Hatem cabbarlı ermənistan xarici siyasəti
Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.
Azərbaycanda “Ermənistanın xarici siyasəti 1991-2012” adlı monoqrafiya hazırlanacaq
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2012-ci ildə aldığı maliyyə yardımı çərçivəsində “Ermənistanın xarici siyasəti 1991-2012” adlı monoqrafiya hazırlayacaqdır.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2012-ci ildə aldığı maliyyə yardımı çərçivəsində “Ermənistanın xarici siyasəti 1991-2012” adlı monoqrafiya hazırlayacaqdır. Monoqrafiya siyasi elmlər doktoru Hatem Cabbarlı tərəfindən yazılacaqdır.
Mərkəzdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində kitab hazırlanması üçün aparılacaq tədqiqatın məqsədi müstəqilliyini elan edərək dünya dövlətləri arasında yer alan, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Dünya Ticarət Təşkilatı (DTT), Avropa Şurası (AŞ) kimi beynəlxalq təşkilatlara üzv olan Ermənistanın 1991-2012-ci illərdə həyata keçirdiyi xarici siyasət kursuna aydınlıq gətirmək və elmi səviyyədə dəyərləndirməkdir.
Bu çərçivədə Ermənistanın xarici siyasətini formalaşdıran amillər, erməni milli kimliyi, Asiya, şərq, xristianlıq, geosiyasi mövqeyi, bəşəri potensial ünsürlər, diaspor, Hay Dat (erməni məhkəməsi) doktrinası, demoqrafik xüsusiyyətləri, siyasi liderlər, təhlükəsizlik qüvvələri, qondarma “erməni soyqırımı”, “Böyük Ermənistan” xülyası baxımından Ermənistanın Azərbaycan və Türkiyə; region siyasəti çərçivəsində Rusiya, İran və Gürcüstan siyasəti; Ermənistan xarici siyasətinin təhlükəsizlik problemləri, Aİ, AŞ və ABŞ ilə münasibətləri araşdırılacaq və elmi kontekstdə dəyərləndiriləcək.
Tədqiqatda Ermənistanın xarici siyasətinin qarşılıqlı asılılıq nəzəriyyələri, bu ölkənin lehinə və əleyhinə cərəyan edən əmredici (imperativ) şərtlərin səbəbləri təhlil ediləcək.
Tədqiqatda ümumən rus, erməni, ingilis, Azərbaycan və digər dillərdəki mənbələrdən istifadə edilməsi nəzərdə tutulur ki, bu da tezislərdə irəli sürülən görüşlərin dəstəklənməsinə, Ermənistanın xarici siyasət doktrinasına aydınlıq gətirilməsinə, təhlükəsizlik, iqtisadi və xarici siyasətinin daha geniş bir şəkldə dəyərləndirməsinə imkan verəcək.
Ermənistan xarici siyasətinin dəyərləndirilməsi və analiz edilməsi Azərbaycanın və Türkiyənin bu ölkəyə qarşı xarici siyasətinin formalaşması üçün də əhəmiyyətlidir. Tədqiqat və onun nəticəsi olacaq monoqrafiya xüsusilə də, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi probleminin və qondarma “erməni soyqırımı”na qarşı Türkiyənin xarici siyasətinin formalaşması prosesində hansı strategiya və taktikalara üstünlük vermələri baxımından böyük əhəmiyyət daşıyacaq.
Monoqrafiya xarici siyasət, təhlükəsizlik, sosial-iqtisadi və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarına, siyasətçilərə və dövlət mexanizmində qərar vermək səlahiyyətində olanlara fikir verməsi və ümumi vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyətli bir mənbə olacaq.
- monoqrafiya
- Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi
Hatem cabbarlı ermənistan xarici siyasəti
Böyük Britaniyanın “The London Post” qəzetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır” sərlövhəli məqaləsi dərc olunub.
“Qafqazinfo” xəbər verir ki, məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist hərəkətləri, onun ölkənin iqtisadi inkişafı ilə bağlı verdiyi vədlərin çoxunu həyata keçirə bilməməsi və ölkədə uzun müddətdir iqtisadi tənəzzül və demoqrafik böhranın hökm sürdüyü qeyd olunur.
Bildirilir ki, bəzən kütləvi aksiyalar və ya seçkilər vasitəsilə hakimiyyətə gətirilən lider xalqın tələbini təmin etmək və çox seçkilərdə daha çox dəstək qazanmaq üçün populist hərəkətlərə meyilli olur. Bu cür hərəkətlər xarici siyasət strategiyalarının idarə edilməsi sahəsinə tətbiq edildikdə bu, regional və bəzən hətta qlobal fəsadlar törədə biləcək şovinist və populist addımlara səbəb olur.
Ermənistanın 2018-ci il qondarma məxməri inqilabından bəri həyata keçirdiyi xarici siyasət bu nəzəri baxış üçün yaxşı nümunədir. Dövlət quruculuğu və ya diplomatiya sahəsində təcrübəsi olmayan keçmiş jurnalist Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist meyilləri onun baş nazir kimi səlahiyyətlərə başlayandan az sonra görünməyə başladı. Məsələn, Paşinyan hakimiyyətə gəldiyi zaman Ermənistan əhalisinin 2050-ci ilə qədər 3 milyondan 5 milyona qədər artacağı vədini vermişdi. Ancaq BMT-nin son demoqrafik vəziyyətlə bağlı hesabatına görə isə Ermənistan əhalisinin 2100-cü ilə qədər 913.000 nəfər azalaraq 2.039.000 olacağı gözlənilir.
Nikol Paşinyanın uzun müddətdir ki, iqtisadi tənəzzül və demoqrafik böhranın hökm sürdüyü Ermənistanda FIFA Dünya çempionatını keçirmək, ölkədə ÜDM-ni 15 dəfə artırmaq, ümumi dəyəri 10 milyard dolları ötüb keçən ən azı beş texnoloji şirkətin inkişafına nail olmaq, ordunun döyüş hazırlığı indeksinə görə ilk iyirmi ölkə və kəşfiyyat sahəsində ilk on ölkə sırasına çatdırmaq kimi vədləri real olmayan hədəflərdir.
Bu populizm orta və uzunmüddətli perspektivdə Ermənistanda daxili ictimai-siyasi və iqtisadi sabitliyi təhlükə altına almaqla yanaşı, Paşinyanın bu yanaşmanı xarici siyasət sahəsində tətbiq etməsi həm Ermənistanda, həm də regionda daha böyük fəsadlara gətirib çıxara bilər. Ölkənin iqtisadi inkişafı ilə bağlı verdiyi vədlərin çoxunu həyata keçirə bilməyən və COVID-19 pandemiyasının humanitar və iqtisadi fəsadlarına qarşı uğursuz mübarizə nümayiş etdirən Paşinyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətdə yürütdüyü siyasətində populist bəyanatlardan istifadə edir.
Paşinyanın 2019-cu ilin avqust ayında səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın ən yüksək səviyyədə populizmi qəbul etməsinin ilk əsas təzahürü idi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da daxil olmaqla, Ermənistan-Azərbaycan danışıqlarının əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya – ATƏT-in Minsk qrupu həmsədrlərinin də bu bəyanatı kəskin tənqid etməsi Paşinyanı ölkəsinin Azərbaycanla münaqişə ilə bağlı siyasətdə populizmin yolverilməzliyinə inandırmaq üçün yetərli olmadı.
Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sevr müqaviləsinin yüzilliyinə həsr edilən “elmi konfransda” çıxışı zamanı bu müqavilənin tarixi fakt olduğunu bildirir. Müəllif isə buna cavab olaraq yazır ki, heç bir hüquqi qüvvəyə malik olmayan müqavilənin yubileyinin təntənəli şəkildə qeyd edilməsi təkcə populizm deyil, həm də Ermənistanın regionda yürütdüyü eksponsianist siyasətin təzahürüdür. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirair Libaridian da Paşinyan hökumətini “xəyallara qapılmamağa” çağırıb: “Mən bilmirəm bizim başçılarımız bunu bilərəkdən ediblər ya yox, ancaq Ermənistan prezidenti və baş nazirinin bəyanatları Türkiyəyə qarşı ən azından diplomatik savaş elan etməyə bərabərdir.”
Yazıda Sevr müqaviləsinin Ermənistan tərəfindən etirazsız qəbul edilməsinin xarici siyasi məqsədlər güdməsi fonunda onun, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarının toxunulmazlığına dair qətnamələr və digər sənədlərdən də imtina etdiyi bildirilir. Hər şeydən əvvəl, ötən aylar ərzində Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə irəli sürülən Madrid prinsiplərindən imtina edib.
Bu prinsiplər bir çoxları tərəfindən regiona sülhü gətirmək üçün ən mümkün yol hesab olunurdu. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu prinsipləri “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi üçün çox mühüm addım kimi” qiymətləndirmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxardılmasını tələb edir. 2020-ci ilin aprelində danışıqların bütün mahiyyətinə qarşı çıxan Ermənistan xarici işlər nazirliyi danışıqlar masasında hər hansı bir sənədin mövcudluğunu rədd edib.
Cənubi Qafqazdakı iki ölkə arasında uzun illərdir davam edən bu münaqişəyə son qoymağı təklif edən sənədləri rədd etməklə və ekspansionist, irredentist iddialarla dolu, hüququ qüvvəsi olmayan müqavilənin təntənə şəkildə qeyd edilməsi ilə Ermənistan öz xarici siyasətinin əsl mahiyyətini bir daha göstərdi.
Həqiqətən də, Yerevan rəsmilərinin populist xarici siyasəti erməni xalqını daha böyük ərazi iddialarına və qonşu ölkələrə qarşı təcavüzə təşviq edir, regiondakı bütün xalqlar üçün sülh deyil, ağır fəsadları olan hərbi əməliyyatların bərpasını vəd edir.
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab
8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.
Azərbaycan Respublikası Silahlı Qüəvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır.
Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.
Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.
Üumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur.
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir.
Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.
Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür.
Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.