Press "Enter" to skip to content

Təhlükəsiz şifrəni necə yaratmaq olar

Yuxarıdakı tövsiyələr başlamağınız üçün yardımçı ola bilər, lakin ən güclü şifrə yaratmağı təmin etməyəcəkdir.
Siz əgər ultra güclü şifrə istəyirsinizsə, klavyaturada müxtəlif simvol və rəqəmləri yığın. Əlbəttə ki, bu sizə hərf və rəqəmlərin ağılasığmaz kombinasiyasını verəcək. Əgər rf5dfg85vecvF bu tipli kombinasiya alırsınızsa bu yaxşı nəticə ola bilər.
Əla nəticədir. Ancaq bunu xatırlamaq mümükünsüzdür!
Güclü şifrə yaratmaq istəyirsinizsə həqiqətən yadda saxlaya biləcəyiniz kombinasiya yaradın.

Özü düzəlməyəcək. Qalxanvari vəzi yoxlamaq nə vaxt yoxlamalı?

Sizi birbaşa endokrinoloqa yönəltmək üçün xüsusi simptomlarınız olduqda. Məsələn, qısa zamanda kökəlib və ya arıqladığınız təqdirdə, yorğunluq və davamlı olaraq zəiflik hiss edirsinizsə, yuxusuzluq, konsentrasiya problemi və zəif yaddaş müşahidə olunursa. Hər hansı bir orqanınızın ağrımağını gözləməyin. Qalxanvari vəzin ağrı siqnallarını vermir, buna görə problemin olduğunu hiss etməyə bilərsiniz. Bunun qarşısını necə alacağınız haqda danışırıq.

Bu gün “Özü düzəlməyəcək” layihəsində qalxanvarı vəzin necə işlədiyini, bədənimizdə nəyə təsir etdiyini və hansı simptomların bu orqanda problemin olduğuna işarə etdiyini anlamağa çalışacayıq. Yeri gəlmişkən, qadınlarda qalxanvarı vəz ilə əlaqədar problemlər kişilərə nisbətən 4-7 dəfə çoxdur. Heç vaxt qalxanvarı vəzlə probleminiz olmasa da, onu 2-3 ildən bir yoxlamağa dəyər. Buna görə qalxanvarı vəz haqqında daha çox məlumat əldə etmək hər kəs üçün faydalı olacaqdır. Layihə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə ortaq şəkildə hazırlanıb.

Qalxanvari vəz haqda əsas məlumat

Qalxanvari vəz, boyunun ön və alt hissəsində yerləşən kiçik orqandır (cəmi 15-20 qram çəkisi var). O, qırtlağın qalxanvari qığırdağının qarşısında yerləşdiyi üçün belə adlandırılmışdır. Qalxanvari vəz kəpənəyə bənzəyir: bərzəx ilə birləşdirilmiş iki hissədən ibarətdir.

shutterstock.com

Vəzlə dərinin arasında yalnız incə fasya var (birləşdirici toxumadan “lövhələr”), demək olar ki, dərinin altında yerləşir, ona görə də toxunmaqla asan hiss olunur, əhəmiyyətli dərəcədə artdığı halda isə “gözlə” aydın görünür. Yetkinlik dövründə yeniyetmələrdə və hamilə qadınlarda ölçüsü arta bilər, lakin ümumiyyətlə bu cür dəyişikliklər kliniki baxımdan təhlükəli deyil.

Qalxanvari vəzin əsas vəzifəsi tiroid hormonlarının (tiroksin və triiodotironin) istehsalıdır. Bu proses yodun iştirakı ilə baş verir. Qalxanvari vəz yodu qan dövranından tuta bilən (bədəndə kifayət qədər olduqda) və hormonları sintez edən yeganə vəzdir. Yeri gəlmişkən, yodun həm artıqlığı, həm də çatışmazlığı eyni dərəcədə zərərlidir, buna görə də onun istehlak normalarına riayət etmək vacibdir.

Qalxanvari vəzin hormonları çox vacibdir, çünki bütün bədənə təsir edirlər, daha dəqiq desək, maddələr mübadiləsini tənzimləyirlər. Bu hormonlar bir çox həyati funksiyadan məsuldur: beyin, sinir və ürək-damar sistemlərinin, mədə-bağırsaq traktının fəaliyyətini tənzimləyir, reproduktiv funksiyanı, süd və cinsiyyət vəzlərinin işinə və digər proseslərə təsir edir.

freepik.com

Qalxanvari vəz bətndaxili inkişafın üçüncü həftəsində yaranmağa başlayır, 10-12-ci həftədə ilk funksional fəaliyyət görünür, 12-14-ci həftədən sonra isə orqan tam olaraq hormon istehsal etməyə başlayır – fəaliyyət demək olar ki, hamiləliyin sonuna qədər böyüməyə davam edir. Dölün qalvanvari vəzi öz-özünə hormon istehsal etməyə başlayana qədər qadın orqanizmi onu ehtiyac duyduğu hər şeylə təmin edir. Bu səbəbdən hamilə qadında qalvanvari vəzin normal fəaliyyəti xüsusilə vacibdir, sağlam beyin və onurğa beynin formalaşması ilə yanaşı, gələcək uşağın zəkası da bundan asılıdır. Hamiləlik dövründə dölün və ya yeni doğulmuş uşağın qalxanvarı vəzlə problemi varsa, kifayət qədər yod əmələ gəlməmişdirsə, bu, kretinizmə (bu, bətndaxili inkişaf zamanı tiroid hormonunun inkişaf etməməsi ilə əlaqəli bir xəstəlikdir, buna görə beyin zəif inkişaf etmişdir) qədər zehni qabiliyyətlərə güclü təsir edə bilər).

Yeri gəlmişkən, qalxanvari vəzin tədqiqatı XIX əsrin sonunda yalnız kretinizmin öyrənilməsi ilə əlaqədar başladı. Dağ bölgələrinin sakinləri arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayının artdığını gördülər. Bunu yod olmayan suyu içdikləri ilə əlaqələndirdilər. Bu xüsusilə Alp bölgələrində, İsveçrədə və qonşu bölgələrdə nəzərə çarpırdı. Beləliklə, qalxanvarı vəzin normal işləməsi üçün qida ilə birlikdə bədənə yodun daxil olmasının vacib olduğunu kəşf etdilər.

Qalxanvari vəzin ən çox görülən xəstəlikləri

Hipotireoz. Bədəndə çox az T4 olduqda inkişaf edir. İlk simptom kökəlməkdir. Hipotireoz zamanı maddələr mübadiləsi ləngiyir, artıq maye və parçalanma məhsulları daha az xaric olur və insan kökəlir. Hipotireozun bir çox səbəbi var: həm yod çatışmazlığı, həm də otoimmün tiroidit (immunitet sistemi qalxanvari vəzi təhlükəli bir xarici cisim sayır və onu məhv etməyə başlayır; hüceyrələr azalır və tiroksin səviyyəsi azalır). Tiroidit hər yaşda inkişaf edə bilər, lakin 45 yaşdan sonra qadınlarda daha çox görülür, baxmayaraq ki, kişilər və uşaqlar da xəstəlikdən əziyyət çəkə bilər.

Hiperterioz (tirotoksikoz da deyilir). Bu, əks vəziyyətdə, tiroksin səviyyəsi artdıqda meydana gəlir. Hormonun çox olması orqanizmi zəhərləyir, metabolik proseslər ayrılır, hüceyrələr enerji saxlaya bilmir və bədən çəkisi azalır. Hipertireozun səbəbi Graves xəstəliyi ola bilər. Bu otoimmun xəstəlik qalxanvarı vəzi ehtiyac duyduğundan daha çox tiroksin ifraz etməsinə məcbur edir. Bəzən bədənin özünə qarşı işləməyi dayandırılır, T4 səviyyəsinin normaya düşür və insan sağalır, lakin bu, yalnız 30% hallarda baş verir. Hipertireozun qurbanları da əsasən qadınlardır: kişilərdən 10 dəfə daha çox xəstələnirlər. Xəstəliyə hər yaşda rast gəlmək olar, lakin çox vaxt 20-40 yaşda olur.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

Təhlükəsiz şifrəni necə yaratmaq olar?

Yuxarıdakı tövsiyələr başlamağınız üçün yardımçı ola bilər, lakin ən güclü şifrə yaratmağı təmin etməyəcəkdir.
Siz əgər ultra güclü şifrə istəyirsinizsə, klavyaturada müxtəlif simvol və rəqəmləri yığın. Əlbəttə ki, bu sizə hərf və rəqəmlərin ağılasığmaz kombinasiyasını verəcək. Əgər rf5dfg85vecvF bu tipli kombinasiya alırsınızsa bu yaxşı nəticə ola bilər.
Əla nəticədir. Ancaq bunu xatırlamaq mümükünsüzdür!
Güclü şifrə yaratmaq istəyirsinizsə həqiqətən yadda saxlaya biləcəyiniz kombinasiya yaradın.

Bunun üçün aşağıdakı metodlardan birini sınaqdan keçirə bilərsiniz:

1. Bruce Schneierin metodunu istifadə edin

2008-ci ildə təhlükəsizlik mütəxəssisi Bruce Schneier bir parol üsulunu ortaya çıxardı.

Onun məsləhətləri sadədir, amma işləyir. Onun üsulu belədir: bir cümlə fikirləşir və onu şifrəyə çevirirsiniz. Hər sözü siz xatırlayadacaq bir sıra simvol və hərflər təyin edirsiniz. Nəticədə belə görünür.

I love peanut butter = 13PnUt.Btt3r.PtZL!

Təsadüfi və qəribə simvol yığımı nə qədər çox olsa o qədər yaxşıdır. Təsadüfi hərfləri və nömrələri xatırlamaq yerinə, şifrəni cümlə şəklində xatırlamaq daha rahatdır.

2. Sözlərin təsadüfi sırasını seçin

Növbəti üsul həqiqətən təsadüfi sözlər sırasının yaradılmasıdır. Bu üsul passphrase adlanır. Ümumi təsadüfilik və sözlərin müxtəlif uzunluğu sizin parolu güclü edə bilər.

Əgər siz həqiqətən də təsadüfi söz sırası yaratmaq istəyirsinizsə Diceware aləti ilə tanış olun.

Şifrələrin yadda saxlanılması və təhlükəsizliyi

Şifrə yaratmağın vacib aspektlərindən biri onun təkrar istifadə olunmamasıdır. Siz bir neçə platormada eyni şifrə istifadə edirsinizsə bütün platformaları təhlükədə qoyursunuz.
Əgər şifrənin yaddaşda saxlanılması həqiqətən də çətindirsə onun saxlayacağınız təhlükəsiz doc yaradın. Ən yaxşı üsul kimi şifrələrin idarə edilməsi üzrə pulsuz proqram təminatı LastPass istifadə edə bilərsiniz.
İnanırıq ki, bu məsləhətlər sizə etibarlı şifrənizin yaradılmasında yardımçı olacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.