Elmi tədqiqat: anlayışı, mərhələləri, əhəmiyyəti, nümunələri
Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur.
Əhatə dairəsinin olmaması səbəbindən məbləği necə rədd edə bilərəm?
Azərbaycan Respublikası adından
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq üzrə qanunvericilik sektorunun baş məsləhətçisi Vasif Əmiraslanovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rzaqulu Bayramovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Elçin Usubun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 və 399.4-cü maddələrinin həmin Məcəllənin 445 və 449-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 399.3 və 399.4-cü maddələrinin kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin bəzi məsələləri baxımından həmin Məcəllənin 445 və 449-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, hazırda məhkəmənin icraatında Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmış iddiaçı “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Dəmirbank” ASC) cavabdeh E.Kazımova qarşı 29.082,45 ABŞ dolları əsas borc, 26.615,32 ABŞ dolları faiz, 19.021,31 ABŞ dolları cərimə, cəmi 74.719,08 ABŞ dolları milli manat ekvivalentində və 30 manat dövlət rüsumunun tutulması və tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus “Wolksvagen Touareg” markalı avtomobilə yönəldilməsi tələbi barədə mülki iş vardır.
İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 fevral 2009-cu il tarixində tərəflər arasında illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə imzalanmış, kreditin qaytarılmasının təminatı kimi yuxarıda adıçəkilən avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsinin şərtlərini pozaraq, əsas kredit borcunu və ona hesablanmış faizləri qrafikə uyğun ödəməmiş və borcun qaytarılması barədə xəbərdarlığa əhəmiyyət verməmişdir.
Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 29.082,45 ABŞ dolları əsas borc, 7.628,15 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə borcu, cəmi 39.710,06 ABŞ dolları və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus avtomobilə yönəldilərək, onun açıq hərracdan satılması və qət olunan məbləğin “Dəmirbank” ASC-yə ödənilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsi MM-in müqavilənin qüvvəsini tənzimləyən 399.1 və 399.3-cü maddələrini, borc müqaviləsini tənzimləyən normalarını, eləcə də hüquqdan sui-istifadə edilməsinin qadağan edilməsini müəyyən edən 560-cı maddəsinin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarının (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarı) müddəalarını rəhbər tutaraq, iddia tələbinin əsas məbləğə faiz məbləğinin hesablanması hissəsini qismən təmin etməklə, müqavilə müddəti (kreditdən istifadə müddəti) bitdikdən sonra əsas məbləğə müqavilədə nəzərdə tutulmuş qaydada faiz məbləğinin hesablanmasını qanunsuz və əsassız hesab etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan “Dəmirbank” ASC MM-in 449.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı) əsaslanaraq, apellyasiya şikayətində iddia tələbinin təmin olunmayan hissəsində qətnamənin ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsi iş üzrə tərəflərin fərqli mövqeyini, bu növ işlər üzrə vahid məhkəmə təcrübəsinin olmamasını və göstərilən maddələrin tətbiqində qeyri-müəyyənliyin yaranmasını nəzərə alaraq, MM-in 399.3 və 399.4-cü maddələrinin həmin Məcəllənin 445 və 449-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin II hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir.
MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında” Qanun) müəyyən edilmişdir.
Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.
Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəlikləri, həmçinin öhdəliyin icrası və icra edilməməsi üçün məsuliyyət nəzərdə tutan müddəalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.
MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər.
Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.
Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.
Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur.
MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.
Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.
Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).
MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri).
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi).
MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).
MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir.
Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil.
Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri).
Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır.
MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.
Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.
Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır.
Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir.
Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar.
Hər bir halda məhkəmələrdə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4, 218.1 və 220.4-cü maddələrinin tələblərinə ciddi əməl edilməklə baxılmalıdır.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
– Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
– Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
– Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
– Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Bakı şəhəri, 24 dekabr 2014-cü il
Elmi tədqiqat: anlayışı, mərhələləri, əhəmiyyəti, nümunələri
The elmi araşdırma Bu, dünya və kainatla əlaqəli və etibarlı biliklərin əldə edilməsinin mümkün olduğu bir müddətdir. Bu bilik elmi metod adlanan sistematik bir metodun tətbiqi ilə əldə edilir.
Qeyd etmək vacibdir ki, elmi metod əldə edilən nəticələrdə şəxsi, sosial və ya əsassız təsirləri minimuma endirməyə imkan verir. Bu şəkildə bizi əhatə edən dünyanın fenomenlərini obyektiv öyrənmək mümkündür.
Eynilə, elmi metodun da əldə edilən biliklərin təkrarlanabilirliyinə və doğruluğuna zəmanət verən bir sıra mərhələlərdən ibarət olduğunu qeyd etmək lazımdır.
Elmi tədqiqatın əsas xüsusiyyətlərindən biri orijinallıqdır; Bu, xüsusən elmi işlərin məruz qaldığı qiymətləndirmə prosesləri tərəfindən istifadə olunan metodologiya sayəsində əldə edilir.
Əlavə olaraq, elmi araşdırma obyektiv olmalı və tədqiqat nəticəsində yaradılan məlumatların toplanması üçün alətlər təsdiqlənməlidir, çünki bu etibarlılıq yaradır və effektiv hesabatlar yaradır.
Nəticələr tercihen ədədi formada ifadə olunmalıdır, çünki bu, başa düşülən bir şəkildə statistik müqayisə etməyə imkan verir. Bu nəticələr istintaqın aparıldığı şərtlər daxilində təsdiqlənməlidir.
Konsepsiya
Elmi tədqiqat, hər hansı bir məlumat sahəsində yeni məlumatlar, faktlar və ya əlaqələr təmin etmək olan düşüncə və tənqid prosesindən ibarətdir. Buna elmi metoddan istifadə etməklə nail olunur.
Vəziyyətləri və ya araşdırılan müəyyən elementləri aşaraq ümumi prinsiplərə işarə edir. Bunun üçün seçmə zamanı ciddi bir seçmə texnikası və tədqiqat obyekti ilə əlaqədar olaraq müəyyən sayda nümunə tələb olunur.
Elmi araşdırma mərhələləri
Elmi araşdırma aşağıdakı mərhələlərdən bəzilərini və ya hamısını əhatə edə bilər: müşahidə, problemin müəyyənləşdirilməsi, araşdırma (planlaşdırma, sübutların qiymətləndirilməsi), hipotezin formalaşdırılması, təcrübə (fərziyyə testi), qiymətləndirmə və təhlil.
Bununla birlikdə, elmi tədqiqat mərhələlərini təyin etməzdən əvvəl həyata keçirilən ümumi hədəfi nəzərə almaq vacibdir, çünki bu, izləniləcək xüsusi hədəfləri və bu hədəflərə çatmaq üçün seçilən metodları müəyyənləşdirir.
Müşahidə
Elmi araşdırmada ilk addım bir fenomenin, hadisənin və ya problemin müşahidəsidir. Fenomenin kəşfi ümumiyyətlə hadisənin təbii prosesindəki dəyişikliklər səbəbindən ortaya çıxır.
Problem
Fenomenlərin və ya dəyişikliklərin müşahidəsi bir sualın formalaşmasına səbəb olur: niyə? və ya Necə? Bu problemin formalaşdırılmasını təşkil edir. Digər tərəfdən, problem, araşdırılacaq fenomenin yeri, vaxtı və müəyyən əsas xüsusiyyətləri baxımından mükəmməl bir şəkildə ayrılmalıdır.
Eynilə, tədqiqatçı tədqiqat mövzusunun araşdırıcı, təsviri və ya eksperimental olduğunu aydınlaşdırmalıdır. Bu məqamlar etibarlılıq və əldə edilmiş nəticələrin əldə edə biləcəyi inam dərəcəsinə dair bir görüşə sahib olmaq üçün həlledicidir.
Ayrılma ilə yanaşı, iş əsaslandırılmalı, yəni tədqiqatçı tədqiqatın əhatə dairəsini və ehtimal olunan töhfələrini göstərməlidir.
Hipotez
Problemdəki strukturlaşdırılmış suala cavab vermək üçün fərziyyə tərtib edilmişdir. Bu, müşahidədən dəqiq və mükəmməl hazırlanmış bir nəticədir. Hipotez tədqiqat mövzusunun diqqətlə xarakterizə edilməsindən asılıdır.
Bu mərhələdəki tədqiqatçı tədqiqat obyekti ilə bağlı mövcud ədəbiyyata müraciət etməlidir. Məlumat axtarışının indeksli jurnallarda dərc olunmuş elmi əsərlərdə aparılması üstünlük təşkil edir.
Birincisi, hipotez tədqiqat obyekti haqqında mövcud biliklərə uyğun bir bəyanat quraraq hazırlanır. Sonra yeni müşahidə olunan fenomenə mümkün bir cavab təsbit edilir.
İlkin fərziyyə uğursuz olarsa, birincinin uğursuzluqlarını nəzərə alan ikinci bir sistem qurulur. Ümumiyyətlə, müəyyən bir müddətdə bir fenomeni izah edə bilməyən fərziyyələr (texnologiyaların inkişafı ilə) doğrudur.
Hipotezi inkişaf etdirmək üçün iki dəyişən qurulur: asılı və müstəqil. Asılı olan dəyişənin dəyərləri tədqiqatçı tərəfindən manipulyasiya edildikdə reaksiyaya səbəb olan müstəqil dəyişənlə nə edirsə şərtlənir.
Təcrübə
Hipotezi qurduqdan sonra yoxlanılır. Bunun üçün hər mərhələyə adekvat nəzarət edərək çox diqqətlə hazırlanmış təcrübələr qurulur. Bu proses hər hansı digər tədqiqatçı tərəfindən təkrarlanmağa imkan verən diqqətlə sənədləşdirilmişdir.
Bu şəkildə təcrübə hipotezi yoxlamaq və ya atmaq üçün hazırlanmışdır. Elmi intizamdan asılı olaraq təcrübələr laboratoriyada, çöldə, lövhədə və ya kompüterdə aparılır.
Metodoloji müalicə bundan asılı olduğu üçün aparılacaq tədqiqat və ya tədqiqat növünü nəzərə almaq lazımdır. Əhali tədqiqatlarında bu həlledicidir; Məsələn, tədqiq olunan populyasiyaların yaşı, mədəniyyətləri, adətləri və ya qidalanma vəziyyəti müəyyənləşdirilməlidir.
Qiymətləndirmə və təhlil
Yanlış nəticələrin qarşısını almaq üçün əldə edilmiş bütün nəticələr və dəlillər təhlil edilməlidir. Bunun üçün bu gün bir sıra statistik paketlərin mövcudluğu ilə asanlaşdırılan keyfiyyət və kəmiyyət riyazi analizlərindən istifadə olunur.
Elmi tədqiqatlarda ən vacib proses nəticələrin qiymətləndirilməsidir. Bu qiymətləndirmə elmi qruplar tərəfindən obyektiv şəkildə aparılır və nəticələri vacib bir ciddilik və etibarlılıqla təmin edir.
Daha sonra nəticələr konfranslarda, elmi iclaslarda təqdimatlarla ictimaiyyətə açıqlanır və ya indeksli jurnallarda dərc olunur. Bütün elmi tədqiqatların modifikasiyaya məruz qaldığını nəzərə almaq vacibdir.
Əhəmiyyət
Elmi tədqiqatların əhəmiyyəti ondan ibarətdir ki, bu, reallıqla daha sıx əlaqə yaratmağa imkan verir. Buna görə məqsəd insanlıq və təbiət biliklərini inkişaf etdirməkdir.
Bundan əlavə, elmi araşdırmalar sayəsində bəşəriyyəti əziyyət çəkən mühüm xəstəliklərin öhdəsindən gəlindi və insanın yaşayış şərtləri yaxşılaşdırıldı.
Elementlər
Elmi tədqiqatlarda dörd element müəyyən edilmişdir:
1- Mövzu: tədqiqatı inkişaf etdirəndir. Buna görə fenomeni şübhə altına alan və fərziyyəni inkişaf etdirən tədqiqatçıdır.
2- Nesne: araşdırılan, yəni tədqiqatçıda suala səbəb olan fenomendir.
3- orta: hipotezi təsdiqləmək üçün istifadə olunan metodlar məcmusudur.
4- Son: istintaqın son məqsədi; nəyin arxasınca gedir, problemin cavabı ortaya qoyuldu.
Elmi tədqiqat nə üçündür?
Elmi araşdırmalar olmasa, bəşəriyyət bu gün dünya və kainat prosesləri haqqında əldə etdiyimiz biliklərə çatmazdı. Tədqiqatçı təbiəti (maraq və israr) istifadə olunan metodologiya ilə birlikdə bu mövzuda böyük addımlar atmağa imkan verdi.
Fərdi olaraq tədqiqat tələbə və mütəxəssis üçün vacibdir. Bir peşənin öyrənilməsinin bütün mərhələlərində müşahidə, sual və problemlərin formalaşdırılması, sualları cavablandırmaq üçün bir sxem dizaynı və nəticələrin qiymətləndirilməsi istifadə olunur.
Buna görə, bütün tədqiqat növləri üçün daxili dünya ilə və bizi əhatə edənlərlə təmas və qarşılıqlı əlaqələr qurmağımızı təmin edən bir müddət və dəqiq hədəflər var. Sonda, biliklərin davamlı təkamül dövründə yeni nəzəriyyələr formalaşdırılır və ya mövcud olanlar dəyişdirilir.
Vəelmi araşdırmaların nümunələri
Rotavirus peyvəndi
Bu minilliyin uşaq əhalisinin sağlamlığına böyük təsir göstərən elmi araşdırmalarından biri də rotavirus peyvəndinin inkişafı idi. Bu virus kəskin uşaqlıq ishalının əsas səbəbi kimi tanınır və bu yaş qrupunda ölümün vacib səbəbidir.
Təsirli və təhlükəsiz bir peyvəndi inkişaf etdirmək xəstəliyə nəzarətin təmin edilməsi üçün vacib idi. Tədqiqatçılar, bir neçə müvəffəqiyyətli mərhələni əhatə edən bir müddətdən sonra bir insanın zəifləmiş rotavirus peyvəndinin effektivliyini və effektivliyini qura bildilər.
Tədqiqata 11 Latın Amerikası ölkəsindən və Finlandiyadan 63.225 uşaq daxil olub. Gastroenterit epizodlarının şiddəti standartlaşdırılmış tərəzi ilə qiymətləndirilmişdir. Bundan əlavə, tətbiq olunan peyvəndin effektivliyi ciddi şəkildə qiymətləndirildi və məlumatların təhlili üçün statistik paketlərdən istifadə edildi.
Tədqiqatçılar peyvəndin uşaqları şiddətli rotavirus qastroenteritdən qoruya bildiyini müəyyən edə bildilər. Nəticə olaraq, bu peyvənd bütün səbəb olan qastroenteriti əhəmiyyətli dərəcədə azaltdı və əhəmiyyətli bir yan təsir müşahidə edilmədi.
Bu gün aşı dünyanın bir çox ölkəsində uşaqlıq peyvənd proqramlarına daxil edilmişdir.
Penisilin kəşfi
Alexander Fleming (1881-1995) tərəfindən penisilinin kəşfi elmi metodun tətbiqinin ən təmsilçi nümunələrindən biridir. Əsər 1929-cu ildə nəşr olundu və müvəffəqiyyəti müstəntiqin müşahidə qabiliyyəti ilə müəyyən edildi.
Fleming, suşlarla işləyən bir mikrobioloq idi Staphylococus aureus. Kulturasiya lövhələrini bakteriyalarla aşıladı və suşların böyüməsini qiymətləndirmək üçün vaxtaşırı onları müşahidə etdi. Lakin, müşahidə edildikdə, mədəniyyət plakaları havaya məruz qaldı.
Bu müddətdə lövhələrdən biri adlı göbələk ilə çirkləndi Penicilliun notatum, lakin Fleming göbələk ətrafındakı aşılanmış suşların böyümədiyini müşahidə etdi. Tədqiqatçı elmi metod sualını verdi: göbələk ətrafındakı bakteriyaların suşlarının böyüməsinə nə mane olur?
Yaxşı qurulmuş bir təcrübə prosedurundan sonra Fleming, göbələyin sonradan penisilin adlanan bakteriyolitik maddə istehsal etdiyini təyin edə bildi.
Maraq mövzuları
İstinadlar
- Wilson, K., Rigakos, B. (2016). Elmi Proses Akış Cədvəlinin Qiymətləndirilməsi (SPFA): Multidisipliner Tələbə Əhalisində Elmi Prosesin Anlaşma və Görünüşündə Dəyişikliklərin Qiymətləndirilməsi Metodu. 20 dekabr tarixində əldə edildi: ncbi.nlm.nih.gov
- Voit E. (2019). Perspektiv: Elmi metodun ölçüləri. 20 dekabr tarixində əldə edildi: ncbi.nlm.nih.gov
- Blystone, R., Blodgett, K. (2006). Elmi metod.21 dekabr tarixində əldə edildi: ncbi.nlm.nih.gov
- Elmin təbiəti və elmi metod. 22 dekabr tarixində əldə edildi: gorg
- Elmi araşdırma. 22 dekabr tarixində alındı, tədqiqat-elmi
- Elmi araşdırma. 20 dekabr tarixində monografias.com saytından alındı
Tibbi sığorta hansı xidmətləri əhatə edəcək?
Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub.
1 aprel tarixindən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edəcək. Bu sonuncu – üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunacaq.
Artıq ölkə ərazisinin böyük hissəsini əhatə etsə də, hələ də icbari tibbi sığorta ilə bağlı əhali üçün qaranlıq məqamlar var.
Tibbi sığorta nədir? Hansı xidmətləri əhatə edəcək? Sığortalı vətəndaşlar dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin xidmətlərindən də istifadə edə biləcəklərmi?
İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edəcək. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Xidmətlər zərfinə nə daxildir?
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, artıq tibbi sığorta ölkənin böyük hissəsini əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər:
“İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2 550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə Agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.
İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək.
Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Həmçinin xidmətlər zərfinə 1 100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.
Bir sıra xidmətlər var ki, bunlar İTSDA tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir.
Rayonda yaşayıb Bakıda müayinə olunmaq istəyiriksə…
İTSDA-nın rəsmisi Vüqar Qurbanov bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri – həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.
Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:
“Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.
İcbari tibbi sığortanın tətbiqindən tibb işçiləri nə qazanacaq?
İTSDA dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini öz tabeliyinə alıb və həm tibbi xidmətin təşkili, həm də ödənişlərini həyata keçirən qurumdur. Agentlik rəsmisinin sözlərinə görə, hər tibbi xidmətə görə həkimlər həm əmək haqqı, həm də bonuslar alırlar. Orta və kiçik tibb işçiləri göstərilən tibbi xidmətin qarşılığında yalnız əmək haqqı alacaqlar. Lakin bu əmək haqqı əvvəlki kimi deyil, bura həm də həvəsləndirici ödənişlər daxildir:
“Bu qaydalar artıq tənzimlənib. Ölkənin 23 bölgəsində həkimlərə tibbi xidmətə görə bonuslar verilir. Ötən il 9 ixtisas növü üzrə həvəsləndirici nəzərdə tutulurdusa, bu il bu ixtisasların sayı 16-ya çatdırılıb. Məsələn, hemodializ şöbəsində işləyən həkimlərin əmək haqqına 360 manat həvəsləndirici əlavə olunacaq və bu proses daim yenilənəcək. Tibb müəssisələri nə qədər çox və keyfiyyətli xidmət göstərəcəksə, aldıqları vəsait də çox olacaq. Artıq Azərbaycanda yeni maliyyələşmə metodu ortaya çıxır. Xəstəxanalar onlara ayrılan vəsaiti xərclədikdən sonra yerdə qalan məbləği tibb işçilərinin dəyərləndirilməsi üçün də istifadə edə bilərlər”.
Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?
İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir. Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.
Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.
Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər.
İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?
İcbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.
Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər.
Qeyd edək ki, gələcəkdə icbari tibbi sığorta xarici ölkələrdə də keçərli olacaq. Artıq qarşılıqlı tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.