asılı xarakter daşıdığından qızlarda predmenarxe, qadınlarda isə postklimakterik dövrdə inkişaf etmir. Hamiləlik zamanı estrogenlərin hipersekresiyası ilə əlaqədar uşaqlığın fibroması sürətlə böyüyə bilər. Adətən doğuşdan sonra fibroid düyünlər əvvəlki ölçülərinə qədər kiçilir. Posklimakterik dövrdə estrogenlərin səviyyəsi azaldığından uşaqlığın fibromasının böyüməsi dayanır, şiş əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itir.
Uşaqlığın fibromasının əlamətləri
Əksər qadınlarda xəstəlik simptomsuz gedir, 15-25% pasiyentlərdə fibroid düyünlərin sayı, ölçüləri, böyümə istiqaməti, şişin çanaq orqanlarına münasibətdə lokalizasiyasından asılı olan klinik simptomatika inkişaf edir. Uşaqlığın fibroması anemiyalara gətirib çıxaran uzunmüddətli gur aybaşılar (menorragiyalar), qanaxmalarla səciyyələnir. Bəzən uşaqlıq qanaxmaları asiklik xarakter (metrorragiya) daşıyır.
Menorragiyalar güclü ağrılar, qarında sancılar, qan laxtalarının ifrazı ilə müşayiət olunur. Uşaqlığın salxımabənzər fibromasında ağrılar çox vaxt aybaşılar arası dövrdə də yaranır. Uşaqlığın fibromasının rast gəlindiyi qadınlar fibromatoz düyünlərin qonşu orqanlara təzyiqi ilə əlaqədar çanaq nahiyəsində diskomfort və ya ağırlıq hiss edir. Bir sıra pasiyentlərdə aşağı ətraflara gedən sinirlərin sıxılması nəticəsində bel və aralıq nahiyəsində ağrılar meydana çıxır.
Düyünün sidik kisəsinə təzyiqi sidik ifrazının tezləşməsinə səbəb olur; sidik axarlarının sıxılması zamanı hidronefroz inkişaf edə bilər; düz bağırsağın divarına təzyiq qəbizlik, defekasiya zamanı ağrılarla təzahür edir. Fibromalı qadınlarda cinsi əlaqə zamanı ağrı yarana bilər.
Uşaqlığın fibroması və hamiləlik
Uşaqlığın kiçik ölçülü simptomsuz gedən fibromaları adətən hamiləliyin baş tutmasına mane olmur. Fallop borularını blokada edən və spermatozoidlərin hərəkətinə mane olan fibroid şişlər istisna sayılır. Uşaqlığın fibroması hamiləliyin gedişinə mənfi təsir göstərə bilər. Uşaqlıq boşluğunun sərbəst sahəsini kiçildən iri ölçülü düyünlər embrionu tam şəkildə inkişafına imkan vermir. Belə fibromalar gec düşüklər və vaxtından əvvəl doğuşlara gətirib çıxara bilər.
Uşaqlığın iri fibromaları dölün anomal vəziyyətinə səbəb ola bilər, bu da nəinki hamiləliyin gedişini ağırlaşdırır, həmçinin doğuş aktını da çətinləşdirir. Belə hallarda çox vaxt Qeysəriyyə əməliyyatı icra olunur. Fibromanın uşaqlıq boynu nahiyəsində yerləşməsi doğuş prosesi üçün ən ağır və təhlükəli lokalizasiya sayılır, bu zaman uşağın irəliləməsi çətinləşir, güclü qanaxma təhlükəsi yaranır. Fibromalı qadınlarda hamiləliyin aparılması yüksək diqqət və bütün mümkün risklərin nəzərə alınmasını tələb edir.
Uşaqlığın fibromasının diaqnostikası
Uşaqlığın fibroması adətən ilk dəfə ginekoloqun konsultasiyasında aşkarlanır. Bimanual müayinədə nahamar səthli, sərt konsistensiyalı, ölçüləri böyüyən uşaqlıq müəyyən edilir. Kiçik çanağın transvaginal USM vasitəsilə uşaqlığın fibromasının lokalizasiyası, ölçüləri, sərtliyi və qonşu orqanlarla əlaqəsi dəqiqləşdirilir, yumurtalıq kistomasından differensiasiya edilir.
Rentgen və ya US-histerosalpinqoskopiya endometrial çuxurda uşaqlığın submukoz fibromasını aşkar etməyə imkan verir. Aybaşılararası dövrdə spontan qanaxmalar zamanı uşaqlığın xərçəngini istisna etmək üçün diaqnostik qaşıma və ya endometriumun biopsiyası ilə əldə olunan toxumaların histoloji müayinəsi aparılır.
Uşaqlığın fibromasının diaqnozunun təsdiqlənməsi və onun uşaqlığın sarkoması, yumurtalığın kistoması və fibroması ilə differensiasiyası məqsədilə MRT və ya KT icra olunur. Qeyri-invaziv üsullarla uşaqlıın fibromasını yumurtalıq şişindən fərqləndirmək mümkün olmadıqda diaqnostik laparoskopiyadan istifadə edilir. Diaqnostik nəticələrə əsaslanaraq, müalicə taktikası müəyyənləşdirilir.
Uşaqlığın fibromasının müalicəsi
Uşaqlığın miomasının aşkarlandığı bütün qadınlar ginekoloq və ya ginekoloq-endokrinoloqun müşahidəsi altında olmalıdır. Kiçik ölçülü sipmtomsuz fibromaların dinamikasına nəzarət tələb olunur. Preklimakterik yaşda olan pasiyentlərdə gözləmə taktikası tətbiq edilə bilər. Konservativ terapiya ölçüləri 12 həftəlik hamiləlikdən kiçik olan fibromalar; düyünlərin subseroz və ya interstisial yerləşməsi; meno- və metrorragiyalar, ağrı sindromunun olmaması; cərrahi taktikaya əks-göstərişlər zamanı öz təsdiqini tapır. Medikamentoz terapiya QSİƏP, dəmir preparatları, vitaminlər, hormonal vasitələrin təyinindən ibarətdir.
Uşaqlığın fibroması zamanı konservativ müalicənin əsasını müxtəlif qrup preparatlarla hormonoterapiya təşkil edir. Yumurtalıq steroidlərinin sintezini zəiflətmək üçün androgenlərin törəmələrindən (danazol, gestrinon) istifadə olunur. Androgenlər 8 ay ərzində fasiləsiz qəbul edilit, nəticədə uşaqlığın fibromasının ölçüləri kiçilə bilər. Hiperplastik proseslər zamanı gestagenlərin (didrogesteron, noretisteron, progesteron) tətbiqi endometriumun böyüməsini normallaşdırmağa kömək edir. Fibroma zamanı gestagenlərin effekttivliyi yüksək olmur, bu səbəbdən onlar yalnız endometriumun hiperplaziyası ilə müşayiət edilən, ölçüləri böyük olmayan fibroid şişlərin aşkarlandığı hallarda təyin edilir. Gestagenlərlə müalicə kursu 8 aya qədər davam edir.
Gestagen hormon levonorgestrel tərkibli uşaqlıqdaxili hormonal sistem «Mirena» uşaqlığın fibromasının müalicəsində yüksək nəticələr göstərir. Uşaqlıq boşluğuna hormonun müntəzəm ifrazı fibromanın böyüməsinin qarşısını alır, mayalanma əleyhinə təsir göstərir. KOK (etinilestradiol+dienogest, etinilestradiol+drospirenon) diametri 2sm-ə qədər düyünlərin böyüməsini ləngidir. Uşaqlığın fibromasının kombinəolunmuş preparatlarla müalicəsi 3 ay müddətindən az olmamaqla aparılır.
QnRH analoqlarının (qozerelin, buserelin) tətbiqi hipoestrogeniyanın əldə olunmasına yönəldilir. Onların müntəzəm qəbulu nəticəsində uşaqlıq və fibroid düyünlərə qan axını azalır, bu da fibromanın ölçülərinin kiçilməsinə səbəb olur. QnRH analoqları ilə terapiyanın effektivliyi geridönən xarakter daşıyır, onların qəbulu başa çatdıqdan 4-6 ay sonra düyünlər əvvəlki ölçülərinə qayıdır. Ginekologiyada QnRH analoqlarından əsasən əməliyyatönü dövrdə şişin ölçülərinin azaldılması məqsədilə istifadə olunur. Bu preparatların yan təsirlərinə istilik hissi, psevdomenopauza, uşaqlıq yolunun quruluğu, emosional labillik, osteoporozun inkişafı aiddir. Submukoz böyümə, ifadəli simptomatika (qanaxma, ağrı, qonşu orqanların sıxılması), iri ölçülü düyünlər, fibromanın endometrioz və ya yumurtalıq şişləri ilə müştərəkliyi, fibroid düyünün nekrozu zamanı cərrahi müalicə məqsədəuyğundur.
Cərrahi müalicə
Uşaqlığın fibromalarında icra olunan orqanqoruyucu müdaxilə vaginal, laporoskopik və ya laparotomik üsulla konservativ miomektomiyadır. Əməliyyat prosesində uşaqlıq saxlanılmaqla fibroid düyünün enukleasiyası həyata keçirilir. Submukoz düyünlər zamanı kəsik aparmadan optik histeroskopun kanalından keçməklə histeroskopik miomektomiya tətbiq edilir. Orqanqoruyucu əməliyyatlar imkan daxilində reproduktiv planı olan qadınlarda aparılır. Uşaqlığın fibromasının cərrahi müalicəsinin radikal üsullarına uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya aiddir. Uşaqlıq vaginal, laparoskopik və ya laparotomik üsulla xaric edilir, bu əməliyyat hamiləlik planlaşdırmayan qadınlar üçün göstəriş sayılır.
Uşaqlığın fibromasının müasir müalicə üsulu uşaqlıq arteriyasının embolizasiyasıdır. Fibromanın qidalandıran damarların endovaskulyar okklüziyası nəticəsində düyünün böyüməsinin qarşısı alınır. Uşaqlığın fibromasının embolizasiyası minimal aqressivlik və yüksək effektivliyi ilə seçilir. Bəzi hallarda uşaqlığın fibromasının müalicəsində ultrasəs ablasiya – MRT nəzarətlə yüksəktezlikli ultrasəslə düyünün «buxarlanması» həyata keçirilir.
Uşaqlığın fibromasının ağırlaşmaları və proqnozu
Uşaqlığın fibromasının böyüməsi düyünün ayaqcığının burulması, düyünün (əsasən submukoz və ya interstisial) nekrozu, qansızmalarla müşayiət olunur. Fibromanın ayaqcığının burulması «kəskin qarın» simptomatikası ilə gedir. Nekroz zamanı ağrılar, qızdırma, düyünün yumşalması və ağrılı olması izlənilir. Uşaqlığın fibromasının maliqnizasiya ehtimalı 1%-dən çox deyil. İfadəli qanaxmalar anemiyalara gətirib çıxarır.
Uşaqlığın fibromasının cərrahi müalicəsi ilə bağlı ağırlaşmalara postoperasion infeksiyalar, qanaxmalar, kiçik çanaqda bitişmələrin və uşaqlıqdaxili sinexiyaların yaranması daxildir. Konservativ miomektomiyadan sonra hamiləlik 40-60% pasiyentlərdə qeydə alınır. Orqanqoruyucu müdaxilələrin aparılması yeni fibroid düyünlərin inkişafını istisna etmir.
Uşaqlığın fibromasının profilaktikası
Uşaqlığın fibromasının spesifik profilaktika üsulları mövcud deyil. Bununla yanaşı provokasiyaedici amillərin (abort, kontraseptiv preparatların nəzarətsiz qəbulu, xroniki iltihab, ekstragenital xəstəliklər və s.) aradan qaldırılması xəstəliyin yaranma ehtimalını azaltmağa imkan verir.
Müntəzəm ginekoloji baxış və USM uşaqlığın fibromasının profilaktikasında mühüm əhəmiyyət kəsb edir.
Comments are closed, but trackbacks and pingbacks are open.