Keyfiyyətsiz eynəklər hansı problemləri yaradır? Oftalmoloqdan AÇIQLAMA
Y.Əşrəfova optik eynək seçiminin özbaşına verilən bir qərar olmadığını, eynək təyini üçün mütləq həkim-oftalmoloqlara müraciət etməyin vacibliyini vurğuladı:
Keyfiyyətli gün eynəyini necə seçməli?
Havaların isinməsi günəş eynəklərinə olan ehtiyacı artırır. Bu gün şəhərin istənilən yerində – mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. 6-10 manat qiymətləri olan gün eynəkləri arasında məşhur markaların məhsullarına da rast gəlmək olur.
Ancaq məhşur brendlərin belə ucuz qiymətə satılması məhsulların saxta olması barədə fikirlər yaradır. Çoxumuz isə sağlamlıqdan çox məhsulun qiymətinə və xarici görünüşünə önəm veririk. Bu isə gözlərimizin zamanla sıradan çıxmasına səbəb olur. Ümumiyyətlə, eynək seçərkən diqqətli olmaq lazımdır. Səhv seçilmiş gün eynəkləri gözlərin zəifləməsinə, göz təzyiqinin yaranmasına səbəb olur, baş ağrısı yaradır.
Oftalmoloq Hacı Hacıəliyevin sözlərinə görə, gün eynəklərinin keyfiyyət sənədində 99 faiz ultrabənövşəyi şüalardan qoruması və ya 400 nanometrdən aşağı şüaları keçirmədiyi barədə məlumat yazılmalıdır. Həkim havaların isinməsi və gün eynəklərinə olan ehtiyacın artdığı dövrdə bu mövzuya həssas yanaşılmasının vacib olduğunu bildirir: “Gözlərin sağlam olması üçün eynək seçərkən çox diqqətli olmaq lazımdır. İqlim dəyişiklikləri və ozon təbəqəsinin nazilməsinin verdiyi zərərli təsirlər gözlərdə katarakt, sarı nöqtə, göz ətrafındakı dəridə xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Eynəklərin düzgün seçilməməsi zamanı göz ətrafı toxumalar da dəyişikliklərə məruz qalır. Unutmamaq lazımdır ki, gün eynəkləri aksessuar deyil, gözün sağlamlığını qorumaq üçün bir ehtiyacdır”.
Həkimə görə, bəzən insanlar məhsulun qiyməti bahadırsa, həmin məhsulu keyfiyyətli hesab edirlər. Lakin bu məsələ gün eynəklərinə aid deyil. Gün eynəyi seçərkən üz anatomiyasına uyğun, üzə yaxşı oturan, qulaqlara və buruna təzyiq etməyən və yuxarıda qeyd edildiyi kimi ultrabənövşəyi şüaları keçirməyən eynək seçmək lazımdır: “Eynəyin keyfiyyətini yoxlamaq üçün onu gözünüzə taxdıqdan sonra şaquli bir xətt üzrə baxmaq lazımdır. Bu vəziyyətdə eynəyi yuxarı-aşağı və sağa-sola hərəkət etdirdiyinizdə baxdığınız şaquli xətdə oynama və ya qırılmalar yaranırsa, eynək keyfiyyətsiz eynəkdir. Bəzən insanların çoxu eynək seçərkən tünd rənglərin daha çox keyfiyyətli olduğunu və ultrabənövşəyi şüaları buraxmadığını düşünür. Lakin bu səhv fikirdir. Şüşə rəngi ilə ultrabənövşəyi şüalardan qorunma arasında heç bir əlaqə yoxdur. Hər tünd rəng şüadan qorumur”.
Həmsöhbətimiz bildirir ki, düzgün seçilmiş eynəklər zərərsiz olduğu üçün hər yaşda gün eynəklərindən istifadə etmək olar.
Hacıəliyev deyir ki, gün eynəkləri gözlərimizi gün parlamasından, radiasiya zərərlərindən, göz qapağı dərisinə dəyə biləcək zərərlərdən qoruyur: “Bəzən olur ki, həddən artıq işıq düşən zaman gözlər yaşarır. Bu səbəbdən eynəklərdən daha çox istifadə etmək lazımdır. Eynəklər gözdə ət və piy yaranmasının da qarşısını alır. Katarakt və göz bəbəyində yaranan ləkələrin olmaması üçün də eynəklərdən istifadə etmək lazımdır”.
Həkim onu da bildirib ki, uşaqlara keyfiyyəti məlum olmayan eynəklər geyindirmək olmaz. Bu, onların görmə qabiliyyətini hədsiz zəiflədir.
“Nizami” metrostansiyasının yaxınlığında mağazaların birində eynək satışı ilə məşğul olan İlahə Abdullayevanın sözlərinə görə, alıcılar çox zaman eynəyin görünüşünə önəm verirlər. Dediyinə görə, bu il alıcılar ən çox iri çərçivəli eynəklərə üstünlük verirlər: “Ultrabənövşəyi şüaları buraxmadığı üçün iri çərçivəli eynəklər daha məqsədəuyğundur. Təbii ki, eynək alarkən onun linzasına da diqqət yetirmək lazımdır. Günəş gözlüyü mütləq ultrabənöbşəyi şüaları keçirməməli, şüşələrinin şəffaflığı yaxşı olmalı, görmə səviyyəsini və kontrastı azaltmamalı, parlaqlığa yol açmamalıdır. Avtomobil sürərkən fikri azalda, təhlükə yarada biləcəyi üçün çox tünd olmamalıdır. Rəngli şüşələr işıqforun rənginin qəbul edilməsini pozmamalıdır. Çərçivəsi şüşələri möhkəm tutmalı, asan qırılmamalı, çərçivə dizaynında iti künclər olmamalı, çərçivə çox kiçik olmamalı, geniş olub gözləri xüsusilə yanlardan örtməlidir”.
Satıcının sözlərinə görə, günəş eynəkləri kosmetik boya ilə rəngləndirilmiş ola bilər ki, bu da ultrabənövşəyi şüaları keçirəcək. Bu səbəbdən eynək seçərkən brend məhsullara önəm vermək lazımdır. Qeyd edək ki, mağazada 25 manatdan 1200 manata qədər müxtəlif brendlərin məhsulları satılır. Satıcı qiymətlərin keyfiyyətə və markaya bağlı olduğunu deyir.
Modelyer Nərmin Rüstəmovaya görə, bu il boz və qara rəngli eynəklər dəbdə olacaq. Bu rənglər günəş işığını azaltmaqla yanaşı bütün geyimlərlə uyğun gəlir: “Ümumiyyətlə, hər qadının 4-5 müxtəlif gün eynəyi olmalıdır. Gün eynəkləri dəbə uyğun olmaqla yanaşı sağlamlığı da qoruyur. Qadınlarımız çox zaman əlvan rənglərə üstünlük versələr də, sağlamlıq baxımından qara eynəklər daha məqsədəuyğundur. Amma bununla yanaşı başqa rənglərdə də eynək seçmək olar”.
Avropa dizaynerləri bu ilin eynək modasında daha çox sadəliyə üstünlük verirlər. Odur ki, daş-qaşlı, çərçivəli, bəzədilmiş eynəklərdən çox sadə eynəklərə üstünlük vermək lazımdır.
Keyfiyyətsiz eynəklər hansı problemləri yaradır? – Oftalmoloqdan AÇIQLAMA – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
24 May, Çərşənbə
Günün xəbərləri
Xəbər xətti
24.05.2023
23.05.2023
Ən çox oxunan xəbərlər
Keyfiyyətsiz eynəklər hansı problemləri yaradır? – Oftalmoloqdan AÇIQLAMA
23.05.2023 09:49 Фото: 9 Канал–> Cəmiyyət A- A A+
“Optik eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır”.
Ednews xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Yaqut Əşrəfova deyib.
Onun sözlərinə görə, bəzən insanlar optik eynək seçimində mütəxəssis həkimlə məsləhətləşmir, sadəcə optik eynəklər satılan yerlərdən görünüşcə bəyəndikləri hazır eynəkləri alırlar:
“Bu cür eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur. Amma əgər şəxsdə gözlərin görmə zəifliyi fərqlidirsə, bu cür eynəklər görmə zəifliyinin artmasına, göz və baş ağrılarına səbəb ola bilər. Bir sözlə, optik eynək seçimində verilmiş özbaşına qərar əksinə sağlamlığımıza mənfi təsir göstərə bilər. Bütün hallarda eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır”.
Optik eynək alarkən keyfiyyət sənədinin olması məqsədəuyğundur. Çünki həmin keyfiyyət sənədində şüşənin materialı, eynəyin gözləri ultrabənövşəyi şüalardan nə dərəcədə qoruması haqqında məlumat olur. Həkim-oftalmoloq onu da bildirir ki, eynək alarkən eynəyin çəkisinə, rənginə də fikir verilməlidir:
“Belə ki, eynəyin çəkisi yüngül olduqda, həm burun sümüklərinə, həm də qulağın arxası nahiyəsinə daha az təzyiq etmiş olur. Uzaqdan görmə eynəklərinin çərçivəsinin daha böyük, yaxından görmə eynəklərinin isə daha ensiz olması da istifadəni asanlaşdırır. Keyfiyyətsiz eynək istifadəsi gözdə quruluğa, gözlərin sulanmasına, kataraktaya səbəb ola bilər, eynəyin şüşəsi çox tünd olduqda isə bəbəyin genəlməsinə, büllurun bulanmasına, görmə zəifliyinə səbəb ola bilər”.
Y.Əşrəfova optik eynək seçiminin özbaşına verilən bir qərar olmadığını, eynək təyini üçün mütləq həkim-oftalmoloqlara müraciət etməyin vacibliyini vurğuladı:
“Bunun üçün ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinə və həkim-oftalmoloqlara müraciət etməyiniz tövsiyə olunur. Onlar sizi zəruri tibbi müayinələrdən keçirdəcək, göstəriş olduğu halda TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər dövlət xəstəxanalarına göndəriş verəcək”.
Aysel Şahmar
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Comments are closed, but trackbacks and pingbacks are open.